İstifadəçi müzakirəsi:Cekli829/2011-Oktyabr Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Cekli829/2011-Oktyabr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Cekli829/2011-Oktyabr

Ən son rəy:12 il öncə, Cekli829 tərəfindən "Səhifələr" mövzusunda
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Commons.js redaktə

Salam, Cekli, təşəkkür edirəm. Mənim istifadəçi səhifəmdə İstifadəçi:Vago yazılan yerə baxsanız, funksiya aydın olacaq. Hörmətlə →Vago ms 06:51, 5 oktyabr 2011 (UTC)Cavabla

:))))) --►Safir yüzüklü Ceklimesaj 07:02, 5 oktyabr 2011 (UTC)Cavabla

Mükafat redaktə

Salamlar, zəhmət olmazsa, istifadəçi Baskervulə redaktə ulduzu mükafatı verin. Mən texniki qaydanı bacarmıram. Həqiqətən layiqdir. Əvvəlcədən təşəkkürlər.--Enver62 13:08, 5 oktyabr 2011 (UTC)Cavabla

Yox N Hazırda ona hər hansısa bir ulduzu təqdim etmək planımda yoxdur. Mümkünsə başqa istifadəçilərə müraciət edin. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 13:13, 5 oktyabr 2011 (UTC)Cavabla

Almaniya redaktə

Salam. Sizin Almaniya məqaləsi haqqında fikrinizi bilmək istəyirəm. Bu məqalənin laboratoriyaya daxil edilməsi üçün nə çatışmır? --Thunder Storm 06:20, 7 oktyabr 2011 (UTC)Cavabla

Hə Y Təqdim olundu. --►Safir yüzüklü Ceklimesaj 07:10, 7 oktyabr 2011 (UTC)Cavabla

Poçt redaktə

Cekli salam, "Azərbaycan haqqında xarici poçt markalarının siyahısı" ilə yaranan problem düzü mənim üçün tam şok oldu, bu qədər rəsmi agentliklər(AzərTAC belə) və TV-lər yaydığı bu informasiyanın saxta olması təsəvvüredilməzdir. Hətta indi də Almaniya dövlətinin belə markalar buraxmadığını, bunların saxta olmasına tam inana bilmirəm. Əlavə məlumatınız varmı? Bunu necə yoxlamaq olar?--Melikov Memmedemail 06:35, 7 oktyabr 2011 (UTC)Cavabla

Bəli, haqlısınız. Mən Azərbaycanın rəsmi mənbələrində yayılmış həmin informasiyalara əsaslanaraq Kommonsa 3 marka yüklədim. Amma ilk dəfə olaraq, Kommonsda mənim fəaliyyətimdə nöqsan olduğunu gördüm. Əslində isə etdiyim bu səhv mənim deyildi, Azərbaycanın rəsmi mənbələrində yayılmış həmin saxta informasiyaların nəticəsi idi. Bu səbəbdən də Kommonsa yükləməyi planlaşdırdığım 20-dən artıq digər analoji markanı kompyuterimin yaddaşından sildim. Çox təəssüf ki, ölkədə yüksək səviyyəli saxtakarlıq edərək, təbliğat aparan, xalqı aldatmaqla məşğul olan strukturlar hələ də mövcuddur. --►Safir yüzüklü Ceklimesaj 06:56, 7 oktyabr 2011 (UTC)Cavabla

Məninm bunu araştırmağa hazırda vaxtım yoxdur, Sizdə tam əminlik varmı Commons haqlıdır, bunları yoxlamağın bir yolu varmı? Orada bəzən səhv də edə bilərlər? --Melikov Memmedemail 07:54, 7 oktyabr 2011 (UTC)Cavabla
Mən Azərmarka ilə əlaqə saxladım. Və məlum oldu ki, Kommons haqlıdır. Azərmarkadan mənə bildirdilər ki, istəsən itivin də şəklini çəkdirib, marka düzəltdirə bilərsən. Amma həmin markalar kağız parçasından başqa bir şey deyil. --►Safir yüzüklü Ceklimesaj 07:59, 7 oktyabr 2011 (UTC)Cavabla
Hər şey aydındır, məlumat üçün çox sağ olun. Bəs, "Azərbaycan haqqında xarici poçt markalarının siyahısı" məqaləsi ilə nə edəcəksiniz, məncə silinsə yaxşıdır.--Melikov Memmedemail 08:04, 7 oktyabr 2011 (UTC)Cavabla
Azərbaycan haqqında xaricdə buraxılmış rəsmi poçt markaları var. Onları əldə edib, həmin siyahıya yerləşdirməyi planlaşdırıram. --►Safir yüzüklü Ceklimesaj 08:07, 7 oktyabr 2011 (UTC)Cavabla
Əlbəttə, elə isə silməyə heç bir ehtiyac yoxdur.--Melikov Memmedemail 08:10, 7 oktyabr 2011 (UTC)Cavabla

Qaqauzca son dəyişikliklər redaktə

Zəhmət olmasa, son dəyişikliklərin intervikilərinə qaqauzcanı da əlavə et. --N KOzi FORUM 07:12, 7 oktyabr 2011 (UTC)Cavabla

Hə Y Əlavə olundu. Məlumat verdiyiniz üçün təşəkkür edirəm! --►Safir yüzüklü Ceklimesaj 12:14, 7 oktyabr 2011 (UTC)Cavabla
Dəyməz. Mən də təşəkkür edirəm. --N KOzi FORUM 12:31, 7 oktyabr 2011 (UTC)Cavabla

Fəxri Legion - Şərəf Legionu redaktə

Mən fikir verməmişdim. Bunlar nədir? --N KOzi FORUM 07:06, 8 oktyabr 2011 (UTC)Cavabla

Fransanın rəsmi dövlət mükafatları. --►Safir yüzüklü Ceklimesaj 07:10, 8 oktyabr 2011 (UTC)Cavabla

Məgər əlahəzrət imperator Napoleon iki ayrı mükafat təsis edib? --N KOzi FORUM 07:16, 8 oktyabr 2011 (UTC)Cavabla

"Menecerlər" şablonu redaktə

Salam Cekli. Bir sıra hallarda adi menecer vəzifəsi tutan insanlar üçün "Dövlət xadimi" şablonundan istifadə edilir və müvafiq kateqoriyaya salınır. Yəqin ki, onlar üçün "menecerlər" şablonu işlədilsə, yaxşı olardı. Bunu hazırlaya bilərdinizmi? Hörmətlə --Acategory 01:51, 9 oktyabr 2011 (UTC)Cavabla

Hə Y {{Menecer}}. --►Safir yüzüklü Ceklimesaj 06:28, 10 oktyabr 2011 (UTC)Cavabla

Hörmətli Cekli. Yeni şablona görə təşəkkür edirəm, böyük iş gördünüz. Hörmətlə --Acategory 09:13, 10 oktyabr 2011 (UTC)Cavabla

Çox da böyük deyil:) --►Safir yüzüklü Ceklimesaj 09:17, 10 oktyabr 2011 (UTC)Cavabla

Bot ulduzu redaktə

Ulduz için çox təşəkkür edirəm. Dana nice katkı yapacağım! -Khutuckmsj 16:18, 11 oktyabr 2011 (UTC)Cavabla

Başqırdıstan kəndləri redaktə

Salam Vago. Başqırd Vikipediyasında EmausBot tərəfindən minlərlə məqalə yaradılıb. Mümkünsə və marağın varsa botun vasitəsilə həmin kəndlər haqqında məqalələri AzViki də yarat. Bu keçiddən istifadə edə bilərsən. --►Safir yüzüklü Ceklimesaj 10:48, 12 oktyabr 2011 (UTC)Cavabla

Səhifəyə baxanda adamın lap marağı ölür :). Gərək yaşayış məntəqələrinin adları Azərbaycan dilinə uyğunlaşdırıla. Bu da uzundərə iş kimi görsənir.
P.S.: Deyəsən 3-4 günə 1 pillə geriləyəcəyimizi hiss edirsiniz?! :))→Vago ms 10:53, 12 oktyabr 2011 (UTC)Cavabla
Hə... Payız gəldi, uçdu-getdi quşlar... --►Safir yüzüklü Ceklimesaj 10:56, 12 oktyabr 2011 (UTC)Cavabla
O qədər əziyyət çəkirlər, bəhrəsini görməlidirlər, ya yox?!→Vago ms 10:57, 12 oktyabr 2011 (UTC)Cavabla

Vikixəbər redaktə

Salam, Zəhmət olmasa, bura nəzər salıb fikrini deyərsən, bir balaca qrafik dəyişikliklər eləmişəm. --N KOzi FORUM 15:11, 12 oktyabr 2011 (UTC)Cavabla

  Əla! Əllərin var olsun! Sadəcə xəritəni azərbaycancalaşdırmaq lazımdır. --►Safir yüzüklü Ceklimesaj 04:08, 13 oktyabr 2011 (UTC)Cavabla

Yanlış redaktə

Salam, zəhmət olmasa bura baxa bilərsən? Son xəbərlər bölməsi işləmir nəsə. Təşəkkür. --N KOzi FORUM 07:34, 13 oktyabr 2011 (UTC)Cavabla

Məlumat redaktə

Salam. Mümkünsə bu ismarıcınızdakı 6 oktyabr sözlərini 13 oktyabr sözləri ilə əvəz edərdiniz. Çünki ismarıcı ayın 6-da deyil, 13-də yazmısınız. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:24, 14 oktyabr 2011 (UTC)Cavabla

Diqqətcilliyinizə görə təşəkkür edirəm. Səhvi düzəltdim.--Acategory 04:35, 14 oktyabr 2011 (UTC)Cavabla

  --►Safir yüzüklü Ceklimesaj 04:38, 14 oktyabr 2011 (UTC)Cavabla

Yeni cədvəl redaktə

Hörmətli Cekli. Ana Səhifədəki "Bilirsinizmi..." bölümü həftədə iki dəfə yenilənmə rejiminə keçmişdir. Əvvəlki materiallar xüsusi səhifədə yığılır. Diqqətimi cəlb etdi ki, rus dil səhifəsində arxiv materialları xüsusi cədvəllərə yığılır [1]. Onu bizdə də etmək olarmı ?--Acategory 05:23, 14 oktyabr 2011 (UTC)Cavabla

Əlbəttə. Etmək olar. --►Safir yüzüklü Ceklimesaj 05:48, 14 oktyabr 2011 (UTC)Cavabla

Əlavə olaraq qeyd edim ki, mən Bilirsinizmi bölməsinin gündəlik dəyişdirilməsinin tərəfdarıyam. Bu sahədə arxivləşdirmə yaratmağın tərəfdarı deyiləm. Tarixçənin olması kifayət edir. Cəmi 366 səhifə yaratmaq və hər birinə 9 və yaxud da 10 cümlə və 2 və ya 3 şəkil yerləşdirməklə avtomatik bir sistem qurmaq olar. --►Safir yüzüklü Ceklimesaj 05:55, 14 oktyabr 2011 (UTC)Cavabla

کنگر کورفزی redaktə

Salamlar hörmətli Cəkli bəy. Yuxaradı ki məqaləyə olan istiqamətləndirmələri silmək, redaktə müharibısinə yol açır. Çünkü yeni istiqamətləndirməyə yol açir. Birdəki o istiqamətləndirmələr lazımdırlar, çünkü bəzilər o adla məqaləni axtarırlar, görürlər yoxdu, onu yaratmağa cəhd edirlər. Bunlara əsasən xahiş edirəm ki فارس کورفزیعرب کورفزی istiqamtləndirmələrin bərpa edəsiniz. Dərin hörmətlə --Əmir İbrahimi *danışıq* 06:35, 15 oktyabr 2011 (UTC)Cavabla

Əleyküm salam hörmətli Əmir bəy. Mən sildiyim səhifələr məqalələrin yox, müzakirələrin istiqamətləndirmə səhifələridir. Digər Vikilayihələrdə bu fəaliyyət idarəçi statusuna malik botlar tərəfindən avtomatik olaraq həyata keçirilir. Bizdə isə belə texniki imkan mövcud olmadığı üçün onu fərdi qaydada həyata keçiririk. --►Safir yüzüklü Ceklimesaj 06:40, 15 oktyabr 2011 (UTC)Cavabla

Mən səhvimi başa düşürək redaktəmi geri qaytardım [2]. Hər halda sizdən çəkdiyiniz zəhmətlər üçün təşəkkür edirəm. --Əmir İbrahimi *danışıq* 06:53, 15 oktyabr 2011 (UTC)Cavabla

Məqalə redaktə

Təşəkkür redaktə

Silmə xətrinə silmə ilə mübarizə apardığın üçün sənə təşəkkür edirəm. --N KOzi FORUM 05:36, 17 oktyabr 2011 (UTC)Cavabla

{{Yazıçı}} redaktə

Salam. Bu gün rusların Yazıçı şablonlarında maraqlı bir cəhət gördüm. Onlar müəllifin əsərlərinin azad-olub-olmamamsı barədə bölmə qoyublar. Bizdə də elə eləmək olar? --N KOzi FORUM 13:27, 19 oktyabr 2011 (UTC)Cavabla

Yox N Hazırda bu məsələ ilə məşğul olmaq planımda yoxdur. Mümkünsə başqa istifadəçilərə müraciət edin. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 13:31, 19 oktyabr 2011 (UTC)Cavabla

Salam redaktə

Salam.Siz də sağ olun.Qızınız bizim gələcək dostumuz, həmkarımızdır.Onun doğum gününü unutmaq olmaz.Rızayeva Leyla 18:56, 19 oktyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Türk mifologiyası redaktə

Salam. Bu yodaş bir neçə gündür türk mifologiyasına aid maraqlı məqalələr yaradır. Mən onların üzərində işləmək fikrindəyəm. Deyəsən məqalələrin bəzisi səhvən silinib. Zəhmət olmasa, bərpa edə bilərsən? Təşəkkür. --N KOzi FORUM 06:44, 21 oktyabr 2011 (UTC)Cavabla

Hə Y --►Safir yüzüklü Ceklimesaj 06:48, 21 oktyabr 2011 (UTC)Cavabla

Təşəkkür redaktə

Yardımınıza görə təşəkkür edirəm! Hörmətlə:--Enver62 09:17, 22 oktyabr 2011 (UTC)Cavabla

Səhifələr redaktə

Salam Cekli. Səhifələri silməzdən əvvəl onların keçidlərini dəyişmək lazımdır. Yoxsa keçid olna səhifələrdə qırmızı görünür. Sanki belə məqalə yoxdu. 1

--Vüsal Ağayev 14:28, 27 oktyabr 2011 (UTC)Cavabla

Bilirəm. Bir neçə səhifəni silərkən onların cəmi 1 keçidinin olduğunu gördüm. Həmin keçid bütün hallarda iri həcmli məqalələrə olduğu üçün onu sildim. Çünki sonda iri həcmli məqalələrdəki qırmızıların hamısını birdən düzəltmək fikrim var. --►Safir yüzüklü Ceklimesaj 04:14, 28 oktyabr 2011 (UTC)Cavabla

"Cekli829/2011-Oktyabr" istifadəçi səhifəsinə qayıt.

Saytda 207 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024