Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

A mənim, al yastığım,
İçinə un basdığım.
Ağ uzatdım,
Al toxudum,
Qara sərdim.
Ağac başında al yanaqlı qız.
Ağac başında bir torba un.
Ağac başında darı quyusu,
Dağarcıqdı, sözün doğrusu.
Ağac başında gözü çıpalaqlı qoca.
Ağac başında hovuz,
Onu tapmayan donuz.
Ağac başında qara yumaq.
Ağac başında qıınro bitər.
Ağac başında qırmızı qız.
Ağac başında qırmızı yumaq.
Ağac başında sarı yemiş.
Ağac başında sarı yumaq
Üstünə səpilib ağ sumaq.
Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtıraq.
Ağac başında unlu dağarcıq.
Ağac başında zığlı dağarcıq.
Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar.
Al gəlir Ayıstannan,
Gül gəlir Gülüstannan
Bir şamama tapmışam
Bir ilin bostanınnan.
Aldım bir dənə,
Açdım min dənə.
Altı dəri, üstü dəri,
İçində bir ovuc darı.
Altı taxta,
Üstü taxta
İçində yaşıl paxla.
Babam atdan düşdü,
Donu bənddən düşdü.
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Bir ağacım var dam boyda,
Meyvəsi badam boyda.
Bir balaca boyu var,
Al-atlazdan donu var.
Bir balaca boyu var,
Darayıdan donu var.
Bir balaca boyu var,
Qırmızıdan donu var.
Bir balaca dağarcıq,
İçi dolu gül mıncıq.
Bir dağarcıq unum var,
İçində bir vərdənə.
Bir dükanım var, həm məxmər dükanıdır,
Həm əllaf dükanı, həm də odun dükanı.
Bir təndirim var, iki çörək tutur.
Bir yanı ağ,
Bir yanı al.
Ağzına al,
Dadıdı bal.
Bir zərbab taxta,
İçində paxla.
Biz-biz idik, yüz qız idik
Bizi büzdülər, ipə düzdülər.
Cavanlıqda ağ saqqal,
Böyüyəndə al saqqal,
Qocalanda qır saqqal.
Çəyirdəyi qaflıca,
Yeyilməyi dadlıca,
Kəbəyə get, doyarsan,
Nə olduğun duyarsan.
Çölü sarı,
İçi darı.
Dağ kolunda bir damcı qan,
Hər tərəfi yaşıl orman.
Dağdan bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
Dağdan gəlir hənir-hənir,
Yerə düşdü yumru dəmir.
Vur başına, otur gəmir,
A daş-dəmir, adın nədir?
Dədəsi donqar əli,
Anası yastı pəri.
Qızı ellər gözəli,
Qardaşı yaman dəli.
Dəvədən böyük,
Sərçədən kiçik,
Zəhərdən acı,
Şəkərdən dadlı.
Dəyirmana dən gəldi,
Qırmızı don tən gəldi,
Toxunmamış çuvalda,
Üyünməmiş un gəldi.
Dörd qardaş bir qundaqda yatıb,
Göbəklərin bir-birinə çatıb.
Ətindən kabab olmaz,
Qanından kasa dolmaz.
Fındıqdan iri,
Yumurtadan balaca,
Payız vaxtında,
Bəzək verər ağaca.
Göydən bir dəri düşdü,
Toyuq ona yürüşdü.
Göydən gəir hənir-hənir,
Yerə dəyir halqa dəmir,
Üstünü qoy, için gəmir.
Göydən gələr millənər,
Yerə düşər dillənər.
Gülsüz olar meyvəsi,
Şirin-şəkər dənəsi.
Hacılar haca gedər,
Cəhd edər gecə gedər,
Bir yumurta içində,
Qırx, əlli cücə gedər.
Hazar hazara gedər,
Mehdi bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər.
Hər-hər havası var bunun,
Zərdən çuxası var bunun,
Neşdərlənib dərmə-deşik,
Gözəl səfası var bunun.
Həsdədi, ay həsdədi,
Taxtı rəvan üstədi,
Bu yemiş nə yemişdi,
Bir budağın üstədi.
Həsdədi, ha həsdədi
Şəki-Şirvan üstədi,
Qırağı qızıl kərpic,
İçi badam üstədi.
Həsdədi, ha həsdədi,
Əlim kitab üstədi,
Meyvələrdə biri var,
Hamı onun üstədi.
Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Hilli-hillicə,
Ağzı qıllıca.
İçi darı, çölü sarı.
İçi qırmızı, çölü boz.
Üstü yemiş, içi qoz.
İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.
Kiçik-kiçik sandıqlar,
İçi dolu fındıqlar.
Məmmədbağır bağında,
Gül bitər budağında,
Yel vurar yelləndirər,
Sırğası qulağında.
Məmmədəli ilikdən,
Bir kürkü var sümükdən.
Dağdan atsan əzilməz,
Bir təpiyə dözəmməz.
Nə zərrindir, nə bafta,
İçində yaşıl tafta.
Nədəndi, ha nədəndi,
Bağrım başı zədəndi,
Yarpağmda od yanar,
Ağacı göynədəndi.
O nədi ki, əl vursan qam tökülər.
O nədi ki,
Qış göyərir,
Yaz qızarır,
Payız qaralır.
O yanı sarı taxta,
Bu yanı sarı taxta,
Ortası yaşıl bafta.
O yanı taxta
Bu yanı taxta,
Yumru bəy otaqda.
Pəsdədi, ha pəsdədi,
Şəki-Şirvan üstədi,
Yemişlərdən hansıdı,
Çəyirdəyi üstədi?
Qahqah qalası var bunun,
Qan piyalası var bunun,
Nə doğur, nə törəyir,
Pərvaz balası var bunun.
Qızıl ağac yırğandı,
Sırğaları sallandı.
Qutu-qutu içində,
Sandıq qutu içində
Fatmanın ağ yaylığı
O da qutu içində.
Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar ordan sallanar.
Sapsarıca yemişəm,
Ərəbidən gəlmişəm.
Baldan şirin dadım var,
Adda-sanda adım var.
Tək çərdəkli yemişəm,
Nəbatdan da şirinəm.
Üç dükanım var,
Bir-birindən fruş,
Biri atlas fruş,
Biri fəs fruş,
Biri də alaca fruş.
Üstü dəri, içində şəkər pəri.
Üstü məxmər,
İçi şəkər,
Üstünə sürt,
Ağzına dürt.
Uzaqdan gördüm çalı-çəpər,
Yaxına getdim, məni çəkər,
Əlimə alsam qanı damar,
Ağzıma qoysam, qənd-şəkər.
Uzun boylu,
Qızıl donlu,
Ağ köynəkli,
Əlfı ağa.
Vay dədə, papağım ağacda qaldı.
Yaşıldı abası,
Sarıdı libası.
Yerdə bitir, tağı yox,
Əridirsən, yağı yox.
Yeri qazdım qum çıxdı.
Qumnan minarə çıxdı,
Bildirki keçəl oğlan
Bu il çinara çıxdı.
Yol üstə qara yaylıq.
Yumru yemiş,
Çərdəyi naxış,
İçi qırmızı,
Eşiyi boz.
Yupyumru fincan,
İçi dolu mərcan.
Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024