Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2017

Hava limanı adları

Fikir verdim ki, bizdə hava limanları ilə bir çox adlandırma mövcuddur. Hələ ki, bu cür adlandırmalar ilə qarşılaşmışam:

  1. XXX beynəlxalq hava limanı
  2. XXX hava limanı
  3. XXX Hava Limanı
  4. XXX Beynəlxalq Hava Limanı
  5. XXX Beynəlxalq Aeroportu
  6. XXX aeroportu

Məncə daha çox qarışılıq yaranmasın deyə bunu standartlaşdırmalıyıq. XXX hava limanı variantı məncə daha münasibdir.--White DemΩn (el psy congroo) 13:32, 4 sentyabr 2017 (UTC)

  1. Razıyam. --Araz Yaquboglu (müzakirə) 15:10, 4 sentyabr 2017 (UTC)
  2. Razıyam.--Azerifactory (müzakirə) 05:10, 5 sentyabr 2017 (UTC)
  3. Razıyam.--Rufet Turkmen | müzakirə 10:42, 5 sentyabr 2017 (UTC)
  4. Razıyam, iki variantdan istifadə eləməliyik XXX beynəlxalq hava limanıXXX hava limanı digərlərinidə bu standartlara uyğunlaşdırmalıyıq.--eldarado 11:19, 5 sentyabr 2017 (UTC)
Bütün hava limanı məqalələri standartlaşdırıldı.--eldarado 11:47, 5 sentyabr 2017 (UTC)
Elə hava limanı var ki, beynəlxalqdı, eləsi də var ki, yox. Regional və s. Ona görə də "hava limanı" da istifadə oluna bilər, "beynəlxalq hava limanı" da. Vikitəcrübəyə də baxmaq olar. O da var ki, sadəcə "hava limanı" desək bu zatən hamısını əhatə edir. "Aeroport" sözü özü "hava limanı" sözünün sinonimi olsa da, mən "hava limanı" ifadəsinin tərəfdarıyam. Məncə bu ifadə daha ümumişləkdi və dilə, tələffüzə daha yatqındı.--samral müzakirə 07:47, 6 sentyabr 2017 (UTC)
İngilis dilli vikipediyada hava limanı, regional hava limanı, beynəlxalq hava limanı və hava bazası şəklində istifadə olunur. --Drabdullayev17 (müzakirə) 18:30, 6 sentyabr 2017 (UTC)

Zəif yazılmış məqalələr

Almaniya, İzotermik proses, Pol Sezan kimi zəif yazılmış məqalələrin statusunu almaq lazımdır. Əgər heç kim bu işə baxmırsa, mən belə yazılmış məqalələri bir yerə yığıb sonra səsvermə keçirək. Onların SM və YM siyasında olması çox gülünc və qeyri-peşəkar görünür.

Xahiş edirəm, White Demon, Anar kerimxanov, Nicat49, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, Baskervill, Cekli829Sortilegus kimi idarəçilər öz fikirlərini bildirsinlər.--Azerifactory (müzakirə) 14:57, 6 sentyabr 2017 (UTC)

Sözsüz, statusları alınmalıdır.--White DemΩn (el psy congroo) 14:58, 6 sentyabr 2017 (UTC)
Bu məsələ bir neçə dəfə qaldırılıb. Bu haqda qayda səsvermə nəticəsində qəbul edilsin sonra. Həmişə buna görə qalıb. --Araz Yaquboglu (müzakirə) 15:02, 6 sentyabr 2017 (UTC)
Araz Yaquboglu, səsvermə etdim amma heç kim qoşulmadı.--Azerifactory (müzakirə) 16:29, 6 sentyabr 2017 (UTC)
Azviki də yüksək səviyyədə yazılmış yaxşı və seçilmiş məqalələrin sayı artıqca əvvəlki illərdə seçilmiş məqalələr standartlara cavab vermir. İndiki dövrdə kütləvi formada məqalələrdən statusların alınmasına qarşıyam. Bir tərəfdən parta-part məqalələrə status vermək və bir tərəfdəndə onların statuslarını almaq doğru bir şey deyil. İngiliscə vikipediyada 5127 seçilmiş məqalə var. Mənə maraqlıdır ki, onlar 10 il əvvəl seçilmiş məqalələrdən bu statusları geri alırlarmı ? --Baskervill (müzakirə) 08:29, 7 sentyabr 2017 (UTC)
Azerifactory-ə qoşuluram, düşünürəm ki, yerində atılmış addımdır. Baskervill envikini bilmirəm, trviki edir.--samral müzakirə 09:20, 7 sentyabr 2017 (UTC)
Baskervill, EnWikidə alırlar. Mən bunu Şotlandiya futboluna aid olan məqalələrdə görmüşəm.--Azerifactory (müzakirə) 09:23, 7 sentyabr 2017 (UTC)
Mən indi saydım seçilmiş siyahılarda problem yoxdur, YM almış məqalələrin 9-10-u zəif yazılıb. Qalanları yaxşıdır--Azerifactory (müzakirə) 09:31, 7 sentyabr 2017 (UTC)

Məncə statusu almaq yox, onları təkmilləşdirmək lazımdır.--►Cekli829 17:20, 7 sentyabr 2017 (UTC)

Vikimaniya - 2017

 

Hamıya salam. Çoxlarına məlum olduğu kimi Azvikinin idarəçisi və fəal istifadəçilərindən biri olaraq ötən ay AzərbaycanıAzərbaycanca Vikipediyanı Kanadanın, Kvebek əyalətində yerləşən Monreal şəhərində təşkil edilmiş sayca XIII Vikimaniyada - Vikimaniya2017 adlı beynəlxalq tədbirində təmsil etdim. Vikimaniya hər zaman iştirak etmək istədiyim, ancaq hər səfərində müxtəlif səbəblərdən (şəxsi məsələlər və hərbi xidmət) iştirakım baş tutmayan bir tədbir idi. Tədbirdən əvvəl bir çox suallarımı təcrübəli idarəçilərimiz və eyni zamanda Azvikinin dəfələrlə bu mötəbər tədbirdə təmsil etmiş WertuoseSortilegusa ünvanlamışdım. Hər iki idarəçimiz ardı-arası kəsilməyən suallarıma səbirlə və təmkinlə cavablandırdığı üçün bir də buradan təşəkkürlərimi çatdırmaq istəyirəm. Tədbir Montreal şəhərində yerləşən Şeraton otelinin II, III və IV mərtəbələrindən təşkil olunmuşdu. İlk gündə baş tutan açılış mərasimindən sonra müxtəlif salonlarda keçirilən bəzi oturumlarda və müzakirələrdə iştirak etdim.

 
Vikimaniya 2017 - Fotonun çəkilməsi üçün 2 küçə aralıdakı parkı seçdik. Yola çıxanda hava normal idi. 40 metr məsafəsi olan iki işıqforun arasında isə dəhşətli yağış başladı. Gizlənməyə, daldalanmağada yer yoxdu ki, girib gözləyəsən. Bu şəkil eyni zamanda Vikimaniyaçıların yeganə (bu günə qədər) yağışlı qrup şəkilidir. Şəkili yaxınlaşdırıb məni ortada, bir az sağda görə bilərsiniz.

I gün Türkcə Vikipediyadan olan 2 idarəçi və bir fəal istifadəçi ilə söhbətləşdik. Türkiyədə vikipediyanın bloklanması, Tr-Az viki arasında baş tuta biləcək mümkün tərəfdaşlıq və digər məsələlər barədə müzakirələr apardıq. Sonrakı günlərdə QalisiyaKatalan vikipediyalarından olan fəal idarəçilərə III mərtəbədə kiçik toplantımız oldu. Qərarlaşdırdıq ki, Qalisiyaca vikipediya ilə qarşıqlı mövzulu ay lahiyəsi keçirdək. Belə ki, onlarda Azərbaycanla bağlı 40, bizdə isə onlarla bağlı 40 məqalə yaradılacaq və qaliblər simvolikdə olsa mükafatlandırılacaq. Həmin günün axşamı isə türk dilli vikipediyaçılarının gözəl və səmimi bir görüşü keçdi. Həmin görüşdən olan fotonu öz facebook profilimdə də paylaşmışam və bir çox fotonu tezliklə commons media anbarınada yükləyəcəm. Başqırd, tatar, türk, cənubi azərbaycanlı və bəndəniz olaraq görüşdə 7 nəfər iştirak edirdi. Söhbətimiz o qədər maraqlı alındı ki, müzakirənin davamını otelin qarşısında yerləşən Dorchester Square parkında davam etdirdik.

19-cu mərtəbədə eyni otağı bölüşdüyüm gürcücə vikipediyanın idarəçisi və bürokratı Mişa tədbir boyunca yanımda oldu və onunlada uzun-uzun müzakirələr, zarafatlar və səmimi söhbətlər etdik. İnternet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı Cimmi UeylsVikimedia Fondunun idarəçilərindən Katherine Maher ilə apardığım söhbətlərdə Azvikinin mövcud vəziyyəti, gələcək inkişaf prespektivləri, icma daxilində görülən işlərlə bağlı ümumi məlumatlar verdim. Vikimaniyada ilk dəfə iştirak etməyim, Azərbaycandan gələn yeganə iştirakçı olmağım hər bir yeniliyi izləməyimdə çətinlik yaradırdı. Rusiya 9, Almaniya 10, İspaniya 20 dən çox iştirakçı ilə təmsil olunurdu və sözsüz ki, onların imkanları mənə baxanda daha geniş və çoxşaxəli idi.

Maraqlı məqamlardan biri də, tədbirin keçirildiyi ərəfədə Azərbaycanın Qax rayonunun İlisu kəndində "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən ilk dəfə təşkil olunmuş Yay Vikidüşərgəsi ilə canlı video bağlantının yaradılması oldu. Monreal-İlisu arasında 8.800 km dən çox məsafə olsada, həmin məsafəni 0 km-ə endirdik və bir-birimizi səmimi şəkildə salamladıq. Cənubi Azərbaycanlı soydaşımız, stüard Mardetanhada həmin video bağlantıda iştirak edirdi və tədbir boyunca öz köməkliyini məndən əsirgəmədi. Trvikidən olan idarəçi mənə vandalizm halları ilə mübarizə aparmaq üçün ORES adlı sistemin istifadə edilməsini məsləhət gördü. Həmin sistemin yaradılması və tətbiqi üçün lazım olan işləri görməyəcə başlayacam və bu barədə viki icmanı müntəzəm şəkildə məlumatlandıracam.

7 ildir ki, Azvikidə çalışıram və fəaliyyətimin son 5 ili idarəçi kimi çalışmaqla keçib. Vikimaniya tədbiri mənə çox şey qazandırdı. Beynəlxalq təcrübə, dünyanın müxtəlif ölkələrindən gəlmiş 60-dan çox istifadəçi, idarəçi, stüard və fond əməkdaşları ilə söhbətlər, məsləhətləşmələr, sual-cavablar və ən əsasıda Azvikini təmsil etmək imkanı. Bakıda rastıma vikipediyada yazan bir adam çıxanda sevinirəm o ki, qaldı gedib 600 vikipediyaçı ilə birlikdə vaxt keçirmək :) Şəxsən mən Baskervillin bu tədbirikdəki iştirakına, fəaliyyətinə 10 üzərindən 7 bal verirəm.

White Demon, Anar kerimxanov, Nicat49, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, Cekli829, Sortilegus, Vahid Məmmədov, Azerifactory, Turan Etibaroğlu, Qolcomaq, Cekli829, Abutalub, Yusif Sərrac, Мурад 97, KmlSmdz, Sefer azeri, Keete 37, Gulnar Rehimli, Drabdullayev17, Wertuose, Gumush515, Enver62, Anar kerimxanov, Capay, Masalli qasimli, Caspianman, Elnur Neciyev, Gunay M.E., Daydreamer2011, KaraBakh, Gulya S-va, Rufet Turkmen, Eldarado, Oyuncu Aykhan, Samral, Nihat Hasanli və adlarını unutduğum yüzlərlə insanla eyni dəyəri bölüşdüyüm üçün çox şadam ! Gələn yay Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkil ediləcək sayca XIV Vikimaniyada daha geniş tərkibli bir heyətlə iştirak etməyi arzu edirəm. Detallı məlumatlar tezliklə istifadəçi səhifəmdə tədbir ilə bağlı yaradacağım səhifədə veriləcək. Hörmətlə:--Baskervill (müzakirə) 11:53, 7 sentyabr 2017 (UTC)

Azerifactory zamanı gələndə fonda məktub yazarıq və inanıram ki, Azərbaycandan da səfərimizi maliyyələşdirənlər tapılar. Ermənilər 4 nəfərlə təmsil olunurdu. Ən azı 3 nəfərlə getməliyik. --Baskervill (müzakirə) 12:06, 7 sentyabr 2017 (UTC)
Video bağlantı indiki kimi yadımdadır. :) Çox maraqlı və lazımlı keçib tədbir. Bir gün olmaq istədiyim yerdi VikiMania :) --Yusif Sərrac (müzakirə) 12:12, 7 sentyabr 2017 (UTC)
Yusif Sərrac siz tərəfdən internet bağlantısında bir az problem vardı. Hələ mənim fikrim vardı ki, fond əməkdaşlarından birini dilə tutub və sizinlə danışırdım. Ən azından ürək sözlərini falan desin :) Bakı toylarında o vaxtları bəyin Rusiyada yaşayan dayısı zəng edərdi, telefonla öz ürək sözlərini deyərdi lap onun kimi :)--Baskervill (müzakirə) 12:16, 7 sentyabr 2017 (UTC)
Əminəm ki, bizi layiqincə təmsil etmisiniz. Təşəkkürlər, Baskervill--White DemΩn (el psy congroo) 12:18, 7 sentyabr 2017 (UTC)
Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. --Baskervill (müzakirə) 12:20, 7 sentyabr 2017 (UTC)
Daha böyük uğurlarınız olar inşəallah. Gözəl posta görə təşəkkürlər. Geniş tərkibli bir heyətlə iştirak etmək arzunuzun reallaşmasını diləyirəm, Baskervill---Elnur Neciyev (müzakirə) 19:21, 7 sentyabr 2017 (UTC)

Salam hörmətli Baskervill fəaliyyətinizdə sizə uğurlar arzulayıram. --Masalli qasimli (müzakirə) 12:24, 7 sentyabr 2017 (UTC)

Salam həmkar. Xahiş edirəm, facebook səhifənizi yazın. Sizinlə 1 vacib məsələni müzakirə etmək istəyirəm. --Masalli qasimli (müzakirə) 12:27, 7 sentyabr 2017 (UTC)

Hər şeyə görə təşəkkürlər və bol uğurlar diləyi ilə...--Rufet Turkmen | müzakirə 15:11, 7 sentyabr 2017 (UTC)

Təşəkkürlər, Baskervill! 10 üzərindən 10 bal! :) --►Cekli829 17:17, 7 sentyabr 2017 (UTC)

İlisida baş tutmuş Vikidüşərgədə iştirak edə bilməsəmdə yaratdığınız canlı bağlantıları izləyirdim. Düşünürəm ki orada olmaq çox gözəl hissdir lakin orada Azərbaycanı təmsil etmək qürur verici hissdir. Siz azviki üçün çox böyük işlər görmüsüz, sizə həmişə ehtiyacımız var və ümid edirəm ki, növbəti VikiMania tədbirlərindədə bizi layiqincə təmsil edəcəksiniz.--eldarado 17:26, 7 sentyabr 2017 (UTC)
Fikirləriniz olduqca maraqlıdır. Bizi təmsil etdiyinizə görə sizə təşəkkür edirəm. Xüsusi ilə digər vikipediyalarla qarşılıqlı layihələr gözəl fikirdir--Qolcomaq (müzakirə) 17:55, 7 sentyabr 2017 (UTC)
Sizi tanıdığım üçün şadam, uğurlarınız məni sevindirir, daha böyük uğurlar arzu edirəm hörmətli Baskervill---Caspianman (müzakirə) 00:08, 8 sentyabr 2017 (UTC)
İnanıram ki, Vikimania çox yaxşı keçib. Ümid edirəm ki, gələcəkdə daha çox Azərbaycanlı Vikipediyaçı Vikimania tədbirində iştirak edər. Hörmətlə: oyuncu aykhanfikrini de! 06:17, 8 sentyabr 2017 (UTC)

Ətraflı məlumata və təmsilçiliyinə görə Baskervillə təşəkkürümü bildirirəm. Vikimaniada AzViki təmsilçisinin olması çox sevindiricidir. Növbəti illərdə daha böyük heyətdə iştirak təklifini dəstəkləyirəm. --Babək Akifoğlu (müzakirə) 08:40, 9 sentyabr 2017 (UTC)

Baskervill sanki özümü orada hiss etdim. Çox şadam ki, siz o tədbirdə iştirak edibsiniz. Hər kəs istər ki iştirak etsin. Məndə mümkün deyil. Çünki dil bilmirəm. )) --Araz Yaquboglu (müzakirə) 15:37, 11 sentyabr 2017 (UTC)

Türkcə vikipediyada millətimizin adı

Salam hörmətli Azərbaycan dilli vikipediyanın idarəçi və istifadəçiləri. Mən çox vacib bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Türkcə vikipediyada millətimizin adı - Azeri (azəri), dilimiz - azerice (azəricə) qeyd olunub. Fikrimcə, azəri sözü çox yanlış qurulmuş (uydurulmuş) sözdür. Türk dilli vikipediyada millətimizin adı - Azerbaycanlı və ya Azerbaycan türkü yazılsa düzgün olar. Çünki Azərbaycanlı adı konstitusiyada da belə qeyd olunub. Azərbaycan Türkü də soyumuzu, bildirir. Bütün idarəçilər və istifadəçilərin fikirlərini öyrənmək istəyirəm. --Masalli qasimli (müzakirə) 16:47, 7 sentyabr 2017 (UTC)

Bizdə uzun müddətdir ki, bununla bağlı həll olunmamış məsələlər var. Məsələn, Kateqoriya:Azəri ədəbiyyatının müzaklirə səhifəsində bu məsələ tam açıq qalaraq, hələ ki, yekunlaşmayıb. --►Cekli829 05:24, 8 sentyabr 2017 (UTC)

Draft strategy direction. Version #2

In 2017, we initiated a broad discussion to form a strategic direction that will unite and inspire Wikimedians. This direction will be the foundation on which we will build clear plans and set priorities. More than 80 communities and groups discussed and gave feedback[strategy 1][strategy 2][strategy 3]. We researched readers and consulted more than 150 experts[strategy 4]. We looked at future trends that will affect our mission, and gathered feedback from partners and donors.

A group of community volunteers and representatives from the strategy team synthesized this feedback into an early version of the strategic direction that the broader movement can review and discuss.

The second version of the direction is ready. Again, please read, share, and discuss on the talk page on Meta. Based on your feedback, the drafting group will refine and finalize the direction.

  1. Cycle 1 synthesis report
  2. Cycle 2 synthesis report
  3. Cycle 3 synthesis report
  4. New Voices synthesis report

SGrabarczuk (WMF) (müzakirə) 11:13, 11 sentyabr 2017 (UTC)

İdarəçi tərəfindən istifadəçinin əsassız bloklanması

İstifadəçi Drabdullayev17 idarəçi Cekli829 tərəfindən 1 aylıq bloklanıb. Drabdullayev17 Azviki üçün fundamental sayıla biləcək Nyu-York metropoliteni məqaləsi üzərində işləyirdi və böyük bir ehtimalla həmin məqalə də yarımçıq qaldı. Bloklanma səbəbi kimi burada aparılan yazışma göstərilib. İstifadəçi Alberta Universiteti məqaləsində olan copy-paste hissəni çıxaran zaman, səhvən bəzi şəkilləridə silib və bunun bir səhv olduğunu öz müzakirə səhifəsində də qeyd etmişdi. Cənab idarəçi isə Drabdullayev17-in müzakirəsinə belə bir fikir yazmaqla cavab verib; Əgər 1 cümlə və yaxud 1 şəkil və yaxud da 1 söz belə əlavə silsəniz, mən Sizi bloklayacam. Bu nə deməkdir CƏNAB Cekli829 ?? Viki cəmiyyət bizi kiminsə üzərində ağalıq etmək üçünmü idarəçi seçib ? Fəal və peşəkar istifadəçi şəkillərin silinməsindən sonra daha da diqqətli olacağını bildirdiyi halda, onun 1 aylıq müddətinə bloklanması hansı əsasla gercəkləşdirilib ? --Baskervill (müzakirə) 11:01, 15 sentyabr 2017 (UTC)

Fəal idarəçi və istifadəçilərdən; White Demon, Anar kerimxanov, Nicat49, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, Sortilegus, Vahid Məmmədov, Azerifactory, Turan Etibaroğlu, Qolcomaq, Abutalub, Yusif Sərrac, Мурад 97, KmlSmdz, Sefer azeri, Keete 37, WertuoseSamral-ın mövqeyini bilmək istərdim. --Baskervill (müzakirə) 11:02, 15 sentyabr 2017 (UTC)
Baskervill, ümumi olaraq mən düşünürəm, Tərxan bəy son zamanlar heç də düzgün olmayan qərarlar verir və Vikipediyanı, özünün şəxsi saytı hesab edir, habelə hamı üzərində ağalıq edir. Əgər, Viкi cəmiyyət bu gün Tərxan bəyi cəzalandırmasa və ya xəbərdarlıq etməsə, gələcəкdə çox böyüк problemlərlə üz-üzə gələcəк. Hörmətlə Barselona99 (müzaкirə) 11:40, 15 sentyabr 2017 (UTC)
Barselona99 birdə gördün ki, səni də blokladılar.--Baskervill (müzakirə) 11:49, 15 sentyabr 2017 (UTC)
Baskervill, xa-xa-xa. :-) Mən, Tərxan bəydən qorxuram? Bloklamaq istəyirsə, bloklasın. Gözləyirəm. Hörmətlə Barselona99 (müzaкirə) 11:58, 15 sentyabr 2017 (UTC)
Barselona99 gülmək lazım deyil. Nə də kimsə kimdənsə qorxmur. Amma dünən axşam 1 saat blokda olmusan. --Araz Yaquboglu (müzakirə) 12:45, 15 sentyabr 2017 (UTC)
Barselona99 ilə həmfikirəm. VP:V, Vandalizmin növləri bölməsində bu cür vandalizm növü heç nəzərə alınmır bilə. Bunnan artıq, ilk xəbərdarlıq da əsasız idi, çünki VP:V, Hansı hərəkətlər vandalizm deyil bölməsinin Cəsarətli düzəlişlər maddəsinin altısına düşür:

Ən əsas Vikipediya prinsiplərindən biri - "cəsur ol!" prinsipidir. Bəzi vikipediyaçılar məqalələrin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onlarda böyük düzəlişlər edirlər. Yazdığınız mətnin böyük hissəsinin silindiyini və ya ciddi surətdə redaktə olunduğunu görmək Sizə xoş olmasa da, bu hərəkət vandalizm deyil. Müdrik vikipediyaçılar cəsarət və sevgini bir arada birləşdirməyi bacarırlar.

Məncə, hər şey aydındır. Heç cür vandalizm baş verməyib. Blok səbəbsizdir.
Diqqətimi cəlb edən başqa şey idi. Həmin istifadəçi burda qeyd edir ki, onun başqa hesabı var. Bu isə xatırladığım qədər, qaydalarımıza ziddir. Məni bu narahat edir ki, bütün idarəçilər xırda məsələlərə (hətta qayda pozuntusu olmayanda) fikir verirlər, amma bu cür vacib qayda pozuntudan açıq şəkildə problemsiz yazışmaq olar. --Мурад 97 (müzakirə) 11:55, 15 sentyabr 2017 (UTC)
Cənab Мурад 97, Drabdullayev17-nin Azvikinin təcrübəli istifadəçilərdən olduğunu onu tanıyan hər bir kəs bilir. Bir zamanlar Aabdullayev851 adı ilə fəaliyyət göstərən istifadəçi hal-hazırda Drabdullayev17 adı ilə fəaliyyət göstərir. Aabdullayev851-in fəaliyyəti mart ayından etibarən dayandırılıb. Мурад 97 sizcə istifadəçinin öz hesabında olan fəaliyyətini dayandırıb, yeni bir istifadəçi adı ilə 0 dan fəaliyyətə başlamağ haqqı yoxdurmu ?--Baskervill (müzakirə) 11:59, 15 sentyabr 2017 (UTC)
Baskervill, Məncə necədir, vacib deyil. Bunu qaydalarda baxmaq olar. Bəlkə, mən səhv deyirəm. Əslində, artıq qeyd etdiyim kimi, məni narahar edən məsələ bu ayrı nümunə deyil. İstifadəçilərin xırda səbəblərə və əsasız intihamlara görə sistematik bloklamaları, və eyni zamanda idarəçilərin böyük qayda pozuntulara fikir vermədikləridir. --Мурад 97 (müzakirə) 12:07, 15 sentyabr 2017 (UTC)
Barselona99 yumor hissiniz güclüdür. :) --Baskervill (müzakirə) 12:04, 15 sentyabr 2017 (UTC)
Baskervill, bu yumor deyil. Barselona99 (müzaкirə) 12:06, 15 sentyabr 2017 (UTC)
Barselona99 nədir bəs ? --Baskervill (müzakirə) 12:06, 15 sentyabr 2017 (UTC)
Baskervill, mən ondan qorxmuram. Hörmətlə Barselona99 (müzaкirə) 12:07, 15 sentyabr 2017 (UTC)
Cekli829 öz fəaliyyəti ilə Azvikinin təməl daşlarından biri olub və bunun uzun illər belə də olacağına inanıram. İdarəçinin dünən Drabdullayev17, bir necə gün əvvəl isə Sefer azeri-ni bloklaması yaxşı hal deyil. Hesab edirəm ki, öz fəaliyyəti ilə özünü sübut etmiş istifadəçilərin bloklanması məsələsində idarəçilər o zaman tək başına qərar qəbul edə bilər ki, ortada təhqir, hədə və buna bənzər hallar mövcud olsun. Drabdullayev17-in blokunun açılmasını tələb edir və Azvikinin fəallarından mövzu ilə bağlı mövqe gözləyirəm. --Baskervill (müzakirə) 12:11, 15 sentyabr 2017 (UTC)
Baskervill, mən, Tərxan bəyin yaxşı istifadəçi olduğunu bilirəm. Siz, mənə bunu dediniz: Barselona99 birdə gördün ki, səni də blokladılar. Mən, bu sözü cavab olaraq, Tərxan bəydən qorxmadığımı dedim. Bloklayırsa, bloklasın. Bu arada, Laboratoriyada olan məqaləyə baxa bilərsiniz. :-) Hörmətlə Barselona99 (müzaкirə) 12:15, 15 sentyabr 2017 (UTC)
Barselona99 iki istifadəçi adından istifadə etmək qadağan deyil bildiyim qədəri ilə. Eyni anda istifadə etmək bəlkə qadağan oluna bilər amma mən eyni anda istifadə etmirəm. Həmçinin bura baxa bilərsiniz : Wikipedia:Clean start.Haqqımda əlavə sualınız olsa burada soruşa bilərsiniz. --142.0.194.94 12:20, 15 sentyabr 2017 (UTC)
Cekli829 çox vat bloklama metodundan qisas almaq üçün istifadə edir. Bununla yanaşı idarəçi səlahiyyətində sui-istifadə edərək blokladığı istifadəçiyə böhtan atmaqdan, onu şantaj etməkdən də çəkinmir. Məslən, son günlərdə bu səhifənin girişində şantaj və böhtan xarakterli yazılar yazmışdır. Guya ki Aydın Məmmədovu 2 il əvvəl yazdıqlarına görə bloklamışdır, guya Aydın Məmmədov kiməsə böhtan atmışdır. Əslində isə 2 il müddətində o həmin yazıdan şikayətçi olmayıb, məhkəməyə müraciət etməyib, heç yazının internetdən götürülməsini də müəllifdən xahiş etməyib, yaxud orada yazılanları müzakirə etməyə cəhd etməyib. Aydın Məmmədovun müddətsiz bloklanmasını da vikipediya qaydalarına zidd olaraq edib, müzakirənin keçirilməsinə imkan verməyib, onu hansı səbəbə görə blokladığını da onun istifadəçi səhifəsinə yazmayıb. Aydın Məmmədov isə o istifadəçidir ki, onun yalnız Kənd şablonuna etdiyi bir dəyişiklik nəticəsində 10 minə yaxın səhifədə illərlə davam edən xəta aradan qaldırılmış və bir andaca əlavə funksiyalar işə düşmüşdür. Biz dəfələrlə Cekli829-u vikipediya qaydalarına əməl etməyə dəvət etsək də, o, bir qayda olaraq müzakirələrdən qaçmış və qisasçılıq metodunu davam etdirməkdə qalmışdır. Bu problem nə Cekli829-un, nə Drabdullayev17-nin, nə Aydın Məmmədovun problemi deyil. Bu AzVp-nin problemidir. Problemin həlli üçün müzakirələr başlamalı, hər bir istifadəçi, o cümlədən idarəçilər təkliflərə, şikayətlərə diqqət yetirməli və sonda bir qərar qəbul edilməlidir. Yoxsa bu xoşagəlməz hallar 5-6 il ərzində davam etdiyi kimi, bundan sonra da illərlə davam edəcəkdir. 94.20.65.182 12:33, 15 sentyabr 2017 (UTC)
Bu konflikt haqqında lazım qədər bilmədikdən fikir bildirməyə çətinlik çəkirəm amma Cekli829 fəaliyyətini idarəçi kimi bəyənirəm.--Azerifactory (müzakirə) 12:49, 15 sentyabr 2017 (UTC)
Baskervillin mövqeyi ilə razıyam. Məncə, istifadəçinin fəaliyyəti çox dəyərlidir, çox da qarışıq olmayan səbəb üzündən bloklanması yaxşı hal deyil. Həm də Abdullayev bloklanmaq üçün elə də bir şey etməmişdi. Sadəcə mübahisəli vəziyyət yaranmışdı. Abdullayev müəllif hüquqlarının pozulduğunu iddia edərək silmə aparırdı, istifadəçinin fəaliyyəti ilə bir az tanış olan hər kəs bilər ki, istifadəçi vandallığa yaxın durmaz.--White DemΩn (el psy congroo) 12:54, 15 sentyabr 2017 (UTC)
Drabdullayev17-yə burada da yazmışdım ki, məqalələrə sil şablonu yox, müəllif hüququ pozuntusu şablonunu qoymaq lazımdı. Yaxşı istifadəçidir, buna söz yox. Amma dəfələrlə rastlaşmışam ki, düzəldilməsi mümkün ebsiklopedik məqalələrə sil şablonu qoyur. 1-2 dəfə mən də onun qoyduğu şablonu məqalədən götürmüşəm. İstifadəçi adı məsələsinə gəldikdə isə istifadəçi bir neçə addan istifadə edə bilər. Amma səsvermələrdə yalnız birindən istifadə etməlidir (yəni 1 səs).--Araz Yaquboglu (müzakirə) 13:09, 15 sentyabr 2017 (UTC)
Araz bəy məqaləyə heç bir şablon yerləşdirməyə ehtiyac yox idi əslində. Çünki belə məqalələrin sayı bizdə 100-lədir. Hamısına bir-bir hansısa şablonu yerləşdirməkdənsə, özü də bunu tələb edən də yoxdur, Abdullayev həmin məqalələrdən hansını istəyirdisə yenidən redaktə edə bilərdi. Ona kim mane oldu ki? O ki qaldı Cekli829-a onun əsas məqsədi sözü tərs gələn istifadəçilərdən qisas almaqdır və bunun üçün hər şeyə hazırdır, vikipediya qaydalarına riayət etməkdən başqa. Məsələn, burada bir məsələdə Səfərlə sözü tərs gəldi və burada onun idarəçi statusunun alnmasını tələb etdi. Səfər idarəçilikdən getdi, Amma Cekli829 dediyini dəyişmədi, yalnız 9 avqusta dediyi səhifədə əsassız dəyişiklik etdi və səhifəni mühafizə etdi ki, Səfər geri qaytara bilməsin. Bu uşaq oyunudur, idarəçiyə yaraşmayan işdir. Haqlısansa müzakirəyə başla, dediyini sübut et. O isə müzakirədən qaçır, əsassız redaktələr edir, sonra isə səhifəni mühafizə edir ki, onun əsassız redaktəsi geri qaytarıla bilməsin. 94.20.65.182 13:53, 15 sentyabr 2017 (UTC)
Son günlərdə əsassız bloklar kifayət qədərdir, istifadəçinin adı Cekli829-un xoşuna gəlmirsə bloklayır, yazdığı Cekli829-un yazdığına qarşıdırsa bloklayır və digər idarəçilər də belə edir. Məsələn Abutalıb yazıdığı bir kəlməyə görə 30 sutka bloklanıb. Yalnız bunu yazmıdı: Sortilegus, əgər vikipediyanın idarəçiləri belə "o, mənim oyuncağımı qırdı, mən də sonra onunkini qırdım" məntiqi ilə hərəkət edirsə bu vikipediyanın halı nə olacaq? Burada 30 sutka bloklanmaq üçün bir səbəb göstərənə 300 manat mükafat verə bilərik. Al.xonderi ona görə blokladılar ki, həqiqəti deyirdi. Cekli829 saxtakarlıq edirdi, qaydalarda faiz göstərilmədiyi halda səsləri faizlə hesablamaq istəyirdi. Sonra Sortilegus gəldi saxta yekunlaşdırmanı bir daha təsdiqlədi. Amma bir sual cavabsız qaldı, qaydada yuvarlaqlaşdırma haqqında qeyd nə üçündür bəs? Cekli829 və Sortilegus bu suala cavab verə bilsələr hər birinə 1000 manat mükfat verə bilərik, bir şərtlə ki saxtakarlıq etmədiklərini də paralel olaraq sübut etsinlər. Onlar bu suallara cavab verə bilməzlər, elə ona görə də düzünü deyən istifadəçiləri müxtəlif yollarla vikipediyadan uzaqlaşdırmağa çalışırlar. Bəs siz, cənab Viki-cəmiyyət, niyə susursunuz? 94.20.27.92 14:45, 15 sentyabr 2017 (UTC)
Mən bu məsələ barədə rəy bildirərəme sadəcə ehtiyat edirəm ki, bu rəyim unudulmaz, bir kənara yazılar və nə vaxtsa məndən bunun acığı çıxılar. Mənə lazımdı? Səfər idarəçi olanda ondan az çəkmişəm? Mən ağramayan başımı ağrıtmaq istəmirəm. Nə qədər ki, azvikidə bütün qaydalar tərcümə edilməyib və ya yaradılmayıb, nə qədər ki, 1-ci növbədə idarəçilər o qaydalara əməl etmir və başqa idarəçi və ya idarəçilər də o qaydalara əməl etməyən idarəçi və ya idarəçilərə göz yumur və nə qədər ki, azvikidə Arbitraj Komitəsi yoxdur, bu və bundan da böyük problemlər olub, var və olacaq da.--samral müzakirə 15:27, 15 sentyabr 2017 (UTC)
Göründüyü kimi yuvarlaqlaşdırma məsələsinin izahı üçün hər birinə 1000 manat mükafat vəd etsək də, heç biri, nə Cekli829, nə də Sortilegus bu mükafatı əldə etməyə cəhd etmədi. Edə də bilməzdilər, onlar səsverməni saxta yekunlaşdırdıqlarını hamıdan yaxşı bilirlər çünki. Amma bunun qabağında başqalarına böhtançı deyirlər, başqalarını saxtakarlıqda suçlayırlar, təbii ki, yalnız sözdə, ortaya fakt qoymağa gələndə isə heç nə qoya bilmirlər. Vikipediya olnara lazım ola bilər, amma onlar vikipediyaya lazım deyillər, iradələrini toplayıb idarəçilikdən istefa versinlər, AzVp-nin canı qırtarsın, AzVp xilas olsun. 94.20.65.140 17:23, 15 sentyabr 2017 (UTC)
Açığı bir dəfə Ceklinin haqsız bloklanması ilə üzləşmişəm, bu səbəbdən bloklamanı son zərurət vastəsi hesab edirəm.--➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 18:08, 15 sentyabr 2017 (UTC)
Artıq dəfələrdir ki, adı qalmaqallarda hallanan və açıq-aşkar səlahiyyətlərindən sui-istifadə edən idarəçidən idarəçilik hüququnun alınması üçün səsvermə başladılmasının və haqsız olaraq bloklanmış istifadəçinin blokunun açılaraq ondan üzr istənilməsinin düzgün olacağını düşünürəm. --sefer azeri 23:15, 15 sentyabr 2017 (UTC)
Cekli829 "İdarəçilərin və bürokratların seçilməsi qaydaları"nın "İdarəçilərin və bürokratların statuslarının alınması" bölməsinin 1-ci bəndində göstərilən "Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır tələbini təhrif edərək, həmin bölmənin 2-ci bəndini əsas göstərməklə viki-cəmiyyəti aldatmış və 2 dəfə digər idarəçinin etimad səsverməsi təşkil etmişdir. Əgər idarəçinin statusunun alınmasını tələb edən tərəfin bu bəndi əsas göstərməsi məqbuldursa, onda ən nümunəvi idarəçiləri də bu bəndi əsas göstərməklə statusdan məhrum edilməsini müvəffəqiyyətlə tələb etmək olar. Bəndin sonuncu "Əks halda onun statusun alınması ilə bağlı tələbi qisas kimi qəbul oluna bilər" cümləsi isə artıq heç bir işə yaramır. Yəni "İdarəçilərin və bürokratların statuslarının alınması" bölməsinin 1-ci bəndində göstərilən "Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır tələbi heç də həmin bölmənin 2-ci bəndini göstərmək üçün deyil, idarəçinin hansı səbəbdən, hansı qaydanı pozduğuna görə statusdan məhrum olunmalı olduğunun əsaslandırılmasıdır. O vaxt bu məsələdə Cekli829-un səhvini tutmuş istifadəçi Cekli829 tərəfindən 30 sutka aldı, 3 gün sonra viki-cəmiyyətin tələbi ilə blokunu açmağa məcbur olsa da üzr istəmədi, hərlədi-fırladı 1-2 ay sonra müddətsiz blokladı, amma əsas tapa bilməyib hələ də. Zənnimcə Cekli829-un özünün bloklanması və etimad səsverməsi üçün kifayət qədər əsas var. Yalanız Aydın Məmmədov (jurnalist) səhifəsində etdiyi dəyişikliklər onun bloklanması və etimad səsverməsinin keçirilməsi üçün kifayətdir. 185.189.115.145 01:21, 16 sentyabr 2017 (UTC)
Salam, mənəm Drabdullayev17. Bəzi məsələrə özüm də toxunmaq istəyirəm. Birincisi Alberta universiteti və bu tip digər məqaləyə {{sil}} şablonu yerləşdirmişdim. Əsas olaraq da məqalənin müəllif hüququ ilə qorunan məlumat (infoqutunu çıxmaq şərti ilə) olması idi. Səhifə silmə kriteriyalarında göstərilmişdir ki, müəllif hüquqlarını pozan mətn istifadəçi tərəfindən silinə bilər. Burada iki şeyə diqqət edək. Mən burada müəllif hüququ ilə qorunan mətni çıxartsam əlimizdə sadəcə infoqutu və mediafayllar qalır ([[1]] olduğu kimi). Belə olduqda da onsuzda məqalə silinməli olur. İkinci məsələ isə mənim müzakirə səhifəmdə Cekli829-a izah etməyə çalışsam da ki, burada müəllif hüququ pozuntusu var, bunu qəbul etmir və hətta olmadığını iddia edir. Onun sözlərinə görə müəllif özü xahiş edib, belə olan halda ondan OTRS-ə müraciət olunmalı olduğunu dediyim anda heç bir əsas yazamdan məni bloklamışdır. İdarəçilərə müraciət səhifəsində də qeyd etmişəm. Xahiş edirəm orada nəzər yetirəsiniz. Hörmətlə Drabdullayev17. --165.227.36.76 05:25, 16 sentyabr 2017 (UTC)
Drabdullayev17, adətən Cekli829-un bloklarının bir çoxu qisasçılıq məqsədi daşıyır və istifadəçini qaydalara zidd olaraq bloklayır. Göründüyü kimi sizi də müzakirədə yazdığınıza görə bloklayıb, faktiki olaraq heç bir qaydanı pozmamısınız. Əgər açdığınız müzakirələrdə səhv mövqe tutmusunuzsa bu sizin bloklanmağınız üçün heç kimə əsas verə bilməz. İdarəçinin borcudur ki sizin səhvinizi sübut etsin və sizin suallarınıza cavab versin. Bununla belə sizin açdığınız müzakirələrin faydasız olmadığını düşünürəm. Ən azından səhvlərinizi öyrənə bilərsiniz, başqaları da nəsə öyrənə bilər, qaydalar bir daha nəzərdən keçirilər və s. Qeyd etdiyim kimi bu məsələdə sizin bloklanmağınız tamamilə əsassızdır. İstifadəçinin idarəçiyə verdiyi suallara görə, hansısa məsələni müzakirə etmək istədiyinə görə bloklanması yolverilməz haldır və vikipediya prinsiplərinə ziddir. 185.189.115.143 12:53, 16 sentyabr 2017 (UTC)
Səsləndirilən fikirlərdən də göründüyü kimi Drabdullayev17 kimi fəal bir istifadəçinin bloklanması üçün heç bir ciddi əsas yoxdur və bu səbəbdən istifadəçinin bloku tərəfimdən açılmışdır. Ümüd edirəm ki, cənab Cekli829 ona qarşı yazılmış fikirləri özünə qarşı aparılan bir kompaniya kimi yox, viki cəmiyyətin haqlı etirazı kimi qəbul edəcəkdir. Hörmətlə: --Baskervill (müzakirə) 11:26, 17 sentyabr 2017 (UTC)
Baskervill, səsləndirilən hansı fikirlərdən? Biz burada məgər siçan-pişik oynayırıq? Drabdullayev17 özü məqalələri silir, amma məni vandalizmdə ittiham edir. Sən heç bunu bilirsənmi? Mən bloku bərpa edirəm! --►Cekli829 16:26, 17 sentyabr 2017 (UTC)
Cekli829 biz burada siçan-pişik oynamırıq, viki cəmiyyətin ümumi fikirlərinə əsasən sizin tərəfinizdən Drabdullayev17-in 1 aylıq müddətə bloklanması düzgün qərar deyil. --Baskervill (müzakirə) 12:02, 19 sentyabr 2017 (UTC)

İstifadəçinin bloklanmasına görə META-ya şikayət

Drabdullayev17 idarəçi Cekli829 tərəfindən bloklandığı üçün META-ya şikayət məktubu yazıb. Drabdullayev17-in blokunu viki cəmiyyətin ümumi razılığı əsasında ləğv etsəmdə Cekli829 bloklanma müddətini yenidən bərpa etdi. Araz Yaquboglu, Babək Akifoğlu, Nicat49, Sortilegus, White DemonWertuose zəhmət olmasa mövzu daha da genişlənmədən məsələ barədə öz fikirlərinizi bildirin.--Baskervill (müzakirə) 12:26, 19 sentyabr 2017 (UTC)

Baskervill, hansı vikicəmiyyətin ümumi razılığı? Yoxsa IP-ləri nəzərdə tutursan? --►Cekli829 13:00, 19 sentyabr 2017 (UTC)
Cekli829 İP dən danışan oldu ? Yuxarıda 4 istifadəçi bloklanmanın düzgün olmadığını ifadə etmişdilər. Gərək bütün vikicəmiyyətin razılığımı olsun ? --Baskervill (müzakirə) 13:22, 19 sentyabr 2017 (UTC)
Bəs onlardan neçəsi idarəçidir? --►Cekli829 13:24, 19 sentyabr 2017 (UTC)
Vikicəmiyyət idarəçilərdən ibarətdir ?? Bu necə bir düşüncədir cənab Cekli829 ? Sən, mən və başqa 2-3 nəfərdən başqa idarəçi var azvikidə ?? --Baskervill (müzakirə) 06:36, 20 sentyabr 2017 (UTC)
Bəs niyə vikicəmiyyətin qeyd etdiyin 4 istifadəçidən ibarət olmadığını nəzərə almırsınız? Bloklanma üçün kifayət qədər əsas olduğu halda axı niyə görə şəxsən Siz etiraz edirsiniz? Anlayıram ki, istifadəçiləri tərəfinizə çəkməkdə maraqlısınız. Amma xahiş edirəm ki, bunu edərkən istifadəçinin vandalizm edib-etməməsini də dəqiqləşdirin. Özü vandallıqla məşğul olub, başqa idarəçini vandallıqda günahlandıran istifadəçilər nə Sizə, nə də Vikipediyaya yaxşı gələcək vədd edə bilməz. --►Cekli829 06:47, 20 sentyabr 2017 (UTC)
Fikrimcə burda da hərşeyi rahatlıqla həll edə bilərdik. Şikayət üçün META ən son yer ola bilərdi. Əlbəttə ki, bu mənim şəxsi fikrimdir. Hər iki istifadəçiyə uğurlar.--Rufet Turkmen | müzakirə 13:34, 23 sentyabr 2017 (UTC)


Salam. Bir həftə blokda qaldıqdan sonra metadakı şikayətim əsasında Cekli829 mənim blokumu açmaq məcburiyyətində qaldı. Yuxarıda haqqımda müsbət və mənfi fikirlərini bildirən hərkəsə öz dərin təşəkkürümü bildirərəm. Bugünə qədər müəllif hüquqları haqqında necə həssas olmuşamsa bundan sonra da eyni həssaslıqla Vikipediya fəaliyyətimə davam edəcəm. --Drabdullayev17 (müzakirə) 20:25, 23 sentyabr 2017 (UTC)

Təbriklər Drabdullayev17. İnanıram ki, bundan sonra AzVikidəki müəlliflik hüququ problemləri olan minlərlə şəklin və minlərlə məqalənin silinməsində sənin böyük xidmətlərin olacaq. --►Cekli829 20:28, 23 sentyabr 2017 (UTC)
Bundan tamamilə əmin ola bilərsiniz hörmətli Cekli829. Yaxın günlərdə bu mövzu haqqında lazımı qaydaları hazırlayıb səsverməyə çıxaracam. OTRS məsələsini də həll edərik. --Drabdullayev17 (müzakirə) 20:30, 23 sentyabr 2017 (UTC)
Mütləq! --►Cekli829 20:36, 23 sentyabr 2017 (UTC)
Hörmtli Drabdullayev17! Buradan görünür ki, Sizin META-ya müraciətinizə heç bir reaksiya olmayıb. Nə baxıblar, nə müzakirədə sizdən başqa birisi iştirak etdib, nə də qərar qəbul edilib. META belə şikayətləri təəccüblə qarşılayır, düşünür ki bunlar çox geriqalmış xalqdır, çünki belə kiçik məsələləri özləri həll edə bilmirlər. Bir idarəçi pisdir, bəs o biri idarəçilər hara baxırlar? Bir istifadəçi pisdir, bəs o biri istifadəçilər hara baxırlar? Blokunuzun açılmasına sevinməyə dəyməz, Allah kasıbı sevindirmək istəyəndə əvvəl inəyini itirir, sonra tapdırır və kasıbı sevindirir. Sizin sevinməyiniz də belədir. Bu yalançı sevinməkdir. Doğrudan sevinmək isə bu ola bilərdi ki, sizi nahaq bloklayan sizi blokladığına görə bloklansın. O zaman doğrudan sevinmək olar ki, heç kim nahaq bloklanmasın. İndi isə sevinmək üçün əsas yoxdur. Sizdən və Vikicəmiyyətdən heç Allahın üzürünü istəyən də olmadı, sabah yenidən bloklayacaqlar, sonra yenidən açaqcaqlar, beləliklə sizi sındıracaqlar vı hər şeydən bezdirəcəklər. Sizin blokunuzu açıblar. Мурад_97 hələ blokdadır, başqaları blokdadır. Vikicəmiyyət isə susur. Məncə sevinməli yox, ağlamalı vəziyyətdir. Al.xonder (müzakirə) 09:59, 26 sentyabr 2017 (UTC)
Hörmətli Al.xonder, sizin yuxarıda verdiyiniz keçiddə dediyiniz kimi bir şərh yazılmayıb çünki müzakirə burada davam etdirilib. İstəsəniz nəzər yetirə bilərsiniz. İnək məsəlinizə isə mən də qoyun məsəli ilə cavab verim: Hər qoyun öz ayağında asılar. Yəni burada hərə özünə cavabdehdir. Yəni kim haqsız olaraq bloklandığını düşünürsə əvvəlcə burada həll etməyə çalışır, daha sonra isə META-ya müraciət edir. META-nın əsas məqsədlərindən biri də budur. Yəni heç də geri qalmış olaraq baxılmırıq. Mənim bloklanmağıma gəldikdə isə idarəçi öz səhvini başa düşərək, məni haqsız blokladığı üçün blokumu açmışdır. Mən burada heç kimlə qisasçılıq aparmıram. Ona görə də xahiş edirəm məni bu tip müzakirələrə daxil etməyəsiniz. Hörmətlə --Drabdullayev17 (müzakirə) 11:05, 26 sentyabr 2017 (UTC)
Hörmtəli Drabdullayev17. İndi söhbətlə tanış oldum. Virtuzi sonda tövsiyyə edir ki, Cekli829-un cəmi bir yanlış qərarına görə Vikicəmiyyət yığılıb onun idarəçi statusunu əlindən almalıdır. Amma məlumdur ki onun 1 yox yüzlərlə belə qərarı var, Vikicəmiyyət isə susur. Burada hər bir istifədəçinin günhı var. Мурад_97, Aydinsalis, Keete_37 siz niyə Drabdullayev17 kimi META-ya şikayət etmirsiniz? Keete_37 o, sizin idarəçi seçilmək haqqınızı taptalayıb. Bilə-bilə saxtakarlıq edib, qaydada səslərin nisbətlə hesablanması tələb edildiyi halda saxtakarlıq edərək səslərin faizlə hesablandığını iddia edib. Aydinsalis, sizin vikipediyada fəaliyyət göstərmək haqqınızı taptalayıb. Heç bir səbəb tapmadan bloklayıb, sonra isə haqqınızda olan məqaləyə vandal redaktələr əlavə edib. Мурад_97, niçənci dəfədir Cekli829 tərəfindən bloklanırsınz? Onlar saxtakarlıq etmək üçün sizi bloklayırlar. Mən Cekli829-un etimad səsverməsini təşkil etmək fikrindəyəm. Əgər başqa bir istifadəçi bunu etmək istəmirsə sabaha qədər edəcəyəm. Al.xonder (müzakirə) 13:07, 26 sentyabr 2017 (UTC)
Al.xonder idarəçi üçün etimad səsverməsi idarəçilərin ümumi qərarı əsasında keçirilir. Siz əgər belə özbaşına səsvermə səhifələri yaratmaqda, azvikidə vəziyyəti gərginləşdirməkdə, müzakirələrdə mövcud idarəçilərə qarşı vikicəmiyyəti kökləməkdə davam edəcəksinizsə siz də bloklanacqsınız və özü də uzunmüddətli. --Sortilegus (müzakirə) 17:16, 26 sentyabr 2017 (UTC)
Sortilegus nənim yazdığım "təşkil" sözünü "tələb" mənasında qəbul edə bilərsiniz. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına görə "idarəçinin statusunun alınmasını yalnız səsvermə hüququna malik istifadəçilər tələb edə bilər. Bu məqsədlə istifadəçi, Arbitraj Komitəsinə və ya Vikipediya:İdarəçilərə müraciət səhifəsinə müraciət etməlidir. Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır. Əks halda onun statusun alınması ilə bağlı tələbi qisas kimi qəbul oluna bilər". Gördüyünüz kimi mən istədiyim idarəçinin etmiad səsverməsinin keçirilməsini tələb edə bilərəm, bir şərtlə ki tələbimi vikipediya qaydalarına uyğun olarq əsaslandırım. Yəni idarəçinin hansı qaydaları pozduğunu, idarəçi səlahiyyətlərindən sui-istifadə etdiyini, idarəçi funksiyasını düzgün yerinə yetirə bilmədiyini əsaslandırmalıyam. Cekli829 üçün artıq META-dan bir əsas var, bu əsasların sayı artırıla da bilər. Tələbimin əsassız olduğunu sübut edə bilsəniz, məni bloklya bilərsiniz. Mən qaydanı belə başa düşürəm. əgər qaydanı düzgün başa düşmürəmsə siz qaydanı düz başa düşmək üçün mənə yardımçı olun. Öncədən təşəkkürlər. Al.xonder (müzakirə) 20:54, 26 sentyabr 2017 (UTC)
Al.xonder bu ayrı məsələ. Tələb ayrı şey, təşkil ayrı şey. İdarəçilərə müraciət səhifəsi məhz elə istifadəçilərin tələb və istəklərinin dəyərləndirilməsi üçün nəzərdə tutulub. --Sortilegus (müzakirə) 21:33, 26 sentyabr 2017 (UTC)

Hərbi xadim

Salam, Hərbi xadim şablonunda qısa problem var. "Döyüşlər" bölməsi nədənsə görünmür. Kim yardım edə bilər?--Azerifactory (müzakirə) 03:21, 17 sentyabr 2017 (UTC)

Salam hörmətli Azerifactory, texniki səhv var idi. Həll etdim. Xahiş edirəm təkrar yoxlayın. Hörmətlə Drabdullayev17 --108.175.11.79 04:07, 17 sentyabr 2017 (UTC)
Çox sağ olun.--Azerifactory (müzakirə) 14:16, 17 sentyabr 2017 (UTC)

RfC regarding "Interlinking of accounts involved with paid editing to decrease impersonation"

There is currently a RfC open on Meta regarding "requiring those involved with paid editing on Wikipedia to link on their user page to all other active accounts through which they advertise paid Wikipedia editing business."

Note this is to apply to Wikipedia and not necessarily other sister projects, this is only to apply to websites where people are specifically advertising that they will edit Wikipedia for pay and not any other personal, professional, or social media accounts a person may have.

Please comment on meta. Thanks. Send on behalf of User:Doc James.

MediaWiki message delivery (müzakirə) 21:06, 17 sentyabr 2017 (UTC)

+--►Cekli829 19:33, 19 sentyabr 2017 (UTC)

White DemonBaskervill, zəhmət olmasa, bu məqalənin tarixçəsində baş verənə baxın. Özəlliklə, şablondaki sayt keçidinə fikir verin. --Мурад 97 (müzakirə) 14:41, 18 sentyabr 2017 (UTC)

Мурад 97, müzakirə səhifəsində fikrimi bildirdim.--White DemΩn (el psy congroo) 14:48, 18 sentyabr 2017 (UTC)
Aydın Məmmədov, bloklanmalıdır.--Azerifactory (müzakirə) 05:52, 20 sentyabr 2017 (UTC)

Discussion on synced reading lists

CKoerner (WMF) (talk) 20:35, 20 sentyabr 2017 (UTC)

Vikiçilərin görüşü

26 sentyabr saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Konfrans zalında "Azərbaycan Vikimediya könüllüləri" İctimai Birliyi və Coğrafiya İnstitutunun Vikipediya qrupu və kollektivi ilə “Mövzulu ay” layihəsi üzrə “Coğrafiya ayı”nın keçirilməsi ilə bağlı “Coğrafiya elminin Vikipediyada yeri” adlı görüş təşkil olunacaq.

Dəvət üçün təşəkkürlər! --►Cekli829 17:21, 21 sentyabr 2017 (UTC)
99% iştirak edəcəm. --Araz Yaquboglu (müzakirə) 17:33, 21 sentyabr 2017 (UTC)
Mən isə 49% --►Cekli829 17:47, 21 sentyabr 2017 (UTC)
Mən 90% iştirak edəcəm. -- ■ Sultan mesaj 05:40, 22 sentyabr 2017 (UTC)
Deyəsən mənim bəxtim yoxdu. Həmin günü Ucara getməliyəm (İnşallah). Başqa gün olmaz???__➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 18:38, 22 sentyabr 2017 (UTC)

Hörmətli dostlar! Hazırladığım Vikipediya:Münsiflər Şurası layihəsini burada səsverməyə çıxartmışam. Lütfən səsvermədə iştirak edin və həm də təklif və iradlarınızı bildirin. Hamınıza əvvəlcədən təşəkkürlər. Al.xonder (müzakirə) 12:03, 22 sentyabr 2017 (UTC)

Qanunsuz səsvermədi. Belə çıxır ki, kim nə heyət, komissiya, şura yaratmaq istədi bir səsvermə təşkil edə bilər. Səhifəni ləğv edirəm. Mübahisələri həll etmək idarəçilərin vəzifəsidi. --Sortilegus (müzakirə) 12:05, 22 sentyabr 2017 (UTC)
Sortilegus, siz bir neçə il əvvəl Apelyasiya şurasının yaradılacağını demişiniz, amma heç nə etmədiniz. Hər bir istifadəçi istənilən qayda layihəsini hazırlayıb səsverməyə çıxara bilər. Mən çox istəyirəm ki siz və digər istifadəçilər də bu layihəyə öz töhfənizi verəsiniz. Bunu ləğv etməklə vikipediyaya heç nə qazandırmırsınız, bildiyiniz kimi problemlər davam edir, əsassız bloklar, META. Hansı problemi indiyə qədər həll etdiniz? Al.xonder (müzakirə) 12:13, 22 sentyabr 2017 (UTC)
Arbitraj komitəsi 3-4 böyük vikipediyada var. Onlarda da idarəçi sayı çoxdu. Azvikinin o qədər də çox idarəçisi yoxdur ki, arbitraja ehtiyac olsun. Bloklamalar da haqlı bloklamalardır. İndi hər bloklanan istifadəçi durub arbitraj komitəsi, nə bilim münsiflər heyəti, ağsaqqallar şurası yaratmalıdır? --Sortilegus (müzakirə) 12:25, 22 sentyabr 2017 (UTC)

Hörmətli dostlar! Gördüyünüz kimi, Sortilegus səsverməyə çıxartdığım qayda layihəsini əsassız olaraq sildi, səsverməni isə əsassız olaraq dayandırdı. Halbuki, Vikipediya:Qaydaların qəbulu üçün səsvermə qaydasında göstərilir ki, Statusundan asılı olmayaraq istənilən istifadəçi rəsmi şəkildə qəbul olunmayan Vikipediya qaydalarında redaktələr edə, qaydalarla bağlı yeni məqalə yarada və Vikipediya qaydalarının rəsmi şəkildə qəbul olunması üçün səsvermə keçirə bilər. Sortilegus AK-nin yaradılmasına da qarşı çıxıb. Mən alternativ daha sadə qayda hazırladım, ona da qarşı çıxdı. İndi nə edək? 1, yaxud 2 idarəçini padşah seçək, onlar nə istəyirlərsə etsinlər, biz də çəkilək kənarda duraq. Ya da hamı sözünü desin, vikipediya qaydalarının pozulmasına qarşı çıxsın. Mən sözümü dedim və gedirəm, çünki burada fəaliyyət göstərmək mümkün deyil. Deyir bloklamalar guya haqlı bloklamalardır. Elə isə niyə haqlı olduğunuzu sübut edə bilmirsiniz? Qoy münsiflər şurası yaransın, orada haqlı olduğunuzu sübut edin. Əks halda biz hardan bilək ki siz haqlısınız? Hansısa bloklamanı müzakirə edərək sübutlarınızı ortaya qoymusunuzmu? Hər yerdə Apelyasiya şurası var, siz niyə buna imkan vermirsiniz? Münsifələ şurası elə Apelyasiya şurasıdır, dmək olar ki. Layihəni bərpa edin, səsverməni 1 həftə təxirə salın, əlavələrinizi edin, təklminləşdirin. Özünüz heç nə etmirsiniz, edənə də imkan vermirsiniz. Hamıya təşəkkürlər. Al.xonder (müzakirə) 12:36, 22 sentyabr 2017 (UTC)

Bakı

Mən Bakı haqqında məqaləni təkmilləşdirirəm. Amma bəzi yerlərdə mənə kömək lazımdır. Qara və Ağ şəhər haqqında ayrı bölmə olsun yoxsa, məqalədə sadəcə qeyd olunsun?--Azerifactory (müzakirə) 05:59, 26 sentyabr 2017 (UTC)

Düşünürәm ki, ayrı bölmәyә ehtiyac yoxdur. Mәqalә daxilindә qeyd olunsa daha yaxşı olar. Hörmәtlә --eldarado 11:29, 26 sentyabr 2017 (UTC)

Şablon

Salam. Hansı şablondasa dəyişiklik edilib deyə bəzi şablonlarda problem var. Məsələn: Şablon:Azərbaycan tarixi. --Araz Yaquboglu (müzakirə) 14:10, 26 sentyabr 2017 (UTC)

Hə Y Problem çözüldü --eldarado 14:15, 26 sentyabr 2017 (UTC)

Ad günü təbriki

Bugün dostum, Azərbaycan Vikipediyasının ən gözəl və informativ məqalərini yaratmış, uzun illər Vikipediyamıza idarəçilik etmiş Səfər bəyin ad günüdür! Bu xoş gün münasibətlə mən onu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyirəm və bizi yeni və daha da möhtəşəm məqalələri ilə sevindirməyi arzulayıram! Məxsusi Səfər bəyin ad günü münasibəti ilə mən Lvov məqaləsini bitirdim və onu laboratoriyaya namizəd olaraq təqdim etdim. Çünki bu məqaləni mən dostum Səfər bəyə ithaf etmişəm. :-) Hər kəsə sayğı və hörmətlə: --Farid Aliyev (müzakirə) 08:54, 27 sentyabr 2017 (UTC)

AzViki üçün çox böyük işlər görmüş Səfər bəy, sizi doğum gününüz münasibəti ilə təbrik edirəm. Həyatda və Vikipediyada uğurlu gələcək arzularıyram. --eldarado 09:09, 27 sentyabr 2017 (UTC)
Keete 37Eldarado təbrikə görə hər ikinizə minnətdarlığımı bildirirəm. --sefer azeri 15:10, 27 sentyabr 2017 (UTC)
Gec də olsa, məndə təbriklərə qoşuluram.--Azerifactory (müzakirə) 09:55, 28 sentyabr 2017 (UTC)
Gec də olsa, məndə təbriklərə qoşuluram və ürəkdən təbrik edirəm.--Baskervill (müzakirə) 11:28, 29 sentyabr 2017 (UTC)
Gecdir, amma mən də təbriklərə qoşuluram gabbani mesaj 16:05, 30 sentyabr 2017 (UTC)

CentralNotice banner for Wikimedia Conference Russia 2017 (Oct.14-15)

Мурад 97nin Cekli829 tərəfindən bloklanması

Hörmətli həmkarlar! Мурад 97 Müzakirə:İpəkçi (qəzet) səhifəsində müzakirədə iştirak edərkən idarəçi Cekli829 Мурад 97-ni onu ələ salmaqda ittiham etmiş və bir aylıq bloklamışdır. Orada Murad Cekliyə sual vermişdir: Vikipediya qaydalarına əsasən cavab verin: keçidi niyə dəyişirsiniz? Neçə dəfə Cekli bu tip suallardan yayınmağa çalışmış, 3-4 dəfədən sonra nəhayət bunu yazmışdır: Şəxsən mənim fikrimcə bu adlardan ipekchi.sheki.org daha məntiqəuyğundur. Digərləri isə yox. Əvəzində Murad yenə sualını təkrar edir: Cekli829, şəxsən sizin fikirinizi burda soruşan yoxdur. Elə bu VP:OTYV qaydasına zidd sayılır. ipekchi.sheki.city ünvandan başqa göstərdiyiniz heç bir ünvan bu qəzetinin saytı kimi hal hazırda işləmir. bu isə qəzetinin saytı yox, onun bir sosial şəbəkədəki ünvanıdır. Murad Cekliyə sual verilir ki, İşləyən kiçidin əvəzinə niyə işləməyən əski keçidi qoyursunuz? Vikipediya qaydalarına əsasən cavab verin: keçidi niyə dəyişirsiniz? O isə bu sualdan yayınmağa çalışır, redəktəsini Vikipediya qaydalarına əsaslandıra bilmir, əvəzində şəxsi fikrini deyir. Murad ondan vikipediya qaydasını soruşur, o isə deyir Şəxsən mənim fikrimcə. Murad isə cavab olaraq yazır şəxsən sizin fikirinizi burda soruşan yoxdur. Yəni mən sizin fikrinizi soruşmuram, vikipediya qaydasını soruşuram, sizin fikrinizə əsaslanarıq redaktə etmək VP:OTYV qaydasının pozulması deməkdir.

Hörmətli həmkarlar! Burada göründüyü kimi Muradın qayda pozması və Muradın bloklanması üçün səbəb yoxdur. Əvəzində Murada qarşı ağır ittiham var və bloklanması var. Muradın bloku açılmalı və ondan üzr istənilməli olduğunu düşünürəm. Al.xonder (müzakirə) 10:26, 30 sentyabr 2017 (UTC)

Al.xonder deyesən Aydın Salisin trolludur.--Azerifactory (müzakirə) 18:55, 30 sentyabr 2017 (UTC)
Mənim fikrimcə burada Murad Tərxan bəyi ələ salmayıb. Çox uzun danışmağın yeri yoxdur məncə. Kiçik bir anlaşılmazlığa görə dava eləmək lazım deyil. Mənə elə gəlir ki, söhbət Tərxan bəyin əsəbi vaxtına düşüb. Çünki Cekli heç bir zaman ne belə davranır, nə də tez əsəbləşir. Cekli829Мурад 97 öpüşüb-barışsınlar :D Hörmətlə: oyuncu aykhanfikrini de! 19:17, 30 sentyabr 2017 (UTC)
Azerifactory, mən Aydın Salisin trollu olsaydım bundan qürur duyardım. O, vikipediyanın işinə və hamıya kömək etməyə çalışıb, baxın: İstifadəçi müzakirəsi:Aydinsalisİstifadəçi müzakirəsi:Aydinsalis/Arxiv/2. Yarım il ərzində xahişlərin və təşəkkürlərin sayını görürsünüzmü? Əminəm ki sizə də çox köməyi dəyib, ola bilər siz bunu başa düşmürsünüz. Ən azından səhvinizi göstəribsə bunu kömək kimi qəbul etməlisiniz. Səhvlərinizi deyən olmasa siz yaxşı vikipediyaçı ola bilməzsiniz. Aydın Salisin "Kənd" şablonunda etdiyi dəyişiklikdən sonra 10 minə qədər səhəfədə uzun müddət davam edən xətalar aradan qalxdı. Bu istifadəçi indi niyə aramızda olmasın? Bloklama üçün səbəb də tapa bilmirlər.
Hörmətli həmkarlar, dostlar! Bildiyiniz kimi mən bir ildən də çox idi Vikipediyada yox idim. Səbəb sizə məlumdur, burada bürokrat və bəzi idarəçilər daima qaydaları pozurlar və kim buna etiraz edirsə bloklatdırırlar. İndi də heç nə dəyişməyib və mən yəqin ki azı bir il burada yenə fəaliyyət göstərə bilməyəcəyəm. Gəldim, Münsüflər Şurasını yaratdım, səsverməyə çıxartdım, amma imkan vermədilər. Hər yerdə beləsi var, yalnız bizdə Apelyasiya yoxdur. Ona görə imkan vermirlər ki kimi istəsələr əsassız bloklasınlar, hansı qaydanı istəsələr pozsunlar. Fərid Əliyevin seçkisini də belə etdilər. Sağ olun. Al.xonder (müzakirə) 20:51, 30 sentyabr 2017 (UTC)
Al.xonder Aydin Salisin əməlli başlı trolludur. IP-lər düz göstərir.--Azerifactory (müzakirə) 21:38, 30 sentyabr 2017 (UTC)
Azerifactory, burada belə bir təcrübə var, diqqəti əsas məsələdən yayındırmaq üçün birsi gəlib başqa şeydən danışır. Bu onu göstərir ki bu mövzu çox ciddi mövzudur. Məni də Aydin Salisi də 5-10 nəfər tanıyır. IP lərimiz də dəfələrlə yoxlanılıb. Sizi isə məncə heç kim tanımır. Gizlənməyinizin səbəbi nədir? İmkan varsa əsas mövzudan yayınmayın, kimin İP si kiminlə eynidirsə qoy bunu 5-10 nəfərin tanıdığı adam desin və bunu dəqiq bilirsə biliyinizi başqa yerdə bölüşün. Burada Muradın əsassız bloklanması müzakirə edilir. Olarmı? Al.xonder (müzakirə) 22:36, 30 sentyabr 2017 (UTC)

Wikimedia Movement Strategy phase 2, and a goodbye

Salam,

As phase one of the Wikimedia movement strategy process nears its close with the strategic direction being finalized, my contractor role as a coordinator is ending too. I am returning to my normal role as a volunteer (Tar Lócesilion) and wanted to thank you all for your participation in the process.

The strategic direction should be finalized on Meta late this weekend. The planning and designing of phase 2 of the strategy process will start in November. The next phase will again offer many opportunities to participate and discuss the future of our movement, and will focus on roles, resources, and responsibilities.

Təşəkkür, SGrabarczuk (WMF) (müzakirə) 21:36, 30 sentyabr 2017 (UTC)


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024