İstifadəçi müzakirəsi:Cekli829/2013-Sentyabr Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Cekli829/2013-Sentyabr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Cekli829/2013-Sentyabr

Ən son rəy:10 il öncə, Cekli829 tərəfindən "Quran surələri" mövzusunda
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

mənim səhifə izahat olmadan silindi redaktə

Salam Cekli, 4 sentyabr 2013 Sortilegus mənim səhifə izahat olmadan silindi. Siz kömək edə mən başa düşürəm? BorisVM (talk) 15:05, 4 sentyabr 2013 (UTC)Cavabla

Əleyküm salam. Siz hansı səhifəni nəzərdə tutursunuz? Çünki silinmiş istifadəçi fəaliyyətlərinizdə heç bir qeyd yoxdur. --►Şahdağlı Cekli 12:23, 5 sentyabr 2013 (UTC)Cavabla
Məncə bu redaktədən söhbət gedir: [1]. Hər halda bu, istifadəçinin şəxsi səhifəsidir və o həmin səhifəyə qaydaları pozmayan istənilən yazı və ya şəkil yerləşdirə bilər. Wertuose (talk) 12:38, 5 sentyabr 2013 (UTC)Cavabla

İdarəçiliyə namizədlik təklifi redaktə

Salam Araz müəllim. Vikipediyanın kifayət qədər təcrübəli istifadəçisi kimi Sizin idarəçiliyə namizədliyinizi irəli sürmək istəyirəm. İnanıram ki, idarəçi olaraq daha geniş imkanlar əldə etdikdən sonra fəaliyyətiniz daha da səmərəli olacaq. Əgər etiraz etmirsinizsə idarəçi statusunun verilməsi ilə bağlı səsverməni başlamaq istərdim. Hörmətlə, --►Şahdağlı Cekli 10:06, 6 sentyabr 2013 (UTC)Cavabla

Salam Cekli qardaşım. Mənə etimadınıza görə çox sağ olun, minnətdaram. Mənə gərək o status veriləndən sonra daha layiqli fəaliyyət göstərəm. Lakin mən buna özümü hazır hiss etmirəm. Bir də ki, ola bilər nə vaxtsa zaman azlığından fəaliyyətim məhdudlaşar və ya azalar. Bu kimi hallarla ola bilər ki, Sizin etimadınızı doğrulda bilməyim. Siz idarəçilər necə məsləhət bilsəz elə də etmək olar. Və bir şey də deyim ki, idarəçi olmamağım heç də mənə çətinlik törətmir. Belə ki, adicə istifadəçi kimi də öz fəaliyyətimdən razıyam. Araz Yaquboglu (talk) 12:21, 6 sentyabr 2013 (UTC)Cavabla

Siz idarəçilərlə bu məsələni müzakirə edin. Əgər onlar da razıdırlarlarsa mən sizin təklifinizə bəli cavabı verirəm. Əgər idarəçi olaramsa çalışacağam ki, Vikipediyanın zənginləşməsində əlimdən gələni edim (Sizlər kimi ola bilməsəm belə). İnşallah görək mənim üçün nə kimi müzakirələr gedəcək. Ya məni ruhdan salacaqlar, ya da ki, daha da ruhlandıracaqlar. Araz Yaquboglu (talk) 05:16, 8 sentyabr 2013 (UTC)Cavabla
Hörmətli Araz müəllim. Sizin cavabınızı razılıq kimi qiymətləndirirəm. Buna görə də Vikipediya:İdarəçilər səhifəsində səsvermə başlandı. Uğurlar! Hesab edirəm ki, bu məsələnin bilavasitə səsvermə dövründə idarəçilərlə müzakirəsi daha məqsədəuyğun olardı. Nəticənin müsbət olacağına inanıram. İnanıram ki, bu Sizi daha da ruhlandıracaqdır. Çünki Siz buna layiqsiniz. Dərin hörmətlə, --►Şahdağlı Cekli 09:59, 8 sentyabr 2013 (UTC)Cavabla

Minnətdaram, çox sağ olun. Araz Yaquboglu (talk) 10:45, 8 sentyabr 2013 (UTC)Cavabla

Görüş redaktə

DİQQƏT! Görüş yeri dəyişdirilmişdir. Vikipediyaçıların "Bakı 7" görüşü AZURE kompleksində yerləşən Gəncə restoranında keçiriləcəkdir. --Proger danış 17:34, 12 sentyabr 2013 (UTC)Cavabla

7+1 redaktə

Salam İradə xanım. Müzakirə səhifənizdə belə bir qeyd yazmısınız: VİKİPEDİYANIN AZƏRBAYCAN DİLİ BÖLMƏSİNDƏ "VİKİ-QAYDALAR HAQQINDA DÜŞÜNƏN" İSTİFADƏÇİLƏRİN NƏZƏRİNƏ: İLK YEDDİ BÖLMƏNİ OXUYUN VƏ NƏTCƏ ÇIXARIN! O yeddi bölməni oxudum və nəticə çıxardım. Yekun nəticəni belə görürəm ki, o yeddi bölməyə birini də əlavə etmək lazımdır. Qoy olsun 8 ;) Bu da o,

"8-ci müraciət: Vikikitabdakı münasibətlərimizdə yaranmış böhrandan 2 il keçməsini, Azərbaycan dilində olan Vikilayihələrin artıq yeni bir mərhələyə qədəm qoyduğunu və xüsusilə də son illərdə qlobal vikilayihələlərdə əldə etdiyim təcrübəmi nəzərə alaraq, həm də yeni istifadəçilərimizə nümunə olmaq məqsədilə daha əvvəl etdiyim 7 müraciətin qüvvəsini itirməsini elan edirəm. İnanıram ki, ümumi ortaq fəaliyyətimiz nəticəsində qısa zaman ərzində Azərbaycan dilində olan Vikilayihələrin ciddi inkişafına nail ola biləcəyik. Dərin hörmətlə, sabiq "düşməniniz" ;) --►Şahdağlı Cekli 07:22, 16 sentyabr 2013 (UTC)"Cavabla

P.S. Zəhmət olmazsa, özünüzə başqa düşmən seçin ;) Məndən Sizə düşmən olmaz ;) --►Şahdağlı Cekli 07:22, 16 sentyabr 2013 (UTC)Cavabla
P.S.S. İcazə versəydiniz, vikiçilərin son görüşündəki şəklimizi Kommonsa yükləyərdim. Bir daha hörmətlə, köhnə-təzə dostunuz, --►Şahdağlı Cekli 07:22, 16 sentyabr 2013 (UTC)Cavabla

Cekli, istəyirsiz özünüzü "dost" hesab edin, istəyirsiz "düşmən". Mənim üçün fərq etməz. Amma mən hesab edirəm ki, yazdığınız o 7 təhqirin sonunda üzr istəsəniz, sizi bağışlaya bilərəm. Əks halda belə çıxır ki, Siz 2 il məni o təhqirə layiq bilirsiz, indi də "amnisiya" elan edirsiz :). Yadınıza salmaq istəyirəm ki, yuxarıdakı 7 təhqirdən əvvəl də siz məni dəfələrlə təhqir etmisiniz və mən yenə də alicənablıq göstərərək əvvəlki təhqirləri sizə bağışlayıram. Hesab edirəm ki, o zaman təcrübəniz indiki qədər deyildi. Yalnız son 7 təhqirə görə üzr istəsəniz mən inanaram ki, siz həqiqətən də az-vikinin inlişafını arzulayırsınız və Vikipediyanən 5 əsas prinsipinə sadiqsiniz.--İrada (talk) 10:02, 16 sentyabr 2013 (UTC)Cavabla

Şəkilləri commonsa yükləməyinizə etiraz etmirəm. Qoy görsünlər ki, mən kinli deyiləm, lakin öz şərəf və ləyaqətimi də kiminsə taptalamasına icazə vermərəm.--İrada (talk) 10:04, 16 sentyabr 2013 (UTC)Cavabla

Şəkillər üçün təşəkkürlər! Hesab edirəm ki, "dost"la "düşmən" arasında böyük bir fərq var. Ona görə də dostluğa daha çox əhəmiyyət verirəm. Mən bir tənqidçiyəm. Azərbaycan dilinin dil qaydalarına və normalarına uyğun olaraq, müəyyən məqamlarda adekvat olaraq aqressiv tənqiddən istifadə etmişəm. Amma hər halda siz məlum bloklamanı hələ də əsaslandırmamısınız. İndi buna heç ehtiyac da duymuram. Çünki bu mövzu mənim üçün aktual deyil. Lakin qeyd edim ki, ümumiyyətlə o müraciətləri yazmaya da bilərdim. Əgər məlum böhran zamanı əsaslı açıqlama versəydiniz və məni əsassız yerə bloklamasaydınız... Hər halda digər layihədə həmin zaman fəaliyyətimi tam məhdudlaşdırdığınız üçün burada Sizə müraciət etməyimin səbəbkarı özünüz olmusunuz. Yəni o zaman məni o həddə çatdırmışdınız və nəticədə də adekvat olaraq aqressiv tənqiddən istifadə etmişəm. Hörmətlə, --►Şahdağlı Cekli 10:42, 16 sentyabr 2013 (UTC)Cavabla

Gəlin hər şeyi öz adı ilə çağıraq: "aqressiv tənqid" yox, təhqir. Digər tərəfdən bir layihənin probleminin digər layihəyə gətirilərək aqressivlik göstərmək yolverilməzdir. Digər tərəfdən əgər hesab eləsək ki, mən sizi haqsız bloklamışam, hətta o halda belə istifadəçini təhqir etməyə keç kəsin ixtiyarı yoxdur. Mənim ixtiyarım çatır ki, bu təhqirlərə görə vikikitabda sizi müddətsiz bloklayım. Lakin mən çox, çox, çox səbirliyəm və 2 il gözləmişəm. Amma hər səbrin bir sonu var. Odur ki, yaxın günlərdə vikikitabda müddətsiz bloklanmanızı görsəniz təəccüblənməyin. --İrada (talk) 11:24, 16 sentyabr 2013 (UTC)Cavabla

Əgər təhqir etsəydim üzr istəyərdim. Etmədiyim əmələ görə niyə üzr istəməliyəm ki? Sizə müraciətlərimdə sadəcə haqqımı tələb etmişəm. Əgər bloklamanızı müddətsiz bloklama ilə əsaslandıracaqsınızsa, buyurun, Ermənicə Vikipediyada bloklanmağımla orada bloklanmağımın heç bir fərqi olmayacaq. Onsuz da o layihədə bir dəfə məni əsassız bloklamısınız. O layihədə başqa idarəçinin olmamasından istifadə etməyinizi və şəxsi maraqlarınıza üstünlük verməyinizi normal qəbul edirəm. Fəaliyyətinizə bələd olduğum üçün tərəfinizdən vikikitabda müddətsiz bloklanmağımdan qətiyyən təəccüblənməyəcəyəm. Bu ilk növbədə növbəti stüard seçkilərində mənim əleyhimə olacaq başlıca amillərdən biridir. Amma mən artıq buna hazıram. Onsuz da o seçkilərdə heç bir zaman məni dəstəkləməmisiniz. Vikiçilik mənim həyat tərzimdir. Bunun üçün isə, kifayət qədər - 800-dən çox layihə saytı var. Mənəvi cəhətdən çətin də olsa, digər dillərdə olan vikikitablarda çox asanlıqla işləyə bilərəm. Vikikitabda məni müddətsiz bloklamaqla isə sadəcə növbəti dəfə vikiqaydaları pozmuş olacaqsınız. Yeri gəlmişkən, mən vikikitabın ən aktiv istifadəçilərindən biriyəm. Onu da deyim ki, Vikipediyanın tədqiqatçısı kimi hər halda istifadəçilərin müəyyən dövrlərdə - xüsusilə də fəaliyyətlərinin ilk dövrlərində situasiyadan asılı olaraq aqressiv ola biləcəyini çox gözəl bilirsiniz. Bir daha xatırladım ki, o zaman məni iddia etdiyiniz həddə özünüz çatdırmışdınız və nəticədə də adekvat olaraq aqressiv tənqiddən istifadə etmişəm. Hər halda mən son görüşümüzün nəticəsindən asılı olaraq, münasibətlərimizin yaxşılaşması istiqamətində təşəbbüs göstərdim. Belə bir söz var: "Tanrı bütün qapıları bağlasa da, pəncərələri açıq qoyur." --►Şahdağlı Cekli 13:12, 16 sentyabr 2013 (UTC)Cavabla

Quran surələri redaktə

Salam Hörmətli Cekli... Sizdən bir şey haqda məlumat almaq (və ya icazə almaq) istəyirəm. Quran surələri siyahısı-nda hər bir Quran surəsinin ayrı məqaləsi var. Bilmək istərdim bu məqalələrə həmin surələri (bütöv şəkildə) yerləşdirmək olar yoxsa yox???

Öncədən təşəkkürlər Patriot Kor (talk)Patrit Kur Elçin Əli Kur

Əleyküm salam. Vikipediyada olan surələr haqqında məqalələr sırf ensiklopedik xarakterli olmalıdır. Surələri bütöv şəkildə yerləşdirmək üçün isə Vikimənbə layihəsi fəaliyyət göstərir. Hazırda həmin layihədə Quranın surələri kateqoriyası mövcuddur ki, surələrin hamısı orada var. Əgər istəsəniz, Siz də həmin layihədə bu sahədə fəaliyyət göstərə bilərsiniz. Əgər bu mövzuda orada hər hansısa bir çatışmamazlıq mövcuddursa, onun aradan qaldırılmasına töhfə verə bilərsiniz. Hörmətlə, --►Şahdağlı Cekli 12:57, 26 sentyabr 2013 (UTC)Cavabla

Türkçe Vikipedi'den İstek redaktə

Merhaba.

Türkçe Vikipedi'de tr:İcevan ve tr:Eçmiadzin maddeleri hakkında Azerice adlarını koyabilirmisiniz ve (tekrar silinmemeleri için) Azerice adları ve tarihi geçmişleri için kaynakçalar bulabilirmisiniz? Ermeni tr:Kullanıcı:Mishukdero art niyetle Azerice adlarını ve geçmişlerini siliyor, ve bu yanında kar kaldı.

Yaptığım diğer değişiklikleri de onaylıyabilirmisinz?

Sağolun.

Tekrar Merhaba. tr:Kullanıcı:Mishukdero adlı kullanıcıyı takip edebilirmisinz ve yaptığı "değişiklikleri" geri alabilirmisiniz? Xüsusi:Fəaliyyətlər/83.66.206.147
"Cekli829/2013-Sentyabr" istifadəçi səhifəsinə qayıt.

Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024