X-Men vs. Street Fighter Haqqinda Melumat - Vikipedia

X-Men vs. Street Fighter Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

X-Men vs. Street Fighter

X-Men vs. Street Fighter[a] — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. Bu, "Capcom" şirkətinin içərisində "Marvel" personajları olan üçüncü faytinq oyunudur[b] və "Marvel vs. Capcom" videooyun seriyasındakı 1-ci əsas epizoddur. Videooyunda "Marvel" nəşriyyatının İks-adamlar və "Capcom" şirkətinin "Street Fighter" seriyasının personajları var. Videooyun ilk dəfə 1996-cı ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1997-ci ildə Sega Saturn, 1998-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır.

X-Men vs. Street Fighter
Üzərində müxtəlif personajların təsvir edildiyi reklam fleyeri.
Üzərində müxtəlif personajların təsvir edildiyi reklam fleyeri.
Hazırlayan Capcom
Yayımlayan Arkada və Sega Saturn
Capcom
PlayStation
Seriya Marvel vs. Capcom
Street Fighter
Buraxılış tarixi
Janr faytinq, krossover
Prodüserlər Tetsuya İicima
Bəstəkarlar
  • Yuki İvay
  • Yuko Takehara
Texniki məlumat
Platformalar
Oyun rejimləri birnəfərli, çoxnəfərli
İnterfeysin dili ingilis dili
Korpusun növü şaquli[1]
Displey Rastr (horizontal)[1]
Arkada platforması CP System II[1]
Səs QSound
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"X-Men vs. Street Fighter" videooyununun geympleyi "Street Fighter" videooyun seriyasına çox oxşayır, ancaq cüt personaj seçimi və teq-tim əsaslı döyüş mexanikasına sahibdir. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Oyunçulara matç zamanı seçdiyi personajları bir-birlərini əvəz etmək imkanı verilir. Videooyun həmçinin, "X-Men: Children of the Atom" və "Marvel Super Heroes" videooyunlarından müxtəlif elementləri özündə daşıyır.

"X-Men vs. Street Fighter" videooyunu geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Əlavə olaraq, videooyunun 4 MB RAM genişləndirmə kartricindən istifadə edən Sega Saturn versiyası orijinal arkada təcrübəsinə layiq qaldığına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun mənfi rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel Super Heroes vs. Street Fighter" 1997-ci ildə buraxılmışdır.

Geympley redaktə

 
Maqneto M. Baysona hücum edir, onların komanda yoldaşları, müvafiq olaraq, CaqqernautÇun Li isə ekrandan kənarda gözləyir.

"Capcom" şirkətinin müxtəlif "Street Fighter" buraxılışlarında olduğu kimi "X-Men vs. Street Fighter" də ikiölçülü faytinq oyunudur. Bu, "Marvel vs. Capcom" seriyasındakı birinci formal buraxılışdır.[2] Videooyun cüt personaj seçimi və teq-tim əsaslı döyüş mexanikasına sahibdir. Matçlar tipik üç arasında ən yaxşısı raund formatı yerinə, bir raunddan təşkil olunurlar.[3] Burada oyunçular iki döyüşçüdən ibarət komanda seçirlər. Döyüşçülərin hər birinin özlərinə xas sağlamlıq sayğacı var.[4] Matçın başlanğıcında birinci seçilən personaj oyunçu tərəfindən idarə edilir, ikinci seçilən personaj isə ekrandan kənarda, köməkçi personaj rolunu canlandırır. Oyunçu coystik hərəkətlərindən və düymə sıxmaqdan ibarət kombinasiyalardan istifadə edərək müxtəlif döyüş fəndlərini icra etməlidir ki, rəqib komandanın sağlamlıq sayğaclarını tükətsin.[2][5] Ekrandan kənarda olan personaj yavaşca sağlamlıq sayğacının bir qismini doldurur.[6] Döyüşən personajın sağlamlıq sayğacı tükənirsə, bu zaman ekrandan kənardakı personaj avtomatik olaraq döyüşə daxil olur.[7] Rəqib komandanın hər bir personajının sağlamlıq sayğacını tükədən birinci oyunçu matçın qalibi olur.[3] Əgər vaxtölçən sıfıra çatırsa, bu zaman sağlamlıq sayğacı ən yüksək olan oyunçu matçın qalibi olur.[5]

Videooyun "Super tullanma"[c] və "Hava gurultusu"[d] "Capcom" şirkətinin əvvəlki "Marvel" lisenziyalı buraxılışları olan "X-Men: Children of the Atom" və "Marvel Super Heroes" videooyunlarından müxtəlif geympley mexanikalarını götürür.[3] Həmçinin, "X-Men vs. Street Fighter" videooyununda qeyd edilən buraxılışlarda da olan "Hiper kombinasiya kalibri" adlı bir sayğac sistemi var. Hiper kombinasiya kalibri oyunçu personaj fəndlər həyata keçirərkən və zərər alarkən, tədricən dolur. Oyunçular sayğaclarını doldurduqdan sonra "Hiper kombinasiya",[e] "Dəyişkən kombinasiya"[f] və "Dəyişkən əks-cavab"[g] kimi fərqli-fərqli xüsusi fəndlər həyata keçirə bilərlər.[5][8]

Rejimlər redaktə

"X-Men vs. Street Fighter" videooyununun arkada, Sega Saturn və PlayStation versiyalarında həm arkada, həm də ki qarşı-qarşıya rejimi var. Arkada rejimində oyunçular süni intellekt tərəfindən idarə edilən rəqib komandalar dalğası, bir müddət irəlilədikdən sonra isə "X-Men vs. Street Fighter" videooyununda da görünən boss personaj, İks-adamlar seriyasının antaqonisti Apokalipsisə qarşı döyüşürlər.[3][9] Oyunun PlayStation versiyasında iki eksklüziv oyun rejimi var. Onlar: Məşq və Sağ qalma rejimidir. Məşq rejimində oyunçular passiv kompüter rəqiblərinə qarşı fəndləri və kombinasiyaları məşq edir. Sağ qalma rejimində oyunçular sonsuz komanda dağlasına qarşı döyüşürlər.[5]

Oyunçu personajlar redaktə

"X-Men vs. Street Fighter" videooyununda 17 personajdan ibarət döyüşçü reyestri var.[10] İks-adamlar personajlarını üçün nəzərdə tutulmuş animasiyalar "X-Men: Children of the Atom" videooyunundan götürülmüşdür. Əvvəl heç bir "Capcom" buraxılışda görünməmiş Roq, QambitQılıncdiş buna istisnadır.[6][8] Personajların hərəkət animasiyaları 1990-cı illərin İks-adamlar teleserialına əsaslanır. Hətta onların orijinal səs aktyorları belə videooyunun istehsalında iştirak etmişdir.[2] "Street Fighter" personajlarının hərəkət animasiyaları "Street Fighter Alpha 2" videooyunundan götürülmüşdür. "Children of the Atom" videooyunundakı gizli qonaq rolu kimi, Akuma "X-Men vs. Street Fighter" videooyununda da gizli personajdır. "Street Fighter" personajlarının xüsusi hərəkətləri "Street Fighter" və İks-adamlar seriyalarının superqəhrəman və supercinayətkarlar heyətləri arasında bərabər səviyyəli bir döyüş şəraiti yaratmaq üçün bir qədər şişirdilmişdir.[11] Məsəlüçün, Ryu personajının "super Haduken" fəndi var ki, bu da bütün ekranı doldurur.[6][12]

"X-Men vs. Street Fighter" videooyununun personaj reyestri belədir:
"Marvel" personajları "Street Fighter" personajları
Caqqernaut  • Fırtına  • Qambit  • Qılıncdiş  • Maqneto  • Roq  • Siklop  • Şimal porsuğu Akuma  • Çarli  • Çun Li  • Dalsim  • Kammi  • Ken Masters  • M. Bayson  • Ryu  • Zangiyev

İstehsal və buraxılış redaktə

"X-Men vs. Street Fighter" videooyunu ilkin olaraq, "CP System II" arkada sistem lövhəsi üçün istehsal edilmişdir. Videooyun 1996-cı ilin sentyabr ayında Yaponiya arkadalarında debüt etmiş, 1996-cı ilin axırlarında isə qlobal bazarda buraxılmışdır. Bundan bir müddət sonra sonra, 27 noyabr oktyabr 1997-ci il tarixində videooyunun Sega Saturn portu Yaponiyada satışa çıxarılmışdır. Bu port Sega Saturn konsolunu 4MB RAM genişləndirmə periferiyasını dəstəkləyən ilk videooyun olmuşdur.[13] Port videooyun ilə birlikdə paketləşdirilmiş kartric periferiyasından istifadə edirdi, hansı ki, arkada ilə birə-bir konversiya yaratmaq imkanı vermişdir.[4][8] Videooyunun bu portu rəsmi olaraq, Şimali Amerikada satışa çıxarılmamışdır.[6] Buna səbəb konsolun Şimali Amerika bazarındakı aşağı satış dərəcəsi olmuşdur. Portun import edilmiş versiyası müəyyən "Electronics Boutique" məntəqələrində satışa çıxarılmışdır.[14] "Sega" videooyunu genişləndirmə kartrici ilə birlikdə Avropada satışa çıxarmağı planlaşdırıldı, ancaq axırda bu planlar ləğv edilmişdir.[7]

6 noyabr 1996-cı il tarixində keçirilmiş bir mətbuat konfransında "Capcom" şirkəti "X-Men vs. Street Fighter" videooyununun konsol versiyasının Sega Saturn platforması üçün eksklüziv olacağı anons etmişdir.[15] Onsuz da "Street Fighter Alpha 2" videooyununun Sega Saturn portunun PlayStation portundan daha yaxşı hazırlanmış olması iddiası və "Night Warriors: Darkstalkers' Revenge" videooyununun Sega Saturn platforması üçün eksklüziv olmasına görə "Sega" şirkətinə qarşı dostpərəstlik ilə ittiham olunmuş "Capcom" daha sonra bu anonsu ləğv etmiş, "X-Men vs. Street Fighter" videooyunun PlayStation və Sega Saturn versiyalarının eyni zamanda satışa çıxarılacaqlarını, eləcə də onların arkada ilə birə-bir olacaqları elan edilmişdir.[16] Buna baxmayaraq, videooyunun PlayStation versiyası Yaponiyada 26 fevral 1998-ci il tarixinə qədər satışa çıxarılmamışdır. Videooyununun bu buraxılışı "X-Men vs. Street Fighter: EX Edition" adlandırılmışdır.[17] Videooyunun PlayStation portu Şimali Amerikada 11 iyun 1998-ci il tarixində, Avropada isə 1998-ci ilin noyabr ayında satışa çıxarılmışdır.

Bundan əlavə, PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə videooyunun portunun həm qrafikası, həm də ki geympleyi dəyişdirilmişdir. Personajların hərəkət animasiyalarının bir neçə kadrları RAM-dan istifadəni azaltmaq üçün silinmişdir.[18] Videooyunun geympleyinin ən mühüm hissəsi olan teq-tim formatı ləğv edilmişdir. Arzulanan zaman personajları dəyişdirmək əvəzinə, personaj Dəyişkən kombinasiyalar və Dəyişkən əks-cavablar kimi müəyyən hücumlardan sonra döyüşə daxil ola bilir. Əlavə olaraq, videooyunun arkadaSega Saturn versiyalarında olan tək-raundlu döyüşlər üç arasından iki raund formatı ilə əvəz edilmişdir. Videooyunun PlayStation versiyasında oyunçulara "psevdo-teq-tim matçları"nda iştirak etmək imkanı verən kodlar mövcuddur. Bu zaman hər bir oyunçu rəqibinin startdakı personajını partnyoru kimi istifadə edə bilər.[19][20] Məsəlüçün, əgər birinci oyunçu Ryunu, ikinci oyunçu isə Şimal porsuğunu idarə edirsə, bu zaman birinci oyunçunun partnyoru Şimal porsuğu, ikinci oyunçunun partnyoru isə Ryu olur.

Qəbul redaktə

Tənqidçilərin mövqeyi redaktə

"Next Generation" portalının bir resenziya müəllifi "X-Men vs. Street Fighter" videooyununun arkada versiyasını 5 baldan 3 xal ilə qiymətləndirmişdir. O, oyunun teq-tim mexanikasını tərifləmiş və videooyunun partlayıcı qalıqlar, eləcə də "Capcom" şirkətinin əvvəlki ikiölçülü faytinq buraxılışlarında da olan uzun kombinasiyalar ilə doldurulduğunu qeyd etmişdir. Buna baxmayaraq o, bu tip videooyunların həddindən artıq dərəcədə çox yaradıldığından şikayət etmişdir. Onun fikrinə görə, "X-Men Vs. Street Fighter əyləncəli bir oyundur, fəqət bu, bizim həddindən çox oynadığımız bir oyun tipinin artıq dozasıdır".[21]

"X-Men vs. Street Fighter" videooyunu ilk dəfə Şimali Amerika arkada sistemləri üçün buraxılanda azca populyarlıq əldə etmiş, ancaq bir neçə ay sonra hitə çevrilmişdir.[22]

Videooyun rəy toplayıcısı "GameRankings" portalına görə, "X-Men vs. Street Fighter" videooyununun Sega Saturn versiyası tənqidçilərdən "yaxşı" rəylər almışdır. Resenziya müəllifləri videooyunun sürətli geympleyi, animasiya və səs keyfiyyəti, eləcə də orijinal arkada versiyası ilə müqayisədə texniki performasına görə tərifləmişdir.[4] "GameSpot" mütəxəssisi Ceff Gerstmann personajların hərəkət animasiyalarını və səhnə dekorasiyalarını müsbət qiymətləndirmişdir. Onun iddiasına görə, "hər hansısa bir konsol sistemində bundan daha yaxşı görünən bir ikiölçülü faytinq oyunu yoxdur". Gerstmannın oyunun portunu sürətli yüklənmə müddətini və az ləngimə yaşamasına görə tərifləməsinə baxmayaraq, o, oyunun müdafiəyəmeylli geympleyini və orijinal olmayan saundtrekini tənqid etmişdir.[23] "Game Informer" portalı portu oyunun arkada versiyası ilə eyni işləməsi və eyni görünməsinə görə alqışlamış, onun "bu günə kimi tarixdə görünmüş ən yaxşı arkada konversiyalarından biri" olduğunu qeyd etmişdir.[4]

Digər tərəfdən, videooyun rəy toplayıcısı "GameRankings" portalına görə, "X-Men vs. Street Fighter" videooyununun PlayStation versiyası tənqidçilərdən "qarışıq" rəylər almışdır.[24] Resenziya müəlliflərinin çoxunun tənqidçiləri PlayStation konsolunun texniki məhdudiyyətlərinə görə porta edilmiş müxtəlif dəyişikliklər üzərində mərkəzləşmişdir.[10][20] Həm "GameSpot", həm də ki "Game Revolution" videooyunun bu portunu teq-tim döyüşlərini və müxtəlif ləngimə hadisələrinin sayını azaltdığına görə pisləmişdir.[18] Bu iki portal portun aşağı kadr tezliyi və animasiya keyfiyyətində diqqətəlayiq dərəcədə azalmasını tənqid etmişdir.[18][19] "Game Informer" və "IGN" portallarının da bu cür tənqidlər yayımlamalarına baxmayaraq, onlar videooyuna daha müsbət tərəfdən baxıblar. Onların hər ikisi də PlayStation portunun Sega Saturn versiyası ilə müqayisədə "tutqun" göründüyünü qəbul etsələr də, bunun yenə də əsaslı bir faytinq oyunu olduğunu vurğulamışdılar.[10][20] "AllGame" portalı videooyunun arkada versiyasına beş baldan dörd bal vermişdir.[25]

"Next Generation" portalı videooyunun Sega Saturn versiyasına beş ulduzdan dörd ulduz verərək qiymətləndirmiş və port haqqında "Hər halda, X-Men vs. Street Fighter 'daha çox, daha yaxşıdır' köhnə atalar sözünü düz çıxardır" yazmışdır.[26]

"Next Generation" portalı videooyunun PlayStation versiyasına beş ulduzdan bir ulduz verərək qiymətləndirmiş və port haqqında "Əgər siz heç vaxt bir Capcom faytinq oyunu görməmisənizsə, bu, bir neçə dəqiqə əyləncəli ola bilər, ancaq Capcom şirkətinin bu oyunu PlayStation platformasına çatdırmaq üçün girdiyi kompromislər barədə deyiləcək bir dənə olsun müsbət bir şey yoxdur. Uf!" yazmışdır.[27]

Sikvel redaktə

"X-Men vs. Street Fighter" videooyununun sikveli "Marvel Super Heroes vs. Street Fighter" 1997-ci ildə Avropa, YaponiyaŞimali Amerika arkada sistemləri üçün buraxılmışdır.[28] "Marvel Super Heroes vs. Street Fighter" videooyunu geympleyestetika cəhətdən özündən əvvəlki buraxılışa oxşar olsa da, İks-adamlar heyətinin çoxusu Kapitan AmerikaHörümçək-adam kimi digər "Marvel Comics" mülklərindən olan personajlarla əvəz edir. Videooyun "Marvel vs. Capcom" videooyun seriyasına "Dəyişkən yardım" funksiyasını gətirməsinə ilə diqqətəlayiqdir. Bu funksiya oyunçuları ekrandan kənardakı personajın döyüşə müdaxilə edərək rəqibə zərər yetirmək imkanı ilə təmin edir.[3] "X-Men vs. Street Fighter" kimi bu videooyun da 1998-ci ildə Sega Saturn, 1999-cu ildə isə PlayStation üçün portlaşdırılmışdır.[29][30]

Qeydlər redaktə

  1. yaponca: エックスメン VS. ストリートファイター Hepbörn: Ekkusu Men bāsasu Sutorīto Faitā?, azərb. İks-adamlar küçə döyüşçülərinə qarşı
  2. Digərləri – "X-Men: Children of the Atom" və "Marvel Super Heroes"
  3. Anormal dərəcədə yüksəyə tullanmaq bacarığı.
  4. Rəqib havada ikən ona fənd kombinasiyalarını tətbiq etmək bacarığı.
  5. Bu fəndin həyata keçirilməsi ilə oyunçu personaj rəqibə yüksək dərəcədə zərər yetirir.
  6. Bu fəndin həyata keçirilməsi ilə hər iki oyunçu personaj hiper kombinasiya yerinə yetirir.
  7. Bu fəndin həyata keçirilməsi ilə oyunçu personaj ekrandan kənardakı personajı döyüşə çağıraraq əks-hücumlara qarşı müdafiə məqsədli bir əngəl yaradır.

İstinadlar redaktə

  1. 1 2 3 "X-Men Vs. Street Fighter". arcade-museum.com (ingilis). Killer List of Videogames. September 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  2. 1 2 3 Shack staff. "Shack's Arcade Corner - X-Men vs. Street Fighter". shacknews (ingilis). Shacknews. February 25, 2015. February 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  3. 1 2 3 4 5 Edvards, Mett. "Retrospective: Street Fighter (Page 4)". eurogamer.net (ingilis). Eurogamer. February 15, 2009. February 19, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  4. 1 2 3 4 "X-Men vs. Street Fighter - Sega Saturn". Game Informer (ingilis) (58). February 1998. September 21, 1999 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020. (#redundant_parameters)
  5. 1 2 3 4 X-Men vs. Street Fighter - PlayStation (Manual) (PDF). gamesdbase (ingilis). Capcom. March 4, 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 6, 2020.
  6. 1 2 3 4 Elston, Brett. "Marvel vs Capcom: a history of the Vs fighting series". gamesradar.com (ingilis). GamesRadar. February 12, 2011. November 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  7. 1 2 "X-Men vs Street Fighter - Exclusive!" (PDF). Sega Saturn Magazine (ingilis) (27): 52–61. 1997. October 8, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 6, 2020. (#redundant_parameters)
  8. 1 2 3 "X-Men vs. Street Fighter". GameFan (ingilis). 6 (2): 74–79. February 1998. (#accessdate_missing_url)
  9. Major Mike. "X-Men vs. Street Fighter (Saturn)". GamePro (ingilis). 1998. April 30, 1999 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020. (#redundant_parameters)
  10. 1 2 3 MakNamara, Endi; Storm, Con; Reyner, Endrü. "X-Men Vs. Street Fighter EX Edition - PlayStation". Game Informer (ingilis) (63). July 1998. September 13, 1999 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020. (#redundant_parameters)
  11. "Marvel Mayhem!". Sega Saturn Magazine (ingilis). No. 17. Emap International Limited. March 1997. səh. 58. (#accessdate_missing_url)
  12. Killian, Set. "Marvel vs Capcom: A history of the Vs fighting series". youtube.com (ingilis). YouTube (GamesRadar). February 14, 2011. January 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  13. "Saturn Memory Upgrade Revealed!". Sega Saturn Magazine (ingilis). No. 23. Emap International Limited. September 1997. 6–7. İstifadə tarixi: March 6, 2020 – archive.org vasitəsilə.
  14. JL. "X-Men vs Street Fighter". sega-saturn.com (ingilis). Sega Saturn. 1998. May 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  15. "Capcom's Latest Exclusive to Saturn!". Sega Saturn Magazine (ingilis). No. 15. Emap International Limited. January 1997. 6–7. (#accessdate_missing_url)
  16. "X-Men Vs. SF to Hit the PlayStation Too". Electronic Gaming Monthly (ingilis). No. 93. Ziff Davis. April 1997. səh. 116. (#accessdate_missing_url)
  17. "X-Men vs. Street Fighter EX". nowgamer.com (ingilis). NowGamer. February 26, 1998. February 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  18. 1 2 3 Kuk, Mark. "X-Men vs. Street Fighter Review (PS)". gamerevolution.com (ingilis). Game Revolution. July 1998. October 25, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  19. 1 2 Gerstmann, Ceff. "X-Men vs. Street Fighter Review (PS)". gamespot.com (ingilis). GameSpot. March 17, 1998. January 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  20. 1 2 3 Nelson, Rendi. "X-Men vs. Street Fighter". ign.com (ingilis). IGN. June 11, 1998. February 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  21. "Comic". Next Generation (ingilis). No. 24. Imagine Media. December 1996. səh. 272. (#accessdate_missing_url)
  22. "Last-Minute Update". Electronic Gaming Monthly (ingilis). No. 95. Ziff Davis. June 1997. səh. 94. (#accessdate_missing_url)
  23. Sitat səhvi: Yanlış <ref> teqi; GRSAT adlı istinad üçün mətn göstərilməyib
  24. Sitat səhvi: Yanlış <ref> teqi; GRPS adlı istinad üçün mətn göstərilməyib
  25. Vays, Brett Allan. "X-Men vs. Street Fighter (ARC) - Review". allgame.com (ingilis). AllGame. November 15, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  26. "Finals". Next Generation (ingilis). No. 39. Imagine Media. March 1998. səh. 112. (#accessdate_missing_url)
  27. "Finals". Next Generation (ingilis). No. 45. Imagine Media. September 1998. səh. 138. (#accessdate_missing_url)
  28. MakLaflin, Rus. "IGN Presents the History of Street Fighter (Page 7)". ign.com (ingilis). IGN. February 16, 2009. February 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  29. Gerstmann, Ceff. "Marvel Super Heroes vs. Street Fighter (Import) Review (Saturn)". gamespot.com (ingilis). GameSpot. November 30, 1998. August 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  30. Perri, Duqlas K. "First Look: Marvel Super Heroes vs. Street Fighter". ign.com (ingilis). October 14, 1998. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.

Xarici keçidlər redaktə


Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024