Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

A kişi, kişi
Əlində şişi.
Mənə bir at ver,
Nə erkək olsun, nə dişi.
Adam əlində,
Şeytan felində,
Təkər ayaqlı,
Quyruğu belində.
Ağ babanı [hədi yabanı],
Gəzər obanı,
Altı qıçı var,
İki dabanı.
Ağ oxloyum yağlıdı,
Başna qaytan bağladı.
Ağ qul qapıları gəzər.
Ağ toyuq suda oynar,
Həmdəmlə belə oynar.
Ürkücü gəldi, ürkütdü,
Bərkici gəldi, bərkitdi.
Ağac atlandı,
Gəmi qatlandı,S
Quyruq bulandı,
Təpə sıçradı.
Ağac başın ovdular,
Kəndə koxa qoydular.
Ağacdan atı,
Dəmirdən qatı,
İnsan illəti,
Tanrı qüdrəti.
Ağacdan yuvası var,
Daşdan yumurtası var.
Ağzı poladdan,
Saqqalı sapdan.
Ağzı var, dişi yox,
Onu vurmayan kişi yox.
Alçaq damdan qar yağar.
Qırağı taxta divar.
Aləmi bəzər, özü lüt gəzər.
Altı haça,
Üstü haça.
İki üzük,
İki qılça.
Altı şişə,
Üstü şişə,
Ortasında
Kabab bişə.
Anam məni öldürər,
Dərimə saman doldurar,
Çal eşşəyə mindirər,
Qapı-qapı dolandırar.
Arazın ləpəsindən,
Süd sağdım təpəsindən.
İki əli var belində,
Ağızı var təpəsində.
Arvada bax, arvada,
Oturubdu torbada,
Torbası dəmirdəndi,
Özü ala bədəndi.
Atıldım mindim qara daya.
Axşam açılır,
Səhər yığılır.
Ayağı var, əli yox,
Ağızı var, dili yox.
Soyuqlarda gərəkdir,
Boğazı lap dirəkdir.
Az gedər, çox gedər,
Bircə qarış yol gedər.
Badyabanı
Gozor obanı,
Altı qıçı var,
İki dabanı.
Bağlarda tappıldar,
Meşədə şaqqıldar.
Balaca Bəsti
Yanları yastı,
Sənəm paçası,
Zərdi haçası.
Balaca Cəfər parça təpər.
Balaca kişi çəpər hörər.
Balaca mənzər,
Evləri gəzər.
Balaca quyu,
Pıqqıldar suyu.
Baldırı bucaq,
Dalı bir qucaq.
Barmağı soxdum gözünə
Ağzını açdı dizinə.
Başına kələm bağlayar,
Ürəyi vərəm bağlayar.
Oğul-uşağını yığıb,
Dəsmal alıb ağlayar.
Bax Allahın işinə,
İplik taxıb dişinə,
Papaq qoyub başına.
Quyruğu suda
Başı quruda.
Baxsan onun üzünə,
Görünərsən özünə.
Bir atım var dərində,
Bağlamışam sərində,
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
Bir atım var, çullasan çulun salar,
Çullamasan qulun salar.
Bir atım var, hər yetəni minir.
Bir balaca boyu var,
Dam dolusu toyu var.
Bir balaca özü var,
Səksən səkkiz gözü var.
Bir balaca sandıqça,
İçi dolu ağ mıxça.
Bir beləcik atlaz,
Suya salsan batmaz.
Bir damım var dəmirdən,
Altı od, içi bədən.
Bir damım var, əl, üstə,
Əlini vur el üstə.
Alçaq damın altından,
Xırda-xırda qar istə.
Bir damım var, üç dirəkli,
Damı götürsəm, qalar dirəyi.
Bir damın mən üstündə,
Sən baxsan, sən üstündə.
Bir hovuzum var dəmirdən
Suyu gəlir yetmiş yeddi dəlikdən.
Bir itim var, hürər-hürər,
Burnu şişər.
Bir öküzüm var, ağzından ayran axar.
Bir öküzüm var, quyruğundan tutmasan, dama
girməz.
Bir öküzüm var, quyruğuyla çit hörər.
Bir özü var, min gözü.
Bir padşahın beş oğlu var, beşi də bir yaşda,
bir biçimdə, beşi də eyni peşədə.
Bir qara öküzüm var,
Hər yetən çulluyar.
Bir qara quşum var,
Qapıda dimdiyindən asılıb,
Heç kimi buraxmır.
Bir qara toyuğum var,
Qapıları gəzər.
Bir qızım var, hər gələn üzündən öpər.
Bir quşum var firəngi,
Talvarda vurar zəngi,
Nə yemir, nə içmir,
Nə dili var, nə həngi.
Bir toyuğum var,
Süzər-süzər
Yumurta tökər.
Bir yumru özü var,
Mincə dənə gözü var.
Bizdə bir kişi var,
Ağzında iki dişi var.
Bizdə bir kişi var,
Ağzında on dişi var.
Bizdə bir kişi var,
Dəmirdən dişi var.
Bizdə bir kişi var,
Əyri-müyri işi var,
Bizə gələrsən,
Gülməkdən ölərsən.
Bizdə bir kişi var,
Qırx-əlli dişi var.
Bizdə bir kişi var,
Çoxluca gözü var.
Bizdə bir kişi var,
Dörd qıçı var.
Bizdə bir kişi var,
Hər gələn üzündən öpür.
Bizdə bir kişi var,
Qırx iki dişi var.
Bizdə bir kişi var,
Yetmiş iki dişi var.
Bizim evdə bir kişi var,
Ağzında üç dişi var.
Bizim evdə bir kişi var,
Köndələn yatışı var.
Bizim evdə bir kişi var,
Təpəsində yüz deşiyi var.
Bizim evdə bir quyu var,
İçində sərin suyu var,
Suyu içilməz,
Barı biçilməz.
Bizim evdə bir quyu var,
İçində zəm-zəm suyu var.
Bizim evdə bir quyu,
İçində ağca suyu,
Suyun içində ilan,
İlan ağzında gövhər,
Gecələr bizə göndər.
Boycuğazı bir qarış,
Saqqalı yeddi qarış.
Burdan girər,
Ordan çıxar.
Çal çinar başında bir quş oturur,
Yağın yalayır, quyruğun bulayır.
Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim, qanı yox.
Çullaram çulun salar.
Cüvani, ha cüvani,
Dörd ayağı var, iki dabanı.
Dağdan gəlir dağ alı,
Qolları budaq alı,
Əlin gözünə soxsan,
Ağzı ayrıla qala.
Dağdan gəlir danqıra,
Quyruğu zildən qara,
Yerişi tapur-tupur
Dırnağı səksən para.
Dağdan yumbalanar, sınmaz.
Dan üzündən durdum,
Qızıl at belinə sıçradım.
Daşı-daşlara çaxdım,
Pambığı oda yaxdım.
Dəli qatır, qapıda yatır,
Gəlib-gedənə tərsə baxır,
Qol-qılçası belinə batır.
Dəyirmanın daşı var,
Üstdə gövhər qaşı var.
Hər kəs onu tapa bilsə,
Yüz iyirmi yaşı var.
Dörd qardaşın bir papağı var,
Hamısı birdən qoyur.
Dövranın əmrindədir,
Bəndənin felindədir,
Altı ayağı, iki gözü,
Quyruğu belindədir.
Dümdüz idi meşədə,
Evdə başqa peşədə,
Üstə ilan uzanar,
Bir ağ köynək qazanar.
Düzüm-düzüm nar,
Dizimətən qar.
Əsdi o dilbər,
Doldu bu xalvar.
El yatdı, oba yatdı,
Ölü ayağın uzatdı.
Ələk boyda üzü var,
Yüz əllicə gözü var.
Ağzı yuxarı baxar,
Altmdan yağış yağar.
Əlindədi əlində,
Ətəkləri belində.
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
Əlli-əlli yüz düyməsi,
Əlli mərcan düyməsi,
Hər kəs onu bilməsə,
Əlli ilin xəstəsi.
Əlsiz-ayaqsız köynək istər.
Ərəb atdan,
Dəmir qatdan.
Quş burulu,
Quyruq bulanı.
Əsli ağacdan, kökü qıldan,
Üyüdür baban ehsanına.
Ət dirəyin başında,
Dəmir deşikli papaq.
Evdə durub bir kişi,
Nənəmlədir hər işi.
Evimizdə bir kişi var,
Haçadan iki dişi var.
Evimizdə kəndi var.
Kəndinin kəməndi var,
Göydə gedən quşların,
Ayağının bəndi var.
Faytonum var, birtəkərli,
Nonəm sürər tək, birəlli.
Nə izi var, nə tozu var,
Yupyumru yumurtlayar.
Futulboz, hay futulboz,
Biri qara, biri boz.
Bağlanar heç açılmaz,
Molla buna dua yaz.
Gecə bağlanır,
Gündüz sallanır.
Gecə dağılar, gündüz yığılar.
Gecə əzilər, gündüz düzülər.
Gecə-gündüz işlər,
Dişlərini dişlər.
Gödəcik kişi,
Patavamnan var işi.
Günbəzə oxşar hamam,
İçində var bir ilan.
Gündüz ağa,
Gecə nökər.
Gündüz ağarar,
Gecə saralar.
Ha gedir leylək,
Hu gedir leylək,
İldə bir qarış
Yol gedir leylək.
Hap-hapı, qızıl qapı,
Şah ölkəsi, xan bağı.
Hapı-hapı,
Zəncir sapı.
Dörd budağı
Bir yarpağı.
Haydı-haydı, haraydı,
Gedin, görün nə haydı,
Kötüyə bir od düşüb,
Gedin, görün nə haydı.
Hədəndi, ha hədəndi,
Qara bağrım zədəndi.
Bu kola bir od düşüb,
Görün dərdi nədəndi.
Hədi yavanı, hudu yavanı,
Altı ayağı var, iki dabanı.
Həşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atamın beş oğlu var,
Beşi də bir peşədən.
Həvəng-həvəng içində,
Həvəng də zəng içində,
Nə yerdədi, nə göydə,
Əsil firəng içində.
Hin hinində.
Şeytan tinində.
Altı ayağı var,
Quyruğu belində.
Hini-hinicə,
Burnu əyricə.
Hər nəyə vursan,
Bölər ikicə.
İki evin arası,
Döyülər nağarası.
İki qıçı var çarpazı,
Sıxsan parçalar atlazı.
Kilid-kilid içində,
Kilid sandıq içində.
Binaya bir od düşdü,
Biz də yandıq içində.
Lək-lək, nə sarımsaq ək, nə soğan,
Gah yuxarı, gah aşağı gərdişi dövran.
Mən aşiq, tut ağacı,
Tut bitmiş tut ağacı
İki yerdən ağzı var.
Bir yerdən tutalğacı.
Mən baxıram, o da baxır.
Meşədə, ha meşədə,
Beş qardaş var meşədə,
Beşi də bir peşədə.
Milit-milit,
Qapısı kilit,
Ya bunu tap,
Ya burdan get.
Nə yerdədi, nə göydə
Cümlə-cahan içində.
Nə yerdədir, nə göydə,
Zəncirgəsi əlində.
Nədəndi, ha nədəndi,
Bağrın başı zədəndi,
Qırağı su, içi od,
Gedin görün nədəndi.
Nənəmin bir quşu var fırlanar,
Quyruğundan çatı, gəbə sallanar.
O nə ilandı ki, atəşpərəst,
Kimə soxsan deşər, eylər şikəst.
O nədi ki, Allahın felində,
Bəndənin əlində,
Quyruğu belində.
O nədi ki, bədəni gildən,
Burnu oddan.
O nədi ki, bir quyu,
Quyunun içində suyu,
Suyun içində ilan,
İlanın ağzı yanan.
O nədi ki, şəni qıllı siyahkar,
Yağar cismindən yaz, yayı, qışı qar.
O nədir ki, ağzı dəmirdən,
Dili kəndirdən.
Üstü ocaq, altı su.
O nədir ki, altı cəhənnəm,
Üstü su.
O nədir ki, balaca üzüdü,
Min iki gözüdü.
O nədir ki, gecə-gündüz yol gedir.
O nədir ki, gecə-gündüz zarıyar,
Dəmir qapı vaxt çarxına sarıyar.
İki qardaş yazdığım sanıyar,
Hər tayı da bir-birini tanıyar.
O nədir ki, hər yana işıq salar.
Öz dibinə yox.
O yana gedər hi-hi,
Ayaqsızdı hi-hi,
Dayaqsızdı hi-hi.
O yanı qac, bu yanı qac,
İçində odlu ağac.
O yanı qaya, bu yanı qaya,
İçində ağca maya.
O yanı yastı,
Bu yanı yastı,
Dörd ayağmı,
Yerə nə basdı.
Özü bir barmaq, saqqalı qırx barmaq.
Özü çalır, özü oynuyur.
Özü dəmirdən,
Quyruğu kəndirdən.
Özü yeməli, içi geyməli.
Qapı dalında qaraca qul,
Əlini vurma, geridə dur.
Qara atı yağladım,
Qaya dibinə bağladım.
Qara bəy atdan endi,
Arvad-uşaq sevindi.
Qara eşşək, ağ palan.
Qara köpək qapıda yatar,
Qolu əyilər, belinə batar,
Nə hürər, nə də ki tutar.
Qara qatır, qapıda yatır,
Gəlib-gedənə şıllaq atır,
Yiyəsi gəlcək durub qaçır.
Qara qul qapıları gəzər.
Qara quşu quyruğundan asarlar,
Ələ alıb düz qazana basarlar.
Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi,
Dəmir salıb ürkütdüm,
Qapısını bərkitdim.
Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi.
Qaranlıq damda at kişnər.
Qara-qara qarğalar,
Hər qapıya yorğalar.
Qıraqları su, ortasında od.
Qırx kişi var bir boyda, bir biçimdə,
Yatıb hamısı bir sandıq içində,
Sandıq da babamın şalvar cibində.
Qızıl tas, gümüş tas
İki siçan oyunbaz.
Quyruqlamasan, dama girməz,
Girsə də yemək yeməz.
Quyu içində ilan,
Ağzında vardı mərcan.
Rəfdə var fincan,
İçi dolu mərcan.
Sarı atlas, iynə batmaz,
And içər, piyada getməz.
Sarıdı, ağdı rəngi
Gecələr o saz çalır,
Mən oynaram diringi.
Səhər çağı sarıca qız,
Yığdı balaların başına,
Otdu dız-dız ağladı.
Səhərdən durar, dalıma minər.
Şəhrəbanı gəzər obanı,
Altı ayağı, iki dabanı.
Səkidə gəzər, yumurta tökər.
Şəkli işıqdan,
İpi var mıxdan.
Su içində od.
Suda balıq,
Quyruğu yanıq.
Tap-tapı, dəmir qapı,
On iki budaq, iki yarpaq.
Tərəzi var, təngi var,
Hər bir rəngdən rəngi var.
Salıb üstə oturram,
Həngi var, ahəngi var.
Üç ayaqlı bir kişini,
Balaca uşaq itələr.
Üç bacı bir-birini qovar.
Üç dərviş bir quyuya baxır.
Ulama, ay ulama,
Nafıl oxu dolama,
Gündüz gedər şah bağına,
Gecə gələr salama.
Uzaqdan baxırsan qaracadı,
Yaxına gəlirsən ölücədi,
Barmaq sox gözünə diricədi.
Uzun bağırsaq başı təpəl.
Uzun dirək içində odlu külək.
Uzun qız evləri gəzər.
Uzun qız oba gəzər,
Xamırnan özün bəzər.
Uzun qız tək ayaqlı,
Yumarlanar lovğa gəzər,
Gedib-gəlib xamır əzər.
Uzun-uzun uzanar,
Həftədə bir bəzənər.
Uzun-uzun uzanar,
Özünə köynək qazanar.
Xanımların əlindədi,
Cümlə-cahan içindədi,
Xanım özü də içindədi.
Xanım-xatın düyməsi,
İlim xatun düyməsi,
Hər kəs onu tapmasa,
Yeddi manat cərməsi.
Yağını yalar yanar,
Quyruğun bular ağlar.
Yolla gedir dörd ulaqlı,
Dəmir mıxlı, gen qulaqlı,
Yüyürər, yüyürər yumbalanar,
Yüyürər, yüyürər yumurtlar.
Yumru qız oba gəzər.
Zəng zəng içində,
Zəng firəng içində,
On iki ay firəng içində.
Zər zərə yapışdı,
Zər divara yapışdı,
Zərgər oğlu gəlməmiş,
Zər divardan qopmadı.
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024