Portal:Arxeologiya Haqqinda Melumat - Vikipedia

Portal:Arxeologiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Arxeologiya

Arxeologiya portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

Azıx mağarasıAzərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçayın sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr yüksəklikdə yerləşir. Xocavənd rayonu ərazisində, rayonun AzıxSalaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyətiMustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.

redaktə  

Arxeoloqlar

Yohan Ludviq Henrix Yulius Şliman (alm. Johann Ludwig Heinrich Julius Schliemann‎; 6 yanvar 1822, Noybukov, Meklenburq-Şvelin — 26 dekabr 1890, Neaopl) — alman biznesmen, Troyada Homer dövrünün axtarışını aparmış həvəskar arxeoloq. Henrix Şliman 1822-ci ilin 6 yanvar tarixində Baltik dənizdən çox da uzaqda olmayan Meklenburq-İsveç hersoqluğunun şəhəri Noybukovda doğulub. Onun atası Ernest Şliman (1780-1870) yerli keşiş idi. O, tez-tez oğluna müxtəlif əfsanələr danışırdı. Beləliklə, erkən yaşlardan Şlimanda tarixə həvəs formalaşır.

redaktə  

Seçilən şəkil

Gobekli Tepe 2.jpg
Göbəklitəpə: T-şəkilli relyefli sütun.
redaktə  

Arxeoloji abidələr

Göbəklitəpə (türk. Göbekli Tepe) — Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. 2003 cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan bu məbəd kompleksi, e.ə. IX minilliyə aiddir. Kompleks cəmi 20-dən artıq dairəvi şəklində olan istehkamlardan ibarətdir. Bəzi sütunların səthi relyeflərlə örtülüdür. Məbəd məqsədli şəkildə e. ə. VIII minillikdə torpaqla basdırılmışdır. Uzun illər məbəd kompleksi 15 m hündürlüklü və 300 m diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalmışdır. Onun aşkar edilməsi yaxın şərq və bütün avrasiyada ilkin neolit dövrü haqqındakı qəbul olunmuş baxışlarda inqilabi dönüş etmiş olur.

redaktə  

Arxeologiya indeksləri

0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

redaktə  

Mədəniyyətlər

MoçikaTiauanako sivilizasiyalarının müasirlərindən biri də Çimu mədəniyyəti idi. Çimu mədəniyyəti Peru zolağının bütün ərazisini əhatə edirdi. Deyilənlərə görə çima xalqı şimaldan dəniz yolu ilə buraya gəlib çıxmışlar. Buraya gələnlərə Takaynamo başçılıq edirdi. Takaynamo Moçe düzənliyində sahilə düşür və burada müqəddəs bir yer tikdirərək dini ayinləri icra edir. Yerli əhali ona itaət etməyə başlayır. Çimu bir neçə min kilometr ərazini əhatə edirdi. Bu ərazi Cənubi Amerikada ən nəhəng dövlətlərdən sayılırdı. Zəbt olunmuş torpaqlarda Çimu hakimləri yerli knyazların idarəetmə işlərinə nəzarət edirdilər. cəmiyyətin bu təbəqəsindən olanları «yüksək nəsildən olanlar», əks tərəfi isə, «nökərlər» adlandırırdılar.

redaktə  

Arxeoloji muzeylər

Roma-German muzeyi (alm. Römisch-Germanisches Museum‎) Almaniyanın Köln şəhərində yerləşən paleolit dövründən başlamış erkən orta əsrləri əhatə edən nadir eksponatlarla zəngin arxeoloji muzey. Roma-German muzeyi 1946 cı ildə iki şöbə (roma və frank epoxaları) əsasında yaradılmışdır. Roma şöbəsinin bu günkü tərtibatı 1974 cü ilin martından başlanğıc götürür. Ən qiymətli eksponatı muzeyin alt mərtəbəsində yerləşdirilmiş Dionis mozaykası kimi tanınan 1941 ci ildə Köln şəhərində aşkar olunan roma dövrünə aid döşəmə təsvirləridir. Ust mərtəbədəki döşəmə ətrafı eyvanlardan bu mozayik sənət əsərini yuxarıdan aşağı bütövlüklə seyr etmək mümkündür. Yuxarı mərtəbələrdə xronoloji və tematik prinsip əsasında imperator Avqustun zamanına, şəhərin Roma imperiyasının Reyn limanı sayıldığı dövrə aid, eləcə də imperator Konstantin tərəfindən Reyn çayı üzərində saldırılmış taxta körpü və Roma yaşayış məskəni olmuş bir zamanlar çayın sol sahildə yerləşmiş Divitiya ərazisindən tapılmış eksponatlar nümayiş olunur. Muzeyin eksponatlarına Roma dövrünə aid şəhər qala divarlarının qalıqları da aiddirlər.

redaktə  

Kateqoriyalar

redaktə  

Əlaqəli portallar

Arxeologiya Vikixəbərdə  Arxeologiya Vikisitatda  Arxeologiya Vikikitabda  Arxeologiya Vikimənbədə  Arxeologiya Vikilüğətdə  Arxeologiya Vikiversitetdə  Arxeologiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024