Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qəravəlli işi var.
Ağ atım, əyri yatım,
Qayadan qorxmaz atım,
Yük yüklərəm, aparmaz,
Alınmaz, rula satım.
Ağ atım, lobbaz atım,
Qayadan qopmaz atım.
Ağ saqqalam, bəyirrəm,
Qıllarımı əyirrəm,
Mən keçdiyim yollardan,
Qoyun-quzu gətirrəm.
Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.
Ağzı qara boz bəylər,
Vursan, ağzın əyilər.
Ağzı var, dili olmaz,
Yüz ağac vur, çığırmaz.
Ağzın açar,
Zəhər saçar,
Hamı görüb,
Geri qaçar.
Alaca mənzər,
Qapılar gəzər.
Alaca qarğa,
Lapları yorğa.
Altı bulaq içərlər,
Üstü zəmi biçərlər.
Altı daşdı, daş deyil,
Üstü daşdı, daş deyil.
Heyvan kimi otlayır,
Heyvana yoldaş deyil.
Altı, taxta, üstü taxta,
Oturub bir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.
Araba gedər, izi yox,
Ulğun yanar, közü yox.
Zirzəmidə gizlənib,
Qabığı var, gözü yox.
Avın alsan, mırıldar,
Sığallasan, xoruldar.
Bağda sürünər, gəzər,
Az-az görünər, gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Balaca mənzər,
Dağları bəzər.
Qayıdıb gələr,
Obada gəzər.
Bat-bat ayaqlı,
Eymə dodaqlı,
Belində var dağ,
Ayağında yağ.
Bənzəri var çatıya,
Hücum çəkər fatıya.
Bir atım var atılar,
Qulaqları çatılar.
Quyruğunu bərk qısar,
Sinib dərədən busar.
Bir atım var minə bilmirəm,
Ağzın açsa, dinə bilmirəm.
Bir axmaq öküzüm var,
İyləndirib ət yeyər.
Bir öküzüm var, mıx yüklü.
Bir qamçım var,
Əlimə ala bilmirəm.
Bir quşum var,
Dərisi puldan,
Gözləri nurdan.
Bir yağlı böyrək,
Çuvaldan çıxdı,
Xorhaxor kişi,
Ağzına tıxdı.
Boyu bənzər əriyə,
Qaçar girər dəliyə.
Can alıcı,
Cəfa qılıcı,
Yumuru təpə,
Gümüş küpə.
Çil toyuq, çiləmə toyuq
Başını kəsdim, qanı yox.
Dağdan gəlir dağ alaca,
Dalın söykəyib ağaca,
Ətdar Məmməd qavaxlıdı,
Məmmədşərif dodaqlıdı.
Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.
Dağlarda lala gəzər,
Əldə piyala gəzər,
Nə yumurtlar, nə doğar,
Yanınca bala gəzər.
Dağların qarı mənəm,
Gün vursa ərimənəm.
Oğlumun qaynatası,
Qızımın əri mənəm.
Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.
Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Doqquzu don darayı,
Səkkizi san darayı.
İkisi xas qırmızı,
Dördü mazan darayı.
Əkdim palıd,
Çıxdı şabalıd,
Ortasından bir zoğ çıxdı,
Nə palıddı, nə şabalıd.
Ərşin ayaq,
Bənövşə qulaq.
Evimizdə bir kişi var,
Xorhaxor yatışı var.
Gedər, gedər - izi yox,
Şıllaq atar, dizi yox.
Gözlərində çırağı,
Dişlərində qırmağı,
Yağı adam küsdürər,
Zəhmi heyvan əsdirər.
Günü keçər tayada,
Xoş gün verər sayada.
Hət ayaqlı, hüt ayaqlı,
Gümüş qatlı, lüt ayaqlı.
Heyvandı heç səsi yox,
Üstündə pulları çox.
Hilim-hilim kəhər at,
Hilim mərcan kəhər at,
Ayağında qıl sicimi,
Səsi gözəl kəhər at.
Himdi, himdi, o himdi.
Gözüm gözünə cimdi,
Yerin altında deyin
Gecə xidmətçi kimdi?
Hindi hindicə,
Burnu əyricə,
Hara gedirsən,
Bu yarı gecə.
İlan yolu, keçi qılı,
Qatarlaşıb gedərlər hey.
İynəsi çox,
Tikəni yox.
Əti dərman,
Özü heyvan.
Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
Malın gəlir enişdən,
Qulaqları gümüşdən,
Züy vurub üzər hərdən,
Çaydan, göldən, dənizdən.
Maral-maral inəyim,
Qarnı xaral inəyim,
Su içməz, ot otlamaz,
Çəpər yaran inəyim.
Maral-maral öküzüm,
Qarnı xaral öküzüm,
Düz yerdə gəzə bilmir,
Çəpər yaran öküzüm.
Məmmədiyar, əyri diyar,
Dörd lap-lap, iki çip-çip.
Meşədə bir qız gördüm, gözləri şəhla,
Düşdüm onun izinə, qaldım tək-tənha.
Midili-midi üzlücə,
Midili siçan üzlücə.
Midili, hara gedirsən,
Yüz min cida üzlücə.
Nağara, ha nağara,
Dırmaşar ha divara.
Nər kimidi, nər deyil,
Rəngi qara qır deyil.
O hansı heyvandı, anadan saqqallı doğular?
O nədi ki, daşdan köynək geyinər?
O nədi ki, dizlərindən asılar.
O nədi ki, doğur əlsiz-ayaqsız.
O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.
O nədi ki, əyri ayaq, çəpbəl qulaq,
Dodağı mırıq, ağzı cırıq.
O nədi ki, gecə gəzər aylı xan,
Gündüzü də yaylı xan.
Göy otların başında,
Düymə düzər aylı xan.
O nədi ki, iynəsi çoxdu,
Sap yeri yoxdu.
O nədi ki, qulağından kəsilər.
O nədi ki, zirzəmidə qışlağı,
Dərisi var, tükü yox.
O tayda durar, gedər,
Boynunu burar gedər.
Bir sürüyə girəndə
Qırxını qırar gedər.
O yanı taxta,
Bu yanı taxta,
Şaqqulu bəy otaqda.
Ot yeyər inək deyil,
Yumurtlar, toyuq deyil.
Qanadı var uça bilməz,
Quru yerdə qaça bilməz.
Qatar-qatar söyüdlər,
Başı bağlı igidlər.
Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.
Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm,
Torpaqsız beçə verdi.
Qoz ağacı başında,
Lənkəranın tuşunda,
Əlli-altmış yaşında,
Deyər oğlanam, oğlan.
Şappaz, ha şappaz,
Qayadan qopmaz.
Nə yük götürməz,
Nə pula getməz.
Saqqalı uzun bəyzadə,
Gedər qabaqda haramzade.
Saqqalı uzun sallanar,
Dağa-daşa dırmanar.
Sarı atım, sapba atım,
Sarı qayadan keçməz atım.
Səssiz göldə it hürər.
Sıpa gödəni,
Eşər təpəni.
Sudan çıxıb daş deyil,
Qanadlıdı, quş deyil.
Sularda batar,
Quruda yatar,
Hoppanar-düşər,
Ordları şişər.
Suya girər millənər,
Sudan çıxar, dillənər.
Talalar, ha talalar,
Talaya od salalar,
Nə erkəyi, nə dişisi balalar.
Taxçadan düşdü, tap elədi,
Gülsənəm onu hap elədi.
Tikan dibində qıllı yumaq.
Torpaqdan lülə,
Ətdəndi güllə.
Tut-tut tuburğu,
Tutda bitər tuburğu.
Tutdan bir şüy çıxıbdı,
Nə tutdu, nə tuburğu.
Üstü daş, altı daş,
Ortasında cındır baş.
Üstü palım-palazım,
Altı suyum, bulağım,
İçi yemim, yeməyim.
Üstü pulcuq,
İçi qılcıq.
Üstünə baxırsan dam.
Altına baxırsan eyvan,
İçinə baxırsan quş,
Çölünə baxırsan heyvan.
Uzun-uzun ulama,
Ucuna qıl dolama,
Bizim ala kəkliyin,
Yumurtasın kim ala?
Yatanda yumru yatar,
Əlinə dərman qatar,
Kim istəsə tutmağa,
Tikəni ələ batar.
Yeddi öküzüm var,
Gönündən bir cüt çarıq çıxmaz.
Yer altdan oxlov gedər.
Yer altında yağlı böyrək,
De yetim adın deyim.
Yer altında yağlı küt.
Yer altında yağlı qamçı,
Suyu içər damcı-damcı.
Yol üstə yoğun oxlov.
Yük üstə qıllı yumaq.
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024