İstifadəçi müzakirəsi:Cekli829/2017-Sentyabr Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Cekli829/2017-Sentyabr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Cekli829/2017-Sentyabr

Ən son rəy:6 il öncə, Rufet Turkmen tərəfindən "EnViki" mövzusunda
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Kateqoriya:Tatarıstan idmanı redaktə

Salam bəy. Bu Kateqoriyanın intervikisi də var geri qaytara bilərsiz, zəhmət deyilsə.--Rufet Turkmen | müzakirə 11:41, 4 sentyabr 2017 (UTC)Cavabla

Əleyküm salam. Kateqoriya:Tatarıstanda idman kateqoriyası müvafiq sahə ilə bağlı daha dəqiq kateqoriya olduğu üçün ondan istifadə edə bilərsiniz. --►Cekli829 11:46, 4 sentyabr 2017 (UTC)Cavabla
Hə, üzürlü sayın gözümdən yayınıb. Hörmətlə--Rufet Turkmen | müzakirə 12:35, 4 sentyabr 2017 (UTC)Cavabla

Cek dili redaktə

Salam cənab Cekli829. Sizə bir sualım olacaq. Cek dilinin İSO-639-1 kodu necədir? Əgər mümkünsə İSO2 VƏ İSO3 kodlarını da deyərdiz. Bir də deyərdiz ki, inkubator-vikidə yeni viki yaradanda hansı İSO dil kodundan istifadə olunur? Hörmətlə, SalmanHuseynov (müzakirə) 05:33, 6 sentyabr 2017 (UTC)Cavabla

Cek dilinin hələ ki, rəsmi əlifbası olmadığı üçün yazılı dil deyil. Ona görə də bununla bağlı inkubator-vikidə yeni viki yaratmağa ehtiyac yoxdur. --►Cekli829 21:05, 6 sentyabr 2017 (UTC)Cavabla

Səsvermə redaktə

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə--eldarado 11:41, 6 sentyabr 2017 (UTC)Cavabla

Seçilmiş məqalə statusunun geri alınması redaktə

Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib

Hörmətlə --Azerifactory (müzakirə) 07:28, 7 sentyabr 2017 (UTC)Cavabla

Sual redaktə

Salam Aleykum. Həmkar Sumqayıtdan 5 km şimalda nekropol var deyirlər onun dəqiq yerini və ya koordinatını bilmirsən?--Qolcomaq (müzakirə) 19:21, 8 sentyabr 2017 (UTC)Cavabla

Yerini bilsəm, gedib şəkilini çəkəcəyəm :) Bəlkə də o nekropolun ərazisini çoxdan satıblar... Hələ Coratda da qədim yaşayış yeri olmalıdır. --►Cekli829 19:53, 8 sentyabr 2017 (UTC)Cavabla

Mənə elə gəlir ki nekropol Sumqayıtçayın axarı boyunca zavodlardan qərbdəki ərzilərdə olar. İnşallah boş vaxtım olsa kiçik bir səyahətdə olsa eliyəcəm ora. Coratda qədim yaşayış yeri hardadı mən ora yaxın qalıram amma bilmirəm. Gərək kəttimlərdən soruşum:)__Qolcomaq (müzakirə) 20:17, 8 sentyabr 2017 (UTC)Cavabla

Məncə onların hər ikisinin dəqiq yerini Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları bilər. Bir gün ekskursiya təşkil etmək lazımdır. --►Cekli829 20:19, 8 sentyabr 2017 (UTC)Cavabla
Sən yerini təxminidə olsa öyrən ayın axırına yaxın gedək baş çəkək ora. Şənbə ya Bazar günlərindən birində İnşallah səfər edək.--Qolcomaq (müzakirə) 09:36, 10 sentyabr 2017 (UTC)Cavabla
Sumqayit Tarixi Muzeyinə müraiyyət etdim amma deyirlər ki, bizdə bu barədə dəqiq məlumat yoxdur.➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 17:39, 14 sentyabr 2017 (UTC)
Salam Aleykum. Yenədə səni narahat edirəm. Sumqayıtçayın mənsəbindən Stansiya Sumqayıta kimi tur təşkil elədim amma heç bir tarixi abidə tapa bilmədim. İnternetdə SuperSosfat zavodunun arxasında Şah Abbas dönəminə aid karvansarayın qalıqlarını tapmağa çalışsamda bir şey alınmadı. Dəqiq koordinat olmadan təbii ki, çətindir. Amma zəhmət boşuna getmədi Sumqayıtçayın əsrarəngiz mənzərələri ilə rastlaşdım gözlərimə inannmadım yəni Sumqayıtçayda da belə kanyonlar var. Bir bax:Sumqayıtçay--➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 13:03, 24 sentyabr 2017 (UTC)
Super! Əla şəkillər çəkmisiniz! Tarixi abidələrin yerini müəyyənləşdirmək üçün isə düşünürəm ki, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə müraciət etməliyik. --►Cekli829 17:01, 24 sentyabr 2017 (UTC)Cavabla
Təşəkkür edirəm. Açığı Muzeyin abidələrdən xəbəri yoxdursa Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məlumatlı olmasını zənn etmirəm. Ancaq inventarlaşdırılmışlar haqqda bəlkə məlumat olar.--➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 02:13, 25 sentyabr 2017 (UTC)
İnventarlaşdırılma düzgün aparılarsa, şəhərdə daha çox tarixi abidə tapmaq olar. --►Cekli829 06:55, 25 sentyabr 2017 (UTC)Cavabla
Necə fikirləşirsən bu kanyonu təbiət abidəsi elan edərlər??___➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 03:56, 25 sentyabr 2017 (UTC)
Niyə də yox?! :) --►Cekli829 06:55, 25 sentyabr 2017 (UTC)Cavabla
Bunu ictimailəşdirmək məqsədilə feysdə status yazdım:) --►Cekli829 07:15, 25 sentyabr 2017 (UTC)Cavabla
Təşəkkür edirəm. Həqiqətəndə təbiət abidəsi adı almağa layiq yerdi. Kino çəkmək fikiri lap superdi:) amma klipdə olar:)--➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 09:00, 25 sentyabr 2017 (UTC)
Hətta orada vikiçilərin görüşünü də təşkil etmək olar :D --►Cekli829 09:38, 25 sentyabr 2017 (UTC)Cavabla

Hə Y @Qolcomaq, hazırdı: Sumqayıt kanyonu :) --►Cekli829 13:20, 25 sentyabr 2017 (UTC)Cavabla

Sitat səhvi redaktə

Cənab Cekli829 zəhmət olmasa kalifornium məqaləsindəki sitat səhfini düzəldərdiz.--Corc vaşington(Henri Cons Junior) 07:32, 9 sentyabr 2017 (UTC)Cavabla

Niyə? Axı bunu özünüz etmisiniz. Tarixçəyə baxıb, səhvinizi düzəldə bilərsiniz. Beləliklə həm səhvi düzəldə, həm də onu düzəltməyi öyrənə bilərsiniz.--►Cekli829 19:21, 9 sentyabr 2017 (UTC)Cavabla
Fikriniz tamamilə doğrudur cənab Cekli829--Corc vaşington(Henri Cons Junior) 04:03, 10 sentyabr 2017 (UTC)Cavabla
Cənab cekli829 xahiş edirəm sitat səhvini düzəldərdiz. Mən bacarmadım.Corc vaşington(Henri Cons Junior) 16:02, 11 sentyabr 2017 (UTC)Cavabla
Hə Y Həmkarımız Eldarado düzəldib. --►Cekli829 05:01, 12 sentyabr 2017 (UTC)Cavabla

EnViki redaktə

Salam cənab Cekli829, necəsiz? Sizə bir sualım var. Beləki, İngilis Vikipediyaca blokumu açdırmaq istəyirəm. Bu səbəbdən burada idarəçiyə müraciət etdim. O isə mənə cavabında bildirdi ki, hansısa idarəçilərə müraciət edim və onları inandırım ki, qaydaları birdaha pozmayacam. Ancaq onun özü də idarəçidir. Bu mənada biraz çaşqınlığım var. Bloku açdırmaq üçün başqa idarəçiyə müraciət etməliyəm, ya necə?--Rufet Turkmen | müzakirə 11:50, 11 sentyabr 2017 (UTC)Cavabla

O, düz deyir. Amma sən də çox narahat olma, açılacaq :) --►Cekli829 13:14, 11 sentyabr 2017 (UTC)Cavabla
Təşəkkürlər.--Rufet Turkmen | müzakirə 13:35, 11 sentyabr 2017 (UTC)Cavabla
Bəy üzürlü sayın vaxtınızdan alıram.Bir zəhmət bura bir daha nəzər salardız. İdarəçilərdən biri şablonu dəyişib redaktəsini də geri qaytara bilmirəm. Çünki nə üçün etdiyini bilmirəm.--Rufet Turkmen | müzakirə 10:28, 24 noyabr 2017 (UTC)Cavabla

Kimyəvi formulu redaktə

Salam Cekli829, mən tələbat olan səhifələrdən kimyəvi formulu məqaləsini yaratdım. Lakin məqalənin adı düzgün deyil. Buna görə də zəhmət olmasa məqalənin adını kimyəvi formul olaraq dəyişin.--2005 doğumlu Salman Hüseynov 07:08, 13 sentyabr 2017 (UTC)Cavabla

Hə Y Həmkarımız Wertuose artıq dəyişib. --►Cekli829 09:14, 13 sentyabr 2017 (UTC)Cavabla

Sil şablonunun götürülməsi redaktə

Salam. Alberta Universiteti, Orhus Universiteti, Uppsala UniversitetiBristol Universiteti məqalələrinə yerləşdirdiyim silinməsi üçün qoyulmuş şablonu götürmüsünüz. Xahiş edirəm səbəbini izah edəsiniz. --Drabdullayev17 (müzakirə) 06:37, 14 sentyabr 2017 (UTC)Cavabla

Xahiş edirəm ki, Siz izah edin görək, nəyə görə o məqalələri sildirmək istəyirsiniz? --►Cekli829 07:13, 14 sentyabr 2017 (UTC)Cavabla
Mən səbəbini orada izah etmişdim. Müəllif hüququ pozuntusu var. --Drabdullayev17 (müzakirə) 07:39, 14 sentyabr 2017 (UTC)Cavabla
Məgər bütün məqaləni müəllif hüququ pozuntusu əhatə edir? Pozuntu varsa, onu düzəltmək lazımdır. Əgər bütün məqalə başdan ayağa müəllif hüququ pozuntusundan ibarət olarsa, o zaman silinə bilər. İndiki halda isə buna heç bir zərurət yoxdur. çünki müvafiq məqalələr üzərində xeyli işlənilərək vikiləşdirmə aparılıb ki, bunu tarixçələrdən də görmək olar. --►Cekli829 08:29, 14 sentyabr 2017 (UTC)Cavabla
Drabdullayev17 Siz sil şablonu qoyduğunuz məqalələrin 99%-ndə interviki olur. O məqalələri çatışmazlıqlardan təmizləmək daha yaxşı olar. Nəinki sil şablonu qoymaq. --Araz Yaquboglu (müzakirə) 17:18, 14 sentyabr 2017 (UTC)Cavabla
Hörmətli Cekli829 məqalənin böyük bir qismi müəllif hüququ pozuntusudur. Bunu siz də təsdiq edə bilərsiniz. Hörmətli Araz Yaquboglu intervikisinin olmasının bura bir o qədər dəxli yoxdur. Çünki mən əhəmiyyətsizdir deyə silinsin demirəm, müəllif hüququ pozuntusu olduğu üçün silinsin deyirəm. --Drabdullayev17 (müzakirə) 17:39, 14 sentyabr 2017 (UTC)Cavabla
Bu məqalələrdə müəllif hüququ pozuntusundan söhbət gedə bilməz. Çünki "Mənbə" bölməsində müəllif qeyd olunub. +müvafiq məqalələrdə xeyli dəyişikliklər var. Yalnız müəyyən hissələrin kopi-past olmasından söhbət gedə bilər ki, onlar da mümkün qədər vikiləşdirilmişdir. Qalan hissələri də vikiləşdirmək olar. --►Cekli829 17:44, 14 sentyabr 2017 (UTC)Cavabla
Drabdullayev17 onda axı sil şablonu yox, müəllif hüququ pozuntusu şablonunu qoymaq lazımdı. --Araz Yaquboglu (müzakirə) 17:45, 14 sentyabr 2017 (UTC)Cavabla
Hörmətli Araz Yaquboglu o şablonu yerləşdirsək belə yənə də müəyyən müddət sonra silinməli olmayacaqmı? Ona görə bir-başa sil şablonu qoydum. --Drabdullayev17 (müzakirə) 17:56, 14 sentyabr 2017 (UTC)Cavabla
Drabdullayev17 həmin məqalələrdə hansı bölmədə müəllif hüququ pozuntusu aşkar etsəniz, Araz müəllimin dediyi şablonu da həmin bölməyə yerləşdirə bilərsiniz. --►Cekli829 18:01, 14 sentyabr 2017 (UTC)Cavabla

Göygöl redaktə

Salam. "Göygöl" sözünün özündə zatən göl sözü olduğuna görə Azərbaycan dilinin qaydaları və orfoepiyası baxmından "Göygöl gölü" ifadəsi səhvdir və əsasən bu cür ifadə işlənmir. Göygöl adında təkcə göl olmadığı, çox şey olduğu üçün də ən düzgün variant "Göygöl (göl)" formasında dəqiqləşdirmə ilə yazmaq həm dil, həm də vikiqayda və standartlara uyğundur. Bu şey, yəni sözdə zatən olan kateqoriyasının təkrarlanmaması başqa ifadələrdə də var. Məsələn deyək ki, bir kəndin adı "Yenikənd"dirsə tay ona "Yenikənd kəndi" deyilmir adətən. Və ya bir çayın adı "Astaraçay"dırsa ona "Astaraçay çayı" deyilmir.--samral müzakirə 15:38, 25 sentyabr 2017 (UTC)Cavabla

Razıyam. --Araz Yaquboglu (müzakirə) 15:45, 25 sentyabr 2017 (UTC)Cavabla
Hə Y Mən də razıyam. Amma göl ilə bağlı məqalənin adını daha qısa formaya dəyişdim. Düşünürəm ki, göl ilə bağlı məqalənin sadəcə Göygöl kifayətdir. Çünki digər müvafiq adlar da öz başlanğıcını bu gölün adından götürüblər. Hörmətlə, --►Cekli829 20:03, 25 sentyabr 2017 (UTC)Cavabla
"Cekli829/2017-Sentyabr" istifadəçi səhifəsinə qayıt.

Saytda 33 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024