İstifadəçi müzakirəsi:Cekli829/2014-Sentyabr Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Cekli829/2014-Sentyabr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Cekli829/2014-Sentyabr

Ən son rəy:9 il öncə, Cekli829 tərəfindən "Mövzulu ay" mövzusunda
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Kəndlər redaktə

Salam Cekli. Vaxt itkisi olmasın deyə xaiş edirəm kəndlərlə bağlı redaktələrin zamanı kateqoriyalarda da belə bir dəyişiklik edərdiz. Kateqoriya:Sabirabad kəndləriKateqoriya:Sabirabad rayonunun kəndləri --Araz Yaquboglu (talk) 11:51, 31 avqust 2014 (UTC)Cavabla

Hə Y Baş üstəǃ --►Cekli829 07:36, 1 sentyabr 2014 (UTC)Cavabla
Çox sağ olun minnətdaram. --Araz Yaquboglu (talk) 07:39, 1 sentyabr 2014 (UTC)Cavabla

Əmrah İpək redaktə

Selam. Bu madde ile ilgilenmeniz mumkun mu ? Takabeg (talk) 06:06, 1 sentyabr 2014 (UTC)Cavabla

Hə Y --►Cekli829 06:16, 1 sentyabr 2014 (UTC)Cavabla
Mer30. Takabeg (talk) 11:12, 1 sentyabr 2014 (UTC)Cavabla

Salam redaktə

Salam,əvvəlcə bağışlayın sualı Wikimediada olan profilinizə yazmalıydım, amma Wikimedidan yaxşı başım çıxmır. Siz mənə Wikimediada şəkillə bağlı xəbərdarlıq yazmısız. Mən hərhansı yeni məqaləni yardanda ona şəkil də əlavə edirəm. Şəkli Vikiyə yükləmək üçün mən Vikimediada Wizarddan istifadə edirəm. Şəkli yüklədikdə aşağıda ingiliscə iki yazı gəlir: This is my own work (Bu mənim şəxsi işimdir) This is not my own work (Bu mənim şəxsi işim deyil)

Mən təbii ki, 2-ci varianti seçirəm, çünki şəkli mən hansısa saytdan yükləyirəm. Lakin növbəti gün mənə xəbərdarlıq gəlir və şəkil silinir. Bunun səbəbi nədir və daha təhlükəsiz şəkil yükləmək üçün nə etməliyəm? — Bu imzasız yazı Serkanland (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 20:23, 5 sentyabr 2014 (UTC) --►Cekli829 15:52, 5 sentyabr 2014 (UTC)Cavabla

Əleyküm salam. İlk öncə onu deyim ki, şəkilləri birbaşa Kommonsa yükləməyiniz əslində çox yaxşı haldır. Çünki Kommons qlobal bir layihədir və ora yüklənən fayllardan lokal vikilərin bütün layihələrində istifadə etmək mümkün olur. Yükləməyə gəldikdə isə bu zaman bütün yüklədiyiniz faylların qaydalara uyğun olması vacib şərtdir. İlk növbədə yüklənən faylların azad istifadədə olmasına və müəlliflik hüququ probleminin olmamasına diqqət yetirilir. Siz yüklədiyiniz fayllarla bağlı isə vəziyyət belədir ki, həmin şəkillərin heç birinin müəllifi Siz deyilsiniz; üstəlik həmin şəkillər azad istifadədə deyil. Digər tərəfdən də nəzərinizə çatdırım ki, yaratdığınız məqalələrlə bağlı Kommonsda çox guman ki, şəkil tapmaq mümkündür. Əgər tapa bilməsəniz o zaman əziyyət çəkib başqa saytlardan şəkillər yükləməyin. Çünki zəhmətiniz hədər gedəcək. Qaydaları öyrəndikdən sonra isə nəyin olar, nəyin olmaz olduğunu biləcəksiniz. Bunun üçün tövsiyə edirəm ki, bir müddət Kommonsdakı təcrübəli istifadəçilərin fəaliyyətinə nəzər salın. Bunun Sizə çox köməyi olacaq. Hörmətlə, --►Cekli829 15:52, 5 sentyabr 2014 (UTC)Cavabla
Təşəkkür. Elə isə bu işi tam öyrənməyənə qədər şəkil yükləməyəcəm, yoxsa bloklanacam.--Serkanland (talk) 16:04, 5 sentyabr 2014 (UTC)Cavabla
Yeri gəlmişkən, yaratdığınız məqalələr kifayət qədər maraqlı mövzuları əhatə edir. Bunun üçün Sizə təşəkkür edirəm. Əlavə olaraq qeyd edim ki, Kozuay sahili məqaləsinə yüklədiyiniz şəklin daha keyfiyyətlisini Kommonsdan tapdım: File:Causeway-code poet-4.jpg. Çox guman ki, bundan sonra da yaradacağınız məqalələrlə bağlı Kommonsda kifayət qədər şəkil olacaq. Uğurlarǃ --►Cekli829 16:13, 5 sentyabr 2014 (UTC)Cavabla

Vikidata redaktə

Salam Cekli. Vikidatada deyəsən dünəndən problem var, yada nə məsələdi bilmirəm. Dil keçidi yaratmaq istərkən yaranmır, hətta qeyri dillərdə olduğunu göstərir lakin okey olunmur. Məsələn: bizdə Kateqoriya:Xocalı ruscada isə Категория:Ходжалы var. Amma nə bizdən nə də ruscadan bunu əlaqələndirmək olmur. Xahiş edirəm siz də cəhd edin görək məsələ nədədir. --Araz Yaquboglu (talk) 11:02, 6 sentyabr 2014 (UTC)Cavabla

Hə Y Heç bir problem yoxdur. Sadəcə Vikidatada müvafiq mövzu ilə bağlı 2 ayrı səhifə var idi ki, onları 1 səhifədə birləşdirdim. Hörmətlə, --►Cekli829 16:02, 6 sentyabr 2014 (UTC)Cavabla

Xahiş və Sual redaktə

Salam hörmətli Cekli. Məqalə labarotoriyasına namizəd olaraq təqdim elədiyim məqaləyə baxmağınızı xahiş edirəm. Eyni zamanda Laynus Polinq məqaləsinin seçilmiş məqaləyə namizəd bölməsində olan müddəti başa çatıb. O artıq seçilmiş məqalədir? Hörmətlə:--Yusif Sərrac (talk) 19:31, 9 sentyabr 2014 (UTC)Cavabla

Hə Y --►Cekli829 05:22, 10 sentyabr 2014 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam
Teymurilər dövləti məqaləsinin Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya səhifəsində keçirilən səs vermədə Sizin də iştirak edib məqalənin SM namizədi olmasına səs verməyinizi xahiş edirəm.

Hörmətlə:--Yusif Sərrac (talk) 06:24, 10 sentyabr 2014 (UTC)Cavabla

Xahiş edirəm ki, laboratoriyada aktiv fəaliyyət göstərən istifadəçilərə dəvətnamə göndərməyin. Çünki hər birimiz bu prosesdə yaxından iştirak edirik. Xüsusilə də mən dəvətnamə olmadan da mütəmadi o layihəni diqqətdə saxlayıram. Hörmətlə, --►Cekli829 06:53, 10 sentyabr 2014 (UTC)Cavabla

Silinmə redaktə

Salam, siz mənim yeni yaratdığım Bartelemey Diaş adlı səhifəni silə bilərsiz? Məlum oldu ki, eyniadlı səhifə artıq mövcuddur. — Bu imzasız yazı Serkanland (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 13:36, 11 sentyabr 2014 (UTC)Cavabla

Hə Y --►Cekli829 12:33, 16 sentyabr 2014 (UTC)Cavabla

Salam, mənim Vikipediya:Laboratoriyaya namizəd siyahısı/Portalına yeni əlavə etdiyim Portal:Azərbaycan tarixinə nəzər salmağınızı xahiş edirəm.--Kim Yushin (talk) 15 sentyabr 2014 (UTC)

Fikrət Qoca redaktə

Salam Araz müəllim. Bu məqalədə Xeyrəddin Qocanı Fikrət Qocanın oğlu kimi göstərmisiniz. Mümkünsə bunu dəqiqləşdirərdiniz. Hörmətlə, --►Cekli829 07:49, 18 sentyabr 2014 (UTC)Cavabla

Salam Cekli. Dediyiniz düzəlişimlə əlaqədar müəyyən axtarış apardım amma həmin məlumatı haradan yazdığımı təəsüf ki tapa bilmədim. Məcbur olub telefonla da bilənlərdən soruşdum həqiqətən də səhv etmişəm. Digər övladları, atası, anası və yoldaşı haqqında əlavələri mənbələrə istinad etməklə əlavə etdim. --Araz Yaquboglu (talk) 11:55, 18 sentyabr 2014 (UTC)Cavabla
Yəqin ki, texniki səhv olub. Bunu mənə "kult.az"dan Rövşən Danyeri xəbər verdi. Götürüb bu məsələdən hətta bir xəbər də düzəldib :D --►Cekli829 12:37, 18 sentyabr 2014 (UTC)Cavabla
Nəsə... Eybi yox belə də olsa AzVikini məhşurlaşdırdıq:)))) Mən həmişə belə məsələlərdə ciddiyəm. Niyə belə səhv etdiyimi anlaya bilmədim. --Araz Yaquboglu (talk) 12:42, 18 sentyabr 2014 (UTC)Cavabla
Bizim mətbuat xəbər tapa bilməyəndə Vikipediyaya müraciət edir :D --►Cekli829 12:57, 18 sentyabr 2014 (UTC)Cavabla

İsmət Abasov redaktə

Salam həmkar. Niyə görəsə bizim Vikidatada bu məqalə ingilscə versiyası görünmür. Çalışdım həll edə bilmədim. --Araz Yaquboglu (talk) 04:41, 19 sentyabr 2014 (UTC)Cavabla

Əleyküm salam. Heç bir problem yoxdur. Özünüz həll etmisiniz. Hörmətlə, --►Cekli829 04:51, 19 sentyabr 2014 (UTC)Cavabla

Topçu redaktə

Salam həmkar. Xaiş edirəm Topçu adlı məqalədəki problemə baxardız. Kateqoriya görsənmir. --Araz Yaquboglu (talk) 06:06, 22 sentyabr 2014 (UTC)Cavabla

Hə Y Kiçik texniki problem var idi. Düzəltdim. --►Cekli829 14:28, 27 sentyabr 2014 (UTC)Cavabla

Salam Cekli. Şablon:Cite webdə nəsə problem var. məqalələrdə keçidlər yoxa çıxıb. --Araz Yaquboglu (talk) 14:23, 27 sentyabr 2014 (UTC)Cavabla

Problem çox guman ki, {{Cite web}} ilə əlaqəli şablonlardan qaynaqlanır. Yəqin ki, mən və yaxud da digər idarəçilərimizdən biri yaxın vaxtlarda bu problemi həll edərik. --►Cekli829 14:28, 27 sentyabr 2014 (UTC)Cavabla
Hə Y Problemi tapdım. "Citation/core" şablonu ilə bağlı idi. Və onu düzəltdim. Hörmətlə, --►Cekli829 19:40, 28 sentyabr 2014 (UTC)Cavabla
Sağ ol həmkar. İndi mənə bir şey maraqlıdır ki, sizin vikidə bacarmadığınız nəsə varmı? --Araz Yaquboglu (talk) 04:07, 29 sentyabr 2014 (UTC)Cavabla

Kənd meydanındakı şərhlərin silinməsi ilə bağlı redaktə

Hörmətli Tərxan bəy! Bir qədər əvvəl "Kənd meydanı" səhifəsində mənim tərəfimdən yazılmış şərhləri silmisiniz. Vikipediyanın işində sizin müstəsna xidmətləriniz var. Amma belə hərəkətləriniz heç də yaxşıə iş deyil. Ən əvvala ona görə ki, siz özünüzə qarşı tənqidə dözümsüzlük göstərirsiniz. 2-cisi isə bunu idarəçi hüququnuzdan sui-istifadə etməklə həyata keçirirsiniz. Axı həqiqətən də ən əvvala həmin şərhlərin pozulması vikipediya prisiplərinə ziddir. Çünki şərhlərdə heç bir qeyri-etik ifadə işlədilməmiş, yalnız faktlar göstərilmişdir. Siz həmin şərhləri silmisinizsə, bu artıq o deməkdir ki orada sizin barədə yazılanlar tamamilə doğrudur və siz istəmirsiniz ki başqaları da bunu oxusun. Mən bir azərbaycanlı kimi Azərbaycan vikipediyasının inkişafını istəyirəm. Heç şübhə yoxdur ki, siz də mənim kimi Azərbaycan vikipediyasının inkişafını istəyirsiniz və əlavə olaraq həm də vikipediyanın inkişafında mühüm rol oynayırsınız. Amma təəssüf ki tənqidə dözümsüzlük göstərməyiniz Azərbaycan vikipediyasının inkişafına mənfi təsir göstərir. Məsələn, bu şərhi yazan kimi pozsanız, məni də bloklayacaqsınızsa, vikipediya bir şey qazanacaqmı?! Siz bir şey qazanacaqsınızmı? Əgər mənə ziyan vurmaq, mənə pislik etmək istəyirsinizsə, bilin ki mən heç nə itirməyəcəyəm... Bəlkə başqa bir yol seçəsiniz? Hörmətlə, ----Cavid Məmmədov (talk) 21:31, 27 sentyabr 2014 (UTC)Cavabla

Sizin cəmi 1 redaktəniz var. O da mənə yazdığınız bu müraciət sayəsində olub. Həmin şərhlərin Sizin tərəfinizdən yazıldığını necə sübut edə bilərsiniz? Ümumiyyətlə, özünüzün Aydın Məmmədov və yaxud da bir başqası olmadığınızı, məhz Cavid Məmmədov olduğunuzu necə sübut edə bilərsiniz? Dəsti-xəttinizdən kukla istifadəçi olduğunuz açıq-aydın görünür. Sizə belə fəaliyyət göstərməyi tövsiyə etmirəm. Mənim kukla istifadəçilərə cavab vermək kimi bir məsuliyyətim yoxdur. Vikicəmiyyət tərəfindən qəbul olunmuş qaydalar da mənə və həmçinin digər idarəçilərə tam imkan verir ki, Sizi müddətsiz bloklayaq. Ona görə də mən indi bunu edəcəyəm. Və bundan sonra da edəcəyəm. --►Cekli829 21:50, 27 sentyabr 2014 (UTC)Cavabla
Hörmətli Tərxan bəy! Əslində bir daha yazmaq fikrində deyildim, sadəcə Sizin bir sualınıza cavab vermək istədim, ona görə də yazdım. Deyirsiniz ki, "Ümumiyyətlə, özünüzün Aydın Məmmədov və yaxud da bir başqası olmadığınızı, məhz Cavid Məmmədov olduğunuzu necə sübut edə bilərsiniz?" Bəli, sübut edə bilərəm Tərxan bəy. Məsələn, FB-da öz səhifəmdən Sizə dostluq yollaya bilərəm. Görə bilərsiniz ki, mən həqiqətən Cavid Məmmədovam. Başqa sübut istəsəniz, onu da edə bilərəm... Hörmətlə, ----Cavid Məmmədov (talk) 22:13, 27 sentyabr 2014 (UTC)Cavabla
FB-də saxta profil açmaq, elə də problem məsələ deyil. --►Cekli829 22:18, 27 sentyabr 2014 (UTC)Cavabla
Amma Siz FB profilin saxta olub-olmadığını da dərhal müəyyənləşdirə bilərsiniz. Bu Sizin üçün heç də çətin deyil, düşündüyümə görə. Yeri gəlmişkən, bəzi idarəçilərin FB profilinin saxta olmasını hamı hiss edir! Bir də ki mən yalnız FB-da israr etmirəm. Siz nəyi təklif etsəniz, onu da qəbul edə bilərəm. --Cavid Məmmədov (talk) 22:28, 27 sentyabr 2014 (UTC)Cavabla
Hörmətli Tərxan bəy! Lap əvvəlcə dediyim kimi, məni bloklasanız mən heç nə itirməyəcəyəm. Gördüyünüz kimi hərtərəfli israr etdim ki, mən Cavid Məmmədovam və bunu sübut edə bilərəm. Amma Siz mənim dediyimi yoxlamadınız. Eybi yox, sizə işlərinizdə uğurlar. Sizi qərarınızı dəyişdirməyə məcbur edə bilmərəm. Amma özüm bundan sonra başqa istifadəçi adı altında fəaliyyət göstərməyə məcburam, əlbəttə ki əgər mənə lazım olarsa. Təbii ki vikipediyada başqa hesabım var və həmin hesabda çoxlu redaktələrim var. Sadəcə əsas hesabımı qərəzli bloklardan qorumaq üçün şərhləri anonim yazmağa üstünlük verirəm. Hər bir vikipediyaçı vikipediyada anonim olaraq da fəaliyyət göstərə bilər bu qadağan deyil. Bilmirəm siz hansı əsasla anoinim şərhlərə "kukla aypi" damğası vurub silirsiniz?! Hər bir istifadəçinin də bir neçə istifadəçi adı da ola bilər ( Məsələn bu qaydada göstərilir ki "bir neçə istifadəçi adı olan vikipediyaçı yalnız səsvermə hüququ olan bir adla səs verə bilər"). Ona görə deməli yeni "Cavid Mammadov" hesabımı da əsassız olaraq bloklamısınız! Sizi narahat etdiyimə görə üz istəyirəm və hər halda cavab yazdığınıza görə də Sizə təşəkkür edirəm. Sonda sizdən cəmi 1 xahişim var. Zəhmət olmasa İP-ləri 1 gündən artıq bloklamayın. Bu Azərbaycan aypisidir, bu gün məndədir, sabah başqasında olacaq. --Cavid Məmmədov (talk) 23:45, 27 sentyabr 2014 (UTC)Cavabla
85.132... və 94.20...-dən başqa IP-ləriniz yoxdur? Bu qədər çox IP-nin bloklanması Sizin günahınızdır. Çoxsaylı hesabdan nə qədər çox sui istifadə edəcəksinizsə, bir o qədər də ən azı mənim tərəfimdən bloklamaların mütəmadi olacağına əmin ola bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, Bloklama qaydalarına əsasən "Bloklama müddəti idarəçi tərəfindən sərbəst olaraq təyin edilir." --►Cekli829 08:43, 28 sentyabr 2014 (UTC)Cavabla
Hörmətli Tərxan bəy! Fikrinizə hörmətlə yanaşıram. Ola bilər Siz nəyi necə başa düşürsünüzsə, istəyirsiniz ki başqaları da həmin şeyi sizin kimi başa düşsün. Mən deyirəm ki, hər bir vikipediya istifadəçisinin vikipediyada anonim fəaliyyət göstərməsi qadağan deyil. Həmçinin hər bir istifadəçi bir neçə hesaba malik ola bilər (özümdən demədim ki, qaydanı göstərdim, siz bu qaydanı doğru hesab etmisinizsə, onda niyə silmirsiniz?!). Mənim yazdığım aypiləri bloklamaqla nəsə qazandığınızı və mənə pislik etdiyinizi düşünürsünüzsə, əlbəttə ki yanılırsınız. Mən modemi cəmi 1 dəfə söndürüb, yenidən yandırıram və yeni aypi alıram. Blokladığınız aypi isə bundan sonra başqaları tərəfindən istifadə olunur. Uzun sözün qısası, nə qədər ki Arbitiraj Komitəsi yoxdur, Siz və digər idarəçilər tərəfindən vikipediya qaydaları ürəyiniz istəyən kimi yozulacaqdır. Ona görə də mən şərhləri yalnız anonim olaraq yazmağa məcburam. Siz isə mənim şərhlərimi pozacaqsınız, aypilərimi bloklayacaqsınız. Mən yenə də yazacağam, yenə də pozacaqsınız, yenə də aypilərimi bloklayacaqsınız. Hara gedəcəyik bu minvalla? Nə isə sizi yormaq istəmirəm. Heç bu sualıma da cavab yazmağınızı istəmirəm. Mən getdim, əsas hesabımda redaktələrimi davam etdirməyə. Hörmətlə --Cavid Məmmədov (talk) 17:15, 28 sentyabr 2014 (UTC)Cavabla
Bəli, anonim fəaliyyətlə məşğul olmaq olar. Amma anonim fəaliyyət göstərərək Vikipediyanın işini pozmaq olmaz! Modemi söndürüb-yandırmağa davam edə bilərsiniz... Və təbii ki, eyni fəaliyyətə görə bloklanmağınız da mütəmadi olacaq. --►Cekli829 16:50, 28 sentyabr 2014 (UTC)Cavabla

Xəritə redaktə

Salam Cekli829, yeni yaratdığım Lunenburq məqaləsindəki xəritəyə nə qədər kordinatları düzgün yazsam da "error" verir. Siz bunu həll edə bilərsiz? --Serkanland (talk) 13:27, 28 sentyabr 2014 (UTC)Cavabla

Yox N Yaxşı olar ki, {{Yer xəritəsi Kanada}} şablonunu hazırlamış istifadəçidən kömək istəyin. Çünki mən hələlik bu istiqamətdə fəaliyyət göstərmirəm. Hörmətlə, --►Cekli829 13:52, 28 sentyabr 2014 (UTC)Cavabla

Mövzulu ay redaktə

Salam, Mövzulu ay layihəsində mənim anlamadığım bir şey var. Belə ki, qeyd olunub ki, Mövzulu ay layihəsi çərçivəsində yaratdığınız məqalələrin adlarını Layihə səhifənizə yerləşdirin. Yəni istifadəçi səhifəmizə? --Serkanland (talk) 18:35, 30 sentyabr 2014 (UTC)Cavabla

Məsələn, Siz Vikipediya:Mövzulu ay/Memarlıq ayı/Serkanland səhifəsinə. --►Cekli829 18:44, 30 sentyabr 2014 (UTC)Cavabla
"Cekli829/2014-Sentyabr" istifadəçi səhifəsinə qayıt.

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024