Portal:Anime və manqa Haqqinda Melumat - Vikipedia

Portal:Anime və manqa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Anime və manqa

Redaktə 
Anime və manqa portalı

Anime (アニメ?) — yapon animasiyası. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzlər var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). "Anime" sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.

Manqa (漫画, マンガ?) — yapon komiksləri. Günümüzdə mövcud olan manqa forması İkinci dünya müharibəsindən sonra inkişaf etməyə başlamışdır. Manqaya qərb ənənələri çox təsir etmişdir, lakin qədim yapon incəsənətinin qədim köklərini özündə saxlamağa davam edir.

Yaponiyada bütün yaşdan olan insanlar manqa oxuyur, o həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda əsərlər mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s. 1950-ci ildən etibarən manqa yapon mətbəələri üçün böyük bir sahəyə çevrilir və dünyanın digər yerlərində də məşhurlaşır.

Redaktə 
Seçilmiş məqalə

Charlotte (シャーロット, Shārotto?, azərb. Şarlotta‎) — Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir.

Anime serialının fikir müəllifi Cun Maedadır. Bununla yanaşı o, ssenarini yazmış, bəzi musiqiləri bəstələmiş, Na-Ga ilə personajları dizayn etmişdir.

Redaktə 
Seçilmiş şəxs

Risa Oribe (織部 里沙, Oribe Risa?) və ya səhnə adı ilə LiSA (Love is Same All ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır.

LiSA-nın mahnıları "Sword Art Online""Fate/Zero" kimi bir çox anime seriallarında səsləndirilmişdir. Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır. "Crossing Field" sinqlı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya, "Oath Sign" sinqlı isə qızıl sertifikasiya almışdır.

Redaktə 
Seçilmiş siyahı

Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!?, azərb. Mələk ritmləri!‎) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air""Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar. Anime Seyci Kişinin rejissorluğu ilə P.A. WorksAniplex tərəfindən çəkilmişdir. Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır. Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)?) adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılı etdiyi bu təşkilatın əsas məqsədi tanrıya qarşı döyüşməkdir.

Redaktə 
Seçilmiş şəkil
Xidmətçi paltarı geyinmiş personaj.
Redaktə 
Seçilmiş personaj

Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru?)1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajıdır. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir.

Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro VatanabeToşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır.

Redaktə 
Bilirsinizmi...
Redaktə 
Mövzular
Ümumi

Anime və manqa fanatları • Anime-festival • Anime sənayesi • Kospley • Docinşi • Anime tarixi • Manqa tarixi

Auditoriyaya görə

Kodomo • Cosey • Seynen • Şonen • Şoco

Janrlar

Eççi • Harem • Maho-şoco • Mexa • Yaoy • Yuri • Hentay

Siyahılar

Anime şirkətləri • Anime-festivallar • Anime & manqa video oyunları • Bestseller manqalar • Ən uzun davam edən animemanqa seriyaları • Manqa jurnalları

Redaktə 
Vikimedia

Anime

Vikisitatda anime     Vikikitabda anime     Vikimənbədə anime     Vikilüğətdə anime     Vikianbarda anime
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Manqa

Vikisitatda manqa     Vikikitabda manqa     Vikimənbədə manqa     Vikilüğətdə manqa     Vikianbarda manqa
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Serverin keşini təmizlə


Sitede 156 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024