İstifadəçi müzakirəsi:Etibarlı Sabir Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Etibarlı Sabir Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Etibarlı Sabir!
Tez-tez soruşulan suallar Salam, Etibarlı Sabir. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

Eminn (müzakirə) 16:59, 8 noyabr 2020 (UTC)Cavabla

Tərtibat redaktə

Hər vaxtınız xeyir, Etibarlı Sabir.

İlk növbədə bildirməliyəm ki, tərtib etdiyiniz çoxsaylı məqalələr təqdirəlayiqdir. Lakin diqqətdə saxlayın ki, məqalədə göstərilən məlumatlar etibarlı mənbəyə söykənməli və VP:SK tələblərinə uyğun yazılmalıdır. Sözügedən məqamları gələcək fəaliyyətinizdə nəzərə almağınızı xahiş edirəm. Əgər mövzu ilə əlaqədar suallarınız olarsa, müzakirə səhifəm vasitəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz. Uğurlar! — Burocan (müzakirə) 12:31, 12 aprel 2021 (UTC)Cavabla

Transformerlər redaktə

Hər vaxtınız xeyir, Etibarlı Sabir.

Sizdən bir xahişim var. İmkan varsa Transformerlər mövzusunda yaratdığınız məqalələri davam etdirəsiniz. Hörmətlə Həsən İmanov (müzakirə) 22:20, 29 mart 2021 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Etibarlı Sabir.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 21:58, 28 may 2021 (UTC) Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Kiçik ulduz
Aktiv və faydalı fəaliyyətinizə görə təşəkkür hissi ilə. Surə 🗯 04:59, 28 iyun 2021 (UTC)Cavabla

Dobi redaktə

Salam. Əgər məqalə üzərində iş gedirsə məqaləyə {{iş gedir}} şablonu əlavə etsəniz məqalə üzərində işiniz bitənə qədər ona heç kim müdaxilə etməz. Səhifə üzərində işinizin bitdiyini düşünüb sil şablonu qoymuşdum. Əgər yenidən yaratmaq istəyirsinizsə qaralama səhifənizdə yaradın. Mənə müraciət edin, uyğun düzəlişlər etməkdə kömək edim yenidən yaradın. Bir də əgər digər dildəki versiyasını bilirsinizsə qeyd edə bilərsiniz bura? — Surə 🗯 12:02, 30 iyun 2021 (UTC)Cavabla

Məqalələr redaktə

Salam. Yaratdığınız məqalələrə kateqoriya, vikidata, infobokslar əlavə edin. Cəmi 2-3 cümlədən ibarət məqalələr isə boş məqalə sayıldığı üçün silinə bilər. White Demツnyaz 15:07, 12 noyabr 2021 (UTC)Cavabla

Tərtibat və mənbə redaktə

Salam. Loqlayn səhifəsinin tərtibatı zamanı ciddi dərəcədə VP:EMVP:SK prinsipi pozuntularına yol vermisiniz. Zəhmət olmasa, bu qəbildən olan məqalələrin silinmə ehtimalını nəzərə alaraq, sözügedən prinsipləri rəhbər tutaraq müvafiq dəyişiklikləri həyata keçirdərdiniz. — Burocan (müzakirə) 10:07, 13 may 2022 (UTC)Cavabla

Salam, xahiş edirəm məqaləni silməyin dəyişiklik edəcəm Etibarlı Sabir (müzakirə) 20:32, 17 may 2022 (UTC)Cavabla

İstinad redaktə

salam. vikipediyakı fəaliyyətinizə görə təşəkkürlər. ancaq lütfən redaktələrinizdə mənbə, istinad verərkən daha diqqətli olun. fullhdfilmizlesene kimi saytlardan istinad verməyə çəkinin. bunun yerinə daha rəsmi və etibarlı mənbələri seçin. uğurlar0 Atakhanli (müzakirə) 17:09, 21 mart 2023 (UTC)Cavabla

Film adları redaktə

Salam. Zəhmət olmasa, VP:MAF qaydaları ilə tanış olun. Uğurlar. Hörmətlə, Gadirmüzakirə 19:16, 16 fevral 2024 (UTC)Cavabla

Salam, hər şey aydındır. Amma təəssüflə bildirirəm ki, məqalə adını haradan dəyişdirə biləcəyimi bilmirəm. Lazımi komandaları qeyd etməyinizi və ya bunun mənim yerimə sizin etməyinizi xahiş edirəm. Etibarlı Sabir (müzakirə) 19:24, 16 fevral 2024 (UTC)Cavabla
Addəyişmələr üçün müraciətlərinizi VP:ADM səhifəsindən edə bilərsiniz. Zəhmət olmasa, yeni yaratdığınız səhifələrdə bu qaydanı gözləyin. Hörmətlə, Gadirmüzakirə 19:25, 16 fevral 2024 (UTC)Cavabla

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024