Portal:Videooyunlar Haqqinda Melumat - Vikipedia

Portal:Videooyunlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Videooyunlar

Redaktə 
XOŞ GƏLMİSİNİZ!
Legend of GrimrockStratagusSolitaireS. T. A. L. K. E. R.- Call of Pripyat

Videooyun və ya kompüter oyunutelevizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.

Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbukstolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir

Videooyunlar üçün istifadə edilən giriş cihazikontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.

2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiyasmartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.

Redaktə 
Seçilmiş məqalə

Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya video oyunu. "Fallout" video oyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci iliOS platforması, 13 avqust 2015-ci ilAndroid platforması, 14 iyul 2016-cı ilMicrosoft Windows platforması, 7 fevral 2017-ci ilXbox One platforması və son olaraq 10 iyun 2018-ci ilPlayStation 4Nintendo Switch platformaları üçün buraxılmışdır. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir.

Redaktə 
Seçilmiş şəkil
Karlos Borreqo – 2007-ci ildə keçirilən "Pac-Man" Dünya Çempionatının qalibi.
Redaktə 
Seçilmiş personaj
{{{caption}}}

Bouzett (ing. Bowsette, /bˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilisyapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.

Redaktə 
Bilirsinizmi...
Redaktə 
Seçilmiş məzmun
Redaktə 
Kateqoriyalar
Redaktə 
Əlaqəli portallar
Redaktə 
Vikimedia
Vikisitatda video oyunlar     Vikikitabda video oyunlar     Vikimənbədə video oyunlar     Vikilüğətdə video oyunlar     Vikianbarda video oyunlar
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Serverin keşini təmizlə


Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024