Aphorisms - Words of Geniuses

Aphorisms - Words of Geniuses


Aphorisms on our site are grouped according to the following letters

All Aphorisms

  • • Özünüz üçün deyil, bağlı olduğunuz xalq üçün birlikdə işləyin. İşlərin ən yüksəyi budur. (Mustafa Kamal Atatürk)
  • • Ölüm zamanın qırıldığı bir məqamdır. (Cübran)
  • • Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
  • • Ölüm, həyatın özüdür. (Ceyms Hetfild)
  • • Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək. (Fyodor Dostoyevski)
  • • Özünə yazığı gəlmə bizim ən pis düşmənimizdir, biz dünyada heç vaxt yaxşı şey edə bilmərik. (Helen Keller)
  • • Özündən oğurlama bir stildir. (Alfred Hiçkok)
  • • Ölüm bütün problemləri həll edər, insan olmazsa problem də olmaz. (İosif Stalin)
  • • Öz bağçasında budaq ola bilməyənin biri; gəlmiş bağçama mənə ağaclıq edir! (Özdəmir Asaf)
  • • Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. (Fransua de Laroşfuko)
  • • Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik. (Fransua de Laroşfuko)
  • • Özünü yaxşı döşənilmiş bir evə aparan bir adam "Bir daha yerlərə tüpürməməsini" tənbehləyincə Diogen dərhal adamın üzünə tüpürər və "Buradan daha çirkli bir yer tapa bilmədim" deyər. (Sinoplu Diogen)
  • • Öz eləyə biləcəkləri işi bizim görməyimizlə adamlara yardımçı ola bilmərik. (Avraam Linkoln)
  • • Ölüm qorxunc bir şeydir amma insan əgər ölməyi bacara bilməyib sonsuza qədər yaşasaydı bu daha qorxunc olardı. (Anton Çexov)
  • • Ölüm mənim köhnə dostumdur. İstisna deyildir ki o gələndə ona deyəcəm ki: "Oturun, dincəlin! Bəlkə şampan içək?Axı mən ürəyimin dərinliyində qorxağam. (Salvador Dali)
  • • Ölçülməsi mümkün olan məhəbbət çox yoxsuldur. (Uilyam Şekspir)
  • • Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur. (Umberto Eko)
  • • Özüm üçün yazıram deyənlərə inanmayın. Özünüz üçün yazdığınız ancaq alver siyahısıdır. (Umberto Eko)
  • • Özünü tapmaq istəyirsənsə özün üçün düşün. (Sokrat)
  • • Özgəsinin sirrini demək satqınlıq ,öz sirrini açmaq isə axmaqlıqdır. (Volter)
  • • Ölmədən əvvəl heç kim xoşbəxt deyil. (Esxil)
  • • Özünə hörmətini heç vaxt itirmə. (Baltazar Qrasian)
  • • Öhdəçilikdən qaçmaq kamilliyin ilkin qaydalarından biridir. (Baltazar Qrasian)
  • • Özünün ən yaxşı cəhətini bilmək. Digər qabiliyyətlərini unutmadan öxünün ən yaxşı qabiliyyətini inkişaf etdir. Öz üstünlüyünü bilən adam nədə isə yüksək zirvələrə qalxa bilər. (Baltazar Qrasian)
  • • Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. (Baltazar Qrasian)
  • • Özünü arzularının mahiyyətindən tanıya bilərsən. (Məhəmməd İqbal)
  • • Özümü heç vaxt lider olaraq görmədim. Amma ən əhəmiyyətli insan olaraq bəlkə görmüşəm. (Freddi Merkyuri)
  • • Ölənə qədər birlikdə olacağıq, buna əminəm. Həmişə getmək istəyirəm, amma icazə vermirlər! (Freddi Merkyuri)
  • • Ötən əsrlərin yazıçısı ilə söhbət etmək səyahət etmək kimi bir şeydir. (Rene Dekart)
  • • Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. (Bencamin Franklin)
  • • Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm , başqalarının dilinə necə hakim ola bilərəm... (Bencamin Franklin)
  • • Ölüm özündən əvvəl mənə təkliyini göndərdi. (Nazim Hikmət)
  • • Ölçülməzi ölçə bilməz ölçülər. (Zəlimxan Yaqub)
  • • Öndəki yol, geridəki yoldan uzun görünər. (Ergün Gülər)
  • • Ömrünün axırınadək şirin su satmaq istəyirsiniz, yoxsa dünyanı dəyişmək? (Stiv Cobs)
  • • Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. (Stiv Cobs)
  • • Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər... (Lev Tolstoy)
  • • Özünü idarə etsən dünyanı idarə edəcək gücü tapa bilərsən. (Platon)
  • • Öhdəsindən gəlinməli lazım olan iş nə qədər böyük olursa olsun bu vəziyyətdə hər vaxt və hər kəs tərəfindən qəbul olunan qayda budur; çox böyük mövzulara keçmədən əvvəl ilkin kiçik və daha asan nümunələr üzərində sınaqlarda iştirak olunmalidir. (Platon)
  • • Öyrənməyi buraxan adam iyirmisində də olsa, səksənində də olsa yaşlıdır. Həyatdakı ən möhtəşəm şey zehini gənc tutmaqdır. (Henri Ford)
  • • Ölümdən qorxmayan millətə ölüm yoxdur. (Şeyx Məhəmməd Xiyabani)
  • • Özü özünün xoşbəxtliyinə mane olmaqda insan fövqəladə bacarıqlıdır. (Andre Jid)
  • • Özümə yalan danışmağa başladığımdan bəri heç kimə inanmıram. (Oskar Uayld)
  • • Öz dilini yaxşı bilməyən, başqasının dilini öyrənə bilməz. (Uinston Çörçill)
  • • Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür. (Can Yücəl)
  • • Ömür yadda qalan günlərın sayı ilə ölçülür. (Xudu Məmmədov)
  • • Öz məziyyətlərindən danışan gülüncdür, öz məziyyətlərini bilməyən – sadəlövh. (Çesterfild)
  • • Ölüm var ki, həyat qədər dəyərli,
    Həyat var ki, ölümdən də zəhərli. (Hüseyn Cavid)
  • • Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz. (El hikməti)
  • • Özü qazanmayan var-dövlətin qədrini bilməz. (El hikməti)
  • • Ölüm bir statistika və dövlət işi olanda, dünya işləri artıq yaxşı getmir deməkdir. (Alber Kamyu)
  • • Önümdən getmə səni izləməyə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız dostum qal. (Alber Kamyu)
  • • Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin. (Əli bin Əbu Talib)
  • • Öl, ancaq alçalma, aza kifayətlən, abrını tökmə. Çalışıb bir şey əldə edə bilməyən şəxs oturmaqla heç bir şey qazana bilməz. (Əli bin Əbu Talib)
  • • Özünü çox sıxma, ən gözəl şeylər onları ən az gözlədiyində olar. (Qabriel Qarsia Markes)
  • • Ölüm qorxusu davamlı deyil, məzarda bitən keçici bir duyğudur. (Cem Yılmaz)
  • • Ölmədən əvvəl qanunlar haqqında bir iki yaxşı söz deyəcəm. (Tupak Şakur)
  • • Ölməkdən qorxursan? Yoxsa əbədi olaraq yaşamaq istəyirsən? (Tupak Şakur)
  • • Özünüzün intellektual rəqibləriniz ilə sıx əlaqə saxlayın. (Ceyms Uotson)
  • • Öz fakültənizdə seminarları elmdəki yeniliyə həsr edin. (Ceyms Uotson)
  • • Öz alimlərinizə beysbol komandasını idarə edən menecer kimi rəhbərlik edin. (Ceyms Uotson)
  • • Öz zamanını qabaqlayan tədqiqat predmetini seçin. (Ceyms Uotson)
  • • Özündən şübhə etməyən sənətçi, bir yerə çata bilməz. (Leonardo da Vinçi)
  • • Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. (Kiçik Seneka)
  • • Özünü ələ almağı bacaran insan hamıdan güclüdür. (Kiçik Seneka)
  • • Öz dilini bilməyən başqa dil öyrənə bilməz. (Corc Bernard Şou)
  • • Özünə arzuladığını başqasına arzulama.Bəlkə onun zövqü başqadır. (Corc Bernard Şou)
  • • Ölçülməyənə qədər heç nə mövcud deyil. (Nils Bor)
  • • Öz qayğına qalmırsansa, başqasınının qayğısına necə qalacaqcan? Özünü piss hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən? Sən özünü sevmədən başqasını sevə bilməzsən. (Robin Şarma)
  • • ‎Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir. (Robin Şarma)
  • • Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Özünüz yemədiyinizi yoxsullara yedirməyin. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Övladınızı öz zamanınıza görə yox, gələcək zamana görə yetişdirin. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Ölmədən öncə ölmək lazımdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Öz vətənini ləkələmək onu satmaq deməkdir. (Viktor Hüqo)
  • • Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. (Viktor Hüqo)
  • • Ölmək bir şey deyil, yaşamamaq qorxuludur. (Viktor Hüqo)
  • • Ön mühakimələri yox etmək, atom nüvəsini parçalamaqdan daha çətindir. (Albert Eynşteyn)
  • • Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır. (Albert Eynşteyn)
  • • Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir (Albert Eynşteyn)
  • • Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar - əməlin başlanğıcıdı. (Lao-tszı)
  • • Öz ölkəsini sevməyən heç nəyi sevməz. (Corc Bayron)
  • • Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... (Ernesto Çe Gevara)
  • • Ölümün bizi harada gözlədiyi müəyyən deyil, ona görə də biz onu hər yerdə gözləyək. (Mişel de Monten)
  • • Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilmir. (Mişel de Monten)
  • • Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır. (Mişel de Monten)
  • • Ölüm gözləmir, deməli, ömür də gözləməməlidir. (İ.S.Turgenev)
  • • Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşagələn deyildir. (Xosrov Ruzbeh)
  • • Özümü tək buraxmamaq üçün bütün gecə aynanın qarşısında oturdum. (Çezare Paveze)
  • • Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz. (Mahatma Qandi)
  • • Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır. (Heraklit)
  • • Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq. (Nəcib Fazil Qısakürək)
  • • Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər. (Nəcib Fazil Qısakürək)
  • • Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?! (Nəcib Fazil Qısakürək)
  • • Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim. (Corc Soros)
  • • Öz zəifliyini qəbul edərək insan güclənir. (Onore de Balzak)
  • • Özünə aşiq birinin heç olmasa bu üstünlüyü var - çox rəqibi olmayacaq. (Qeorq Kristof Lixtenberq)
  • • Ömür genetik proqramın mühitdə açılışıdır. (Tur Xander)
  • • Ölən günümə qədər öz həyatımı yaşayacağam. (Frenk Sinatra)
  • • Özünü olmazsa olmaz görənlər xəstə tiplərdir. Ölçü budur: "Olsam da olar, olmasam da olar; olmasam hərhalda daha yaxşı olar." (Fətullah Gülən)
  • • Özünə bir ağırlıq verən kəsin heç bir ağırlığı yoxdur. (Əbdülqədir Geylani)
  • • Özümə xas fikirlərim var . Güclü fikirlər. Amma bu fikirlərlə həmişə eyni fikirdə deyiləm. (Corc Uoker Buş)
  • • Ölüm ən böyük gerçəkdir. Bunu siyasətçilər də görməlidir, baş prokuror da görməlidir, hamımız faniyik. (Bülənt Arınç)
  • • Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. (Pifaqor)
  • • Ölüm gələndə həyatdan dördəlli yapışma. (Pifaqor)
  • • Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. (J.Renar)
  • • Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimizsə sonsuza qədər yaşayar. (Albert Payk)
  • • Ölümün dadı, dilimin ucunda. Bu dünyadan olmayan bir şey hiss edirəm. (Volfqanq Amadey Motsart)
  • • Ölüm və həyatı ayıran sərhədlər tutqun və qeyri-müəyyəndir. Kim deyə bilər, hansı harada qurtarır və harada o biri başlayır? (Edqar Allan Po)
  • • Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər. (Artur Şopenhauer)
  • • Öz ana dilini bilməyənlər şikəst adamlardır! (Heydər Əliyev)
  • • Öz ordusunu dolandırmayan xalq, başqa xalqı tezliklə dolandırmaqa məcbur olacaq. (Napoleon Bonapart)
  • • Ölüm kişidirsə, axıra gədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. (Müəmmər əl-Qəzzafi)
  • • Özündən bir şey öyrənileməyəcək tək insan yoxdur. (Alfred De Viqni)
  • • Özümüz haqqında ideallarımıza görə, başqaları haqqında - əməllərinə görə fikir yürüdürük. (Qarold Nikolson)
  • • Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan uzaq olun.Bu cılız insanlara xas olan cəhətdir.Böyük insan isə,əksinə,sizə sizin də böyük ola biləcəyinizə inam hissi aşılayır. (Mark Tven)
  • • Ömür qısadır, şöhrət isə əbədi ola bilər. (Mark Tulli Siseron)
  • • Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. (Rəsul Həmzətov)
  • • Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun. (Aleksandr Soljenitsın)
  • • Özünə hökm etməyən xidmətçi qalar. (İohann Volfqanq Göte)
  • • Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (Deyl Karnegi)
  • • Özünü tapa bilmək üçün əvvəlcə kənar təsirlərdən azad olmaq lazımdır. (Əbu Turxan)
  • • Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb! (Əbu Turxan)
  • • Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. (Əbu Turxan)
  • • Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür. (Əbu Turxan)
  • • Özünü tapmaq üçün əvvəlcə özünü itirmək lazımdır. (Əbu Turxan)
  • • Ölü doğan müəllif nə vaxtsa dünyaya diri övlad gətirə bilsə, əvvəl ölənlər də dirilər. (Əbu Turxan)
  • • Özünüdərk dünyanın dərkindən keçir. (Əbu Turxan)
  • • Özünü dərk edənlər bu dünyanı rahat tərk edə bilirlər. (Əbu Turxan)
  • • Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar. (Əbu Turxan)
  • • Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır. (Əbu Turxan)
  • • Özünə güvənməyən adama güvənmək olmaz. (Əbu Turxan)
  • • Özünüzə aid olmayanı qısqanmaq ayının meşədən küsməsinə bənzəyir. (Əbu Turxan)
  • • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. (Əbu Turxan)
  • • Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər. (Əbu Turxan)
  • • Özünüdərk məqamında insan təbiətin və dünyanın gözəlliyini də əxz edir. (Əbu Turxan)
  • • Ölümdən qorunmaqdansa, ruhla dost ol ki, səni yalqız buraxmasın. (Əbu Turxan)
  • • Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar. (Əbu Turxan)
  • • Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. (Əbu Turxan)
  • • Ömür çoxölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır. (Əbu Turxan)
  • • Özünü tanımaq heç də hamıya sərf etmir. (Əbu Turxan)
  • • Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur. (Əbu Turxan)
  • • Özünü qarınqululuğun və əxlaqsızlığın torundan qoruyan adam-əsl qüvvərli adam hesab olunur. (Əbül Fərəc)
  • • Ömrün gecəsi özü ilə öz çırağını gətirir. (Jozef Juber)
  • • Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. (M. Unamuno)
  • • Öz ruhumuzla başqalarını canlandırmaq onlara sahib olmaq deməkdir. (M. Unamuno)
  • • Öz təcrübəmizdən dərs götürmürüksə, yaxşı məsləhətlərdən nə fayda? (Vovenarq)
  • • Öz vətəninə mənsub olmayan adam, bəşəriyyətə də mənsub deyildir. (Vissarion Belinski)
  • • Öz vətənini sevmək-bşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatan qədər buna kömək etmək deməkdir. (Vissarion Belinski)
  • • Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür. (Fridrix Nitsşe)
  • • Özün ala biləcəyin haqqı buraxma sənə versinlər. (Fridrix Nitsşe)
  • • Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir. (Fridrix Nitsşe)
  • • Öz iradənin ağası, öz vicdanının qulu ol! (Mariya Ebner-Eşenbax)
  • • Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər. (Bob Marli)
  • • Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı. (Əbdül Səttar Ədhi)
  • • Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)
  • • Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır. (Jan de Labrüyer)
  • • Özünü basdırma, daim özünü ifadə et. (Madonna)
Share with Friends

191 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024