Portal:Balet Haqqinda Melumat - Vikipedia

Portal:Balet Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
redaktə  

"Ballet comique de la reine"
“İstənilən hərəkət onda gözəldir ki, səmimi hislərlə və fikirlərlə ifadə olunmuş olsun” Aysedora Dunkan




Balet portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Məhəbbət Əfsanəsi - Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir"


redaktə  

Seçilən şəkil


Taloni Mariya, “Silfida” baletində əsas rolda.


redaktə  

Bəstəkarlar

Karl Orf məşhur alman bəstəkarı, musiqişunası və pedaqoqudur. 10 iyul 1895-ci ildə Münhendə anadan olub. 5 yaşından fortepianoda, orqanda, violençeldə ifa edib. Sonra isə Münhen Musiqi Akademiyasında təhsil alıb. K. Orf A. Veer-Valbrunnanın, Q. Çilxeranın tələbəsi olub. 1914-cü ildə akademiyada təhsilini bitirib. 1921-1922-ci ilərdə məşhur polifonist Q. Kaminskadan dərs alıb. 1915-1919-cu ilə kimi Munhen, Monqeyndə, Darmştatda drijorluq edib. 1924-cü ildə doğma şəhərində D. Günter ilə birlikdə musiqi məktəbinin əsasını qoyub. İş təcrübəsi ərzində hətəkətlə (rəqs, gimnastika) musiqisinin sintezinin köməkliyi ilə uşaqlara musiqi tərbiyyəsi aşılayırdı. O cümlədən, yeni növ alətləri hazırlayıb (“Orff alətləri”). Bu əməyin nəticəsində xüsusi musiqi təlimatları müəyyənləşdirilmişdir (1930-1935). 1950-ci ildən etibarən Münhen Konservatoriyasında kompazisiya üzrə professordur. Musiqinin müxtəlif növlərinə müraciət edib, o cümlədən, pantomima, rəqs, səhnə musiqisi və konsertlər, oratoriya- kantatalar yazıb.


redaktə  

İfaçılar

Almaszadə Qəmər Hacıağa qızı (10 mart 1915, Bakı7 aprel 2006, Bakı) — Azərbaycan balerinası, Azərbaycan Respublikası Xalq Artisti, Azərbaycanın ilk qadın balet rəqqasəsi. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.


redaktə  

Teatrlar

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib. 1910–cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.


redaktə  

Təqvim

Aprel


redaktə  

Musiqi


Qu gölü


redaktə  

Bilirsinizmi

  • Balet XVI əsrdə İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb.
  • İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub
  • Türkmənistanda opera 2001 ci ildə Saparmurat Niyazov tərəfindən qadağan edilmişdir.


redaktə  

Kateqoriyalar


redaktə  

Xarici keçidlərdə baletlər


redaktə  

Əlaqəli portallar


redaktə  

Balet indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Balet Vikixəbərdə  Balet Vikisitatda  Balet Vikikitabda  Balet Vikimənbədə  Balet Vikilüğətdə  Balet Vikiversitetdə  Balet Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

171 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024