İstifadəçi müzakirəsi:Cekli829/2014-Aprel Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Cekli829/2014-Aprel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Cekli829/2014-Aprel

Ən son rəy:10 il öncə, Asparux Xan Bulqar tərəfindən "Mənbəsiz xəritələr" mövzusunda
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr


Kimyəvi reaksiyalar məqaləsi haqqında redaktə

Salam. Kimyəvi reaksiyalarKimyəvi reaksiya məqalələrində başlıqda yazmısan ki, "bu səhifələrin mətni bir-birinə çox yaxındır. Bunların birləşməsi mümkündür". Bu məqalələr birləşsə, daha yaxşı olar. Çünki, eyni məqalədən iki ədəd olması o qədər də yaxşı deyil. Təklif edirəm ki, bu məsələni digər idarəçilərlə müzakirə edib, məqalənin birini siləsiniz. Yenə də özünüz bilən məsləhətdi. Elmar Haciyev (talk) 19:43, 31 mart 2014 (UTC)Cavabla

{{Təkrarlanan məqalə}} şablonunu ora yerləşdirməkdə məqsəd eyni mövzu ilə bağlı olmalarıdır. Mən mövzu ilə bağlı mütəxəssis olmadığım üçün onları birləşdirməkdə çətinlik çəkirəm. Ona görə də ora müvafiq şablonu yerləşdirdim. Məqalə yaradarkən hər zaman fikir ver ki, Vikipediyada eyni mövzuda başqa bir məqalə mövcuddur, ya yox. Hörmətlə, --►Cekli829 03:32, 1 aprel 2014 (UTC)Cavabla
Düzü mən o məqaləni görmüşdüm. Amma mən Kimyəvi reaksiyalar məqaləsinin adını Kimyəvi reaksiyaların növləri qoymuşdum. Amma sonradan mövzunu genişləndirdim. Adını isə Kimyəvi reaksiyalar olaraq dəyişdim. Buyurub baxa bilərsiniz. Çalışaram bir də belə şeylər təkrarlanmasın. İndi bəs nə olacaq? Bir də ki, başqa nədənsə narazılığınız var (mənim redaktələrim və yazdığım məqalələr barəsində)? Elmar Haciyev (talk) 14:37, 1 aprel 2014 (UTC)Cavabla

Edə bilərsinizmi ? redaktə

Salam Cekli829. İstifadəçi Elmar Hacıyev məndən onun səhifəsinə etdiyi redaktələrin sayını və yeni yaratdığı məqalələrin adını göstərən şablon qurmağa kömək istədi. Təəssüf ki, məndə alınmadı. Ona kömək edə bilərsinizmi ? Hörmətlə --Acategory (talk) 03:58, 2 aprel 2014 (UTC)Cavabla

Hə Y Baş üstə! Onun istifadəçi səhifəsində müvafiq dəyişiklikləri etdim. Hörmətlə, --►Cekli829 04:12, 2 aprel 2014 (UTC)Cavabla

Təşəkkür edirəm.--Acategory (talk) 04:24, 2 aprel 2014 (UTC)Cavabla

Çox sağ ol Cekli829. Elmar Haciyev (talk) 05:44, 2 aprel 2014 (UTC)Cavabla

Cekli829, mən öz istifadəçi səhifəmdə yazdığım məqalələrə baxa bilmirəm. Ora yazmısınız ki, "başlatdığım məqalələr". Ora daxil oluram, error verir. Elmar Haciyev (talk) 06:24, 2 aprel 2014 (UTC)Cavabla

Sistemin özündə yaranmış texniki problemdir. Müəyyən müddətdən sonra həll olunacaq. --►Cekli829 06:25, 2 aprel 2014 (UTC)Cavabla

İstifadəçi səhifəsi redaktə

Salam. İstifadəçi səhifəndə belə bir dəyişiklik etdim. Daha dəqiqi Şablon:Baskervill/Mükafatlar ad fəzasını İstifadəçi:Baskervill/Mükafatlar ad fəzası ilə dəyişdirdim. Vikisistemin belə texniki imkanları olduğu üçün bunu etmək daha məqsədəuyğundur. Çünki şablonlar əsasən daha çox kütləvi istifadə üçün nəzərdə tutulub. İstifadəçi səhifəsi ilə bağlı isə bu kimi hallarda ayrıca şablon yaratmaq səmərəli deyil. Mümkünsə, istifadəçi səhifəndə olan digər belə səhifələrdə özün müvafiq dəyişikliyi edərdin. Hörmətlə, --►Cekli829 03:56, 2 aprel 2014 (UTC)Cavabla

Salam bəy. Mən siz deyənləri etmək istəyəndə məndə səhvlər çıxdı. Deyəsən çox istifadəçi blok etməm səbəbindən müəyyən əməliyyatları həyata keçirməm üçün qadağalar mövcuddur. Sizdən ricam Mükafatlar bölümündə etdiyiniz həmin əlavə və dəyişiklikləri digər iki bölümdədə etmənizlə bağlıdı. Hörmətlə:--Baskervill (talk) 19:57, 2 aprel 2014 (UTC)Cavabla
Hə Y Müvafiq dəyişiklikləri etdim. Nəzərinə çatdırım ki, idarəçi olduğuna görə belə əməliyyatları həyata keçirməyin üçün hazırda hər hansısa bir qadağa mövcud deyil... Hörmətlə, --►Cekli829 03:53, 3 aprel 2014 (UTC)Cavabla

Hello redaktə

Hello Cekli,

Do you happen to know who works on the Georgia-related topics here on Azeri wiki? I'd like to ask if they could translate some articles from English to Azeri and could you help somehow? Thanks. Jaqeli (talk) 16:16, 6 aprel 2014 (UTC)Cavabla

Hello Jaqeli. I think you can help Asparux Xan Bulqar. --►Cekli829 03:37, 7 aprel 2014 (UTC)Cavabla

Jek language @ roa-rup.wp redaktə

Dear Sir,

First of all, thank you for your contributions the Aromanian Wikipedia with regard to the Jek language. However, the current spelling of the article, limba cekcã, seems not to be quite accurate. Could you please offer a phonetical pronounciation for limba cekcã?

Thank you, --D'AroemenenZullenNiVergaan (talk) 06:53, 15 aprel 2014 (UTC)Cavabla

Mənbəsiz xəritələr redaktə

Salam hörmətli Cekli829. Yalnış xatırlamıramsa bir xeyli əvvəl (neçə ay olduğu yadımda deyil, yalnış xatırlamıramsa 2013-cü ildə) qərara alınmışdır ki, mənbəsiz və müəllif hüquqları pozulan şəkil və xəritələrin azvikiyə yüklənməsi dayandırılsın və ümumiyyətlə istifadəçilərin fayları kommonsa yükləməsinə təşviq edilsin. Bu istifadəçi artıq məni təngə gətirdi: mənbəsiz faylı yükləməsi bir kənara onu israrla məqaləyə daxil edir və məni konfliktə təhrik edir. Lütfən qaydalara uyğun faylın silinməsini təmin edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:15, 19 aprel 2014 (UTC)Cavabla

Hörmətli Asparux Xan Bulqar, mən bir neçə dəfə qeyd etdiyiniz məsələ ilə bağlı təkliflər səsləndirsəm də hələ ki, bunun qəbulu mümkün olmayıb. Çünki AzVikinin digər istifadəçiləri bu məsələdə birmənalı olaraq, konkret qərar ortaya qoymayıblar. Amma geç-tez buna qərar veriləcək. Çünki Vikilayihələrin sürətli inkişafı belə qərarların verilməsini zəruri edir. İstifadəçi:Aqrikola məsələsində isə səbrli olun. O dəfələrlə müxtəlif istifadəçi adları ilə fəaliyyət göstərib. Lakin mütəmadi olaraq, fəaliyyətindəki vikiqayda pozuntuları ilə bağlı xəbərdarlıqlar alıb, hətta bloklanıb. Amma çox təəssüf ki, qaydalara riayət edib, səmərəli fəaliyyət göstərməkdə hələ də maraqlı deyil. Mən bu gün bir daha onun fəaliyyətini təftiş edərəm. Hörmətlə, --►Cekli829 08:27, 19 aprel 2014 (UTC)Cavabla
Diqqətinizə görə təşəkkür edirəm. Təssüf ki yekun qərar qəbul edilməyib. Hələ ki, o xəritəni silmirəm fayl özü silinməsə onu məqalədən çıxartmağa ehtiyyac yoxdur: beləki qeyd edilən sitifadəçi bütün hallarda onu məqaləyə daxil edəcək. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:36, 19 aprel 2014 (UTC)Cavabla
Hə Y Müəllif hüququ pozuntusu olduğu üçün müvafiq fayl silindi. Mən sadəcə bir səbəb göstərdim. Amma əslində bu faylı silmək üçün səbəblərin sayı daha çoxdur. Məlumat verdiyiniz üçün təşəkkürlərǃ Hörmətlə, --►Cekli829 08:49, 19 aprel 2014 (UTC)Cavabla
Təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 08:59, 19 aprel 2014 (UTC)Cavabla

Cekli və Asparux, sizin həmin o xəritəni müəllif hüququ olmaması səbəbindən başqa silməyə heç bir əsasınız yoxdur. O ki qaldı qayda pozuntularına, o məsələnin bura heç bir dəxli yoxdur, yeri gələndə sizin özünüzü təftiş etmək lazımdır. Sayqılarımla! — Bu imzasız yazı Aqrikola (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 14:48, 19 aprel 2014 (UTC) Asparux xana - hörmətli həmkarım, istəməzdim ki filan müəllif kürddür filankəs ermənidir, filankəs farsdır kimi arqumentlərdən başqa arqumentiniz olmasın. Bu bir çox müəllifə aiddir.(talk) — Bu imzasız yazı Aqrikola (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 15:03, 19 aprel 2014 (UTC)Cavabla

Hörmətli Cekli829 əgər münkündürsə bu səhifəni silin, çünki o bu səhifə ilə eyni məzmunludur. Və bu mənbəsiz şəkili. (Birinci dəfədir ki görürəm: necə olubsa eyni məzmunlu iki məqalə yaratmışam) Öncədən təşəkkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:55, 24 aprel 2014 (UTC)Cavabla
Hə Y Məlumat verdiyiniz üçün təşəkkürlərǃ --►Cekli829 10:08, 24 aprel 2014 (UTC)Cavabla
Salam hörmətli həmkar: əgər münkündürsə bubu mənbəsiz şəkillərə nəzər yetirin. Çox təəssüf edirəm ki, bu cür yükləmə halları davam edir.--Asparux Xan Bulqar (talk) 13:24, 30 aprel 2014 (UTC)Cavabla

Böyük hərfdən yazılış redaktə

Salam, Cekli! Zəhmət olmasa, mənə bu məsələyi izah edə bilərsiniz mi: AzVikidə niyə filmlərin adları kiçik hərfdən (məsələn, Süni İntellekt yox, Süni intellekt), parkların adları isə (məsələn, Zəngəzur Milli Parkı) böyük hərfdən yazılır? Belə bir qayda Azərbaycan dilin qrammatikası haqqında kitablarda var mı? Şəxsən mənim evimdə Azərbaycan qrammatikası haqqında iki kitabım var, və orada belə məlumatı tapa bilmədim. Bəlkə, siz bilərsiniz? --Мурад 97 (talk) 15:19, 19 aprel 2014 (UTC)Cavabla

Əleyküm salam, Murad! Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan dilinin orfoqrafiya qaydaları mövcuddur. Hansı ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmişdir. Orada nümunə olaraq, həmin qaydaların 32-ci bəndində "Uzaq sahillərdə" filmi də göstərilmişdir. 31-ci bənddə isə göstərilib ki, ... qurum ... adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır; milli parklar da qurum olduğu üçün göstərilən bənd onlara şamil edilir. Məsələn, belə: "Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə"də olduğu kimi. Hörmətlə, --►Cekli829 10:38, 19 aprel 2014 (UTC)Cavabla
Cavabınıza görə təşəkkür edirəm. Artıq bir neçə dəfədir bu sualı qaldırdım, amma bundan əvvəl mənə heç kim normal, sübutlu bir cavab verə bilmirdi. Mən isə bundan başqa bir şey istəmirdim. --Мурад 97 (talk) 15:43, 19 aprel 2014 (UTC)Cavabla

Slavic speakers of Greek Macedonia redaktə

Bir daha salam hörmətli həmkar. Eyni qayda ilə bir çox istifadəçiyə müraciət edərək onların fikri ilə tanış olmaq istərdim. Yunanıstan əhalisi adlı məqaləni yazmağa yenicə başlamışdım ki, kiçik bir problemlə üzləşdim. Nəticəsi elan edilmiş son sayıma (1951-ci il) əsasən Yunanıstanda əhalinin danışdığı dillərdən biri də slavyan dilidir. Bu toplum haqqında belə bir məqalə var ing.dilli vikidə: Slavic speakers of Greek Macedonia (Yunan Makedoniyasında Slavyan dillilər) buradan anlamaq olmur bu dili bolqar yoxsa makedon dilinə daha yaxın hesab etmək lazımdır. Digər vikilərdə bunlar ya yunan, ya bolqar ya da makedon kimi göstərilib. Bəlkə bu barədə məlumatınız ola: bunlar hansı xalqın alt qrupudur ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:01, 19 aprel 2014 (UTC)Cavabla

Zənnimcə bu mövzuda siyasi maraqlar toqquşur. Hər bir ölkə mövzuya öz maraqları çərçivəsində yanaşırlar. Dəqiq araşdırmanın hansı qurum tərəfindən aparıldığını bilmirəm. Göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, məncə qeyd etdiyiniz 1951-ci il siyahıyaalınmasında qeyd olunan ifadə slavyan dili yox, slavyan dillilər ifadəsi olmalıdır. Hansı ki, bu dillərdə danışan makedonlar, bolqarlar və s. danışır. Hörmətlə, --►Cekli829 12:18, 19 aprel 2014 (UTC)Cavabla
Народы мира. Этнографические очерки. Численность и расселение народов мира (1962) kitabına baxdım, səhifə 120-də onlar makedon kimi göstəriliblər. Amma vikidəki tərslik məni çaşdırır.--Asparux Xan Bulqar (talk) 12:33, 19 aprel 2014 (UTC)Cavabla
Dəqiqlik olmadığı üçün belə məqamlarda gözləmək daha məqsədəuyğun olardı. Çox guman ki, AzVikidə bu sahə üzrə mütəxəssis olmayacaq. Ziddiyyətli detalları RuVikidə və EnVikidə müzakirə etməyin son nəticə üçün faydalı ola bilər. Hörmətlə, --►Cekli829 13:13, 19 aprel 2014 (UTC)Cavabla
Bir az Makedoniyalılar haqqında oxudum və onların keçmiş yayılma arealına baxası oldum. Bu xalq cuzi şəkildə bolqarlardan fərqlənirlər. Çox yaxındırlar. Makedonlar belə demək münkündürsə elə bolqardılar. Moldova Rumıniya nümunəsi kimi. Karpatın müəllifi olduğu osmanlı əhalisi adlı kitab var (1830-1914) ora da baxdım. Bunlar fərq qoyulmadan slavlar adlandırılıblar. Ancaq görünən odur ki bunlar əvvəllər çox yaxın olublar sadəcə ayrıca Bolqar və Serb dövlətləri yaranadan sonra və Yunanıstan Makedoniyanı tutandan sonra bunlar müxtəlif dil və əlifba islahatları keçirilib. Və nəticədə yunanlar bir xeyli asimilə edə biliblər bu slavları, bütün əski sayımlara aid lingvistik xəritələrə baxdım, görünən o olduki indi bolqar dili hesab edilən dildə danışanlar Yunanıstanın Makedoniyası adlanan vilayətdə əvvəl qeyd edilməyiblər, yalnız Qərbi trakiyada yaşayan pomaklar bolqar olaraq veriliblər.--Asparux Xan Bulqar (talk) 13:24, 19 aprel 2014 (UTC)Cavabla

Mehdi redaktə

Salam. Zəhmət deyilsə İmam Mehdi məqaləsni Mehdi məqaləsinə, Məhəmməd ibn Həsən Mehdi məqaləsini isə İmam Mehdi məqaləsinə köçürə bilərsiz ?--samral müzakirə 12:41, 19 aprel 2014 (UTC)Cavabla

Hə Y İstəyiniz hazırda uyğun olduğu üçün hər iki dəyişiklik yerinə yetirildi. Amma hesab edirəm ki, bu məqalələrin adları gələcəkdə növbəti dəfə dəqiqləşdirilə bilər. Hörmətlə, --►Cekli829 12:53, 19 aprel 2014 (UTC)Cavabla
Təşəkkürlər--samral müzakirə 13:07, 19 aprel 2014 (UTC)Cavabla

Fantastika redaktə

Bir daha salam, Cekli! Bu kateqoriyada barədə bir şərhim var. "Fantaziya" kimi bir janr mövcud deyil. Taxtların oyunu serialı fantastikanın fentezi janrına aiddir, Zülmət mələyi isə elmi fantastikaya. --Мурад 97 (talk) 18:00, 19 aprel 2014 (UTC)Cavabla

Nədən bəhs etdiyinizi və mənimlə bunun bağlılığını anlamadım. Göstərdiyiniz kateqoriyanı mən yaratmamışam. Məqalələrə də mən əlavə etməmişəm. Filmlər sahəsində bizim əsas mütəxəssislərimiz Babək AkifoğluVusal1981-dir. Daha dəqiq cavab istəyirsənsə, onlara müraciət etməyin daha məqsədəuyğun olar. Hörmətlə, --►Cekli829 13:08, 19 aprel 2014 (UTC)Cavabla
Bağışlayın, çaşdım - sizə səhv yazdım. Düz deyirsiniz. --Мурад 97 (talk) 18:11, 19 aprel 2014 (UTC)Cavabla
Səhv oluğunu anlamışdım ;) Bəzən belə də olur. İş varsa, demək ki, səhv də var. Uğurlarǃ --►Cekli829 13:16, 19 aprel 2014 (UTC)Cavabla

Levkipp redaktə

Salam, zəhmət olmasa Levkipp bu şablonun niyə belə göstərdiyini deyə bilərsiz? Filosof95 — Bu imzasız yazı Filosof95 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 00:55, 20 aprel 2014 (UTC)Cavabla

Hə Y Kiçik bir texniki problem var idi. Düzəltdim. --►Cekli829 20:06, 19 aprel 2014 (UTC)Cavabla

Müraciət redaktə

Salam, Hörmətli Cekli829. Zəhmət olmasa (Cavid Sumqayıtlı) adlı istifadəçinin blok müddətinin vaxtından bir necə gün əvvəl sonlandırılmasına şərait yaradasınız. Çünki həmin şəxsin sabah bizimlə viki görüşü var və hesabı bloklandığından burada heç bir əlavə və dəyişikliklər edə bilmir. Ümüd edirəm ki, müraciətim müsbət cavablandırılacaq. Hörmətlə:--Baskervill (talk) 20:55, 19 aprel 2014 (UTC)Cavabla

Hə Y Baş üstəǃ Ümid edirəm ki, İstifadəçi:Cavid Sumqayıtlı bundan sonra daha səmərəli fəaliyyət göstərəcək. Hörmətlə, --►Cekli829 06:32, 20 aprel 2014 (UTC)Cavabla
Müraciətimə müsbət cavaba verdiyiniz üçün sizə öz təşəkkürümü bildirəm. Hörmətlə:--Baskervill (talk) 22:23, 20 aprel 2014 (UTC)Cavabla

Cəmil Həsənli məqaləsi redaktə

Salam. Tərxan bəy Cəmil Həsənli məqaləsi YM statusu alsa da hələ indiyə kimi ana səhifədə sərgilənməyib. Ama CH-dən sonra status alan məqalələr sərgilənib. Mən ana səhifənin müzakirə səhifəsində də bu nünansı qeyd etdim lakin mənə reaksiya verilmədi. Mən bunun üçün nə etməliyəm?--samral müzakirə 10:46, 20 aprel 2014 (UTC)Cavabla

Gözləməlisən. Çünki hər şeyin öz vaxtı var. --►Cekli829 13:01, 20 aprel 2014 (UTC)Cavabla
Tamam--samral müzakirə 16:16, 20 aprel 2014 (UTC)Cavabla

Qaytarma redaktə

Salam, sildiyim məqalələri niyə geri qaytarmısız? Müzakirənin bitməməsi bunun üçün səbəb deyil. Hər halda mən də görürəm ki, müzakirə bitməyib və müzakirə mövzusu heç də konkret olaraq mən sildiyim məqalələr yox, ümumiyyətlə qeyri-ensiklopedik şəxslər haqqında yaradılmış məqalələrdi. Həmçinin məqalələrin silinməsi üçün müzakirənin bitməsinə və ya hansısa müzakirəyə ehtiyac olduğunu düşünmürəm Fakt həmin şəxslər ensiklopedik deyillər. --sefer azeri 14:09, 20 aprel 2014 (UTC)Cavabla

Həmin şəxslərin qeyri-ensiklopedik olub-olmaması mübahisəlidir. Xüsusilə də mən professor, elmlər doktoru olan şəxsləri qeyri-ensiklopedik şəxs hesab etmirəm. Hətta aralarında deputat da var idi ki, sən onun haqqında yaradılan məqaləni də silmisən. Hansı əsasla? Hər halda burada səndən də təcrübəli idarəçilər var. Əgər onlar müzakirə açıblarsa və bu müzakirə bitməyibsə, sənin etdiyin hərəkət sadəcə yersiz bir hərəkətdir. Belə hərəkətlər AzViki idarəçilərinin mənfi imicini yaradır. Mənə hörmətin yoxdursa, heç olmazsa, müzakirə aparan digər istifadəçilərə hörmət etǃ --►Cekli829 15:38, 20 aprel 2014 (UTC)Cavabla

Salam redaktə

Salam Cekli829!Sizdən xahiş etsəm,mənə kömək edə bilərsiniz?Vikipediya haqqında bəzi bilmədiyim şeylərə görə köməyə ehtiyacım var.İndidən təşəkkür edirəm! — Bu imzasız yazı Leyla1905 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 19:40, 21 aprel 2014 (UTC)Cavabla

Hə Y Buyurun. Məmnuniyyətlə kömək edərəm. Ona görə də ilk əvvəl Sizi Yeni istifadəçilərə kömək layihəsi ilə tanəş etmək istərdim. Hörmətlə, --►Cekli829 03:36, 22 aprel 2014 (UTC)Cavabla
Mən sizdən bir şey soruşmaq iatəyirəm.Mən burdan istifadəçiləri necə tapa bilərəm? — Bu imzasız yazı Leyla1905 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 11:26, 23 aprel 2014 (UTC)Cavabla
Qlobal istifadəçiləri Xüsusi:GlobalUsers, aktiv istifadəçiləri Xüsusi:Aktivİstifadəçilər səhifəsindən tapa bilərsiniz. Ümumi İstifadəçi siyahısı isə belədir: Xüsusi:ListUsers. Hörmətlə, --►Cekli829 07:54, 23 aprel 2014 (UTC)Cavabla
təşəkkürlər! — Bu imzasız yazı Leyla1905 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 20:58, 23 aprel 2014 (UTC)Cavabla

Sizin adınızı və yaşınızı öyrənmək olar? — Bu imzasız yazı Leyla1905 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 11:21, 21 aprel 2014 (UTC)Cavabla

Niyə? --►Cekli829 08:54, 25 aprel 2014 (UTC)Cavabla

Elə belə.İstəməsəz deməyə də bilərsiz.►Leyla1905

Futbol turnirləri redaktə

Salam Cekli. Sizə təklifim budur ki, Tolerantlıq Kuboku 2014Ali məktəb tələbələri arasında futbol üzrə Respublika çempionatı kimi futbol turnirləri məqalələrini qeyri-peşəkar və yaxud da həvəskarlar arası futbol turnirləri kateqoriyasında toplayaq. Çünki indiki vəziyyətdə onlar Libertadores Kuboku kimi dünya səviyyəli yarışlarla eyni kateqoriyadadırlar. Hörmətlə --Seko Selimov (talk) 08:38, 23 aprel 2014 (UTC)Cavabla

Gec-tez Sizin dediyiniz kimi olacaq. Çünki kateqoriyalaşma hələ tam yekunlaşmayıb. Bu proses daim inkişafdadır. Hörmətlə, --►Cekli829 09:40, 23 aprel 2014 (UTC)Cavabla

Bakı Slavyan Universiteti redaktə

Salam.Bakı Slavyan Universiteti məqaləsinə nəzər yetirmənizi xahiş edirəm.Yaxşı məqaləyə namizəd olması üçün yetəri qədərdir.Səhifəni yaxşı məqaləyə yalnız idarəçilər namizəd göstərə bilər? Əgər belədirsə diqqət yetirmənizi xahiş edirəm.Hörmətlə --İstifadəçi:Ilkinhemidov 16:54, 24 aprel 2014 (UTC)Cavabla

Məqaləni 14 aprel 2014-cü il tarixində Vikipediya:Laboratoriyaya namizəd siyahısına təqdim etmişəm. Yaxşı olardı ki, Siz də müvafiq bölmənin Təqdim edənlər hissəsində imzanızı qoyardınız. Hörmətlə, --►Cekli829 03:37, 25 aprel 2014 (UTC)Cavabla

Salam redaktə

BSU haqqında olan məqalə mövzusunda İstifadəçi:Ilkinhemidovla eyni fikirdəyəm.--BiveC (talk) 17:08, 24 aprel 2014 (UTC)Cavabla

Çox gözəl. Nəzərinizə çatdırım ki, məqaləni 14 aprel 2014-cü il tarixində Vikipediya:Laboratoriyaya namizəd siyahısına təqdim etmişəm. İstifadəçi:Ilkinhemidovla eyni fikirdə olmağınızı nəzərə alaraq, yaxşı olardı ki, Siz də müvafiq bölmənin Təqdim edənlər hissəsində imzanızı qoyardınız. Hörmətlə, --►Cekli829 03:40, 25 aprel 2014 (UTC)Cavabla

2014 redaktə

Salam 2014 məqaləsi çox səliqəsiz vəziyyətdədir. Burdakı siyahılarda qrammatik uyğunluq yoxdur. Eyni qayda ilə yazılmalı olan vəfatlar bölməsində şəxslərin adından öncə və sonra gah "-", gah "—", gah da "," işarəsi qoyumluşdu. Özü də əlavələrin çoxsu təcrübəli istifadəçilər tərəfindən edilmişdir. Bu nə dərəcədə düzgündür? --Seko Selimov (talk) 10:50, 26 aprel 2014 (UTC)Cavabla

Belə məqalələrdə belə qüsurların olması çox normaldır. Çünki onlar tam təkmil məqalə deyil. Onları təkmilləşdirərək qüsurları aradan qaldırmaq mümkündür. Hörmətlə, --►Cekli829 11:54, 26 aprel 2014 (UTC)Cavabla

Blok redaktə

Salam hörmətli Acategory. İstifadəçi 68.5.244.183-ü hansı səbəbdən blokladığınızı dəqiqləşdirə bilmədim. Əgər bunu nəzərdə tutursunuzsa, belə redaktəyə görə blok etmək doğru deyil. Həmin redaktəni geri qaytarmaq kifayətdir. Qeyd edim ki, onun dəyişiklik etdiyi həmin şəkil Türkcə Vikipediyadakı Türkiye arması məqaləsində Hiç Kullanılmamış Türkiye Cumhuriyeti Arması kimi təqdim olunmuşdur. Hörmətlə, --►Cekli829 14:30, 26 aprel 2014 (UTC)Cavabla

Hörmətli Cekli829. Bloklamada düz hərəkət etmişdim. Çünki, heç türk səhifəsində adsız istifadəçinin yerləşdirdiyi şəkil gerb kimi verilməyib. Bloklamasa idim bəzi həvəskarlarda Türkiyə gerbi ilə istədiyi hərəkəti etmək həvəsi yaranardı. Son zamanlar adsız istifadəçilər tərəfindən azərbaycanca vikipediyada vandallıq halları xeyli artıb. Eyni zamanda o 1 günlük bloklanıb, sabah yenidən fəaliyyətə başlayıb.Hörmətlə --Acategory (talk) 18:20, 26 aprel 2014 (UTC)Cavabla

Qeyd edim ki, həmin istifadəçi digər vikilayihələrdə də eyni hərəkəti edib. Lakin bloklanmayıb. Bəli, onun etdiyi hərəkət doğru deyil, amma bloka da layiq deyil. Bloku bu kimi hallar kütləvi xarakter aldıqda tətbiq etmək daha məqsədəuyğundur. Hörmətlə, --►Cekli829 11:23, 27 aprel 2014 (UTC)Cavabla

Universitetlər redaktə

Salam hörmətli həmkarım Cekli. Universitetlərlə bağlı yaratdığınız məqalələrdəki mənbədə qəzetin nömrəsini və tarixini də göstərsəz əla olardı. Bir məsələdə sizdən məsləhət alım. Son günlər bələdiyyələrlə bağlı yaratdığım məqalələrlə bağlı fikrinizi bilmək istərdim. Lazımdır ya lüzum yoxdur bu məqalələrə. --Araz Yaquboglu (talk) 10:45, 27 aprel 2014 (UTC)Cavabla

Müəllif özü mənə 50 məqalə göndərib. Hansı ki, onların hamısı "Rabitə dünyası" qəzetində dərc olunub. Bəzilərinin nömrə və tarixini dəqiqləşdirmişəm. Qalanlarını da çalışıram ki, dəqiqləşdirim. Bələdiyyələrlə bağlı olaraq qeyd edim ki, bu mövzulu məqalələrin yaradılmasına bir neçə il bundan əvvəl mən başlamışdım. Lakin vikigörüşlərin birində istifadəçilər buna ciddi etiraz etdilər. Ona görə də sonradan buna marağım olmadı. Hörmətlə, --►Cekli829 11:19, 27 aprel 2014 (UTC)Cavabla

İstifadəçi:Kolega2357 redaktə

Hello can you protect my user pages on all az wikis? Like this (‎[edit=autoconfirmed] (indefinite) ‎[move=autoconfirmed] (indefinite)))? --Kolega2357 (talk) 17:45, 27 aprel 2014 (UTC)Cavabla

Yox N --►Cekli829 18:39, 27 aprel 2014 (UTC)Cavabla
Why? --Kolega2357 (talk) 19:05, 27 aprel 2014 (UTC)Cavabla
What this there is a need that? --►Cekli829 04:00, 28 aprel 2014 (UTC)Cavabla

* işarəsi barəsində redaktə

Salam Cekli829. Son dövrlərdə redaktə səhifəsində * işarəsi yoxa çıxıb. Onun olmaması redaktə zamanı müəyyən problemlər yaradır. Hörmətlə --Acategory (talk) 04:03, 28 aprel 2014 (UTC)Cavabla

Tək o işarədə yox, bir neçə işarədə problem var. Təəssüf ki, hələ ki, bunu aydınlaşdıra bilməmişəm. Çalışıram ki, həll edim. Hələ ki, problem yaranmış işarələri kopi-past edərək redaktə edirəm ))) Kimsə sistem məlumatlarında dəyişiklik edib. Yəqin ki, ən qısa müddətdə düzələr. Hörmətlə, --►Cekli829 04:14, 28 aprel 2014 (UTC)Cavabla

Vıkı azb nin təklifi redaktə

Bəy mən sizin işələriniz dən baş qürtarmiram sizin və düstların goyül ləri va arzüları var büra bir alifba da ola və çalışa bü halda sizlər bü vıkı nın inkişaf və ayrilmağina ( ərbcə və latıncə) dəstək və ya yardim etəmisiz müdırlər təst də bizlərə qarşı çixədilar ..Valləh bü sizin ozünüz üçün də yaxşi dir bizim üçün də yaxşı dir biz oncə lərdə bürda bəzi bir imkanatlardan məhrüm olmüşdür indi də siz qalibsiz ərb əlfbasinin əlində nə silə bilirsiz nə də bir şey!! təqəsir sizdə de deyil gərk müdirlərin baxişlarin biz lə barabar çalışıb dəyişəsinız belə getsə yoxsa siz bürda [1] bizə qarşı səs verə saniz nə azb viki si yaranacaq nə də sizin təkəlifiniz müşəxəs olacaq yoxsa valləh büranin belə qalmaği da sizin nəfinize deyil.--Amir a57 (talk) 11:10, 28 aprel 2014 (UTC)Cavabla

Xahiş redaktə

Salam cənab Cekli829, mənim Sizə bir xahişim var: mənim yaratdığım Müqəddəs Nikolay kilsəsi (Tallin) məqaləsində kiçik problem var - məqalənin aşağısında kateqoriyalar yaranıb - Ölü keçidli bütün məqalələr, Ölü keçidli məqalələr from November 2010 və Şablonda yanlış tarix olan səhifələr - mən bunları yığışdıra bilmirəm, mənə kömək edə bilərsinizmi? --Keete 37 (Farid Aliev) (talk) 06:49, 29 aprel 2014 (UTC)Cavabla

Hə Y İstifadəçi:Sefer azeri onları yığışdırıb. --►Cekli829 08:41, 29 aprel 2014 (UTC)Cavabla
"Cekli829/2014-Aprel" istifadəçi səhifəsinə qayıt.

Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024