İstifadəçi müzakirəsi:İnayət Süleymanlı Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:İnayət Süleymanlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, İnayət Süleymanlı!
Tez-tez soruşulan suallar Salam, İnayət Süleymanlı. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

Salam redaktə

Salam, hörmətli Vikipediya istifadəçiləri! Əfsuslar olsun ki, Wikipedia Commons-da İstifadəçi fəaliyyətim Elcobbola [1] tərəfindən bloklanıb. Mən bu barədə sizdən kömək istəyirəm. E Poçt-{suleymanliinayat@gmail.com} İnayət Süleymanlı (müzakirə) 12:11, 6 fevral 2021 (UTC)Cavabla

Salam İnayət Süleymanlı. Bununla bağlı Vikipediya:İnzibatçılara müraciət səhifəsində yazın. — Araz Yaquboglu (müzakirə) 05:00, 15 mart 2023 (UTC)Cavabla
@İnayət Süleymanlı 182.1.75.87 16:17, 21 aprel 2023 (UTC)Cavabla

Salam redaktə

Salam, İnayət Süleymanlı. Faəliyyətiniz üçün təşəkkür edirəm. Məqalələrdə bütün sözlərin Azərbaycan dilində yazılmasına diqqət etməyinizi xahiş edirəm. Man of Action Entertaintment məqaləsində müvafiq dəyişikliklər edildi.— Eminn (müzakirə) 17:23, 17 dekabr 2020 (UTC)Cavabla

Sual redaktə

Salam, əziz Sortilegus! Sizə sualım var: zəhmət olmasa, "Şəkil:Ben 10- Yadplanetli Gücü.jpeg" səhifəmə baxın. Burada xülasədəki İzah yazılan yerin aşağısındakı sözə diqqət yetirin;(şəklin yenidən istifadəsi). Bu nədir? Hərhansı bir lisenziya və ya ödənişlə bağlıdırmı? Çünki, digər şəkillərdə bu görünmür. İnayət Süleymanlı (müzakirə) 13:36, 14 fevral 2021 (UTC)Cavabla

Birdə şəkil haqqda məlumat verim: "Fayl yüklə" səhifəsində yaratdım və şəkli pinterestdən telefonuma yüklədim (kompüterdə yaratmaq imkanım yoxdur). Sonrada şəkli fayl yükləyə yüklədim. İnayət Süleymanlı (müzakirə) 13:36, 14 fevral 2021 (UTC)Cavabla

Salam İnayət Süleymanlı. Baxdım şəklə. Yükləmədə problem yoxdur. "İzah" yerində məsələn yaza bilərsiniz "Ben 10 (cizgi serialı, 2016) afişası". Cizgi filmlərinin bu cür tanıtım şəkilləri necə adlanır, onu sözün düzü bilmirəm. Mən bir çox filmin afişasını yükləmişəm. Məsələn, Şəkil:1408 (film, 2007).jpg baxa bilərsiniz. Şəklin yenidən istifadəsi ilə bağlı bir şey etməyə gərək yox. Bu commonsa yükləməyi təklif edir. Bu cür afişalar da müəllif hüquqları ilə qorunduğuna görə commonsa köçürülsə orada silinəcək. Siz "İcazə" bölməsinə də {{Promo}} şablonu əlavə edə bilərsiniz ki, bu şəklin müəllif hüquqları ilə qorunduğu və ondan sadəcə 1 məqalədə tanışlıq məqsədi ilə istifadə edildiyi anlaşılsın. Çünki bu cür film və cizgi filmi afişalarının adətən müəllifləri olur və onlar müəllif hüquqları ilə qorunurlar. "Mənbə" şəkli hansı saytdan götürmüsünüzsə və ya hansı CD üzərindən almısızsa onu qeyd edin. Tarix və müəllif - bu afişanı çəkən rəssamın (və ya şirkətin) adı və çəkmə tarixi yazılmalıdır. Onları bilmədikdə boş buraxa bilərsiniz. Hörmətlə:— Sortilegus (müzakirə) 20:10, 14 fevral 2021 (UTC)Cavabla

Əsassız dəyişiklik redaktə

Salam. Belə redaktələr etməyin, yoxsa müəyyən sanksiyalar ilə üzləşə bilərsiniz. Yaratdığınız məqalələrdə açıq-aşkar qrammatik xətalar var, xüsusilə də sintaksisində. --► Hörmətlə: SolaVirum 11:59, 20 mart 2021 (UTC)Cavabla

Şablon üçün kartoçka redaktə

Salam əziz, Serkan Şentürk!!! Necəsiniz? Sualım var idi; Mən Vikipediya idarəçisi olmasam belə Şablon:Kartoçka-dan istifadə edərək şablon yarada bilərəm? İnayət Süleymanlı (müzakirə) 09:40, 30 aprel 2021 (UTC)Cavabla

Salam, əlbəttə ki olar. Təkrar və yararsız şablon olmaması şərtilə.— 127-ci yapon imperatoru 10:32, 30 aprel 2021 (UTC)Cavabla

Haqq yolu redaktə

Əziz İnayət Süleymanlı! Filmi Haqq yolu (film, 1971) posterini yükləyə bilərsinizmi? Çox sağ ol! --217.66.158.13 20:16, 3 may 2021 (UTC)Cavabla

Viki yeri sevir redaktə

Salam, Serkan Şentürk. Mən bu yeni Viki yeri sevir yarışına daxil olmaq istəyirəm. Burda, şəkilləri hara yükləyim. Yükləsəm də Şablon:Wiki Loves Earth 2021 şablonunu yüklədiyim şəklin hansı bölməsinə yerləşdirim? İnayət Süleymanlı (müzakirə) 04:55, 3 may 2021 (UTC)Cavabla

Salam, şəkilin izah bölməsinə yerləşdirmək bəs edir.— 127-ci yapon imperatoru 20:48, 3 may 2021 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, İnayət Süleymanlı.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 23:09, 27 may 2021 (UTC) Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Yazıçı ulduzu
Professionalca yaratdığınız maraqlı məqalələrə görə təşəkkür hissi ilə. Surə 🗯 04:45, 1 iyul 2021 (UTC)Cavabla

Fadime redaktə

Əziz İnayət Süleymanlı! Filmi Fadimə (film, 1970) posterini yükləyə bilərsinizmi? Çox sağ ol! --217.66.157.164 19:02, 8 avqust 2021 (UTC)Cavabla

Bakuqan redaktə

Salam, Sərkan bəy. Mən sizə "Bakugan" məqaləsi üçün muraciət etmişdim: əlimdə çox yaxşı bir mətn var, butun istinad kodlarını qeyd etmisəm, səkil də secilib. Əgər, icazəniz olarsa, mən bu məqalənin mətnini oz tərcümə etdiyim mətn ilə dəyişmək istəyirəm. Sizə uygundurmu? Birdə siz "Bakugan" adının "Bakuqan"-a cevrilməsinə də razısınızmı? Zəhmət olmasa bildirin. İnayət Süleymanlı (müzakirə) 09:19, 22 sentyabr 2021 (UTC)Cavabla

Salam. Məqaləni inkişaf etdirmək təbii ki, mümkündür. "Bakugan" Azərbaycanda "Bakuqan" adı ilə yayımlanıb? Yayımlanmayıbsa, "Bakugan" qalması düzgündür.— White Demツnyaz 10:06, 22 sentyabr 2021 (UTC)Cavabla

Xeyr, əfsuslar olsun yayımlanmayıb, amma bəzi ölkəmizdə yayımlanmayan cizgi filmi, anime seriallarının adları məqalələrdə Azərbaycanca baslıqlarla yazılır. Həmçinin bu, vikipediyada fəaliyyət gostərən rejissorlar və ya prodüserləri üçün ilham mənbəyi ola bilər. Bu da Azərbaycanın dublyaj sənəti üzrə inkişafına müsbət təsir göstərir. Mən də məqalələrim də belə edirəm. Amma, məqaləni yerləşdirəcəm, yenə də baxarsınız. İnayət Süleymanlı (müzakirə) 15:07, 22 sentyabr 2021 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, İnayət Süleymanlı.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 00:44, 5 iyul 2022 (UTC) Cavabla

Kütləvi şəkildə istifadəçilərə göndərdiyiniz mesajlar ilə bağlı redaktə

Salam. Son dəyişikliklərdən istifadəçilərə kütləvi şəkildə mesajlar göndərdiyinizi gördüm. Oxudum və belə başa düşdüm ki, vikipediya hesabınızı silmək istəyirsiniz. Lakin bu, texniki baxımdan mümkün deyil. Bu hesabla bağlı probleminizi öyrənə bilərəm? Adınızla bağlıdırsa, bunu müraciət edərək dəyişdirə bilərsiniz. Yox, əgər bu hesabınızı istifadə etmək istəmirsinizsə, o zaman yeni bir hesab açaraq töhfə verməyə davam edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 17:24, 16 mart 2023 (UTC)Cavabla

Salam, hörmətli Gadir. Bu hesabla bağlı problemim yoxdur, lakin yeni istifadəçi hesabı yaradıb sıfırdan fəaliyyətə bașlamaq isteyirem. Bir problem budur ki halhazırki istifadəçi sehifemin silinib fəaliyyət kecmisinin temizlenmesini isteyirem. Çünki google axtarış nəticəsində de fərqli saytlarda "istifadəci muzakiresi:inayət Süleymanlı" basligli sehifeler elde etmek meni narahat edir. Yeni, heç cür bu problemi aradan qaldırmaq olmur? Ki yeni sehife yaratdiqda hazirki sehifemi bütünlüklə silmek. Məsələn poliqlot Aslan Məmmədzadənin istifadəçi səhifəsi de artiq movcud deyil çünki sehife silinib. İnayət Süleymanlı (müzakirə) 18:33, 16 mart 2023 (UTC)Cavabla
Salam, İnayət Süleymanlı. Belə görürəm ki, digər həmkarlar sizə artıq bu barədə ətraflı geniş məlumat veriblər. Yenə də qeyd edirəm. İstifadəçi hesabı silinə bilməz. Axtarışda (saytın güzgü versiyaları da daxil olmaqla) istifadəçi səhifənizin çıxmamağını istəyirsiniz. İstifadəçi səhifəniz artıq silindiyinə görə çıxmayacaq. Lakin müzakirələriniz və töhfələriniz qalacaq. Yeni bir hesab açaraq fəaliyyətinizə davam edə bilərsiniz. Ancaq bu hesabdakı fəaliyyətinizə də son verməlisiniz, bu barədə aşağıdakı başlıqda qeyd edilib. Fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Gadir (müzakirə) 11:21, 18 mart 2023 (UTC)Cavabla
Yenə qeyd edirəm ki, fəaliyyət keçmişi silinə bilmir. "Fəaliyyət keçmişini sil" düyməsi deyə bir şey yoxdur ki, basım. Belə bir funksiya yoxdur. Siz artıq hesab yaradıb fəaliyyət göstərirsizsə, bu töhfələr əbədi olaraq qalır və görünür. WhiteDem✪n 18:49, 18 mart 2023 (UTC)Cavabla

Səhifəylə bağlı redaktə

Salam hörmətli Sortilegus. Sizə vikipediya səhifəmlə bağlı müraciət etmək istəyirəm; İstifadəçi:İnayət Süleymanlı səhifəmi bütünlüklə (yəni, muzakireleri, tohfeleri, yüklədiyim fayllari) silerek yeni bir istifadəci səhifəsi yaradıb, sıfırdan fəaliyyəte baslamaq isteyirem. Bir de eger istifadəçi sehifem (İstifadəçi:İnayət Süleymanlı) silinse, qeydiyyatda olduğum diger viki șebekelerdeki (wikimedia commons, wikidata və s.) sehifeler de silinecek? Zəhmət olmasa bildirin. İnayət Süleymanlı (müzakirə) 07:47, 16 mart 2023 (UTC)Cavabla

Salam İnayət Süleymanlı. İstifadəçi səhifənizi (İstifadəçi:İnayət Süleymanlı) idarəçilərdən birinə müraciət edib sildirə bilərsiniz. Amma müzakirə səhifənizi, müzakirələrinizi, töhfələrinizi silmək mümkün olmayacaq. Siz yeni istifadəçi adı ilə qeydiyyatdan keçib problemsiz fəaliyyətə başlaya bilərsiniz. Sadəcə elə olanda köhnə istifadəçi hesabınızı istifadə etməməniz tövsiyə olunur. Çünki idarəçilərdən kimsə məsələn, hansısa səsvermədə həm köhnə, həm yeni istifadəçi adı ilə səs verdiyinizi və ya hansısa müzakirədə hər iki istifadəçi adı ilə iştirak etdiyinizi müəyyən etsə, sizi bloklaya bilər. Burada istifadəçi səhifənizi sildirsəniz, qeydiyyatda olduğunuz digər vikilərə bunun heç bir təsiri olmayacaq.— Sortilegus (müzakirə) 09:19, 17 mart 2023 (UTC)Cavabla

Maşın tərcüməsi və məntiqi xətalar redaktə

salam. məqalənizdə ciddi maşın tərcüməsindən istifadə edirsiniz ki, burada da cümlələrdə xətalar və məntiqi uyğunsuzluqlar əmələ gəlir. lütfən məqalə yaradan zaman diqqətli olun. Atakhanli (müzakirə) 10:49, 30 iyun 2023 (UTC)Cavabla

İstifadəçi fəaliyyətini dayandırıb deyəsən. Gadir (müzakirə) 10:51, 30 iyun 2023 (UTC)Cavabla

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024