Müzakirə:Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda) Haqqinda Melumat - Vikipedia

Müzakirə:Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

Ən son rəy:1 il öncə, Gadir tərəfindən "Parametr niyə işləmir?" mövzusunda

Adlandırma redaktə

Araz Yaquboglu, Solavirum, Toghrul R salam. Müzakirəsiz falan bu məqalənin adı "istila" olaraq dəyişdirilib. İstila sözü bizim dildə ümumişlək söz deyil. Ya bu məqalənin adı əvvəl olduğu kimi "işğal edilməsi" olmalıdır, ya da üç meymun misalı ultra tərəfsiz olaraq "hərbi müdaxiləsi" olmalıdır. Siz necə düşünürsünüz? - Dr.Wiki54 (müzakirə) 17:14, 27 fevral 2022 (UTC)Cavabla

Təkliflərim: "işğalı" ("Russian occupation" ifadəsindən götürərək), "hücumu" ("Russian invasion" ifadəsindən götürərək), və ya "müdaxiləsi" ("Вторжение России" ifadəsindən götürərək) --► Hörmətlə: SolaVirum 18:57, 27 fevral 2022 (UTC)Cavabla
@Solavirum, qatılıram. "Hücumu" ən neytralı olsa da, faktik bu işğal halıdır. Ona görə məncə "işğalı" olmalıdır. - Dr.Wiki54 (müzakirə) 21:56, 27 fevral 2022 (UTC)Cavabla
Salam. Bu, işğaldır təbii ki — Rusiyanın Ukraynanı işğalı (2022) Toghrul R (m) 06:28, 28 fevral 2022 (UTC)Cavabla
İşğalı bir az elə səslənir ki, işğal edib artıq. Daha dəqiq ad müharibə bitəndən sonra olacaq. Hücumu fikrimcə. — Araz Yaquboglu (müzakirə) 07:10, 28 fevral 2022 (UTC)Cavabla

Salam. Burda istila sözünü invasion mənasında işlətdim. Həmin söz dilimizdə elə bu mənada işlənilir.

Nümunələr: tarixçi Elşən Mirişli "Türküstan" qəzetində: "Monqol istilası Türk alə­minin simasını dəyişdirdi."; Azərbaycan ədəbi dilinin tarixi, s. 161: "monqol istilası başlanır"; AzərTac məqaləsi: "Səfir vurğulayıb ki, bu oğulların istilaçı olmadığını, onların öz evlərinə qayıtdıqlarını anlamaq çox vacibdir"; tarixçi Vidadi Umudlu, "Academic Journal of History and Idea": "Qafqazı istila etməyə çalışan Rusiya"; AMEA-nın Tarix İnstitutu, "Ermənistan-Azərbaycan münaqişəsi" s. 18: "tez-tez İran şahlarının istilası ilə üzləşən bəzi Azərbaycan xanları"; İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı: "Tarixdə müharibələr çox olub, münaqişələr olub, elə hallar olub ki, xalqlar istila ilə, işğalla barışmış olublar, boyunlarını büküb əyilmiş olublar."

Hazırda baş verən istila çərçivəsində Rusiya Ukrayna ərazisinə dörd (şimal, şərq, şimal-şərq və cənub) tərəfdən hücum edir və nəticədə Ukraynanın torpaqları Rusiyanın işğalı altında qalır. Necə ki, Rusiyanın 2014 istilası şərqi və cənubi hücumlardan ibarət idi və həmin istilanın nəticəsində Krım və Donetsklə Luqanskın hissələri ilhaq/işğal altında qalıblar. Yəni, iki tərəfli hücumdan ibarət olan ilk böyük istila 2014-də baş verib, nəticəsi olan işğal isə günümüzə qədər davam edir. Bu məqalə ümumiyyətlə, hələlik şükür ki, davamlı işğal haqqında yox, məhz hazırda davam edən istila haqqındadır. — Мурад 97 (müzakirə) 22:10, 2 mart 2022 (UTC)Cavabla

İstila sözü yoxdur demədim, ümumişlək deyil dedim. - Dr.Wiki54 (müzakirə) 20:28, 3 mart 2022 (UTC)Cavabla
"İşğalı" olmalıdır. Hörmətlə, dancewithdevil (müzakirə) 21:44, 3 mart 2022 (UTC)Cavabla
Məncə, göstərdiyim mənbələr (onların arasında həm akademik, həm də qeyi-akademik, həm şifahi, həm də yazılı mənbələr var) onu göstərir ki, həmin söz yətərincə ümumişləkdir. Sübut etmək çalışdığım bu idi, sözün mövcudluğu yox (elə halda tək bir lüğətə istinad yətər olacaqdı). — Мурад 97 (müzakirə) 23:58, 3 mart 2022 (UTC)Cavabla
Peşəsi tarixçi olan şəxslərdən sitatlardan və akademik mənbələrdənnümunə gətirməklə bir sözə ümumişlək demək olmaz. Məs. "Mədaxil" sözü ilə bağlı onlarla mənbəgöstərə bilərəm, amma bu onu ümumişlək etməz. Onun bənzəri "gəlir" isə hərkəs tərəfindən istifadə olunan sözdür, ümumişləkdir. - Dr.Wiki54 (müzakirə) 16:29, 4 mart 2022 (UTC)Cavabla

Dr.Wiki54, ümumişlək söz işlətmək zərurətində deyilik, tarixçilərin işlətdiyi sözlər daha uyğundur bir ensiklopediya üçün. --► Hörmətlə: SolaVirum 17:06, 4 mart 2022 (UTC)Cavabla

@Solavirum, sizinlə eyni fikirdə deyiləm. - Dr.Wiki54 (müzakirə) 17:22, 4 mart 2022 (UTC)Cavabla

Göstərdiyim mənbələrə baxsanız, həmin söz tarixçilərdən başqa siyasətçilər tərəfindən və publisistik üslubda işlədildiyini görəcəksiniz. — Мурад 97 (müzakirə) 00:39, 5 mart 2022 (UTC)Cavabla

Adlandırma zamanı hamı tərəfindən başa düşülən, anlaşıqlı və ən əsas da axtarışa verilən versiyaya üstünlük verilir. Buna görə də ümumişlək sözlərə üstünlük verilməldir. Amma istila sözünə gəldikdə ümumişlək sözdür. Çünki bu söz hələ ki arxaikləşməyib. Əsas mövzuya, məqalənin adına gəldikdə isə indiki halda məncə də ən uyğun variant "Rusiyanın Ukraynanı işğalı (2022)"-dır. — Surə 🗯 10:30, 9 mart 2022 (UTC)Cavabla
Hörmətli həmkarlar, @Dr.Wiki54, Solavirum, Toghrul R, Sura Shukurlu, Araz Yaquboglu, etiraz etmirsinizsə, məqalənin adını Rusiyanın Ukraynanı işğalı (2022) adlandıraq. Lavici mesaj? 22:01, 15 mart 2022 (UTC)Cavabla

Salamlar. Məncə məqalənin adı "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi (2022)" olmalıdır. Heç bir Vikidə, hətta Ukraynanın öz Vikisində belə bu məqalədə "işğal" sözü yoxdur. Qərbi Avropa dillərində "İnvasion", slavyan dillərində "Вторжение (rus)", "вторгнення(uk)" kimi gedib. Bu sözlərin də dilimizə ən adekvat tərcüməsi məncə elə "hərbi müdaxilə"dir. Necə olur ki, 10 noyabr 2020-si il bəyanatına qədər Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri məqaləsinin adında "işğal" sözü yox idi. Halbuki, Azərbaycan və bəzi digər ölkələr bu faktı rəsmən işğal kimi tanıyırdi. Bir də ki, "Ukraynanı işğal etməsi" o mənanı verir ki, Ukrayna tamamilə işğal edilib. Halbuki yalnız müəyyən ərazilər işğal edilmiş sayıla bilər. Müharibənin nəticəsi də hələ bəlli deyil. Aksar (müzakirə) 09:17, 9 mart 2022 (UTC)Cavabla

Məncə, "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi (2022)", "Rusiya-Ukrayna müharibəsi (2022)" və ya əvvəl təklif etdiyim "Rusiyanın Ukraynanı istila etməsi (2022)" adların hərəsi indikindən daha uyğundur. Məsələdən xəbərsiz olan bir adam indiki adını oxuyub, Ukraynanın bütövlüyü işğal altında olduğunu zənn edəcək. Hazırda Çernobıl ərazisi, Xerson, Donetsk və Luhansk bölgələrin hissələri, Krım və bir neçə kiçik ərazilər işğal altındadır. Lviv, Volın, Odessa və s. işğal altında deyil. Buna görə ümumi "Ukrayna işğalından" danışmaq səhvdir. — Мурад 97 (müzakirə) 13:44, 11 mart 2022 (UTC)Cavabla

  • Mən də "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi (2022)" və "Rusiya-Ukrayna müharibəsi (2022)" adlandırmaları ilə razıyam. İşğal və istila kimi adlandırmalar düzgün deyil, çünki Rusiya Ukraynanı işğal edərək öz ərazisinə qatmaq üçün deyil, Ukrayna hakimiyyətində dəyişiklik məqsədilə bu müharibəni başladıb.— Thunder Storm (müzakirə) 07:45, 28 mart 2022 (UTC)Cavabla

Hazırda Azərbaycan dilli KİV-lərin böyük hissəsi Rusiya-Ukrayna müharibəsi işlədir. Həmin kontekstdə işğal sözü də qeyd olunur, halbuki "Rusiyanın Ukraynanı işğalı" ifadəsi demək olar ki, ancaq Vikipediyada işlənilir. — Мурад 97 (müzakirə) 20:00, 22 aprel 2022 (UTC)Cavabla

Dr.Wiki54, Solavirum, Toghrul R, Sura Shukurlu, Araz Yaquboglu, salam. Məncə, bu adlandırma neytrallığı pozur və indiki halda doğru da deyil. İngilis vikisi "invasion" qeyd edib. Baxmayaraq ki, tr viki "müdahelesi" yox, "işğalı" yazıb. Hesab edirəm ki, düz deyil. Bu məqaləni məsələn, işğal olduğu halda, "müdahelesi" adlandırmışdılar. "İnvasion" "işğal" demək deyil. En wikiyə uyğun adlandırmaq lazımdır. Hörmətlə, dancewithdevil (müzakirə) 00:45, 28 iyun 2022 (UTC)Cavabla
Mən öz fikrimdə qalıram. Məqalənin adını dəyişmək lazımdır, "istila" sözü də uyğun adlandırmadır. Bu fikrə əks-arqument göstərən yoxdur, sadəcə "məncə elə deyil" kimi ifadələr işlənir, bu da konsensus quruculuğuna ziyandır. --► Hörmətlə: SolaVirum 01:45, 30 iyun 2022 (UTC)Cavabla
Solavirum, görünən odur ki, müzakirəyə qoşulan olmayacaq. Dediyiniz versiya da uyğundur, "istilası" da ola bilər, ancaq mən "hərbi müdaxiləsi" olaraq adlanırılmasını təklif edərdim. Hörmətlə, dancewithdevil (müzakirə) 22:24, 23 iyul 2022 (UTC)Cavabla
Hərbi müdaxiləsi olaraq dəyişdirilməsində problem görmürəm. Hər fərqli düşünəni konsensus quruculuğuna ziddir adı ilə "çıxdaş etmək" düz deyil. - Dr.Wiki54 (müzakirə) 22:36, 23 iyul 2022 (UTC)Cavabla
KİV-lərdə işlənən formada "müharibəsi" ya da "qarşıdurması" da adlandırmaq olar. Hörmətlə, dancewithdevil (müzakirə) 22:38, 23 iyul 2022 (UTC)Cavabla
İstila sözü niyə ümumişlək söz deyil ki? Hörmətlə, dancewithdevil (müzakirə) 22:41, 23 iyul 2022 (UTC)Cavabla
Bəzi mənbələrdə Ukrayna müharibəsi gedir. Buna münasibətiniz necədir? Dr.Wiki54, dancewithdevil. --► Hörmətlə: SolaVirum 11:48, 24 iyul 2022 (UTC)Cavabla
@Solavirum, müharibə hazırda istifadə oluna bilər. Başlanğıcda Ukrayna hücum etmirdi, müdafiə edirdi. Ancaq indi qarşılıqlı hücum var. Ona görə müharibə də olar. - Dr.Wiki54 (müzakirə) 12:07, 24 iyul 2022 (UTC)Cavabla
Bəli, olar. Hörmətlə, dancewithdevil (müzakirə) 13:14, 24 iyul 2022 (UTC)Cavabla
Bəlkə "Rusiya-Ukrayna müharibəsi"? — Surə 🗯 13:16, 24 iyul 2022 (UTC)Cavabla
Etiraz edən yoxdursa, məqaləni indilik "Rusiya-Ukrayna müharibəsi (2022)" adlandıraq.
Solavirum, Dr.Wiki54, Solavirum. Hörmətlə, dancewithdevil (müzakirə) 00:07, 22 avqust 2022 (UTC)Cavabla
Salam. Son vaxtlar Azərbaycan mediasında bu müharibə "Rusiyanın Ukraynaya hərbi təcavüzü" adlandırılır. Fikrimcə məqalənin adı baş verənlər fonunda aktual deyil. Sani Esgerli (müzakirə) 17:08, 24 oktyabr 2022 (UTC)Cavabla
VP:MİLLİ. Gadir (müzakirə) 23:45, 4 noyabr 2022 (UTC)Cavabla

Parametr niyə işləmir? redaktə

Salam, Toghrul R. Bu məqalədə nə üçün "aiddir" parametri işləmir? Başqa məqalələrdə yoxladım, işləyir. Bu məqalədə niyə işləmir? Gadir (müzakirə) 10:22, 21 mart 2023 (UTC)Cavabla

@Gadir salam, ikinci parametr boş idi, onu sildim Toghrul R (m) 12:58, 22 mart 2023 (UTC)Cavabla
Diqqət etməmişdim, @Toghrul R. Təşəkkür edirəm. Gadir (müzakirə) 13:34, 22 mart 2023 (UTC)Cavabla
"Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)" səhifəsinə qayıt.

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024