Portal:Nizami Gəncəvi Haqqinda Melumat - Vikipedia

Portal:Nizami Gəncəvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Nizami Gəncəvi

redaktə  

"Dilçə şerimizdə olsa da kəsir, Mənaca böyükdür ondakı təsir" Nizami Gəncəvi


Nizami Gəncəvi portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

"Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Nizaminin "Leyli və Məcnun" poeması 1188-ci ildə yazılmışdır. Şirvan hökmdarı Axistanın sifarişi ilə yazılmış "Leyli və Məcnun" poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır.Bu əsər Şirvanşah Axsitanın oğlu Qeysin yəni Məcnunun şahın bacısı Şahhiran Sultanın qızı Leyli Sultanı sevməsinə həsr olunub.Bir-birini sevənlər sonda ölsədə onların sevgisi əbədiyyətə qovuşmuşdur. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.Göööööööööööööööööööööt


redaktə  

Şəkil qalereyası

Nizami işığında - Vaqif Ucatay.jpg
Nizami işığında”, Vaqif Ucatayın 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri


redaktə  

Obrazlar

II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Khusraw Parvēz, خسرو پرویز Khosrow Parviz) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sönuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram ÇubinVistəhm kimi üsyançılarla mübarizədə keçmişdir.


redaktə  

Bilirsinizmi...

  • Azərbaycanda elm xadimlərinin mükafatlandırılması üçün nəzərdə tutulmuş xüsusi Nizami Gəncəvi adına Qızıl Medal mövcuddur.
  • Avropada Nizaminin əsərlərinin tərcüməsinə ilk dəfə XIX əsr Avstriya şərqşünas və diplomatı baron Yozef fon Hammer-Purqştal təşəbbüs göstərmişdir.
  • 1941-ci ildə Nizaminin 800 illik yubileyi qeyd olunarkən, mühasirədə olan Stalinqradda yubiley tədbirinin keçirildiyi Ermitajın "məktəbli kabineti"ni Neva çayında dayanan "Qütb ulduzu" gəmisi işıqla təmin edib.
  • İtalyan bəstəkarı Cakomo Puççini məşhur Turandot operasını Nizaminin "Yeddi gözəl" məsnəvisindəki hekayə əsasında yazıb.


redaktə  

Xarici keçidlərdə əsərləri


redaktə  

Təqvim

Nizami
800

1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi, Sankt-Peterburqda geniş miqyasda qeyd olunmuşdur.



Nizami
870

2011-ci ildə Nizaminin anadan olmasının 870 illik yubileyi Bakıda geniş miqyasda qeyd olunmuşdur.



  • 1947-ci ildə Nizami Gəncəvinin qəbirüstü məqbərəsinin bərpasına başlanmışdır.
  • 2012-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə” Bakıda yeni formatda nəşr olunmuşdur.
  • 14 aprel 2009 — Əsaslı təmirdən sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu
  • 29 aprel 1941 — Azərbaycan KP MK-nın büro iclasının qərarı ilə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinin rəsmi tarixi (1941-ci il 16 oktyabr) müəyyənləşdirilmişdir;
  • 25 aprel 1926 — mövzusu Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında götürülmüş Turandot operasının ilk primyerası Milanda La Skala opera evində səhnəyə qoyulmuşdur.
  • 20 aprel 2012 — Nizami Gəncəvinin Villa Borghese büstlər parkında heykəlinin açılışı.
  • 1949-cu ilin aprelində Bakıda Nizami Gəncəvinin heykəlinin açılışı.
redaktə  

Əsərlərdən sətirlər


Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox

Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,”
Nizami Gəncəvi Vikixəbərdə  Nizami Gəncəvi Vikisitatda  Nizami Gəncəvi Vikikitabda  Nizami Gəncəvi Vikimənbədə  Nizami Gəncəvi Vikilüğətdə  Nizami Gəncəvi Vikiversitetdə  Nizami Gəncəvi Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 206 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024