Vikipediya:Həftənin seçilmiş məqaləsi/44. Həftə 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/44. Həftə 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/44. Həftə 2022

Azərbaycan 2020 Yay Paralimpiya OyunlarındaAzərbaycan 2021-ci ilin 25 avqust – 6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası oyunları 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (3 qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.

Ümumi komanda sıralamasında Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medal sayına görə isə 20-ci pillədə qərarlaşdı.

(Davamı...)


Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024