Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

A kişi, kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar küləşi.
A qara gədə, nədəndi,
Bağrı zədən-zədəndi.
Özü əllər doyurar,
Gözü doymaz nədəndi.
A yolnan gedən kişi,
Torpağnan vardı işi,
Bir oğlaq almışam mən
Nə erkəkdi, nə dişi.
Ağac ağacdan,
Qarnı şalaşdan,
Doymaz bu oğlan,
Min tağar aşdan.
Ağac başın oydular,
Kəndə koxa qoydular.
Ağacdan atı,
Dəmirdən qatı,
Adəm illəti,
Tanrı qüdrəti.
Ağızı var, dili yox,
Qarını var, beli yox.
O necə əkinçidir,
Toxum səpir, əli yox.
Anam, atam var mənim,
Suda xatam var mənim,
Dörd anadan olmuşam,
On beş atam var mənim.
Atam atlı, mən yayaq,
Əlimdə dəmir daraq.
Palçıq dizdən, su beldən,
Yüyürürük toz qopur.
Axar çayın axanı,
Dolandırar cahanı,
Bir yanında xış işlər,
Bir yanında kotanı.
Balaca kişi kəndi gəzər.
Bir atım var dərində,
Bağlamışam sərində,
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
Bir dərədə qurd durmuş,
Dişin-dişinə vurmuş,
Dünyanın malın yemiş,
Heç özünə qalmamış.
Bir özü var, dörd gözü.
Birbeləcə mürcünü
Gördüm onun gücünü.
Yeddi qatar dəvə də
Çəkməz onun gücünü.
Bizdə bir kişi var,
Ağzında beş dişi var.
Bizdə bir kişi var,
Qırx dənə dişi var.
Bizim evdə bir kişi var
Qırx-əlli dişi var.
Bizim evdə bir kişi var,
Təpəsində üç dişi var.
Burdan batar, ordan çıxar,
Qılçıq atar, yonca bitər.
Dam dambıldar,
Su guruldar,
Heyva çalar,
Nar oynuyar.
Daş xırıldar,
Su şırıldar,
Taxta çalar,
Dən oynaşar.
Daşdandı, dəmirdəndi,
Xörəyi xəmirdəndi,
Aləmə yemək verər,
Özü doymaz nədəndi?
Daşdəmir daşdan,
Qamı talaşdan,
Daşdəmir doymur,
Yüz qazan aşdan.
Daşdəmirdi, yeməyi xəmirdi.
Dərə dibində durar,
Aləmi o doyurar.
Dərədə durmuş,
Bığını burmuş,
Dünya durduqca,
Yerindo durmuş.
Dörd qardaş,
Ha ötüşürlər.
Biri-birinə,
Çata bilmirlər.
Əlimə allam, sallanar,
Yerə qoyaram, yığılar.
Əlində oraq,
Qolları daraq,
Üstündə xırman,
Altı dəyirman.
Evimizdə bir kişi var,
Aş içər, noxudunu seçər.
Fır-fır ötər,
Ağ-ağ tökər.
Hatəm-hatəm hətdədi,
Hatəm koxa kəntdədi.
Dişi qarnı altında,
Dodağı dal qatdadı.
Helində, ha helində,
Qanadları belində.
Gecə-gündüz yol gedər,
Yerindədi, yerində.
Hənd oldu, ha hənd oldu,
Dəyirmana dən doldu,
Səksən ikicə taxta
Bir mismara bənd oldu.
İtələdim novura,
Qulaqları dovura.
Mücürü, ay mücürü,
İlişdirdim ucunu,
Yeddi qatar nər gərək,
Çəkə onun gücünü.
Nə ələ var, nə ayağı,
Eşər, tökər torpağı.
O nədir ki, yeriyər, yeriyər- un qusar.
O yanda bir qoç durub,
Buynuzların düz burub,
Cümlə aləmi udub,
Hələ yerində durub.
Özü əyri, yolu düz.
Qara toyuq yer eşər,
Ağ toyuq suda bişər.
Qıllı qovaq dibində,
Paslı dəmir cingildər.
Qucağa alırsan ağlayır,
Yerə qoyursan kiriyir.
Sağsağan səkər,
Bildirçin ötər,
Qazlar qaqqıldar,
İliyin tökər.
Səkkiz dartan, bir yırtan.
Suya girər lillənər,
Sudan çıxar dillənər.
Üstü taxta, altı daş,
Səkkiz ayaq, iki baş.
Uzunca qız uzanar,
Özünə yem qazanar.
Yarır torpağı qat-qat.
Əlli öküz, əlli at,
Ona çatmaz qüvvə də
Böyük iş görür kənddə.
Yatar köşər daş gördüm.
Duzsuz bişmiş aş gördüm.
Dostlarınla Paylaş

Saytda 33 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024