Portal:Qarabağ Haqqinda Melumat - Vikipedia

Portal:Qarabağ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
redaktə  

Əzizinəm, Qarabağ Şəki, Şirvan, Qarabağ Aləm cənnətə dönsə Yaddan çıxmaz Qarabağ!


Qarabağ portalına
xoş gəlmisiniz!

Qarabağ - Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. "Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki, Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.


redaktə  

Seçilmiş məqalə

Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir. 1991-2020-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbinin mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Sünik knyazlığının (Artsax çarlığının), Xəmsə məlikliklərinin, Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. 2020-ci ilə qədər ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altında olub. Azərbaycanın "musiqi akademiyası" kimi tanınır. Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1814-cü ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsak kimi işlənir.



redaktə  

Seçilmiş şəkil


Azerbaijani noble man from Shusha, Karabagh.jpg
“Azəri gənc” Şuşa, 1865, Vasili Vereşşagin


redaktə  

Seçilmiş şəxsiyyət

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 186120 aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.


redaktə  

Xarici keçidlər




redaktə  

Təqvim

Aprel


redaktə  

Tarixə nəzər

Qarabağ bəylərbəyiliyiQarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".


redaktə  

Mədəni irsi

Qarabağ xalçaları - Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hal–hazırda da istehsal olunmaqdadır. İstehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz qalmışlar, lakin sənətşünaslar onu "Qarabağ" adlandırmışlar. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar "Xan xalçası" və ya "Xan Qarabağ xalçası" adlandı.


redaktə  

Mərhəmət

Fayl:Xocalı Soyqırımı001.jpg

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


Error: Must specify an image in the first line.

Azərbaycan Cənubi Azərbaycan Qafqaz Albaniyası Azərbaycan tarixi


Qarabağ Vikixəbərdə  Qarabağ Vikisitatda  Qarabağ Vikikitabda  Qarabağ Vikimənbədə  Qarabağ Vikilüğətdə  Qarabağ Vikiversitetdə  Qarabağ Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

118 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024