İstifadəçi müzakirəsi:Cekli829/2017-Mart Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Cekli829/2017-Mart Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Cekli829/2017-Mart

Ən son rəy:7 il öncə, Cekli829 tərəfindən "UEFA Avropa Çempionatları" mövzusunda
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Qiymətləndirmə redaktə

Salam. Fevral ayında keçirilmiş mövzulu ayla bağlı mənə təqdim etdiyiniz mükafata görə təşəkkürlər. Amma Sizinlə bir məsələni dəqiqləşdirmək istəyirəm. Qiymətləndirməni apararkən Sint-Estatius, Kralendeyk, Oranyestad (Sint-Estatius), Bottom və s. məqalələrə 0 xal verməyinizin nsəbəbini öyrənə bilərəmmi? Və yaxud da KONKAKAF Qızıl KubokuKONKAKAF Çempionatı kimi məqalələrə cəmi 1 xal verməyinizin səbəbi nədir? Axı bu məqalələr yaxşı vikiləşdirilmiş kiçik ölçülü məqalələrdir. Onlar üçün isə qiymətləndirmə zamanı 15 xal nəzərdə tutulub.

Həm də Vikipediya:Mövzulu ay/Şimali Amerika ayı səhifəsinin Qiymətləndirmə bölməsində qeyd edilib ki, "Qiymətləndirmə "Qiymətləndirmə Komissiyası"nın (QK) üzvləri tərəfindən aparılacaq. QK üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 10 gün ərzində yekunlaşdırmalıdır. Qeyd olunan müddətə qədər QK üzvləri tərəfindən yekunlaşdırma aparılmazsa, müddət daha 10 gün uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti bürokrat və ya idarəçilərdən birinə verilir. Əgər onlar da yekunlaşdırma aparmazsa, müddət daha 1 həftə uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti aktiv istifadəçilərə keçir." Qiymətləndirmə Komissiyasının üzvləri arasında isə Sizin adınız yoxdur. Sizcə apardığınız qiymətləndirmə yersiz bir hərəkət deyilmi? Bir az sərt oldu, buna görə üzr istəyirəm. Amma yaxşı olardı ki, Sizin kimi aktiv istifadəçi belə məsələləri nəzərə alsın.

Hörmətlə, --►Cekli səkkiz yüz iyirmi doqquz 19:12, 3 mart 2017 (UTC)Cavabla

Salam Aleykum. Həmkar müəyyən məsələlərdə haqqlısınız. Məsələn: Komisiya üzvü olmamağım, aktiv istifadəci kimi yalnız 30 gündən sonra qiymətləndirmə aparma hüququmun olması və bəlkədə qiymətləndirmədə sərtliyə yol verməyim. Amma yəqin ki, xatirinizdədir ki, dörd ay müddətində mövzulu ayların qimətləndirilməsi aparılmamışdı. Nəticədə mövzulu aylara olan maraq azalmaqda idi. Elə mən özümü misal götürürüəm insan əziyyət çəkir nəticə əldə edir. Ancaq nəticələr aylarla uzadılır. Adı bir virtual yazın yazının insana nə qədər mativasiya verdiyini məndəndə yaxşı bilirsinz. İdarəçilərin aperativ olmasını dedikdə hər zaman hadisə və nəticələrin vaxtında açıqlanması prinsipini əsas tutmuşam. Amma çox təssüf ki hamı istər komisiya üzvləri (Araz bəy istisna) və digərləri müəyyən səbəblərdən vəzifə səlahiyyətlərini yerinə yetirmirlər. Bununla belə bu məsələlərlə bağlı iradınız haqlıdır.
O ki qaldı adını çəkdiyiniz məqalələrə bu məsələdə sizinlə razı deyiləm. Məqalələrdə nə istinad nə də mənbə vardır. Üstəlik şablonlar xaric məqalənin həcmi maksimim 350-400 b eləyir ki, bu heç normal həcmli üç dörd cümlə etmir. Bu məqalələrə maksimum 1 xal vermək olar. Kubok məlaqələri isə kiçik siyahıları xalırladır. Bu məsələdə sizinlə qətiyyən razı deyiləm.
Əgər narazılığınız varsa qiymətləndirmə yenidən aparıla bilər. Bununla bağlı komisiya üvlərinə müraciyyət edə bilərsiniz. İradlarınıza görə sizə təşəkkür edirəm. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 20:26, 3 mart 2017 (UTC)Cavabla
Hörmətli həmkarım Qolcomaq, əgər Qiymətləndirmə Komissiyasının üzvləri Wertuose, Sefer azeriWhite Demon işlərinin öhdəsindən gələ bilmirlərsə, o zaman nəyə görə onlar QK-da fəaliyyətlərini davam etdirirlər? Olmazmı ki, bu iş onu bacara biləcək başqa könüllülərə həvalə olunsun. Düşünürəm ki, etimadı doğrultmayan istifadəçilər bu layihədəki məsuliyyətdən azad olunsunlar. Eyni zamanda Sizin də layihəyə qatılan istifadəçilərin əməyinə hörmət etmədiyinizi (düşünürəm ki, istifadəçinin əməyinə 0 xal vermək konkret hörmətsizlikdir) nəzərə alaraq, qiymətləndirmə ilə bağlı fəaliyyətinizi 6 ay müddətinə qadağan etmək lazımdır. Çünki bu müddət Vikipediyanın digər dil bölmələrindəki müvafiq layihələrdə təcrübə qazanmağınız üçün kafayət qədər bəs edəcəkdir. Son olaraq, bəli, narazılığım var. Baxmayaraq ki, ayın yekunlarına əsasən 1-ci yeri tutmuşam, amma yaxşı olardı ki, qiymətləndirmə məhz QK üzvləri tərəfindən yenidən aparılsın. Wertuose, Sefer azeri, Araz YaqubogluWhite Demon bu məsələyə sizlərin münasibəti necədir? Hamınıza hörmətlə, --►Cekli səkkiz yüz iyirmi doqquz 17:02, 4 mart 2017 (UTC)Cavabla
0 xal deyilən məhumu vikipediyaya mən gətirməmişəm. Məsələn buna baxa bilərsiniz:Vikipediya:Mövzulu ay/Yaponiya ayı/Qolcomaq.Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 18:30, 4 mart 2017 (UTC)Cavabla
Ay Qolcomaq, orada yeni yaradılan məqalə, siyahı, kateqoriya və şablonlarda 0 xal yoxdur. Yalnız 1 təkmilləşdirmədə var ki, onun da səbəbi bu əlavələrinizdir. Sadəcə 2 istinadı EnVikidən kopi-past etmisiniz, hətta accessdate tarixini də olduğu kimi saxlamısınız. Bəlkə də o mənbələrə heç baxmamısınız. Əgər o zaman 0 xala etiraz etsəydiniz, inanıram ki, White Demon da bunu mənim kimi əsaslandırardı. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:51, 4 mart 2017 (UTC)Cavabla
Qaralama şablomu yerləşdirilmiş, istinad və mənbəsi olmayan məqalə sizin fikirinizcə necə xala layiqdir???--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 19:02, 4 mart 2017 (UTC)Cavabla
Zəhmət olmasa buna da baxın Vikipediya:Mövzulu ay/Paleontologiya ayı/Qolcomaq və obyektik olun sizin məqalənizə verilən 0 xal obyektivdir yoxsa mənim yazdığım məqaləyə verilən 0 xal. Buna nə sözünüz. Bu sizin tam haqqsız olmanızın sübutudur. Yenədə nəticələrdən narazısızsa QK müraciyyət edin mənə yox!!__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 19:08, 4 mart 2017 (UTC)Cavabla
Heç biri obyektiv deyil. Hər ikisi könüllü istifadəçinin əməyinə hörmətsizlikdir. Siz gərək elə o zaman buna etiraz edərdiniz. Daha bu haqsızlığı davam etdirərək inkişaf etdirməzdiniz. Belə görürəm ki, Mövzulu ay layihəsində yeganə obyektiv və ədalətli hesablama 2014-cü ilin oktyabr ayında keçirilmiş ilk mövzulu ayda – Memarlıq ayında olub. Təvazökarlıq olsa da qeyd etməliyəm ki, o ayı Qiymətləndirmə Komissiyasının üzvü kimi mən yekunlaşdırdım. Və obyektivliyi təmin etmək məqsədilə yalnız öz fəaliyyətimə 0 xal vermişdim. İndi baxıram ki, o zamankı qiymətləndirmə metodu ilə indiki arasında çox böyük fərqlər var. Görünür məndən sonrakı QK üzvləri öz işlərini yüngülləşdirmək məqsədi ilə bu addımı atıblar. Amma yenə də indiki qiymətləndirmə metodu da fəaliyyətin 0 xal ilə qiymətləndirilməsini nəzərdə tutmur. Xahiş edirəm ki, ilk qiymətləndirmə metodu ilə də tanış olun. Düşünürəm ki, onu yenidən bərpa etmək lazımdır. --►Cekli səkkiz yüz iyirmi doqquz 19:25, 4 mart 2017 (UTC)Cavabla
Təşəkkür--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 20:52, 4 mart 2017 (UTC)Cavabla
Mən də 0 xal verilməsinin tam əleyhinəyəm. Onda istifadəçi qabaqcadan biləcəyi 0 xallıq işi heç yerinə yetirməz ki vaxtı getməsin. Axı böyük işlərlə yanaşı kiçik işləri də etmək lazımdır. Minimum xal 1 olmalıdır. --Araz Yaquboglu (müzakirə) 05:04, 5 mart 2017 (UTC)Cavabla
Salam, həmkarlar. 2014-cü ilin oktyabrında Azərbaycan vikimediaçıları istifadəçi qrupunun yaranmasından bu yana davam edən mövzulu ay layihəsinin ideya müəllifi və bir çox hallarda təkbaşına mövzu planı hazırlayan şəxs kimi deyə bilərəm ki, bu layihənin belə uzunömürlü olmasının səbəbi ilk növbədə istifadəçilərin göstərdikləri böyük maraqdır. Sadəcə vaxt azlığı səbəbindən mən qiymətləndirməni heç də hər zaman apara bilmirəm. İstifadəçi Qolçomağın qiymətləndirmələri yerinə yetirməsində problem görmürəm, amma yuxarıdakı müzakirədə məsələyə yanaşmasını bəyənmədim. Yeni məqalə yaradılması ilə, məqaləyə 1 link əlavə edilməsini müqayisə etmək düzgün deyil. Qaydalara əsasən bu cür məqaləyə verilə biləcək minimum xal 5-dir. Yəni, "Qismən vikiləşdirilmiş məqalələr - 10 xal" çıxılsın "Zəif vikiləşdirməyə görə - 2-5 xal". Bu halda minimum 5, maksimum 8 xal vermək mümkündür. 0 xal yalnız ədəbi Azərbaycan dilində olmayan məqalələrə və mətni olmayan boş məqalələrə verilə bilər.--Wertuose (müzakirə) 06:45, 10 mart 2017 (UTC)Cavabla

Sual redaktə

Salam.Bir neçe gündür kimya sahəsi üzrə qoydugum məqalələr silinir.Səbəb olaraq ensiklopedik məqalə olmamağını qeyd etmisiz.Nəyin əsasında məqalənin ensiklopedik olub olmamasını təyin etmək olar? Salam Cekli. Sizə bir sualım olacaq. Dünya şəhərləri mövzulu ayında ancaq şəhər haqqında məqalə olmalıdır. Qəsəbə və kənd haqqında olmaz?--Calal99 (müzakirə) 17:44, 4 mart 2017 (UTC)Cavabla

Əleyküm salam Calal99. Əslində bu bir qədər mübahisəli məsələdir. Belə ki, hüquqi baxımdan məsələn, Bakı şəhərinin rayonları, həmçinin o rayonların qəsəbə və kəndləri var. Eyni zamanda ölkəmizdə məsələn, Xırdalan adlı şəhər var ki, o da Abşeron rayonunun mərkəzidir. Başqa ölkələrdə də buna bənzər müxtəlifliklər mövcuddur. Ona görə də düşünürəm ki, belə bir ay keçiriləcəksə, yaxşı olar ki, həmin mövzulu ayın adı məsələn belə olsun: Dünyanın 100 böyük şəhəri və həmin mövzulu aya aid planda da əhalisinin sayına görə dünyanın 100 ən böyük şəhərinin siyahısı verilsin. Belə məqalələrdən istifadə edərək həmin siyahını hazırlaya bilərsiniz.--►Cekli səkkiz yüz iyirmi doqquz 18:04, 4 mart 2017 (UTC)Cavabla
Cekli onda mən həmin ayda kənd və qəsəbəyə məqalə yaradsam, sayılacaq? Yəni elə belə yaradmayımda. 0 xal getməsin. Nəticədə ancaq şəhər məqaləsi lazımdır?--Calal99 (müzakirə) 18:33, 4 mart 2017 (UTC)Cavabla
Onu həmin ayın QK üzvlərindən soruşmaq lazımdır. Çünki sonuncu ayın yekunu məni qətiyyən qane etməyib. Bu sahədə ciddi problemlərimiz var. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:39, 4 mart 2017 (UTC)Cavabla
Calal99 burada yaradılacaq məqalələr siyahılanıb. Onlar yaradılmalıdır. --Araz Yaquboglu (müzakirə) 12:45, 6 mart 2017 (UTC)Cavabla
Araz müəllim, məncə siyahıdakı say çox azdır. Ay başlayana qədər siyahını azı 5 dəfə artırmaq mümkün olarsa, iştirakçıların seçim imkanları da artar.--►Cekli səkkiz yüz iyirmi doqquz 19:04, 6 mart 2017 (UTC)Cavabla

Sil redaktə

Salam Cekli. Zəhmət deyilə bu: İstifadəçi müzakirəsi-Calal99/Arxiv şablona daxil olan bütün səhifələri şablon qarışıq silə bilərsiniz?--Calal99 (müzakirə) 17:22, 6 mart 2017 (UTC)Cavabla

Calal99, elə bir səhifə yoxdur axı? Mümkünsə, səhifənin adını dəqiq yazın. --►Cekli səkkiz yüz iyirmi doqquz 19:06, 6 mart 2017 (UTC)Cavabla
Bu səhifə deyil, şablondur. O, şablonun daxilində olan bütün səhifələr.--Calal99 (müzakirə) 19:09, 6 mart 2017 (UTC)Cavabla
Səhifələr müzakirə səhifələridir. Onları niyə sildirirsiniz ki? --►Cekli səkkiz yüz iyirmi doqquz 19:26, 6 mart 2017 (UTC)Cavabla
Ona görə silmək istəyirəm ki, həmin müzakirələr əsas müzakirə səhifəsində var. Bunlar mənə lazım deyil. Bu mənim qərarımdır. Xahiş edirəm silin.--Calal99 (müzakirə) 21:03, 6 mart 2017 (UTC)Cavabla
Silsəm, həmin şablon müzakirə səhifəsindən də silinəcək. Ona görə də silməyi məqsədəuyğun bilmirəm.--►Cekli səkkiz yüz iyirmi doqquz 05:33, 7 mart 2017 (UTC)Cavabla
Cekli829 salam. Həmin şablondan hansı məqalələrə keçid varsa onları silin. Misal üçün bu və ya digərləri. Bilirsiniz niyə silirəm bunları? Həmin müzakirələr əsas müzakirə səhifəmdə var. Ona görə. --Calal99 (müzakirə) 19:15, 20 mart 2017 (UTC)Cavabla
Məsələn, elə bu linkdəki müzakirən əsas müzakirə səhifəndə yoxdur. --►Cekli səkkiz yüz iyirmi doqquz 19:22, 20 mart 2017 (UTC)Cavabla
Əsasn müzakirə səhifəsini mən silirəm. İstəmirəm müzakirələrimi. Bu mənim haqqımdır. İndi mən Sil şablonu qoyum ki, Sizdə onları silərsiniz?--Calal99 (müzakirə) 19:43, 20 mart 2017 (UTC)Cavabla
Haqq məsələsinə gəlməmişdən əvvəl, hələ nəzərinizə çatdırım ki, Siz məni aldatmağa çalışırsınız. --►Cekli səkkiz yüz iyirmi doqquz 19:48, 20 mart 2017 (UTC)Cavabla
Necə--Calal99 (müzakirə) 20:06, 20 mart 2017 (UTC)Cavabla
Deyirsiniz ki, həmin müzakirələr əsas müzakirə səhifənizdə var. Amma baxıram ki, orada yoxdur.--►Cekli səkkiz yüz iyirmi doqquz 20:24, 20 mart 2017 (UTC)Cavabla
Əşi, müzakirə səhifəsinin arxivində varda.--Calal99 (müzakirə) 20:40, 20 mart 2017 (UTC)Cavabla
Axı sən həmin o arxivi sildirmək istəyirsən :D --►Cekli səkkiz yüz iyirmi doqquz 21:01, 20 mart 2017 (UTC)Cavabla
Arxivi yooox.--Calal99 (müzakirə) 21:07, 20 mart 2017 (UTC) Mənə indi sil şablonları qoysam silərsiniz?--Calal99 (müzakirə) 21:07, 20 mart 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü redaktə

 

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. --BaskervillDe gəlsin ! 08:21, 9 mart 2017 (UTC)Cavabla

Görüşdə mən də öz hədiyyəm ilə iştirak edəcəyəm. :) --►Cekli səkkiz yüz iyirmi doqquz 10:13, 9 mart 2017 (UTC)Cavabla

Sual redaktə

Salam həmkar. Azərbaycan ayının planında futbolçular bölməsində bəzi qeyri-azərbaycanlıların (Oleq Gerasimuq, Aleksandr Tomaş və s.) adları var. Onlar haqqında məqalə yazmaq olar? --Anar kerimxanov (müzakirə) 14:23, 12 mart 2017 (UTC)Cavabla

Əleyküm salam. Yazmaq olar, amma Azərbaycan ayı çərçivəsində bu işi görməyi düzgün hesab etmirəm. Görünür Qiymətləndirmə Komissiyasının üzvləri plana "əl gəzdirməyiblər". Şəxsən mən o plana əsasən fəaliyyət göstərmirəm. Çünki hansı mövzunun Azərbaycan ayına aid olduğunu müəyyənləşdirmək elə də çətin deyil. --►Cekli səkkiz yüz iyirmi doqquz 10:28, 12 mart 2017 (UTC)Cavabla
Anar kerimxanov plana futbolçuları mən əlavə etmişəm. O futbolçuların Azərbaycana aidiyyatı olduğundan əlavə edilib. --Araz Yaquboglu (müzakirə) 14:51, 12 mart 2017 (UTC)Cavabla
Araz müəllim, axı həmin futbolçuların Azərbaycana aidiyyatı o qədər də yoxdur. Məsələn, Oleq Gerasimuq "Neftçi"də icarə əsasında cəmi 6 oyun keçirib. Amma Azərbaycan millisində oynasaydı hə. Belə halda isə Azərbaycan ayına kifayət qədər başqa milli futbolçularımızı əlavə etmək olar ki, hansı ki, onların haqqında AzVikidə məqalə yoxdur. --►Cekli səkkiz yüz iyirmi doqquz 15:08, 12 mart 2017 (UTC)Cavabla
Cekli onsuz da zaman-zaman hamsı yaradılacaq. İndidədn də olsa ziyanı yoxdu. Sizinlə razıyam ki müqayisədə o qədər də aidiyyatı yoxdu. --Araz Yaquboglu (müzakirə) 15:19, 12 mart 2017 (UTC)Cavabla
Əgər Azərbaycanda oynayan futbolçular Azərbaycan ayına daxil edilirsə, onda məndə qanalı Riçard Qadze haqqında və yaxud Liberiyalı Teo Uiks haqqında məqalə yaradım.--Anar kerimxanov (müzakirə) 20:06, 13 mart 2017 (UTC)Cavabla
Yox, onları daxil etmək düzgün deyil. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:29, 13 mart 2017 (UTC)Cavabla

Sual redaktə

Salam. Sizə bir sualım olacaq. Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində məqaləsinə baxa bilərsiniz? Ora başqa hansı bölmələr əlavə edə bilərəm?--Calal99 (müzakirə) 18:23, 12 mart 2017 (UTC)

Hazırda o mövzu mənim maraq dairəmə daxil deyil. Amma Sizin xətrinizə bir göz gərdirdim. Və məqalədə diqqətimi ilk çəkən şrift problemi oldu. Belə ki, mətn boyu bir neçə yerdə "k" hərfi "к" kimi yazılıb. Mümkünsə onları düzəldin. Bölmələri doğunlaşdırdıqdan sonra qalan qüsurlar yəqin ki, laboratoriyada düzələr. Hörmətlə, --►Cekli səkkiz yüz iyirmi doqquz 18:47, 12 mart 2017 (UTC)Cavabla

Sual redaktə

Salam həmkar. Vikibahar ayında verilmiş məqalə siyahısından kənar məqalə yaratmaq olar? --Anar kerimxanov (müzakirə) 21:14, 22 mart 2017 (UTC)Cavabla

Anar kerimxanov salam. Mən bildiyim qədər olmaz. Olsa da sayılmaz. --Araz Yaquboglu (müzakirə) 17:16, 22 mart 2017 (UTC)Cavabla
Araz Yaquboglu Təşəkkürlər məlumatlandırdığınıza görə. Ancaq Tərxan bəy də mövzudan kənar məqalə yazıb. --Anar kerimxanov (müzakirə) 21:17, 22 mart 2017 (UTC)Cavabla
Anar kerimxanov Burada Məqalə aşağıdakı siyahıdakı məqalələr arasından olmalıdır. Digər məqalələr müsabiqədə iştirak etmir kimi bənd var. Ona görə dedim. --Araz Yaquboglu (müzakirə) 17:23, 22 mart 2017 (UTC)Cavabla
Araz Yaquboglu mən də bilirəm elə yazılıb. Sadəcə Tərxan bəy mövzudan kənar yazıb deyə və jüri üzvü olduğuna görə ondan soruşdum. --Anar kerimxanov (müzakirə) 21:24, 22 mart 2017 (UTC)Cavabla
Anar kerimxanov mövzudan kənar yazdığım hansı məqalələrdir? Hələlik cəmi 3 məqalə (Serbiya  Serbiya Milli Bankı, Slovakiya  Slovakiya Milli Bankı, Xorvatiya  Xorvatiya–Yaponiya münasibətləri) yazmışam, hər üçü Məqalə siyahısında nəzərdə tutulub. --►Cekli səkkiz yüz iyirmi doqquz 17:29, 22 mart 2017 (UTC)Cavabla
Səhv görmüşəm. Sizdən üzr istəyirəm. --Anar kerimxanov (müzakirə) 21:32, 22 mart 2017 (UTC)Cavabla
Hə Y Qəbul olundu :) --►Cekli səkkiz yüz iyirmi doqquz 17:33, 22 mart 2017 (UTC)Cavabla

Xahiş redaktə

Salam Cekli829. Mənim bu günə qədər müzakirə səhifəmdə olan bütün müzakirələri, Baxın bu tarixçədən tapa bilərsiniz. Hamısının arxivi var yəni. İndi isə mənə bu məqalələr lazım deyil. Silin getsin.--Calal99 (müzakirə) 18:38, 24 mart 2017 (UTC)Cavabla

İl Ay  
2015
İyul
Sentyabr
Noyabr Dekabr
2016
Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017
Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Bütün bu məqalələri, səhifələri SİLİN. — Bu imzasız yazı Calal99 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 18:39, 24 mart 2017 (UTC)Cavabla

Yox N --►Cekli səkkiz yüz iyirmi doqquz 18:48, 24 mart 2017 (UTC)Cavabla
Başa düşmədim. Yox N nədir bu???--Calal99 (müzakirə) 20:34, 24 mart 2017 (UTC)Cavabla
Arxivlə tarixçəni qarışdırırsınız. Ona görə də Sizə müsbət cavab verə bilmərəm. Ona görə də Yox N --►Cekli səkkiz yüz iyirmi doqquz 20:57, 24 mart 2017 (UTC)Cavabla
Arxiv olmasın, tarixçə olsun. Nə fərqi var? Mən səhifə yaratdım və indi onu silə bilmirəm? Bu necə olur? Tarixçədə vardaaa. Bunu silin, mənə lazı deyil.--Calal99 (müzakirə) 20:59, 24 mart 2017 (UTC)Cavabla
Yox N Vandalizm halları və texniki əməliyyatlar istisna olmaqla, mən müzakirələri silmirəm. --►Cekli səkkiz yüz iyirmi doqquz 21:04, 24 mart 2017 (UTC)Cavabla
Bəs Kim Silir? İdarəçi silirdə?--Calal99 (müzakirə) 21:05, 24 mart 2017 (UTC)Cavabla
AzVikidə belə məsələlərlə bağlı qaydalarda boşluq var. İdarəçiyəm deyə hər şeyi mütləq silməliyəm anlayışı yoxdur. --►Cekli səkkiz yüz iyirmi doqquz 21:16, 24 mart 2017 (UTC)Cavabla

UEFA Avropa Çempionatları redaktə

Salam həmkar. Sizə bir sualım olacaq. Məqalənin UEFA Avropa Kuboku 1960 adlandırılması düz deyil. Mən idmandan heçdə başı çıxmayan adam deyiləm. Daha düzgündür UEFA Avropa Çempionatı 1960 olsun və ya ingilis dilində olduğu kimi UEFA Avro 1960. Sizdən icazə almadn məqalənin adını dəyişdirmək istəmədim. Sizi məlumatlandırdım, indi olar məqalənin adını dəyişim?--Calal99 (müzakirə) 15:50, 31 mart 2017 (UTC)Cavabla

Calal99, məndən icazə almaq lazım deyil. İlk növbədə dəyişiklik etmədən əvvəl dəyişikliyin zəruri olduğuna əmin olun. Bunu sonradan əsaslandıra biləcəksinizsə, müvafiq dəyişikliyi edin. Yox, əgər özünüz də yeni ad barəsində tərəddüd edirsinizsə, belə dəyişikliklər etmədən əvvəl müvafiq məqalələrin müzakirə səhifələrində qeyd edin. Əgər başqa istifadəçilər sizin açdığınız müzakirəyə fikir bildirsələr, o zaman onlarla addəyişmə məsələsini müzakirə edib, anlaşın. Müəyyən müddət ərzində (məsələn, mən belə hallarda azı 1 həftə gözləyərdim) heç bir fikir bildirən, əsaslı etiraz edən olmazsa, o zaman məqalənin adını təklif etdiyiniz ada dəyişin. Hörmətlə, --►Cekli829 19:15, 31 mart 2017 (UTC)Cavabla
Sağolun həmkar. Bəs, müzakirələri harada apara bilərəm?--Calal99 (müzakirə) 19:19, 31 mart 2017 (UTC)Cavabla
Burada da apara bilərsiniz. Amma daha yaxşı olar ki, müvafiq məqalələrin müzakirə səhifələrində aparın. --►Cekli829 19:24, 31 mart 2017 (UTC)Cavabla
"Cekli829/2017-Mart" istifadəçi səhifəsinə qayıt.

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024