Vikipediya:Kənd meydanı/Arxiv/May/2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/May/2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/May/2019

Arxivləşdirmə botu

IP problemi

Salam, "Bu IP ünvandan daxil olan istifadəçilərin redaktə etməsinə qadağa qoy" variantı niyə istifadəçilərə qarşı işləmir?--Azerifactory (müzakirə) 21:06, 28 aprel 2019 (UTC)

  • Azerifactory, bunu discordda enviki istifadəçilərindən soruşdum belə cavab verdilər: That option is disabled if you're blocking a user account.(Bir istifadəçi hesabını blokladığınız halda bu seçim aradan qaldırılır)--NMW03 (müzakirə) 21:15, 28 aprel 2019 (UTC)
NMW03, onlardan soruş, "how admins can block user's IP as that option is not available?"--Azerifactory (müzakirə) 21:19, 28 aprel 2019 (UTC)
Bizim vikidə gördüyümüz təbii ki, əsl ip lər deyil, ip-ləri əvəz edən rəqəmlərdir. Vikidə ip-ləri yalnız checkuserlər görür, buna görə də idarəçilər və bürokratlar istifadəçilərin iplərini görmədikləri üçün onları bloklaya bilmirlər (istifadəçi hesabını bloklamaq mümkün olur). "Bu IP ünvandan daxil olan istifadəçilərin redaktə etməsinə qadağa qoy" və "İstifadəçinin daxil olduğu sonrakı ip-ləri blokla" seçimləri var ki, bu proses də avtomatik şəkildə arxaplanda başverir və biz yenə də ipləri görə bilmirik. --eldarado 19:22, 6 may 2019 (UTC)

Salam. Biri mənə İstanbul ilə İstanbul ilinin yaxud Ankara ilə Ankara ilinin və ya digərlərinin fərqini izah edə bilər? İstanbul ilə İstanbul ili eyni məqalələrdir. Həmçinin nəzər salsaz, İstanbul ili, Ankara ili, İzmir ili və s. kimi məqalələr türk dilində yoxdur. Sadəcə İstanbulun olması bəs deyilmi sizcə? --Ayxan İsmayılov (müzakirə) 17:00, 29 aprel 2019 (UTC)

NMW03, məncə ama birinin olması kifayətdir, çünki məzmunları eynidir.

  • İstanbul məqaləsinin başlığı: İstanbul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri
  • İstanbul ili məqaləsinin başlığı: İstanbul — əhali sayına görə Türkiyənin ən böyük ili

və ya Ankara ilinə nəzər salaq,

  • Ankara məqaləsinin başlığı: Ankara — Türkiyə Respublikasının paytaxtı
  • Ankara ili məqaləsinin başlığı: Ankara ili - Türkiyənin paytaxt ili

Mən hər hansısa bir fərq görmürəm aralarında. Təbii ki, bu sadəcə 2 məqaləyə aid deyil, bütün Türkiyənin illərinə aiddir. Həmçinin bütün "il"li məqalələrin yaradıcısı eyni adamdır. --Ayxan İsmayılov (müzakirə) 17:00, 29 aprel 2019 (UTC)

NMW03, bəs səhifələrin məzmunları eynidir axı. --Ayxan İsmayılov (müzakirə) 17:33, 29 aprel 2019 (UTC)

{{Cite web}} şablonunun yeni versiyası

Son bloklamalar.

Hər kəsə salam. Hörmətli Cekli829Wertuose, müəyyən fəaliyyəti olan istifadəçilərin müzakirəsiz 6 aydan artıq bloklanmağız doğru deyil. Sizən ricam istifadəçilər Aykhan Zayedzadeh (müzakirə  • töhfələr) və CalalC99 (müzakirə  • töhfələr)-un blok müddətini 6 aydan az müddətə endirib, uzun müddətli bloklanmaları (əgər istəyirsinizsə) üçün müzakirə başladasınız. Bununla siz vikiqaydaları pozmayaraq, şəffaf fəaliyyətinizi sübut etmiş olacaqsınız. Hörmətlə --eldarado 11:16, 4 may 2019 (UTC)

Hörmətli həmkarım Eldarado, nəyə əsasən bu fikirdəsiniz ki? Nəzərinizə çatdırım ki, VP:BQ-ya əsasən "Bloklama müddəti idarəçi tərəfindən sərbəst olaraq təyin edilir." Şəxsən mən blok müddətini müvafiq istifadəçinin bloklama qeydlərinə əsasən təyin etmişəm. Əgər bu onun ilk bloku olsaydı, onu daha az müddətə bloklayardım... Onu da qeyd edim ki, müvafiq istifadəçilərin müddətsiz bloklanması üçün müzakirələrin aparılmasına heç bir etirazım yoxdur. Hörmətlə, --►Cekli829 11:46, 4 may 2019 (UTC)
Uzunmüddətli bloklarda digər istifadəçilərin narazılığı mütləqdir. Habelə bu cür bloklamalar 1 idarəçinin fikri ilə yekunlaşa bilməz. Nəzərə almalıyıq ki, idarəçi funksiyasının əsas cəhətlərindən biri də vikicəmiyyəti və vikilayihələri vandalizmdən qorumaqdır. O səbəbdən mənim fikrim bu cür vəziyyətdə səsvermənin keçirilməsi, yəni vikicəmiyyətin mövqeyinin göstərilməsi ilə şəffaflığın təmin olunmasıdır. Həmçinin qaydalardakı boşluqların aradan qaldırılması mütləqdir.--Turkmen müzakirə 16:50, 4 may 2019 (UTC)
Blok müddətinin azaldılması ilə həmrəyəm. --Araz Yaquboglu (müzakirə) 14:49, 5 may 2019 (UTC)
Turkmen ilə tamamilə razıyam. Hörmətli Cekli829-un qeyd etdiyi "Bloklama müddəti idarəçi tərəfindən sərbəst olaraq təyin edilir." mütləq yenidən nəzərdən keçirməli və bloklalama müddətləri təyin etməliyik. Bir çox halda bəzi idarəçilərin bundan sui-istifadə etdiyi aşkar şəkildə görünür. Ən azından 3 ay və ya 6 aydan uzun müddətli bloklamalar Vikicəmiyyətin razılığı ilə olsa daha yaxşı olar. Həmçinin bir idarəçi özü ilə müzakirə aparan istifadəçini özü yox, digər idarəçi tərəfindən bloklanmasını tələb etməsi də daha yaxşı olardı. Bundan başqa bloklanmış istifadəçinin blokunun açılmasını da digər idarəçilərdən biri etsə (ingilis dilli Vikipediyada belədir) daha da şəffaf olar. --Drabdullayev17 (müzakirə) 09:19, 6 may 2019 (UTC)

O bunu blokladı, bu onu blokladı, blok əsassızdı, ya əsaslıdı və s. və ilaxır. Cənablar, 2019-cu ildir, AzVikidən başqa ikinci bir vikipediya yoxdur ki orada Arbitraj olmasın. Bir də 10 minə qədər məqaləsi olan vikipediyalarda Arbitraj yoxdur, çünki ehtiyac yoxdur. Ermənicədə də var. Bizdə niyə olmasın? İndi gəlib deyəcəklər ki bizdə istifadəçi azdır, nə bilim nədir, nə bilim necədir və s. Bunu deyənlər idarəçilər olacaq yalnız, hansılar ki həmişə deyirlər, qorxduqları isə budur ki Arbitraj olarsa indiyədək etdikləri özbaşınalıqları daha edə bilməyəcəklər. Qayda-qanuna əməl etməyə məcbur olacaqlar. Çim Çen In (müzakirə) 17:58, 6 may 2019 (UTC)

Hörmətli Cekli829, o zaman həmin istifadəçini növbəti dəfə də mən bloklayası olsam sərbəst şəkildə 6 illik blok müddəti təyin edə bilərəm? Daha sonra isə 10 il ola bilər. O zaman "qeyri-müəyyən vaxtadək blok idarəçilərin ümumi razılığına əsasən təyin olunmalıdır" qaydasının heç bir önəmi qalmaz. Sizə haqsız olaraq blokladığınızı və bloku qaldırmağınızı deyən yoxdur. Sadəcə olaraq nəzərə alın ki, aktiv fəaliyyəti olan barmaqla sayılacaq qədər istifadəçi var azvikidə, blok müddəti təyin edərkən daha dərindən düşünmək lazımdır və müddət uzun olacaqsa bu mütləq şəkildə müzakirə əsasında olmalıdır ki, şəffaf qərar olsun. Buna görə də sizdən və hörmətli Wertuosedan blok müddətini 6 aydan az müddətə endirib uzun müddətli blok üçün müzakirə başlatmağınızı tələb edirəm. Arbitraj məsələsinə gəldikdə isə son hadisələrdən görünür ki, Arbitraj Komitəsinin yaradılması lazımdır artıq. Yaxın zamanda bu mövzunu geniş şəkildə müzakirə etməlidik. Hörmətlə --eldarado 19:11, 6 may 2019 (UTC)
Hətta hörmətli həmkarım Cekli829-un da burada dediyi kimi 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək şəkildə hazırlayaraq bütün qaydalar üçün ayrı ayrılıqda (fərqli zaman aralığında) səsvermə tərtib etmək olar. Hörmətlə --eldarado 19:43, 6 may 2019 (UTC)
Qaydaların dəyişilməsi ilə və AK ilə bağlı müzakirə aparmaq olar. --►Cekli829 07:04, 7 may 2019 (UTC)
Çim Çen In Kənd meydanında, özüdə blok mövzularında ancaq ancaq aktiv olması mənə çox qəribə gəlir. Bir bura baxın https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/%C3%87im_%C3%87en_In Bu istifadəçi əməlli başlı klondur. Əgər burada buna aid iş görülməsə, mən metavikidə buna aid iş açacam.--Azerifactory (müzakirə) 10:42, 7 may 2019 (UTC)
Azerifactory, maraqlı şeylərin göstərilməsinə doğrudan da ehtiyac olanda, mən də maraqlı şeylər göstərə bilərəm, necə oldu ki siz AzVikidə fəaliyyətinizə İsraildən başladınız? Adətən yeni istifədəçi birinci özü haqqında, atası, babası haqqında, yaxud öz kəndi haqqında yazır bəs siz niyə İsraili seçdiniz? Və nəhayət, hər sözümə qarşı aqressiv münasibət göstərməklə nə əldə etmək istəyirsiniz? Niyə fəaliyyət göstərmirəm? Niyə blokla bağlı müzakirələrə qatılıram? Bu suala cavab almaq istəyirsiniz? Cavabımızı çoxdan vermişik, neçə illər əvvəl. Mən və mənim kimi onlarla istifadəçi gözləmə mövqeyi tutmaqdan başqa yol tapmadıq, ümid edirik ki nə vaxtsa AzVikidə işləmək mümkün ola bilər. Bu yalnız Arbitraj, yaxud belə bir qurumun yaranmasından sonra mümkün olacaqdır. Nə qədər ki yoxdur, burada boş vaxt itirməyə dəyməz. Mən gəlib sənin redaktəni dəyişəcəm, sən də məni bloklayacan, deyəcəksən sən düz deyilsən, mən haqlıyam. Nə edəcəm o zaman? Amma Arbitraj yaranarsa mən orada sizin fəaliyyətinizin Azvikidə yolverilməz olduğunu asanlıqla sübut edə bilərəm. Bunu yəqin ki başa düşürsdünüz, ona görə hər sözümə aqressiv yanaşırsınız. Bu qədər. Çim Çen In (müzakirə) 11:52, 7 may 2019 (UTC)
Azerifactory istifadəçi hesabı ilə bağlı başqa bir maraqlı faktı indi mənə məlumat verdilər, iddia ounur ki, bu hesabdan azı iki istifadəçinin istifadə edir. Bu müzakirə olunanda Azerifactory cavab verə bilməyib. Buna görə bu hesabın idarəçi statusu dərhal ləğv edilməli idi. Arbitraj olarsa buna qiymət verilər. Çim Çen In (müzakirə) 12:51, 7 may 2019 (UTC)
Çim Çen In, iddianı kim edibsə, zəhmət çəksin, o da sübut etsin. Azerifactory nəyə görə cavab verməlidir ki? Zəhmət olmazsa, iddia etdiyiniz həmin "maraqlı faktı" bizə təqdim edin. Baxıram ki, Eldarado Sizin müddətsiz blokunuzu açıb. Düşünürəm ki, iddianızı sübut etməsəniz, blokunuzun bərpası zəruri olacaq. Ona görə də Eldaradodan xahiş edirəm ki, sabah Sizin müddətsiz blokunuzu bərpa etsin. --►Cekli829 13:04, 7 may 2019 (UTC)
Cekli829 mənim hansısa qaydanı pozduğumu göstərə bilmədiyiniz halda niyə məni müddətsiz blokla hədələyirsiniz? Suallarınız isə maraqlıdır. Məsələn deyirsiniz ki, "Azerifactory nəyə görə cavab verməlidir ki?" Bunu yazanda nə demək istəmişiniz? Bilirsinizsə zəhmət olmasa izah edin biz də bilək. Söhbət Azerifactorynin hesabından gedir, azı iki istifadəçinin həmin hesabdan istifadə etməsindən gedir, Azerifactorydən başqa buna kim cavab verməlidir ki? Amma siz deyirsiniz ki, "Azerifactory nəyə görə cavab verməlidir ki?". Sonra deyirsiniz "iddianı kim edibsə, zəhmət çəksin, o da sübut etsin". Harada etsin cənab Cekli829? Bu İdarəçilə müzakirə səhifəsində edilməlidir, edilib də. İdarəçilər bunu siliblər, yazanı da bloklayıblar. Yenidən məsələyə qayıtmaq istəyirsinizsə, məsələyə mən də qarışa bilərəm baxın, istifadəçinin bloku açılıb, amma Azerifactory deyir bloku mən açıram. Ona təşəkkür olunur, amma bilmir ki bloku o yox, başqası açıb. Bu necə ola bilər? Siz öz fikirlərinizi deyin, bunun necə olduğu barədə sonda mən öz fikrimi deyəcəyəm. Bu qədər. Çim Çen In (müzakirə) 14:32, 7 may 2019 (UTC)
Çim Çen In, zəhmət olmazsa, linki dəqiq təqdim edin. Təqdim etdiyiniz linkdə iddianızı sübut edəcək heç bir məlumat yoxdur. Onu da nəzərinizə çatdırım ki, idarəçi kimi Sizə xəbərdarlıq etmək hüququm var; onu hədə kimi qəbul etməkdə səhv edirsiniz. Azerifactory ona görə cavab verməməlidir ki, Siz iddianızı sübut etməmisiniz. Həm də iddia edirsiniz ki, "indi mənə məlumat verdilər, iddia ounur ki, bu hesabdan azı iki istifadəçinin istifadə edir." Elə orada da iddia olunduğunu yazırsınız. Və həmin məlumatı indi aldığınızı bildirirsiniz. Ancaq növbəti yazınızda "Yenidən məsələyə qayıtmaq istəyirsinizsə, məsələyə mən də qarışa bilərəm" yazmısınız. Gördüyünüz kimi zamanlamanız üst-üstə düşmür. Ya iddianızı sübut edin, ya da Sizə o iddia ilə bağlı məlumatı kimin verdiyini bildirin. --►Cekli829 16:17, 7 may 2019 (UTC)
Cekli829 mən sübut olaraq nə lazımdırsa aydın və təmiz Azərbaycan dilində izah etdim. Siz nə istəyirsiniz amma mən başa düşmürəm, başqaları da yəqin ki bir şey anlamırlar. Sizə təmiz Azərbaycan dilində izah etdim ki Azerifactoryin iki hesabdan istifadə etməsi ilə bağlı iddiaya o özü cavab verməlidir. Siz əvvəlcə dediniz ki "Azerifactory nəyə görə cavab verməlidir ki?", indi də deyirsiniz ki, "Azerifactory ona görə cavab verməməlidir ki, Siz iddianızı sübut etməmisiniz." Bunu necə başa düşək? Cənab, bunu belə başa düşmək olar ki söz oyunu ilə diqqəti əsas məsələdən yayındırmağa çalışırsınız. Konkret, aydın və Azərbaycan dilində göstərdim ki, Azerifactory istifadəçinin başqası tərəfindən blokunun açılmasından məlumatsızdır, bunu özü etdiyini düşünür. Sizdən soruşdum bu necə ola bilər? Cavabdan yayındınız, uyğunsuz şeylər yazdınız. Çünki bilirsiniz ki bu yalnız bir hesabdan çoxsaylı istifadə zamanı mümkün ola bilər. Başqa variant varsa, buyurun, Azerifactory buyursun, desin nəyə görə həmin vaxt blokun onun tərəfindən yox, başqası tərəfindən açıldığını bilmirdi? Çim Çen In (müzakirə) 17:27, 7 may 2019 (UTC)
Çim Çen In, ya iddianızı sübut edin, ya da Sizə o iddia ilə bağlı məlumatı kimin verdiyini bildirin. Yazmısınız ki, Azerifactory istifadəçinin başqası tərəfindən blokunun açılmasından məlumatsızdır, bunu özü etdiyini düşünür. Amma o, bunu harada yazması barədə link təqdim etmirsiniz. Xahiş edirəm ki, Vikipediyanın işini pozmayın. İddialarınızı əsaslandırın. Əsaslandırmadığınız iddialar şər-böhtandan başqa bir şey deyil. --►Cekli829 18:20, 7 may 2019 (UTC)
Çim Çen In, panikaya niyə düşdün? Sənin hesabını yoxlatdıracam. Heç narahat olma.--Azerifactory (müzakirə) 16:22, 7 may 2019 (UTC)
Azerifactory sizin yerinizdə olsaydım, onu-bunu hədələmək, qorxudmaq əvəzinə iddialara cavab verərdim, əlbəttə ki əgər cavab tapmaq mümkündürsə, ya da könüllü şəkildə istefa verib Vikipediyaya xeyir verərdim. Çim Çen In (müzakirə) 17:27, 7 may 2019 (UTC)
Çim Çen In, son yazdığınız şərhdə "ironiya" məhz sizin qorxduğunuzu göstərir. Amma narahat olmayın, mən buradan sizin hesabınızı yoxlmayıb getməyəcəm.--Azerifactory (müzakirə) 18:03, 7 may 2019 (UTC)
Azerifactory sizə uğurlar! Bir şey tapsanız, mənə də xəbər edərsiniz. Çim Çen In (müzakirə) 18:36, 7 may 2019 (UTC)
Azerifactory, bu qlobal bloklanmış Aydın Məmmədovdur, bunu sən bloklama. Eldaradoya müraciət etmişəm. Qoy o, bloklasın. Aydın Məmmədov isə indiyə qədər AzVikiyə vurduğu ziyana görə fəxr edə bilər! --►Cekli829 18:46, 7 may 2019 (UTC)
Cekli829 göstərdiyiniz linkdə mən "ipəkçi" qəzetinin adını sizin mənim Aydın Məmmədov olduğumu bəhanə etməyiniz və guya sübut kimi təqdim etməyiniz üçün çəkməmişəm. Bunun adını ona görə çəkdim ki, Cekli829 hesabından da azı iki nəfərin istifadə etməsinə dair yeganə fakt idi. Aşağıda izahını vermişəm. Deməyə sözünüz varsa, deyə bilərsiniz, əks halda hesabınızın dondurulması üçün META-ya müraciət edəcəyik. Çim Çen In (müzakirə) 20:01, 7 may 2019 (UTC)
Onu da xatırlatmaq istəyirəm ki, cənab Cekli829, əsassız iddialara görə bloklanma nəzərdə tutulur, yəni Mənim Aydın Məmmədov olduğumu sübut etməyə borclusunuz, əgər iddia etmisinizsə. Çox istərdim ki, səhər yuxudan duranda burada Aydın Məmmədovun Vikipediyaya vurduğu ziyan barədə də yazınızı görüm, yazasınız bir neçə kəlmə, mən də oxuyum, məlumatlı olum. Əlimdə olan məlumata görə aktiv fəaliyyət göstərib, onu siz qisasçılıq zəminində bloklamısınız, hamı da ondan razı imiş, müzakirə səhifəsində yalnız bu görünür. Getdim yatmağa, gecəniz xeyrə qarşı. Çim Çen In (müzakirə) 20:48, 7 may 2019 (UTC)
Hörmətli Cekli829, Ayxanın uzunmüddətli bloklanmasının səbəbi metadakı fəaliyyətidir ya azvikidəki fəaliyyəti? O sizi harda ittiham edib? --Drabdullayev17 (müzakirə) 06:31, 13 may 2019 (UTC)
Hə Y Yekun qərar: Müzakirələrə əsasən istifadəçilər Aykhan ZayedzadehCalalC99-un bloku azldılaraq 5 gün və 15günə endirilmişdir. Əgər buna eitrazınız varsa yeni başlıq açaraq blok müddətinin uzadılması üçün müzakirə təşkil edə bilərsiniz. Hörmətlə --eldarado 08:52, 14 may 2019 (UTC)
Hörmətli NMW03, etirazınızı başa düşürəm, lakin müəyyən fəaliyyəti olan istifadəçini həvəsdən salmamaq məqsədi ilə və məsələnin ciddiliyini, bu şansın bir daha verilməyəcəyini başa düşməsi ümidi ilə bu müddəti təyin etdim. Hörmətlə --eldarado 09:06, 14 may 2019 (UTC)

Metada açılmış müzakirələr

Salam hörmətli həmkarlarım. Bir həftə ərzində kordinasiya mərkəzi olan Meta-Vikidə Azviki haqqında bir çox müzakirə açılıb. Bu müzakirələr AzViki üçün heçdə xoş deyil, hətta utandırıcıdır deyə fikirləşirəm. Keçidləri aşağıda qeyd edirəm:

  1. Meta:Requests for help from a sysop or bureaucrat
  2. Stewards' noticeboard
  3. Wikimedia Forum
    Hələ əsas linkləri təqdim etmişəm başqa linklərdə var.

Və əsas müzakirə Requests for comment/Do something about azwiki . Bu müzakirəyə qlobal idarəçi, qlobal addəyişən və stüardlar da qoşulub. Və artıq konsensu əldə edilməsi üçün səsvermə/müzakirə gedir. Əgər problemler həll edilməsə idarəçilərin, interfeys idarəçilərin və bürokratların hüquqları əllərindən alınacaq və onlara bu hüquq 12 ay ərzində daimi verilməyəcək. Bu məsələ mütləq surətdə diqqətdə saxlanılmalı və narazılıqlar aradan qaldırılmalıdır. Mən Azvikinin qlobal layihədə bu cür tanınmasını istəmirəm!--Turkmen müzakirə 22:52, 6 may 2019 (UTC)

Salam. Mən də yeni gördüm bu müzakirələri. Bütün bunları səbəbkarı orada da qeyd etdiyim kimi Cekli829-dur. Bu problemin həll olunmasında yeganə çıxış yolu Ceklinin ya səsvermə ya da könüllü yolla statusunun alınması olacaq. Bu baş verməzsə yuxarıda həmkarımın qeyd etdikləri baş tutarsa azviki böyük bir zərbə alacaq. Əgər Cekli azvikinin gələcəyini düşünürsə özü bu statusdan imtina etməlidir və ya səsvermənin baş tutması üçün razılıq verməlidir. Məsələ çox ciddidir və inkişafda olan vikipediyamız təhlükə altındadı. Buna görə də hər kəsin bu məsələyə münasibətini bilmək istərdim. Bizim vikipediyamızla bağlı qərarları özümüz verməyə çalışmalıyıq. Hörmətlə --eldarado 04:34, 7 may 2019 (UTC)
Ay Eldarado, bu problem Aykhan Zayedzadehni bloklayandan sonra aktuallaşdı. Amma indi görürəm ki, bilavasitə məni ittiham edirsən. Axı blokun haqlı olduğunu özün qeyd etmisən... Məni başqa nədə ittiham edirsiniz? Zəhmət olmazsa, fikirlərinizi əsaslandırın. --►Cekli829 07:02, 7 may 2019 (UTC)
Hörmətli Turkmen, siz məsələni biraz yanlış anlamısınız. Bütün idarəçilər bloklanmayacaq. Müzakirə bitdikdən 12 ay ərzində daimi idarəçi olmayacaq, o qeyd olunub. Eləcə də həmkarım Eldarado ilə razıyam. Məsələ Cekli829-un statusunun əlindən alınmasından o tərəfə getməməlidir və buna səbəb də yoxdur. İdarəçilik mənim üçün o qədər də önəmli deyil. Lakin elə məsələlər var ki, onları yalnız biz həll edə bilərik, qlobal adminlər yox. Əgər belə bir şey baş tutsa qlobal səviyyədə gülünc bir imicə malik olacağıq.--Toghrul Rahimli (müzakirə) 06:02, 7 may 2019 (UTC)
Toghrul Rahimli bəli haqlısınız. İngilis dilim zəifdir, dediyiniz kimi düzəliş verdim. Ozaman mən bəndləri ingiliscə təqdim edirəm, yaxşı bilənlərdən biri tərcümə etsə əla olacaq. Bəndlər bunlardır:

EN

  • All admins/bureaucrats/interface admins will have their rights removed
  • No local admins/bureaucrats/interface admins for 6 months from close of RFC
    • During this time global sysops and stewards will patrol the wiki
  • No permanent local admins/bureaucrats/interface admins for 12 months from close of RFC
    • For stewards to assign temporary or permanent rights, elections must be conducted in a fair manner (allow all azwiki editors to participate), have the necessary levels of support, and not be affected by canvassing.
  • Stewards will conduct a review of long-term blocks of users

--Turkmen müzakirə 06:50, 7 may 2019 (UTC)

Turkmen, bütün idarəçi/int.idarəçi/bürokratların statusunun əlindən alınması, müzakirə bitdikdən 6 ay ərzində heç kəsə müvəqqəti, 12 ay ərzində isə daimi hüquq verilməməsi qeyd olunub. Bu zaman qlobal adminlər və stüardlar azvikini patrullayacaq. Stüardların isə azvikidə daimi və ya müvəqqəti idarəçi olmaları barədə səsvermə keçirilməsi nəzərdə tutulub. Uzunmüddətli blokları isə yalnız stüard edəcək.--Toghrul Rahimli (müzakirə) 07:58, 7 may 2019 (UTC)
Cekli829 sırf blok məsələsi deyil. Blok söhbətində də mənimlə yanaşə bir neçə nəfər mövqeyini bildirdi lakinn siz nəzərə almadınız. Səbəblər gün kimi aydındır və hamısı metada qeyd olunub.--eldarado 07:09, 7 may 2019 (UTC)
Eldarado, mən müzakirəni ilk gündən izləyirdim, lakin son günlərdə baxmamışdım. Az öncə mövqeyimi qeyd etdim. Cekli829 məsələsinə görə məsələ ora çıxarılıb, çünki müəllif hüquqlarını pozmuşdu və metadan gələnlərə fikir verməmişdi. Burda başqa heç kəsin günahı yoxdur. Digər idarəçilər də xırda səhvlər edib, lakin müzakirə ilə həll olunacaq məsələdir. Buna görə məsələsinin böyüdülüb hər kəsin statusunun alınması səviyyəsinə gətirilməsini düzgün hesab etmirəm. --Toghrul Rahimli (müzakirə) 07:53, 7 may 2019 (UTC)
Hörmətli Toghrul Rahimli eynən haqlısınız. --eldarado 07:58, 7 may 2019 (UTC)
Eldarado, metada qeyd olunan əsas məsələ Qondarma Erməni soyqırımı ilə bağlıdır. Şəxsən mənim üçün maraqlıdır. O məsələyə münasibətiniz necədir? Əgər indiyə qədər o məsələyə münasibətinizi bildirməmisinizsə, onunla bağlı mənə iradınız olmayıbsa, indi mənim əleyhimə fikirlər bildirməyiniz nə dərəcədə obyektivdir? Toghrul Rahimli, müəllif hüquqları ilə bağlı iddialara isə düşünürəm ki, kifayət qədər ətraflı cavab vermişəm. İddia edilən məqalələrdə əsasən president.az saytından və qanunvericilikdən götürülmüş məlumatlar yerləşdirilmişdir ki, onların da götürülməsi üçün müvafiq icazələr və lisenziyalar var. O məntiqlə gərək qazax dilində olan Vikipediya bloklansın. Çünki həmin dil bölməsində olan məqalələrin çox böyük bir hissəsi Qazax Ensiklopediyasından köçürülüb. --►Cekli829 08:23, 7 may 2019 (UTC)
Cekli829 müəllif hüququ ilə bağlı münasibətinizi oxudum, düzdür, həmin mətnlər sərbəstdir, amma həmin müzakirələrdə Winged-a çox da məhəl qoymamısınız. Əslində məsələ o qədər böyüməyə bilərdi. Sizin həmin və başqa şəxsləri bloklamağınız bu müzakirəyə gətirib çıxardı. Elə düşüncə formalaşdı ki, sanki burada hər söz yazan kimi bloklanırsan. Xüsusilə bu müddətdə belə vasitələrdən istifadə etməməyiniz daha düzgün olardı.--Toghrul Rahimli (müzakirə) 08:30, 7 may 2019 (UTC)
Toghrul Rahimli, heç bilirsinizmi ki, Winged Blades of Godrici niyə bloklamışam? --►Cekli829 09:16, 7 may 2019 (UTC)
Cekli829, bilirəm, məqalənin adını dəyişdirdiyinə görə. Bu məsələ diqqətdə olarkən sizin bloklamağınız daha da aqressiyanın artmasına səbəb oldu.--Toghrul Rahimli (müzakirə) 09:30, 7 may 2019 (UTC)
Toghrul Rahimli, Erməni dilində Vikipediyada olan Azərbaycan məqaləsində xəritəmizin niyə düzgün verilmədiyini bilirsinizmi? Buna səbəb, HyViki cəmiyyətinin ümumi maraqlarıdır. Lakin təəssüf ki, bizim bəzi istifadəçilərimiz metada yazdıqları ilə vikicəmiyyətimizin ümumi maraqlarına zərbə vururlar. --►Cekli829 09:45, 7 may 2019 (UTC)
Hörmətli Cekli829, gah deyirsiz blok məsələsinə görə, gah da deyirsiz Qondarma Ermən soyqırımına görə. Müzakirədən yayınmağa çalışdığınızın fərqindəyəm. Lakin səbəb bir deyil iki deyil. Lütfən izin verin viki cəmiyyət yekun qərarı versin. Hörmətlə --eldarado 08:33, 7 may 2019 (UTC)
Eldarado, səbəb bir deyil iki deyilsə, heç olmazsa birini deyin. Zəhmət olmazsa, səbəbsiz yerə məni ittiham etməyin. --►Cekli829 09:16, 7 may 2019 (UTC)
Hörmətli Cekli829, siz hələ də özünüzü haqlı göstərməyə çalışırsınız. İstər VP:SNS-də apardığınız yekunlaşdırmalar, istər müəllif hüququ pozuntuları, istərsə də idarəçilik statusundan sui-istifadələriniz bu vəziyyətin yaranmasına səbəb olub. Bunu dəfələrlər istifadəçilər də, idarəçilər də, stürartlar da sizə bildirib. Xahiş edirəm Vikipediyamızın gələcəyi naminə siz öz idarəçiliyinizdən könüllü şəkildə imtina edəsiniz. --Drabdullayev17 (müzakirə) 08:34, 7 may 2019 (UTC)
Drabdullayev17, Sizin mövqeyiniz hər zaman bəllidir. Vikipediyanın gələcəyi üçün isə heç bir təhlükə yoxdur. --►Cekli829 09:20, 7 may 2019 (UTC)
Wertuose burada (Vikipediya:İdarəçi müzakirəsi) çox gözəl təklif buyurub və məncə məsələ sakit yolla həll olunmalıdır. Wertuose-ni tam dəstəkləyirəm. --Azerifactory (müzakirə) 16:28, 7 may 2019 (UTC)
Metada bizim idarəçilərin səslərinin məqbul sayılacağına inanmıram. Çünki əgər bizim idarəçilik statusumuz barədə səsvermə gedirsə bizim əleyhinə olmağımız normaldır. --Turkmen müzakirə 17:40, 7 may 2019 (UTC)
Ay Turkmen, metada hər hansısa səsvermə getmir. Sadəcə qlobal bloklanmış bir istifadəçidinin açdığı müzakirələr bizim bir neçə istifadəçimizin "fəallığı" nəticəsində davam edir. Buna görə də yalnız ümumi maraqlarımızı konkretləşdirib, hərəkət etməliyik. AzVikidə söz-söhbətlərə birdəfəlik son qoymaq üçün isə bir qrup istifadəçinin müddətsiz bloklanması üçün müzakirələrə başlamaq lazımdır. --►Cekli829 18:25, 7 may 2019 (UTC)
METAdakılar boş şeylərdir. AzVikinin problemi AzVikidə həll edilməlidir, Meta da sonda bunu deyəcək. Bunun üçün isə geniş müzakirələrə ehtiyac var. Cekli829un qisasçılıq zəminində kütləvi bloklamaları, qisasçılıq məqsədi ilə səhifələrdə etdiyi vandalizmlər, istifadəçiləri təhqir etməsi, hədə-qorxu gəlməsi Vikipediyanın işinə çox böyük ziyan vurub. O, hətta idarəçi seçkisində belə saxtakarlıq etmişdir. Bunların üzərində dayanmaq istəmirəm, səbəbləri təxminən mənə aydındır, başqalarına da o cümlədən. Bu onun xarakterindən irəli gəlir. Var belə adamlar ki virtual məkanda belə şeylərə meyillidirlər... Başa düşə bilmədiyim şey İpəkçi (qəzet) səhifəsində etdiyi bir dəyişiklikdir. Qəzetin indiki təsisçisinin adını dəyişib, 1933-cü ildəki təsisçisinin adını yazmışdı. Bunu başqası etsəydi, deyərdik yəqin bu sahədə anlayışı yoxdur, bilmir. Amma Youtubedəki bir videodan görünür ki Cekli829 hesabının sahibi qəzet kolleksiyaçısıdır, qəzetlər barədə, o cümlədən onların təsisçiləri barədə geniş məlumatlı bir şəxsdir. Belə olan halda həmin səhifədəki dəyişikliyinin səbəbini heç cürə başa düşmək olmur. Gözləyirəm, bəlkə özü buna aydınlıq gətirər. Çim Çen In (müzakirə) 18:25, 7 may 2019 (UTC)
Aydın Məmmədov, narahat olmayın. Ən qısa müddətdə bu istifadəçi adınız da müddətsiz bloklanacaq. Həmkarım Eldarado blokunuzu açmaqla səhv etmişdir. İndi onun həmin səhvini düzəltmək imkanı var. --►Cekli829 18:41, 7 may 2019 (UTC)
Ay Cekli829 suallardan yayınmaq üçün ən yaxşı çıxış yolu elə budur, bizi ittiham edən şəxs bloklanmış istifadəçidir! Bununla da suallara cavab verməkdən yayınmaq olar. Amma burada bloklanmış istifadəçidən yox, sizdən söhbət gedir, sizə qarşı irəli sürülən ittihamlar yerində qalır. Siz bunlara cavab verməlisiniz, hansı ki o işləri etmişiniz. İndi olmasa da Arbitrajda cavab verəcəksiniz, mütləq, əmin olun. Orada sualardan yayına bilməyəcəksiniz... Beləliklə İpəkçi (qəzet) səhifəsində etdiyiniz dəyişikliyin səbəbini izah etmədiz. Səbəb isə yalnız bu ola bilər, Cekli829 adından bir neçə istifadəçi istifadə edir. Qeyd etdiyim kimi həmin səhvi Tərxan Paşazadə edə bilməzdi, o bu sahə üzrə mütəxəssisdir. Bunu bu sahə üzrə mütəxəssis olmayan şəxs edə bilərdi yalnız. Çim Çen In (müzakirə) 19:53, 7 may 2019 (UTC)
Eldarado, yuxarıdakı, istifadəçi boyununa aldı ki, klondur. Blok edin. Bundan əlavə məni günahkar sayan istifadəçilər hardasız? Gördünüz, klondur.--Azerifactory (müzakirə) 22:18, 7 may 2019 (UTC)
Azerifactory sizdə Azərbaycan dilində deyəsən problem var? "Yuxarıdakı", adını çəkmək istəmədiyiniz istifadəçi dediyinizin əksinə olaraq "boynuna" heç nə almayıb, əvəzində sizə xəbərdarlıq edib, dediyinizi sübut etməyinizi tələb edib, bununla yanaşı hər ikinizin hesabınızdan çoxsaylı istifadə ilə bağlı dəlillər təqdim edib, söhbət sizdən gedir, cavab verə bilmirsinizsə, hər ikinizin hesabınızın ləğv edilməsi ilə bağlı Metaya müraciət olacaq. Bu qədər. Çim Çen In (müzakirə) 22:29, 7 may 2019 (UTC)

Hörmətli Vikicəmiyyət, metada gedən müzakirələri mən də sizin kimi yaxından izləyirəm. Bəziləri bunu mənim günahım kimi görür. Məsələ burasındadır ki, bizim Vikipediyada bəzi idarəçilər özbaşnalıq edir, digəri isə onu qoruyur. Sortilegusun idarəçi müzakirəsi səhifəsində yazdığı "ipini yığan" ifadəsi hansı nəzakət qaydası ilə üst-üstə düşür? Buna qarşı heç bir tədbir görülməyəcək. Bunu siz də bilirsiniz. Həmçinin burdan ona bildirmək istəyirəm ki, Metanın isə ortaya düşən 3-4 provakatorun təklifi ilə azvikinin nəinki bütün idarəçilərinin, heç cəmi bir idarəçisinin belə statusunu almaq hüququ yoxdur. fikri tamamilə səhvdir. 2013-cü ildə çeçen vikipediyasında bir deyil bütün idarəçilərin hüququ əlindən alınıb. İstəsəniz girib baxa bilərsiniz. Belə görürəm bizdə də bu hal baş verəcək. --Drabdullayev17 (müzakirə) 03:26, 8 may 2019 (UTC)


Məsələ burasındadır ki, mən indi bu müzakirələri oxudum. Əvvəla çeçen vikisi ilə bu hadisənin uzaqdan yaxından bir əlaqəsi yoxdur. O hadisə baş verən zaman olan müzakirələri diqqətlə izləmişdim. İkinci olaraq, Sortilegusun bütün fikirlərini ikiəlli dəstəkləyirəm. Burada son illərdə peyda olan bir neçə nəfər istifadəçi Vikipediyanı tamamilə öz inhisarına almaq fikrindədir. Mən hətta bu qrupun hamısının təsbit edilərək, birdəfəlik Vikipediyadan uzaqlaşdırılmasını dəstəkləyirəm. Üstəlik də Vikipediyada lobbiçilik fəaliyyətini sürdürənlərin bu işləri həm bizi məramdan uzaqlaşdırır, həm də ümumi işi pozur. Zənnimcə bir neçə nəfərin Vikipediyadan müddətsiz uzaqlaşdırılması lazımdır. (Eks admin NKOzi)--Eks-istifadəçi (müzakirə) 13:05, 8 may 2019 (UTC) P.S. imzanı təsdiqləyirəm. --NKO zi 13:15, 8 may 2019 (UTC)

Hörmətli Eks-istifadəçi, heç kim demədi ki, çeçen vikisi ilə olan məsələnin bura ilə əlaqəsi var, sadəcə olaraq Sortilegusun yalan məlumat verərək Vikicəmiyyəti aldatdığını deməyə çalışırdım. Həmin idarəçimizin fikirlərini ikiəlli dəstəkləyirsiniz, bəs onun nəzakətsizliyini də dəstəkləyirsinizmi? Elə bir qrup idarəçilər hey deyir istifadəçilər qruplaşıb, onları müddətsiz bloklayaq. Haqlı etirazları, şikayətləri niyə qulaqardı edirsiniz bəs? Bir istifadəçi idarəçiyə qarşı o ifadələri işlətsə əminəm ki, bloklanar amma idarəçi edəndə məqbul sayaq? Elə belə düşüncə tərzi davam etdikcə Vikipediyamızda normal mühit formalaşmayacaq. --Drabdullayev17 (müzakirə) 13:41, 8 may 2019 (UTC)
Mən o qruplaşmanı gözlərimlə görürəm. Burada hansısa qayda pozulmasından əlahiddə danışmıram. Azviki on ildən çoxdu ki, bir xəttlə inkişaf edir. Mən bu xətti dəyişdirməyi məqsədəuyğun hesab etmirəm. Bir məsələni də qeyd etməliyəm ki, yeni admin olan bir çox istifadəçi qaydalardan düz əməlli-başlı xəbəri yoxdur. Bu da bir kənarda dursun. --NKO zi 13:54, 8 may 2019 (UTC)
P.S. Metadakı müzakirələrdə ancaq dörd-beş nəfər kənar istifadəçinin kommenti var. Bu cür müzakirə ilə azvikidə admin statuslarının alınması məncə mümkün deyil. --NKO zi 13:57, 8 may 2019 (UTC)
Hörmətli Eks-istifadəçi, sizə belə bir sual verim. Əgər idarəçi açıq şəkildə Vikiqaydanı pozursa ona qarşı hansı tədbir görülməlidir? Bunun üçün nə etmək lazımdır?--Drabdullayev17 (müzakirə) 14:03, 8 may 2019 (UTC)
Mən hardasa beş altı il əvvəl Yaxşı məqalə stausunu almaq üçün qaydalar yazmışdım, istifadəçilər də onu təsdiqləmişdi. Sonra belə alındı ki, bu qaydaların ziddinə olan səsvermələrlə yaxşı məqalə seçməyə başladılar, mən də baxdım ki, qaydalarla bunu etmək alınmır, ona görə də bir söz demədim. İndi sizin fikrinizə istinadən bildirməliyəm ki, əgər dəqiq mexanizm yoxdursa, (ki, yoxdur) bu deiyiniz müəyyənləşdirmək belə mümkünsüz olacaqdır. --NKO zi 05:51, 10 may 2019 (UTC)
Hörmətli Drabdullayev17. Mən nəyinsə yuxarıdan dəyişdiriləcəyinə əsla inanmıram. Ta o vaxta kimi ki, biz özümüz özümüzü dəyişəcəyik, Vikicəmiyyətimiz dəyişəcək. O Vikipediyada ki idarəçilər özlərinə qarşı irəli sürülən ən ağır ittihamları təkzib etməyə çalışmırlar, Vikicəmiyyət isə buna normal hal kimi yanaşır, hesab edirəm ki orada dayanmağın yoxdur. İstifadəçilər ancaq öz hüquqlarının pozulması zamanı mübarizəyə başlayırlar ki, bu da onların mübarizəsini səmərəsiz edir, çünki bu halda onlar tərəfli hesab edilirlər, sonda nəticə hasil olmur. Sizə uğurlar, mən isə burada qalmağı vaxt itkisi hesab edirəm. Ümid edirəm ki nə vaxtsa Vikicəmiyyət dəyişəcək, bu işdə sizin və sizin kimilərin etdiyiniz marifləndirmələr hesabına, istifadəçilər ümumi maraqlara xidmət etməyə çalışacaqlar, çoxları qayıdacaqlar, o cümlədən mən də. Hörmətlə, Çim Çen In (müzakirə) 13:42, 8 may 2019 (UTC)
Üzr istəyirəm, mənim bir neçə sualım olacaq. NKOziEks-istifadəçi eyni şəxsdirmi? Nə üçün Eks-istifadəçi redaktəsinin sonunda (Eks admin NKOzi) yazıb? NKOzi ilə Cekli829 eyni ip-ni işlədir? Əgər elədirsə bu mövzuya müdaxiləsi nə dərəcədə doğrudur? və son sualım, nə üçün hörmətli NKOzi, 5il fəaliyyətsizlikdən sonra azvikiyə qayıdaraq sırf bu mövzuya fikir bildirirsiz? --eldarado 21:47, 8 may 2019 (UTC)
Eks-istifadəçi mənəm. Diqqətlə baxsan, mənim burada beş il fəaliyyətsizliyim olmayıb. Ba.qa sualın? --NKO zi 05:20, 10 may 2019 (UTC)
Məsələ çox ciddidir. Metada Azərbaycan Vikipediyasını az qala Mənim Mübarizəm kimi təqdim etməyə çalışırlar. Hərçənd məsələni çox asanlıqla həll etmək olardı. Bunun üçün Azərbaycan Vikipediyasındakı prosedurlar inkişaf etdirilməli, tənzimləmələrin sayı artırılmalıdır. Belə olduqda qaydalardakı boşluqlar aradan qalxacaq, qaydaları heç kim istədiyi tərzdə interpret (azərbaycanca bu sözün ekvivalentini tapa bilmədim) edə bilməyəcək. Şəxsən mənim özüm də qaydalardakı boşluqlardan dolayı problemlə üzləşmişəm. Hər şey qaydalarla tam və dəqiq tənzimlənsə məsələ heç vaxt bu cür ciddi vəziyyət almazdı.--Thunder Storm (müzakirə) 23:45, 8 may 2019 (UTC)
Bəzi, bəzi, bəzi... Kimdi bu bəzilər ? Adı, famili yoxdur bu rəhmətliyin nəvəsinin ? --Baskervill (müzakirə) 03:02, 9 may 2019 (UTC)

Hörmətli müzakirə iştirakçıları, yuxarıda qeyd edilib ki, "Meta-Viki" Azərbaycanla bağlı müzakirlərin səbəbkarı Cekli829 kimi göstərilib. Bu bəlkə də belədir. Keçmişdə xatırladığım qədəriylə onun vikipediyadakı administrativ fəaliyyətini mən də tənqid etmişəm. Hətta bu tənqidimi başqa platformaya da daşıyarkən onunla şəxsi tanışlığım meydana gəlib. Hərçənd real tanışlıqda müsbət təəsürat oyatsa da, keçmişdən onun fəaliyyətinin məndə mənfi təəsürat, xatirələr qoyduğunu gizlətmirəm. Ayrıca qeyd edim ki, o heç vaxt mənim hesabımı da bloklamayıb.

Lakin, bu müzakirələrə əlavə etmək istəyirəm ki, bir tək ona görəmi belə olub. Mən, 2-3 ildir ki, az-wikidə yaşanan problemi az-wikid' həll edə bilmiriksə, dərdimizi hara deyə biləcəyimizi burada bir beçə dəfə soruşmuşam, hətta e-maillə də yazmışam. Lakin mənə verilən cavablarda ən üst instansiyanın elə az-wiki administrasiya olduğu deyilərək mənə səhv məlumat verilib. Bir növ daha üst instansiyaları burada yaşadığım problemdən xəbərdar etmək imkanlarım süni şəkildə məhdudlaşdırılıb. Sadəcə təsadüf nəticəsində öyrəndim ki, belə bir vəziyyət yaranıb. Mənim vikipediyadakı fəaliyyətimə əngəl törətməkdən xüsusi həzz aldığını düşündüyüm Nicat49 adlı idarəçi də həmin administrativ hüquqlardan məhrum edilməlidir. Bəlkə o da, real həyatda xoş insan təəsüratı yarada bilər. Lakin real həyatda insanlar öz ibtidai duyğularını basdırmaqla süni davaranaq cəmiyyətdə adekvat şəxs kimi də görünə bilər. Amma mövzu kiminsə realda necə olması deyil. Problem bir idarəçinin vikipediyada özünü necə aparması məsələsidir. Mənim illərdir soruşduğum - idarəçi ilə aramda bir problem yaşanırsa, həmin idarəçi mənim hesabımı bağlamaq hüququna sahib olmamalıdır - iddiam görünür Meta-Vikidə haqlı arqument kimi qəbul ediləcək. Çünki bənzər sualı orda da soruşublar. Ona görə də Nicat49-un hesabima tətbiq etdiyi bloklamalar daim şübhəli olacaqdır. Ümid edirəm, heç bir admin "admin həmrəyliyinə" getməyərək, Nicat49 adlı istifadəçini həmin səlahiyyətlərdən könüllü imtina etməyə, əgər razı olmazsa, onun da fəaliyyətinin nəzarətə götürülməsinə, fəaliyyəti daha üst səviyyədə olan tərəfsiz administratorlar tərəfindən araşdırılmasına və araşdırmanın yekununa qədər idarəçi statusundan məhrum edilməsinə dair qərardan yana olarlar. Onun fəaliyyətinin də həmin müzakirələrdə diqqətə alınacağını ümid edirəm.HulaguKaan (müzakirə) 23:17, 10 may 2019 (UTC)

HulaguKaan qərarlar sizin nə düşünüb, nə düşünmədiyinizdən asılı olaraq verilmir. Mövzu kiminsə realda necə olması deyilsə niyə özünüz bu barədə yazırsız ? Mənim real həyatda da, viki istifadəçisi kimi də necə birisi olduğum hamıya bəllidir. Siz 8 illik fəaliyyətiniz zamanı cəmi 2 dəfə bloklanmısınız və hər ikisində də blokunuzun müddəti vaxtından əvvəl açılıb. Bundan əlavə bloklanmadan əvvəl sizə xəbərdarlıq da edilib. Əgər siz idarəçini təhqir və təhdid edəcəksizsə, redaktə müharibəsi aparacaqsızsa, məqalənin adını heç bir mənbə sübut olmadan müzakirəsiz dəyişəcəksizsə və vikipediyadanın normal işini pozacaqsızsa, əlbəttə ki, qaydalara uyğun olaraq bloklanacaqsız. İdarəçi ilə aramda bir problem yaşanırsa, həmin idarəçi mənim hesabımı bağlamaq hüququna sahib olmamalıdır iddianız bizim vikidə harda yazılıb və mən buna riayət etməmişəm ? Vikipediyada bloklama və s kimi qaydalar əksər hallarda bütün dillərdə eyni olur. Ona görə sizi özünüzdən "Mən vikipediyada idarəçiylə kobud danışsam da, təhqirə etsəm də, o məni bloklaya bilməz, bunu başqa idarəçi etməlidir" kimi yeni qaydalar kəşf etməməyə çağırıram. Metada rəsmən yalanlar yazırsız ünvanıma. Yazırsınız ki, arqumentlərini müdafiə etmək əvəzinə sadəcə məni blok edib. Ağ yalan ! Məsələ bir neçə gün müzakirə olunub və müvafiq mənbə və istinadlar göstərilib. Məsələ hətta kənd meydanına çıxarılıb və digər istifadəçilər tərəfindən fikirlər bildirilib. Və yekunda mənim haqqlı olduğum ortaya çıxıb və bürokrat tərəfindən müzakirə yekunlaşdırılıb. Fikrinizi heç bir idarəçi və istifadəçi müdafiə etmədikdən sonra, məni təhqir və təhdid etmisiz. Bloklanmanızın səbəbi məhs budur. Bilin ki, metada məlumatsız insanlara yalanlar yazmaq sizi yekunda haqqlı çıxarmayacaq. Daha bir absurd ittihamınız isə mənim sizi guya izləməyim və hər redaktəninizi check edib, bəyənmədikdə guya dəyişməyimdir. Bu elə mənim idarəçi kimi borcumdur da. Mən tək sizin yox, gündə 1000+ son dəyişikliyə baxıram və uyğun dəyişikliklər edirəm. Konkret harda nə zaman haqqız redaktə etmişəm ?! Konkret fakt göstərin. Sizin fəailiyyətiniz qisas almaqdan başqa bir şey deyil. 8 ildir vikidəyəm, bilmək olar niyə sizdən başqa kiminləsə problemim olmayıb ?.--Nicat49   müzakirə 00:35, 11 may 2019 (UTC)

Sizə daha əvvəl də dediyim kimi, bunların hamısını zaman göstərəcək. "Təhqir", "təhdid" kimi adlandırdığınız şeylərin istinad nöqtəsi yoxdur. Yəni mənim ifadələrimin "təhdid", "təhqir" olduğunu sübut edəsi bir qaynaq olmalıdır. Bunlar isə Az-Vikidə standartlaşdırılmayıb. Hətta hesabın bloklanma müddəti belə tamamiylə bloklayanın kefinə buraxılıb. Belə bir durumda sizin qərarların ədalətli olması şübhəlidir. Sizin məni hansısa "yeni qaydalar kəşfetmə" cəhdimdən narahatçılığınız heç başa düşülən deyil? Niyə belə bir qaydanın olması sizi narahat etsin ki? Hərçənd həmin fikirlərlərə bir mən yox, istənilən məntiqli insan gələ bilər, necə ki, elə Meta səhifəsindəki yoldaş da gəlib və haqlı olaraq soruşur ki, niyə özünlə olan bir mübahisədə blok funksiyasını öz lehində istifadə edirsən? Nicat49, sizinlə mübahisə aparmağın mənasız olduğunu düşünürəm, çünki düşünürəm ki, siz bu sivil diskussiya aparmaq iqtidarında bir şəxs deyilsiniz. Düşüncələrimi dəyişdirmək üçün heç bir addım atmırsınız. Çünki sizin vecinizə deyil. Daha əvvəl də dediyim kimi siz öz eqonuzu ancaq belə tətmin edirsiniz. Sizin kimi idarəçilərin səlahiyyətlərinin alınması üçün Metada fəaliyyətlərinizi ifşa etməyə davam edəcəm, ümid edirəm ki, tez zamanda idarəçi statusundan məhrum ediləcəksiniz.

Yalançılığı isə sübutunuz olmadığı halda məni "təhqir" və "təhdid"də ittiham edərək siz davam etdirirsiniz. HulaguKaan (müzakirə) 11:03, 11 may 2019 (UTC)

Sizin metada yazdığınız yalanları yuxarıda qeyd etmişəm, ona dair heç nə yaza bilmədiz burda, çünki yazılası bir şey yoxdu, hər şeyi açıq-aydın yazmışam bir-bir. "Təhqir", "təhdid" adlandırdığınız şeylərin istinad nöqtəsi vikipediya üzvlərinin seçdiyi idarəçilərdi. Məhs onlar Bloklama qaydalarına uyğun olaraq qərarlar vermək iqtidarındadılar. Blokun müddəti İdarəçilərin fəaliyyətində də qeyd olunduğu kimi - istifadəçi idarəçinin təyin etdiyi müddətə bloklana bilər. Qaydalar bu cürdü, əgər qaydalar sizin zövqünüzə görə deyilsə burda mənim edə biləcəyim heç nə yoxdur. Əmin olun ki, mən narahat falan deyiləm. Görünür siz metanı "revanş" almaq üçün məkan hesab edirsiz və düşünürsüz ki, orada yalanlar yazmaqla idarəçidən qisasınızı alacaqsız. Meta və azviki fəaliyyətini sizin kimi qisas almaq üzərində quran çox istifadəçi görüb və artıq öyrəncəlidi. Mənə "siz sivil diskussiya aparmaq iqtidarında bir şəxs deyilsiniz" yazırsınız, sanki, sivil müzakirə zamanı idarəçinin ünvanına - imkan varkən, bas getsin edirsiniz / burda belə yazırsız, da cəhənnəmə yazın kimi cümlələr işlədən siz deyilsiz. Nəbilim vallah, sadəcə absurd. Deyirsiniz ki, düşüncələrimi dəyişdirmək üçün heç bir addım atmırsınız. Siz təhqir və kobudluğa görə bloklansanız da, hər iki dəfə blokunuz vaxtınızıdan əvvəl açılıb. Bu siz daha konstruktiv fəaliyyət göstərəsiniz deyə edilib. Day ona görə yox ki, metada qisas maraqlarıyla yalanlar yazasız. Qısası yuxarıda sizdən konkret faktlar göstərməyinizi bildirmişəm, ancaq heç bir faktınız falan yoxdu, elə havadan yalanlar yazmağı bacarırsız.--Nicat49   müzakirə 14:05, 11 may 2019 (UTC)

Nicat49, mən sizə "'siz sivil diskussiya aparmaq iqtidarında bir şəxs deyilsiniz" deyə ittiham yönəltmirəm. Belə olduğunuzu şəxsi olaraq öz özlüyümdə düşünürəm. Sizin "təhdid", "təhqir" deyə mənə böhtan atmağınız, yalançılığınızın ən bariz sübutudur. İsrarla etmədiyim bir əmələ mənə yönəldirsiniz. Hardadır axı təhdid. 'realda edərdim" sözü konteksdən kənar istifadə edərək, necə də yalan dolanla mənə böhtan atırsınız. Əgər dediyiniz kimi realda da, virtualda da belə insansınızsa, vay digər insanların halına, çünki bu cür xarakterlə çox təhlükəli insansınız qənaəti yaranır məndə. Olmayan yerdən, qaşıyıb qan çıxardıb, hay-şüvənlə də özünüzü haqlı çıxarmağa çalışırsınız. Sözlərinizdən belə anlaşılır yəni. Bu mənəda mənə ünvanladığınız "yalançı" iddianızı, özünüzə geri qaytarıram.

Diskussiya o vaxt olardı ki, siz diskussiyadan o vaxt haqlı çıxardınız ki, məsələ axıra qədər davam edərdi və elmi-qaynaqlarla iddialarınızı dəstəkləyərdiniz. O zaman mən susmaq məcburiyyətində qalardım, taa ki əks elmi faktları qarşınıza qoyana qədər. Lakin siz, sadəcə olaraq blokdan istifadə edirsiniz. Təəssüf ki, iki tərəf arasında yaşanan konfliktə tərəflərdən biri ona verilmiş səlahiyyəti öz lehinə istifaə edə bilməzKursiv mətn - kimi bəsit bir tezisə bələd deyilsiniz - deyə düşünürəm. Ümid edirəm, qabaqcıl və dünyəvi düşüncələrlə qısa zamanda tanış olarsınız ki, mühakimə edərkən ədalətin necə təmin ediləcəyinə dair daha geniş fikirləriniz olar. Yoxsa, əldən çıxanda bloklamazsınız istifadəçiləri. Nə vaxta qədər digər adminlərin xahişi, minnəti ilə sizin kefinizə görə verdiyiniz blok müddətləri azaldılacaq? O necə ədalətdir ki, siz kefiniz istədiyiniz müddətə istifadəçiyə blok qoya bilərsiniz? ümumiyyətlə, sizə qarşı eynisi olsa, xoşunuza gələrmi? Mən sizin ədalət anlayışınızın inkişaf etmədiyini düşündüyümdən, mümkün olan üsullardan maksimum yararlanaraq, sizin haqqınızda xarici administratorlarda fikir formalaşdıracağam ki, bu xaotik vəziyyət aradan qaldırılsın. Bu qisasçılıqdan deyil, tamamiylə sizin layiq olmadığınız səlahiyyətlərə malik olduğunuzu düşündüyümdəndir. HulaguKaan (müzakirə) 18:20, 11 may 2019 (UTC)

Yuxarıda o boyda fikir bildirmişəm, yenə öz dediyinizi deyirsiz. Metada yazdığınız böhtanları faktlarla sübut edə bilmirsinizsə hər şey aydındır. Sizin nəyə görə bloklanmağınızın səbəbini və s hamısını yazmışam. Amma yenə gəlib burda - Lakin siz, sadəcə olaraq blokdan istifadə edirsiniz yazırsınız. Bilin ki, vikipediyada konkret qaydalar var və siz o qaydaları pozursunuzsa bu sizin bloklanmağınıza gətirib çıxaracaq. Sizin istədiyiniz sadəcə odur ki, qeyd etdiyim qayda pozuntularını etsəniz belə sizə heç kim heç nə deməsin. Sizə yuxarıda sonu sual ilə bitən cümlələr yazmışam, heç birinə tutarlı cavab verə bilmirsiz. Yazdığım faktları isə bilərəkdən və ya bilməyərəkdən görməzlikdən gəlirsiz. Ancaq əsas odur ki, vikicəmiyyət hər şeyi görür. Mövzuya dəxlisi olmayan fikirlənizə münasibət bildirməyəcəm. Onu da qeyd edim ki, elə bu yazdıqlarınızda yenidən qaydaları pozursuz "Hay-şüvənlə də özünüzü haqlı çıxarmağa çalışırsınız", "bəsit bir tezisə bələd deyilsiniz", "qabaqcıl və dünyəvi düşüncələrlə qısa zamanda tanış olarsınız" bloklanma səbəblərinin kobudluq bəndinə, "sizin haqqınızda xarici administratorlarda fikir formalaşdıracağam ki, bu xaotik vəziyyət aradan qaldırılsın" isə təhdid bəndinə uyğun gəlir. Ən dəhşətlisi isə odur ki, bütün bunlardan sonra siz məni haqqsız bloklamalarda və sivil diskussiya aparmamaqda ittiham edirsiz.--Nicat49   müzakirə 19:58, 11 may 2019 (UTC)

Nicat49, sizin fikirləriniz sizin üçün bağlayıcıdır. Mənim üçün bağlayıcı deyil. Həmçinin əksi. Az-Vikidə Konkret qaydalar yoxdur.

İfadələrimin təhdid bəndinə uyğun gəldiyinə dair sübut varmı? Yoxsa, bu sizin şərhinizdir? Bəlkə siz elə başa düşürsünüz, və ya elə başa düşmək istəyirsiniz?

Məsələn mən də hal-hazırda, sizin mənim ifadələrimi kontekstdən çıxardıb təhdid bəndinə uyğun gördüyünüzü təhdid kimi başa düşürəm. Çünki siz daha əvvəl eyni cür deyib daha sonra da mənim hesabımı bloklamısınız. Göründüyü kimi siz məsələni yenə eyni yola sürükləyirsiniz ki, özünüz üçün bloklama əsası yaradasınız. Mümkündürsə, təhdid olaraq qəbul edilmiş Az-viki standartlarını əlavə edin. Mən o qaydalarda konkretlik görməmişəm. Bəlkə səhv yeri oxumuşam. Konkret təhdid bəndinin tərkibində mənim ifadələrimin birə-bir uyğunluğunu sübut edə bilərsiniz?

Eyni şəkildə sizin mənə qarşı istifadə etdiyiniz "yalançı", "böhtan", "sübut edə bilmirsinizsə" (məni bacarıqsızlıqda ittiham edirsiniz) kimi ifadələriniz kobudluğunuza nümunələrdir. Xahiş edirəm, öz ifadələrinizə də nəzər yetirin.

Sizin məni bloklama təhdidinizi nəzərə alaraq sizinlə burada əlavə yazışmağı dayandırmağı uyğun görürəm. Gözlədiyim kimi siz yenə fürsət axtarırsınız ki, hesabımı bloklayasınız. Bu son təhdidinizi də yenə VikiMedianın üst cəmiyyətinə çatdırmaq lazımdır. HulaguKaan (müzakirə) 21:51, 11 may 2019 (UTC)

Hamı hər şeyi görür. Metada ünvanıma yazdığınız ittihamların heç birini burada sübut edə bilmirsiz. Deyirsiniz filan şey edib, deyirəm göstərin faktı heçnə göstərə bilmirsiz. Mən yuxarıda faktları göstərmişəm, izah olunası məsələləri isə izah etmişəm. Sizin məqsadinizin nə olduğu hamıya bəllidi. Elə bir az bundan qabaq metada yazmısınız ki, guya siz Azərbaycanda yaşayan ermənilər haqqında məqalələr yaratdırdıqda mən sizə mane olmuşam və nəyisə silmişəm. Növbəti ağ yalan ! Harda nə vaxt etmişəm ? Ağlınıza gələn yalanları yazırsız.--Nicat49   müzakirə 00:19, 12 may 2019 (UTC)
Hörmətli HulaguKaan, nə üçün kiçik məsələni global bir problemə çevirirsiz? Bunun səbəbini öyrənə bilərəm? Ortada iki kiçik müddətli blok var və hər ikisi də müzakirə əsnasında kobud ifadələr işlədərək nəzakət qaydalarını pozduğunuz üçün edilib. Hal hazırda isə blokunuz yoxdu və fəaliyyətinizə davam etmək üçün də heç bir sorun yoxdur. Sizin narahat edən məsələ nədir? Bunu öyrənsəm sizə yardım edə bilərəm bəlkə. Hörmətlə --eldarado 18:58, 12 may 2019 (UTC)
Hörmətli Eldarado, məni narahat edən ümumiyyətlə Vikipediyada "mənbəçilik" adıyla bəzən həqiqət güdaza verilir. Bunu illər əvvəl Mario Barqas Yosa məqaləsində yaşamışdım. Orada da "mənbə, mənbə" deyərək məsələni çıxmaza salmışdılar. Bəzi şeylərin mənbəsini Azərbaycan dilində göstərmək mümkün deyil, çünki yoxdur! Hətta var olan mənbələr belə, bu gün üçün artıq şübhəlidir. Bunlar Vikipediyanı aşan şeylərdir, akademik səviyyədə müzakirəsi aparılmalıdır. Bu reallıq qarşısında, burada bəzən fikirlər toqquşur. Məncə qəbul edərsiniz ki, istənilən mövzunu axtarışa verərkən, Vikipediya ilk səhifədə ən yuxarılarda çıxır çox vaxt. Bu da bir çox şəxs üçün, insani səbəblərdən - asana qaçmaq vs - üçün ən əl çatan qaynağa çevrilir. Nəticədə, Vikipediyada edilən, təkrarlanan hansısa səhv həmin səhvin yaşamasına, yayılmasına katalizatorluq edir. Səhvin düzəldilməsini təklif edəndə isə, mənbə baxımından israrçı olan istifadəçiyə, idarəçiyə həmin mənbənin səhv olduğunu izah etmək müşkülə çevrilir. Çünki qəsdən, və ya yox, mənbənin səhihliyi varmış kimi davranılır. Heç bir mənbə səhvdən sığortalanmayıq. Hətta bir mənbədə olası orfoqrafik səhv belə həmin mənbəbazlıq və mövzuya hakim olmamaq ucbatından israrla müdafiə edilə bilər. Məsələn, xırda bir ad misalıyla (Nicat49 ilə bir neçə il əvvəl yaşanan ilk blok hadisəsi), sırf mənbəçilik israrına görə Katalan bir idmançının adı elə qalıb indiki formasında. Və ya təsəvvür edin, ölkədə bir qrup insan Porsche üçün "Porş" deyildiyini zənn edir, jurnalistlər elə yazır, hansısa tutaq ki, adam elmi araşdırmasında Porş yazır vs vs...amma Azərbaycan dilinin qaydaların görə "Porşe" yazılmalıdır axı, lakin indiyə qədər heç kəs bu şəkildə yazmadığı üçün qalır belə...mən mənbə göstərəmmirəm, qarşı tərəf isə quqllayır və tonla link atır qabağıma, və onların səhv olma ehtimalını 0 sayır. Digər problem - Həmşivəng - Qaramurad məsələsi...Nicat49 deyir ki, Dini Qurumların saytında var. Arxiv link göstərir. Əslində daha silinib o məlumat. Yəqin özləri də səhvliyin fərqindədirlər. Lakin, mənbəçilik səbəbindən, Dini Qurumların saytının mötəbər qaynaq sayılması anlayışından və oranın səhv etmə ehtimalının olmadığına dair inanca görə mən oluram təqsirkar, özyanından ad uyduran. Dini Qurumların rəsmi işçisindən başqa kanallarla soruşuram ki, bu nə məsələdir, o mövzuda məlumatın artıq saytdan götürülüdüyünü deyir. Həmşivəng adı ortalıqda uçuşur. Strabon filan qaynaq göstərilir. Haqlı olaraq soruşuram axı Strabon kordinatlar verməyib, haradan bilirsiz bunun adı budur. Biri elə bir ad atıb, gedir..Şəxsi araşdırmalarımızı qaynaq kimi göstərə bilmirik. Azərbaycanda onsuz da bu məsələlər hələ də araşdırılmayıb, öz dilimizdə məqalə sayı kasaddır, ildə guya neçə elmi məqalə çıxır ki..nəysə...bütün bunların fonunda, məsələ gəlib o həddə çatır ki, hər iki tərəf öz dediyində israr edir. Sonra yazılan sözlər kontekstdən çıxarılır. Artıq yazılan hər söz əleyhdə istifadə edilməyə başlanır. Əslində heç bir təhdid filan olmadığı halda, israrla təhdidmiş kimi təqdim edilir, təhqir anlayışının, kobudluq anlayışının Az-Vikidə konkretləşdirilmədiyi halda, qarşı tərəfin öz interpretasiyası ilə, öz anlama tərzi ilə, öz emosiyaları ilə dəyərləndirilir və bunların üstünə əlavə olaraq da öz administrativ səlahiyyətindən özünün daxil olduğu konfliktdə istifadə edilir. Həqiqətən əgər 3-cü tərəf, başqa administrator məsələ münasibət bildirsə, hər-halda daha sərin olar hər şey. Necə ki, illər əvvəl Mario Barqas Yosa məsələsində elə olub. Orada heç-kəs bloklanmayıb. İndi isə bizim yeni müzakirəmizdə belə, dediyim sözlər əleyhimdə istifadə edilməyə çalışılır və başa düşürəm ki, növbəti addımı bloklanma olacaq. Bu vəziyyətdə məncə haq arayışını təəssüf ki, xarici administratorlardan istəməli oluram. Həqiqətən düşünürəm ki, Nicat49 mənə qarşı ədalətsiz davranıb. Kefinə görə 1 ay, sonra minnətlə, xahişlə 10-15 gün azaltmalar, bu belə olmamalıdır. Hətta daha sonra mənim yaratdığım bütün məqalələrə girib bir bir qaralama, mənbəsizlik, vs etiketi vurmaq zəhmətini də çəkib. Buna görə sağolsun, həmin qaynaqları əlavə edib məqalələri daha sanballı hala gətirmiş oldum. Amma bu əməllərini o sırf mənim hesabımı xüsusiylə izləmək üçün edib, deyə düşünürəm. Yoxsa, başqa adminmi yoxdur, başqa vaxtmı yox idi? HulaguKaan (müzakirə) 20:17, 12 may 2019 (UTC)
Hörmətli HulaguKaan, məsələni səbirlə izah etdiyiniz üçün sizə təşəkkür edirəm. İlk olaraq yanlış adlandırmalarla bağlı sizə bunu deyə bilərəm ki, vikipediya heç bir yerdə mənbə olaraq göstərilməməlidir. Vikipediyadakı məlumatlar müxtəlif mənbələrə istinadən yazılır. Bu vikipediyanın ən önəmli prinsiplərindən biridir. Yəni Google edərkən qarşısına çıxan vikipediyadakı yanlış məlumat və ya yanlış adlandırılma vikipediyanın yanlışı yox, həmin məlumatın istinad olunduğu mənbənin yanlışıdır. Anlıyacağınız biz könüllülərin burda günahı yoxdur. Blok məsələsinə gəldikdə isə hardasa sizə haqq qazandırmaq olar 3-cü tərəf söhbətində, lakin açıq şəkildə kobudluq edilibsə buna ehtiyac yoxdur zənnimcə. Azvikidə dəfələrlə belə hal olub ki, bir istifadəçi bloklanıb lakin digər idarəçilər bloka səbəb olmadığını əsas gətirərək blok qaldırılıb. Sizin məsələyə kimsə yanaşmayıbsa demək ki, hər kəs blokun haqlı olduğunu düşünüb. Nicat bəyin isə dediyiniz kimi fəaliyyətinə rast gəlməmişəm və inanmıram ki elə bir prinsipi olar. Misal üçün bəzən mən də yeni məqalələr yoxlayarkən mənbəsiz, vikiləşdirilməyə ehtiyac olan, qaralama tipli və s. məqalələr gördükdə şablon əlavə etdikdən sonra onu yaradan istifadəçinin son yaratdığı bütün məqalələri gözdən keçirirəm və müvafiq şablonları yerləşdirirəm. Bu əslində qərəzli addım deyil, əksinə məlumatlandırıcı şablonlardır və siz düzəltməsəz də gələcəkdə o şablonları görüb kimsə məqaləni yararlı hala salacaqdır mütləq. Anlıyacağınız haqlı olaraq o şablonlar yerləşdirilibsə demək ki sorun yoxdur. Hörmətlə --eldarado 20:47, 12 may 2019 (UTC)

HulaguKaan sizin yazdığınız məqamların hamısına vaxtında cavab verilib və hər şey aydınlaşdırılıb. Amma olsun, vikicəmiyyətdə yanlış anlaşma yaranmasın deyə mən yenə də hamısına aydınlıq gətirərəm. 1) Siz iddia etmişdiz ki, Xosep Qvardiola məqaləsinin adını dəyişib Cuzep Quardiola etməliyik, lakin heç bir dənə də olsun müvafiq mənbə qeyd etməmişdiz, sadəcə deyirdiz ki, belə olmalıdı, bu daha düzgündür və s. Mən müzakirə zamanı bütün idarəçiləri tag etmişdim və fikirlərini bildirmələrini istəmişdim. Və yekunda idarəçilərdən biri (Wertuose) məsələyə öz münasibətini bildirmişdi və haqqlı olaraq qeyd etmişdi ki — Vikipediyada məqalə adları heç də həmişə dil normalarına uyğun yox, bəzi hallarda ümumqəbulolunmuş, yazılı mənbələrdə oturuşmuş formaya uyğun yazılır. Lakin siz heç nəyi qəbul etməyərək öz fikrinizdə qalmışdız. Yaxşı deyək orda biz şəxsi qərəz aparmışıq, bəs axı siz özünüz bir neçə müddət bundan öncə envikidə də bunun şahidi olduz. Siz orada Zeinab Mamedyarova məqaləsinin adını dəyişib Zeynab Mammadyarova etmişdiz, ancaq gördüz yuxarıda qeyd etdiyim səbəb əsas gətirilərək elə səhərsi gün məqalənin adı əvvəlki varianta qaytarıldı. Axı orda nə mən varam, nə də sizin iddia elədiyiniz kimi gizli idarəçi həmrəyliyi və s. 2) Heç bir müzakirə aparmadan, bir dənə də olsun mənbə göstərmədən Həmşivəng məbədinin adını dəyişib Böyük Qaramurad Vəngi etmişdiz. Axı mən sizin müzakirə səhifənizdə bir tək Dini Qurumların saytına keçid yox, yüzlərlə başqa mənbələrə baxmağınızı da rica etmişdim. Siz məbədin adının Böyük Qaramurad Vəngi olmasını isə belə əsaslandırmışdız — "məbədi tədqiq edərkən, onun heç də iddia edildiyi kimi "Həmşivəng" olmadığını müəyyənləşdirdim." və ya "sırf məbəd o kənddə yerləşir deyə, düşündüm ki, bu cür şərti adlandırma daha az səhv olar". İndi mən nə etməliydim ? Vikipediyanın təməli olan mənbələrə inanmalıydım ya sizin mülahizələrinizə. 3) Deyirsiniz ki, Nicat49 kefinə görə məni 1 aylıq bloklayıb. Bəlkə kefinə görə yox, onu təhqir etdiyinizə görə ? Siz birinci dəfə təhqirə görə 1 həftəlik, ikinci dəfə yenidən təhqir etdiyinizə görə isə 1 aylıq bloklanmısız. Və hər ikisində blokunuzun müddəti vaxtından əvvəl açılıb. İdarəçi sizinlə səbrlə müzakirə apardığı halda, siz onun ünvanına aşağılayıcı, təhqir edici sözlər yazacaqsızsa əlbəttə ki, qaydalara uyğun bloklanacaqsız. Siz nə istəyirdiz ? Könüllü olaraq vaxtlarını, enerjilərini bura sərf edən idarəçilərə istədiyinizi yazacaqsız və buna görə heç nə olmayacaq ?. 4) Deyirsiniz ki, məqalələrimə qaralama, mənbəsizlik və s şablonları yerləşdirib. Nəbilim vallah, heç bilmirəm nə yazım. Bilin ki, mən 100-lərlə məqalələrə həmin şablonları yerləşdirirəm. Yanlışmı yerləşdirmişəm ??? Qaralama vəziyyətində olan məqaləni siz yaratmısız deyə ora müvafiq şablonu qoya bilmərəmmi ? Bəlkə idarəçilərə qadağa da qoyasız ? META-da ünvanıma ağlınıza gələn yalanları yazırsız. Deyirəm ordakı ittihamlarınızı göstərin burda. Harda etmişəm, nə vaxt etmişəm, hansı qaydanı pozmuşam ? Heçnə yaza bilmirsiz. Sizin elə bu hərəkətiniz bloklanmanın - əsassız ittihamlar bəndinə uyğun gəlir. Nəsə, HulaguKaan qərara gəldim ki, bundan sonra daha sizinlə maksimum az səviyyədə ünsiyyətə girim, çünki sizə nə faktlar göstərsəm də, nələri sübut etsəmdə elə yenə öz yanlış fikrinizdə qalırsız, nəticədə mənim boşa vaxtım və sinirim gedir. Eldarado sizə isə məsələyə həm burda, həm də metada düzgün münasibət bildirdiyiniz üçün minnətdaram. Hörmətlə--Nicat49   müzakirə 00:05, 13 may 2019 (UTC)

Vallah, gülməlidi o metadakı müzakirələr də. Bir neçə istifadəçi erməni məsələsini-filan ortaya atıb planlı şəkildə azvikiyə qarşı iş görürlər. Bir də var bizim burdan "incik düşənlər". Kim burdan bloklanır gedir orda səs verir ki, azvikinin bütün idarəçilərinin statusu alınsın :) Odey ha Nkozini blokladınız, o da getdi bütün idarəçilərin statusunun alınmasına səs verdi :) Məncə, hamı başını aşağı salıb 1-2 məqalə yaratsa, 1-2 məqalə redaktə etsə, idarəçilər texniki işlərlə məşğul olsalar daha yaxşı olar. Başınızı boş-boş müzakirələrlə qatmayın, enerjinizi də belə boş yerə xərcləməyin. Hörmətlə:--Sortilegus (müzakirə) 08:33, 13 may 2019 (UTC)
Yazacaqlarım idarəçiyə yaraşmasa da yazmaya bilmirəm. Biz millət olaraq bir-birimizin ayağından dartanıq. Mən çəkilmişdim bir qırağa, digər idarəçilər də bir qırağa Cekli də əlini qoyub daşın altına bloklayan kimi oldu pis adam. Hətta mənim də 1 il əvvəlki bloklarımı da qabardıb məsələni elə şişirtdilər ki, elə bil azvikidə dünya müharibəsidi. Halbuki, bura sakitləşib, orada aləm dəyib bir-birinə. Biabır oluruq 2-3 istifadəçinin ucbatından. Belə görünür ki, azvikidə köklü dəyişikliklər olacaq. Əgər META buraya müdaxilə edib özləri dediyi kimi desysop etsə onların da tərəfsizliyi şübhə altında qalacaq. Biz köhnələr olaraq əlimizdən gələn etdik, bəlkə də edə bilmədik. --Vüsal Ağayev (müzakirə) 11:15, 13 may 2019 (UTC)
META bura daxil etsə və hər şeyi yerlə yeksan etsə, bu məsələni qabardan istifadəçilərin günahı olacaq.--Azerifactory (müzakirə) 23:00, 13 may 2019 (UTC)

Bu adminlik nə yaman şey imiş. Admin səlahiyyətlərindən məhrum olsanız nə olacaq? dünya dağılacaq? Yoxsa özünüzdən başqasını layiq bilmirsiniz buna? Yaman narahat edib adminlər elə bil bu toplu olaraq səlahiyyətlərin geri alınması ehtimalı. Niyə əcəba? Bu qədər bütünləşmisiniz bu səlahiyətlərlə? Admin olmazsanız, küsüb gedəcəksiniz vikipediyadan? Neçə minlik KÖNÜLLÜ redaktelərinizə görə yoxsa, əldən vermək istəmirsiniz bu səlahiyyətiləri? Hansı psixoloji vəziyyətdəsiniz görəsən? Yoxsa, mənmi səhv başa düşürəm, bəlkə sizin heç vecinizə deyil bu səlahiyyətlətdən məhrum olmaq, təkrar adi istifadəçi olsanız, sizin üçün çox şey dəyişməyəcək və yenə vikipediyanı zənginləşdirəcəksiniz? Necə də səfərbər, necə həmrəy görünürsünüz... Belə baxanda, real həyatda kreslosundan yapışıb qopmaq istəməyən, hər cür fəndə əl atan məmurlar yadıma düşür. "Hər şey" nədir, nə baş versə, "yerlə yeksan" olar bura? günah nədir? Kimin ucbatından "incik düşənlər" və "idarəçilər" deyə konflikt yaranıb? Az-Vikiyə mütləq antibiotik verilməlidir kənardan. Xronikləşib burada vəziyyət. Heç gör bir admin də özü könüllü istefa edirmi HulaguKaan (müzakirə) 19:30, 14 may 2019 (UTC)

Cekli829 və kuklaları?

Hörmətli Cekli829, checkuser buradakı müraciətdə istifadəçilər NKOziEks-istifadəçi may ayının 8-də eyni ip, eyni əməliyyat sistemi və eyni brauzerlə daxil olduqlarını qeyd edib. May ayının 7, 6, 3, 2, 1-də isə Cekli829 may ayının 8-də Nkozi ilə Eks-istifadəçinin daxil olduqları ip-dən daxil olub. 5-ildir deaktiv olan Nkozinin və Eks istifadəçi profillərini Cekli829-un istifadə etdiyini düşünürək başlığa belə bir ad qoydum. Vikicəmiyyət özü dəyərləndirsin artıq. Ümid edirəm ki, idarəçimizin buna məntiqi bir cavabı olar, əks halda belə fəaliyyətin global bloka qədər yolu var. Hörmətlə --eldarado 16:04, 9 may 2019 (UTC)

Amma bu cümləni verməmisiniz. IMHO Eks-istifadəçi and NKOzi, given the few minutes passed between their edits, they could be the same person, for Cekli829 there are no definite evidence. Yəqin ki anlamamsınız. --NKO zi 05:43, 10 may 2019 (UTC)
Bu məsələdə 2 məqama diqqət etmənizi xahiş edirəm:
  1. Sual gələ bilər ki, axı onsuzda hörmətli NKOzi öz istifadəçi səhifəsində cənab Cekli829 ilə eyni IP-dən istifadə etdiklərini deyib.
      Cavab: Mən checkusere müraciət zamanı bu məsələni orda qeyd etmişəm (oxuya bilərsiniz) və demişəm ki, istifadəçilər onsuzda eyni IP- dən istifadə etdiklərini etiraf edirlər. Bizə lazımdır ki bu istifadəçilər eynimi adamdır. Checkuserin cavabı isə hərşeyi açıb ortaya qoydu. Yəni eyni adam daxil olub (yuxarıda Eldarado-nun yazdıqlarını oxuyun). Ətraflı həmin səhifədən müzakirəni oxuya bilərsiniz.
  2. Burada Eks-istifadəçi Chekcuser sisteminin Azvikidə işə düşməsini niyə istəməyib?
İstəyirsiniz səsvermə keçirin, amma sizə çekyuzer statusunu verməyəcəklər. --NKO zi 05:31, 10 may 2019 (UTC)

Dünən bir neçə Vikimedia saytında 4 saata yaxın bu istifadəçilərin fəaliyyətini təftiş etmişəm (Commons, Vikipediya və Vikimənbə və s.). Həmçinin bu müzakirələr məni şəxsən çox bezdirir, heçkəs sanki geri çəkilmək istəmir. Artıq hamı bir qərara gəlməlidir. Ortaq məxrəc əldə etməliyik. Sadəcə Azvikinin gələcəyi üçün nəysə etməliyik, nələrdənsə keçməliyik, yaxud nələrisə əldə etməliyik. Bu qədər müzakirə varsa, Meta-Vikidə adımız bu cür çəkilirsə deməli hardasa səhvimiz var. Bu bir istifadəçinin yox hamımızın yüküdür. Hörmətli həmkarım Sortilegus demiş, Azviki kərpic kərpic üst-üstə qoyub inkişaf etdirdiyimiz bir layihədir. Bura bizim ev vikidir. Digər dillərdəki istifadəçilər həmişə istifadəçinin ev vikisinin vəziyyəti və həmin istifadəçinin orada gördüyü işlər barədə maraqlanırlar. Bizim isə düşdüyümüz və Azvikini saldığımız vəziyyətə bir baxın. Dərin hörmətlə, Turkmen müzakirə 16:37, 9 may 2019 (UTC)

Eldarado, əgər bu belədirsə çox üzücü haldır. Amma Çim Çen İn "Aydın Məmmədovun" klonu idi və niyə bu işə qarışıb, blok etmədiniz?--Azerifactory (müzakirə) 17:22, 9 may 2019 (UTC)
Hörmətli Azerifactory dediyiniz məsələlər barədə 18 oktyabr 2017 və 6 fevral 2019 tarixlərində müraciətlər olunub (bax: [1], [2]).--Turkmen müzakirə 17:52, 9 may 2019 (UTC)
Azerifactory, o olduğuna mən də şübhələnirəm, lakin sübut olmadığı üçün bloklaya bilmərəm. Yazı tərzi ona bənzəyir, filan məqalədə redaktə edir, filan məqalədən danışır və s. kimi hərəkətlər sübut sayılmır. Əgər sübutunuz varsa qeyd edə və ya səbəb göstərərək özünüz də bloklaya bilərsiniz. Hörmətlə --eldarado 17:49, 9 may 2019 (UTC)
Ahahahahah. Dedim də, bu adminlər təcrübəsizdirlər. Burada köhnədən olan istifadəçilər mənim kim olduğumu bilir. --NKO zi 05:18, 10 may 2019 (UTC)
Çox dərindən baxsan mənim Commonsda şəkillərim də var. --NKO zi 05:23, 10 may 2019 (UTC)
Hörmətli NKOzi bu redaktənizdə qeyd elədiyiniz: Ahahahahah. Dedim də, bun adminlərin başları heç nədən çıxmır. Burada köhnədən olan istifadəçilər mənim kim olduğumu bilir. Eldoradonun ya da Türkmenin isə bilmələrinə ehtiyac da yoxdur. ifarələri ilə, vikipediyanın azərbaycanca dil bölməsinin Nəzakət qaydalarının 1, 3, 4, və 11-ci bəndlərinə əsasən sizin və kukla hesabınız olan Eks-istifadəçinin fəaliyyəti tərəfimdən bir ay müddətinə məhdudlaşdırılmışdır. Ümid edirəm ki, blok müddəti bitdikdən sonra daha nəzakətli formada müzakirələrə qatılacaq və vikipediyanın işini pozmağa cəhd etməyəcəksiniz. Hörmətlə --eldarado 07:02, 10 may 2019 (UTC)

Qeyd edim ki, NKOzi ilə mən 10 ilə yaxındır ki, eyni binada işləyirik. İş vaxtında hər ikimiz eyni IP-dən istifadə edirik. Bunu NKOzinin aktiv olduğu dövrlərdə onu tanıyan hər kəs bilir. Hətta TrVikidə onların təftişçiləri ilə problem yaşanmasın deyə oradakı öz istifadəçi səhifəmdə bunu belə elan etmişdim: "Şu anda Kullanıcı:NKOzi ile ve diğer bilemediğim bir kaç amatör arkadaş ile birlikde aynı IP adresi paylaşıyoruz." Əgər kimsə bütün bunları bilmirsə, o ya yenidir, ya da təcrübəsiz. NKOzinin bloklanmasını isə mənə qarşı qisas hesab edirəm. Onun nəyə görə Eks-istifadəçi adından istifadə etdiyini sırf təhlükəsizlik məsələsi olduğu üçün burada açıqlamıram; ancaq Turkmenlə telefon danışığımda bu barədə ona demişəm. Maraqlananlar ondan soruşa bilərlər. Kukla kimi hər hansısa bir fəaliyyəti olmayıbsa, iş yoldaşımın istifadəçi adlarının bloklanması qətiyyən düzgün deyil. Kiminsə özünü gizlədib fəaliyyət göstərməsi qadağan deyil. Həm də mən də daxil olmaqla AzVikidə bir sıra istifadəçilərin iki və ya daha çox istifadəçi adı var. Məgər bütün bunların hamısı kukla hesab olunmalıdır? --►Cekli829 07:30, 13 may 2019 (UTC)

Əgər istifadəçi iki hesabdan istifadə edirsə, bununla bağlı məlumat versə yaxşıdır. Məlumat verməsə, heç kim onu bloklamayacaq, ya nə bilim təhdid etməyəcək nəyləsə. Sadəcə təcrübəli bir istifadəçinin iki hesabdan istifadə edib, bu haqda vikicəmiyyəti məlumatlandırmaması işin üstü açılanda ona olan etimadı zədələyir. Həm də idarəçi olmuş bir istifadəçi gərək bu şeylərə diqqət etsin. İki istifadəçi adı adətən şifrəni unudanda yaranır. Yoxsa ki, düşünmürəm, kimsə vikicəmiyyəti məlumatlandırıb bilə-bilə gah bir hesabdan, gah da digər hesabdan redaktələr etsin. Onsuz da bilir ki, səsvermələrdə bir adla iştirak edəcək, redaktə hesabı da bölünmüş olur. Amma iki istifadəçi adının olduğu və bunun gizlədildiyi ilə də bağlı presedentlər olub bizim vikidə. Yəqin ki, qədim istifadəçilərimiz keçmiş idarəçimiz Arif Nəcəfovla bağlı hadisəni xatırlayırlar. Orda səhv etmirəmsə istifadəçi az qala ikinci istifadəçi hesabını da idarəçi seçdirməyə yaxın idi. Nkozinin də fəaliyyəti təftiş olunmalıdır, əgər hansısa səsvermədə həm Nkozi, həm də Eks-istifadəçi iştirak edibsə, uzunmüddətli blok da ola bilər. Yox əgər etməyibsə, saxtakarlıq yoxdursa, problem də yoxdur. --Sortilegus (müzakirə) 08:17, 13 may 2019 (UTC)
Hörmətli Eldarado, mən Gunel.Doctor (müzakirə  • töhfələr)-dan da şübhələnirəm. İstifadəçi səhifəsində Eks-istifadəçi ilə şəkilləri eynidir. Sarı qutu NKOzi ilə eynidir. Kəpənək isə Cekli829 ilə eynidir. Həmçinin onun ilk redaktəsi Daməd İmanov məqaləsi üzərində olub ki, konsensus nəticəsində silinmiş məqalə idi. Cekli829 qaydaları pozaraq geri qaytarmışdı. ‎--Toghrul Rahimli (müzakirə) 08:55, 15 may 2019 (UTC)

Salam hörmətli Toghrul Rahimli, məndə həmin istifadəçinin hansısa köhnə istifadəçi olduğunu düşünürəm. Çünki yalnızca SNS də fəaliyyəti var. Ama hansısa əsas yoxdu checkuser etmək üçün. Qutuları hamı bir birindən götürür. Kəpənəyi isə səhv etmirəmsə mən ilk qoymuşdum səhifəmə :)) Anlıyacağın bu səbəblər kifayət etmir check etmək üçün. Hörmətlə--eldarado 11:45, 16 may 2019 (UTC)

Fayl

Salam öz çəkdiyimiz fotoları Commonsa yükləşək bu müəllif hüquqlarının pozulması kimi qəbul edilməz?--Sofy2004 (müzakirə) 17:42, 7 may 2019 (UTC)

Dövlət varidatı

Hörmətli dostlar. Bu müzakirəni gələcəkdə yarana biləcək problemlərin aradan qalxması yollarının dəqiqləşdirilməsi məqsədilə açmışam. Xüsusilə hüquqşünas vikipediyaçılardan xahiş edirəm ki, bununla bağlı fikirlərini bildirsinlər. Qeyd edim ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli 438 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilmişdir. Bununla bağlı artıq 2 siyahı hazırlamışam:

Müvafiq məsələdə məni maraqlandıran əsas məqam bu siyahılarda olan dövlət varidatlarından Vikipediyada və digər vikilayihələrdə istifadənin hansı hüquqi məsuliyyət yaradacağı ilə bağlıdır. Çünki “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. NK-nın son qərarında isə bu məsələ bir qədər də konkretləşib: "Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür." --►Cekli829 08:00, 13 may 2019 (UTC)

Cekli829 Azərbaycanda dövlət varidatı elan edilən filmlər səhifəsi ilə birləşdir. --Araz Yaquboglu (müzakirə) 08:27, 13 may 2019 (UTC)
Hə Y Onu görməmişdim. İndi birləşdirərəm. --►Cekli829 08:37, 13 may 2019 (UTC)
Fikrimcə qərarın verildiyi andan keçmişə təsiri yoxdur. Yəni olsa-olsa indən belə ola bilər. Vikimənbədə müəllifin vəfatından 70 il keçibsə müəlliflik hüququ ilə qorunmurdu. --Araz Yaquboglu (müzakirə) 08:30, 13 may 2019 (UTC)
Mən bu filmləri saytımda təmənnasız yaya bilmərəm? --Vüsal Ağayev (müzakirə) 08:44, 13 may 2019 (UTC)
Vüsal müəllim, yəqin ki, bütün bu məsələləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə dəqiqləşdirməli olacağıq. --►Cekli829 08:49, 13 may 2019 (UTC)

İki idarəçinin hüququnun əlindən alınması

Salam dostlar. Bu gün metada Baskervill və Cekli829-un hüquqları əllərindən alınıb. Bu məsələni diqqətdə saxlamağı və müzakirələrdə aktiv iştirak etməyi sizdən xahiş edirəm. --Turkmen müzakirə 06:52, 14 may 2019 (UTC)

Öz adıma çox təəssüf edirəm. Azərbaycanca Vikipediya mənim üçün bir dəyər olub və hər zaman belə olmaqda davam edəcək. Bu icma həm məni, həm də Cekli829 gözəl tanıyır. Fəaliyyətim boyunca heç vaxt fəal istifadəçilərin bloklanmasının tərəfdarı olmamışam. Sözügedən istifadəçi Ayxanı heç nəyin üstündə düz 1 illik bloklamış və əvəzində bizim gənc vikipediyaçımızdan üzr istəməsini tələb etmişdi. Güya ki, Ayxan buna nəsə deyib. Nə deyib, harada deyib bilən yox idi. Həmin status artıq facebookdan silinmişdi və şəxsən mən başqa yerlərdə aparılan müzakirələr əsasında bir idarəçinin əlində olan adminstrativ hüquqlardan istifadə etməsinə qarşı olmuşam.--Baskervill (müzakirə) 08:57, 14 may 2019 (UTC)

İdarəçi statusu balaca bir şey deyil. Statusun verilməsi yaxud sonradan bərpası səsverməsiz ola bilməz. Hər iki həmkarım yenidən namizədlik verməlidir. Bu qaydalara da uyğundur. Zəhmət olmasa istəyən yenidən namizədlik versin. --Turkmen müzakirə 09:52, 14 may 2019 (UTC)
Təbii ki, yenidən idarəçilik üçün müraciət edə bilər hər iki istifadəçi, istənilən mövzuda son qərarı vikicəmiyyət verməlidir. Hörmətlə --eldarado 10:42, 14 may 2019 (UTC)

Çox təəssüf verici haldır. Cənab Baskervilldən idarəçi statusunun alınmasını isə ümumiyyətlə düzgün hesab etmirəm. Lakin əsas odur ki, meta — hər iki istifadəçi yenidən idarəçiliyə namizədliyini verə bilməz deyə bir qərar qəbul etməyib. Bu isə o deməkdir ki, onlar yenidən namizədliyini verə bilərlər. Son sözü öz vikimiz deyəcək. Hörmətlə--Nicat49   müzakirə 22:13, 14 may 2019 (UTC)

Normal fəaliyyət göstərən istifadəçi uzun müddətə bloklanmamalıdır. Amma heç bloklanmamalıldır fikirini isə qəbul etmirəm. Bəzən bəzi istifadəçilər elə səhvlərə yol verirki, bunun təkrarlanmaması üçün bu administrativ imkanlardan istifadə etmək məcburiyyətində qalırsan. Düşünürəm idarəçilərdə bir-birinə hörmətlə yanaşmalı və məsələni müzakirə yolu ilə həll etməlidirlər. Buna bənzər hal mənimdə başıma demək olar ki, artıq iki dəfə gəlib: 1-ci dəfə hörmətli Turkmen bəy mənim qısa müddətə blokladığım istifadəçinin blokunu əsassız yerə açıb, ikinci dəfə isə Emin bəy. İdarəçilərin birinin digərinə haqlı və ya haqsız münasibətinin nəticəsində bu vəziyyət ortaya çıxıb. Amma iki idarəçimizin idarəçilikdən birdən birə özüdə belə məsələnin üstündə çıxarılmasını düzgün hesab etmirəm. Ona görədə əgər yenidən səsvermə keçirilsə ikisinidə dəstəkləyəcəyəm.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 11:08, 16 may 2019 (UTC)

Azviki üçün "Patrul" vakansiyası :)

Günü gündən inkişaf edən Vikipediyanın azərbaycanca diı bölməsinin yeni patrullara ehtiyac var. İstənilən təcrübəli istifadəçi Patrul olmaq üçün namizəd ola bilər. Patrullar hər ay idarəçilər tərəfindən fəaliyyətləri yoxlanır və bu hüququ fəaliyyətsiz olan istifadəçilərdən alına bilir. Hüququ alınmış istifadəçi yenidən fəaliyyət göstərəcəyi təqdirdə yenidən patrul olmaq üçün müraciət edə bilər. Hörmətlə --eldarado 18:54, 19 may 2019 (UTC)

Patrul və rolbaker bizdə azdır. Səhifələrə nəzarəti təmin etmək üçün (vandalizmə qarşı mübarizə üçün) əhəmiyyətli hüquqlardır. Ancaq hüquqları götürüb ona uyğun olaraq fəaliyyət də göstərmək lazımdır. Bu aya qədər cəmi 3 rolbaker və 3 patrul var idi.--Turkmen müzakirə 18:57, 19 may 2019 (UTC)
  • Yeni patrullara tövsiyyəm: Məqalələri yoxlayarkən sadəcə [Səhifəni patrullanmış kimi işarələ] düyməsindən istifadə etməsinlər. Məqaləyə əlavə olaraq düzəlişlər, kateqoriya, uyğun şablon əlavə etmək lazımdı. Əgər yoxdursa şəkil əlavə etmək lazımdı. Həmçinin azvikidə patrul olmaq sadəcə azvikiyə nəzarət edəcəm kimi başa düşülməməlidir. Özüm vikidata və commonsda xeyli “yerli vandallarımızın” etdiklərini geri qaytarıb oranın idarəçilərinə bildirmişəm. Redaktələrin yoxlanılmasında isə mənbəyə diqqət edilməlidir. Əgər mənbəsi mütləq olmalı olan məlumat əlavə edilibsə, amma mənbə əlavə edilməyibsə redaktə qaytarılmalıdır. Əlavə olaraq məncə patrullar rolbaker hüququ üçündə müraciət etməlidir. Çünki redaktələri qaytararkən rolbaker hüququ lazımlıdır.--NMW03 (müzakirə) 19:08, 19 may 2019 (UTC)
NMW03-ün fikirləri ilə tam həmrəyəm. --Araz Yaquboglu (müzakirə) 15:44, 20 may 2019 (UTC)

Məqalə adlarının digər formaları ilə bağlı təklif

Salam həmkarlar. Müəyyən bir mövzu barədə təklif irəli sürəcəkdim. Bildiyiniz kimi məqalələrdə məqalənin adı mötərizədə məqalənin digər adları (əgər varsa), məsəlüçün, ingilis dilindəki adı da qeyd olunur. Bu yazı üslubuna bir neçə dəyişiklik irəli sürmək istəyirəm. Nümunə olaraq, Eldar Mansurov məqaləsinin girişi bu formadadır: Eldar Bəhram oğlu Mansurov. Gördüyünüz kimi burada tam adı qalın mətnlə verilib. Tam adı barədə Stil kitabçası barədə məlumat verilməyib, fəqət zənnimcə məqalədə verilən adı qalın mətnlə, tam adını isə daha sonra verəcəyim formada yazmaq daha doğrudur, çünki qalınla yazılan ad məqalənin adını əks etdirməlidir. Birinci təklifim bunu qaydalara yerləşdirməkdir. Gələk ikinci təklifimə – həyatının hamısını və ya böyük bir hissəsini Azərbaycanın kiril qrafikalı yazı dövründə keçirən azərbaycanlıların adı tam adı bölməsində həm latın, həm də kiril qrafikasıyla verilsin. Yenə nümunə kimi Eldar Mansurov məqaləsini göstərirəm: Eldar Mansurov (tam adı: Eldar Bəhram oğlu Mansurov/Елдар Бәһрам оғлу Мансуров). Bu təklifi səsverməyə çıxarıram. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 23:50, 24 may 2019 (UTC)


+  Lehinə:
  1. +  Lehinə: 1-ci təklifin lehinə.--Nicat49   müzakirə 00:17, 25 may 2019 (UTC)
  2. +  Lehinə: Türkcə Vikipediyada da Dil Devrimidən əvvəl yaşayanların adları Osmanlı yazısında verilir. Bu həmin adları köhnə mənbələrdə tapmağa kömək edir. --Мурад 97 (müzakirə) 15:42, 26 may 2019 (UTC)

−  Əleyhinə:
  1. −  Əleyhinə: 2-ci təklifin əleyhinə, ehtiyac olmadığını düşünürəm.--Nicat49   müzakirə 00:17, 25 may 2019 (UTC)
  2. −  Əleyhinə: bu, biraz incə məsələdir, lakin məqalə başlığında birbaşa tam adın verilməsi daha uyğundur zənnimcə. Ad-soyadın təkrarlanması heç yaxşı görünmür. Bu praktikada, bütün gördüyüm ensiklopediyalarda, ələlxüsus bütün vikilərdə belədir. Nümunə üçün ən məşhur məqalələrdən biri olan en:Hillary Clinton məqaləsinə baxa bilərsiniz. İkinci təklif də məncə uyğun deyil. Elə şəxslər var ki, həm kiril, həm ərəb, həm türk, həm də azərbaycan qrafiki mövcud olan dövrlərdə yaşayıb. Məncə artıq görünür.--Toghrul Rahimli (müzakirə) 06:33, 25 may 2019 (UTC)

Şərh  Şərh:
Toghrul Rahimlinin fikirləri ilə razıyam. --Araz Yaquboglu (müzakirə) 16:22, 25 may 2019 (UTC)

Kiril qrafikalı Azərbaycanca Vikipediya ilə bağlı

Salam əziz həmkarlar. Düşünürəm ki, kiril qrafikalı Azərbaycanca Vikipediya (məqaləsi) yaratmaq lazımdır. Rusiya Federasiyasında 1.400.000–3.000.000 arası azərbaycanlı yaşayır, əlavə olaraq Azərbaycanda da kiril qrafikasını daha yaxşı qavrayan bir icma yaşayır. Qərbi erməni dilini yalnız 1.400.000 nəfər danışır, niyə də Kiril Qrafikalı Azərbayanca Vikipediyanı təsis etməyək? İnternetdə bəzi proqramlar var ki, latın qrafikasını kiril qrafikasına çevirə bilir. Məsələn, bu Ümid varam ki, metadakı irəli sürdüyüm təklifdə səs verəcəksiniz. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 00:33, 25 may 2019 (UTC)


+  Lehinə:
  • Ya Aykhan Zayedzadeh yazdığı kimi etməliyik, ya da, Baskervill yazdığı kimi, qazaxca vikipediyanı nümunə kimi alaraq, kiril əlifbasında oxuyanlar üçün avtomatik transliterasiya düyməsini eləməliyik (əslində, mən ikinci varianta üstünlük verirəm). Bunun AzVikinin inkişafına necə mənfi təsir edəcəyini görmürəm. Ancaq oxuyucularımızın sayını artıra bilər. --Мурад 97 (müzakirə) 15:23, 26 may 2019 (UTC)

−  Əleyhinə:
  • Əleyhinəyəm, çünki yeni vikipediya yaratmaq əvəzinə daxildə özümüz müzakirə açıb, Baskervill dediyi kimi edə bilərik. Fars, kiril və latın qrafikalı Azərbaycan dilini, Azərbaycanca Vikipediyada 3 qrafikalı etmək mümkündür. 2014-dən fərqli olaraq indi daha səliqəli olardı. Bir məqalədən sadəcə 1 dənə olur və istəyən kiril, latın və fars qrafikası ilə oxuya bilir. --Turkmen müzakirə 08:04, 25 may 2019 (UTC)
  • Buna biz qərar verə bilmərik. Yeni vikipediya üçün metaya müraciət edilməlidir. Meta qəbul etdikdə inkubatorda aktivlik göstərmək lazımdır ki, dil komitəsi qəbul etsin.--NMW03 (müzakirə) 09:02, 25 may 2019 (UTC)

Şərh  Şərh:

Bu tip müzakirələrin başladılmasını doğru hesab etmirəm. Azviki hər şeyi müzakirə etməkdən daha çox səsə qoymağa üstünlük verir. Bizlərdə lehinə/əleyhinə formatında səsverməyə olan aşırı marağı bəzən anlaya bilmirəm, daha doğrusu anlamaqda çətinlik çəkirəm. İndi isə gəlin keçək məsələyə. Kiril əlifbası ilə yeni bir vikipediyanın açılması sadəcə olaraq mümkünsüzdür. Vikimedia fondunda yeni vikipediyaların və ya digər lahiyələrin açılması məsələsi ilə incubator adlı lahiyə məşğul olur və orada yeni vikiləri dil komitəsi təsdiq edir. Bir çox hallarda lazım olan bütün şərtlər ödənsə belə dil komitəsi tərəfindən həmin vikipediya açılmaya da bilir. Oxşar vəziyyət 5 il bundan əvvəl talışca vikipediyanın başına gəlmişdi və nəticədə həmin viki 1.500 məqalə ilə elə olduğu yerdə də qalıb. Dil komitəsi yeni dillərə şans verməyə üstünlük verir və bu baxımdan III azərbaycanca vikipediyanın açılması kökündən səhv addım olardı. Ermənicə ilə qərbi ermənicə arasında isə ciddi fərqlililiklər mövcuddur və bəzən bu 2 dili bilən adamlar bir-birini başa düşə bilmirlər. Biz ona görə azb vikipediyasının açılmasına məcbur olduq ki, mətni bir əlifbadan digərinə avtomatik çevirmək mümkün deyildi, ancaq kiril əlifbasında bununla bağlı bir problem yoxdur. Hesab edirəm ki, Azvikini tacik, serb və ya qazax vikipediyası kimi 2 əlifbalı etmək olar--Baskervill (müzakirə) 04:41, 25 may 2019 (UTC)


−  Əleyhinə: * səslənən iddianın elmi əsası yoxdur. Tutaq ki, lap Rusiyada iddia edildiyi qədər azərbaycanlı yaşayır, onların Azərbaycan dilin dilini kiril əlifbasında "daha yaxşı qavradığı" nəylə əsaslandırılır? İnternetdən istifadə edən insanlar artıq latın qrafikasını təbii səbəblərlə bilmiş olur. Qaldı ki, iddia edilən sayın nə qədərinə kiril qrafikasıyla yazmaq əlzəmdir, nə qədər bunsuz dolana bilmir, ayrıca araşdırma tələb edir. Və gün keçdikcə onların sayı da azalmaqdadır, bioloji səbəblərdən. Gələcəyi olmayan təşəbbüsdür. HulaguKaan (müzakirə) 08
51, 25 may 2019 (UTC)
−  Əleyhinə: Bu əlavə problemlər yaradacaq və hazırki vikipediyamızın inkişafına xeyli mane olacaq. --Araz Yaquboglu (müzakirə) 16:30, 25 may 2019 (UTC)
−  Əleyhinə: Tam olaraq əlehinəyəm. Son 27 il ərzində tədris olunan latın əlifbasi sayəsində demək olar ki, 30-40 yaşı arası olan bir nəsil formalaşıb. Kiril əlifbasının 2001-ci ildən istifadədən çıxarılmasından sonra ondan istifadə edənlərin sayı günü-gündən azalmaqdadır. Cəmi 120 min əhali dərbənd rayonu ərazisində bu gündə bu əlifbadan istifadə edir. Bu Rusiyanın köhnə siyasətinin nəticəsidir ki, orada yaşayan soydaşlarımız latın qrafikasından istifadə etmir. Bu məsələ bir milli, siyasi məsələ olduğundan ölmüş əlifbanın canlandırılması cəhdinin əlehinəyəm--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 14:44, 27 may 2019 (UTC)
−  Əleyhinə: Salam. Mən də əleyhinəyəm. Onsuz da latını bilənlərin sayı illər keçdikcə kirili bilənləri daha da üstələyərək artır. Və bir neçə il sonra bundan istifadə edənlərin sayı sürətlə azalıb yox olacaq. Vaxtilə kiril qrafikalı əlifba ilə təhsilini alanların böyük əksəriyyəti hal-hazırda latın qrafikalı əlifbanı bilir. -- Hüseynzadə (müzakirə) 16:27, 28 may 2019 (UTC)

Salam, hamıya. Niyə "flüor" məqaləsini məhz rus dilində "фтор"dur deyə bizdə də "ftor" adlandırmısınız. Halbuki bütün fizika və kimya dərsliklərində bu elementin adı azərbaycanca flüordur. -- Hüseynzadə (müzakirə) 03:59, 26 may 2019 (UTC)

Təmamilə razıyam. Burada da elementin adı flüordur. Yaxşı olardı ki məqalənin adı dəyişdirilsin.--Sofy2004 (müzakirə) 06:39, 26 may 2019 (UTC)
Hə Y Həll edildi.--Anar Kərimxanov (müzakirə) 08:47, 26 may 2019 (UTC)

Azviki üçün ilin vikimediyaçısının seçilməsi

Hamıya salam. Hesab edirəm ki, Azərbaycanca vikipediya üçün ilin vikimediyaçısını seçməyin zamanıdır. Bu münasibətlə kiçik bir mükafat və ya təşəkkürnamə təqdim etmək olar. Təşkilat komitəsi yaradıb, ora 6 aktiv idarəçi və ya istifadəçi üzv etmək və həmin şəxslərin qərarı əsasında ilin vikimediyaçısını seçməyi təklif edirəm. Həmin vikimediyaçının seçilməsi hansısa kütləvi səsvermə formasında yox, təşkilat komitəsinə daxil olan 6 şəxsin (3 idarəçi, 3 istifadəçi) ümumi qərarı ilə verilsin və mükafat təqdim edilən zaman həmin şəxsin il ərzindəki fəaliyyəti və vikimedia prinsiplərinin hansı formada təbliğ etməsi nəzərə alınsın. Azviki icmasına daxil olan şəxslərin sayının günü-gündən artması bizə bu tipli işləri icra etməyə yeni fürsətlər açır. Bu ənənəni gələcəkdə Azərbaycanca vikipediyanın ən böyük hadisəsinə də çevirmək mümkündür ki, keçirilən viki görüşdə mükafat nəntənəli formada qalibə təqdim edilsin. Hətta gələcəkdə mükafatı 3 nominasiya üzrə bölməkdə olar.

Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Sefer azeri, Sortilegus, Sultan11, Wertuose, White Demon, Anar kerimxanov, Azerifactory, Fortius-94, Interfase, Melikov Memmed, Nicat49, Qolcomaq, Samral, Мурад 97, ‎Anar Məmmədov, NMW03‎, Wikipediya M, Rəşid Nurməmmədov, Toghrul Rahimli, ‎Aykhan Zayedzadeh, Həsən İmanov,, Orxan Zakir, Masalli qasimli, Patriot Kor A.Aida88, Turkmen, EuroFantasy, Firuze Nesibli zəhmət olmasa məsələyə öz münasibətinizi bildirərdiniz.--Baskervill (müzakirə) 20:10, 26 may 2019 (UTC)

Yaxşı təklifdi.--sefer azeri 20:20, 26 may 2019 (UTC)
+  Lehinə: bu üç nominasiya belə ola bilər – məqaləyaratma (əhəmiyyətli və statuslu); qaydalara riayət edilməsi və bunun təbliği; vacib redaktələr (patrullama, rolbek, vandalizmlə mübarizə və s.) --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 20:24, 26 may 2019 (UTC)
Aykhan Zayedzadeh hər şeydən əvvəl mükafatın Azərbaycanca vikipediyada səhifəsini yaratmaq lazımdır. Mükafatın təqdim edilmə şərtləri, təşkilat komitəsinin üzvləri, təşkilat komitəsinin seçilmə qaydası, forması kimi məsələlərə aydınlıq gətirmək lazımdır ki, gələcəkdə bununla bağlı bir problem olmasın. Mükafat plaketi və hədiyyə məsələsini mən öz üzərimə götürürəm və bununla bağlı Bakı şəhərində bu işlərlə məşğul olan bir şirkətə artıq danışıqlara başlamışam. 3 nominasiyanın olması bir tərəfdən mükafatın hər 2-3 ildən bir eyni adamlara təqdim edilməsi ilə nəticlənə bilər ki, bu arzuolunan hal olmaz bizim üçün. Sizin nominasiya üzərə olan təkliflər maraqlıdır, mənim təkliflərim isə bu formadadır;
  1. Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun qərarı ilə 2019-cu ilin vikimediyaçısı - XXX.
  2. Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun qərarı ilə 2019-cu ilin vikipediya prinsiplərinin təbliğatçısı
  3. sizin təklifləriniz

Bu formada.--Baskervill (müzakirə) 20:49, 26 may 2019 (UTC)

Mükafat adi plaket formasında olmasını təklif edirəm. Elə bir mükafat olsun ki, qalib gəlmiş şəxs həmin plaketi öz ev, iş otağının bir güşəsinə yerləşdirə bilsin. NMW03 (müzakirə) məncə təşkilat komitəsinin seçilməsi üçün xüsusi səsvermə keçirməyə ehtiyac yoxdur. Mükafatın səhifəsində bununla bağlı elan yerləşdirərik və qoşulmaq istəyən şəxslər ora öz imzalarını əlavə edərlər. Mənim əsas məqsədim bu mükafatı Azvikinin əsas hadisəsinə çevirməkdir və mükafat Çempionlar Liqasının final kubokunun təqdimatı kimi yüksək əhvalda keçməlidir. --Baskervill (müzakirə) 21:11, 26 may 2019 (UTC)

Məncə də yaxşı təklifdi. Üzərində işləmək olar.--Nicat49   müzakirə 21:38, 26 may 2019 (UTC)

+  Lehinə: Çox gözəl təklifdir və dəstəkləyirəm. Düşünürəm ki, bundan sonra AzVikidə fəaliyyət göstərən istifadəçilər üçün yüksək motivasiya ola bilər. Hətda düşünürəm yeni istifadəçilərin sayının artmasına kömək edəcək. Hörmətli Baskervill, tələblər çox önəmlidir və bir neçə təklifim var:
  1. "Namizədlərin və qaliblərin seçilməsi üçün" şərtlər və ya qaydalar toplusu yaradılsın. Şərtlər və ya qaydalar üçün xüsusi təklifləri olan istifadəçilər üçün ümumi görüş keçirilsin və səslənən bütün təkliflərə baxılsın, nəzərə alınsın. Müzakirələr əsasında toplum qərarı ilə "seçim qaydaları" tərtib olunsun.
  2. Mükafat "kubok" tipli olsun. Yazı yerində "İlin Vikimediyaçısı 2019" yazılsın.
  3. Mükafat "medal" və ya "orden" tipli olsun. Üzərində "İlin Vikimediyaçısı 2019" yazılsın.
  4. Mükafat diplom, təltifnamə və ya digər kağız mükafatlardan olsun və ümumi açıqlama yazılsın. Hörmətlə Patriot Kor (müzakirə) 22:11, 26 may 2019 (UTC)
+  Lehinə: Çox maraqlı təklifdir. BU vikiçilərdə daha çox stimul yaradacaq. Yeni istifadəçilərində marağını çəkəcək. Digər həmkarla razıyam. Mükafat Kubok formasında olsun. Əsasən seçimlər apararkən gender bərabərliyinidə nəzərə alıb xanım istifadəçilər arasından da seçmək olar :) --A.Aida88 (müzakirə) 08:28, 27 may 2019 (UTC)
+  Lehinə: belə təklifləri həmişə dəstəkləyərəm. Elə şəxslər var ki, biz onların Azvikidə elə də çox fəaliyyətini görmürük, lakin digər layihələrdə Azərbaycan üçün bir çox töhfələr verirlər. Onları nəzərə alaraq mükafatların kateqoriyasını da müəyyənləşdirmək olar.--Toghrul Rahimli (müzakirə) 10:45, 27 may 2019 (UTC)
+  Lehinə: Çox gözəl fikirdi və dəstəkləyirəm. Azərbaycan Vikipediasında fəaliyyət göstərən istifadəçilər yüksək motivasiyadı məncə.Bu fikirə gələn hərkəsə təşəkkür edirəm! Hörmətli Turan Eibaroğlu, 16:37, 27 may 2019 (UTC)
+  Lehinə: Dəstəkləyirəm!--namikilisu 16:29, 27 may 2019 (UTC)

Şərh  Şərh:

Sitat: Azviki icmasına daxil olan şəxslərin sayının günü-gündən artması <...>

Statistika. --Мурад 97 (müzakirə) 23:33, 26 may 2019 (UTC)

Мурад 97 ümumi götürəndə son 3-4 ildə istifadəçilərin sayında artım baş verməyib ?--Baskervill (müzakirə) 23:51, 26 may 2019 (UTC)
Verib. Halbuki, günü-gündən vermir, təəssüf ki. --Мурад 97 (müzakirə) 02:42, 27 may 2019 (UTC)
Günü-gündən verməsi mümkün deyil. --Baskervill (müzakirə) 07:34, 27 may 2019 (UTC)
 
  • Çox gözəl təşəbbüsdü, dəstəkləyirəm. Təsis işini üzərinə götürdüyü üçün hörmətli Baskervillə təşəkkür edirəm. Bu yaxınlarda "Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu" üçün idarəyi heyəti müəyyən edib bir sıra layihələr həyata keçirməyi düşünürük. Hal hazırda wikimedia.az saytı üzərində də işlər gedir. Bu mükafatı da elə istifadəçi qrupumuzun adından və həmin idarə heyətinin seçimi ilə etmək daha yaxşı olar. Bu yaxınlarda geniş bir vikigörüş keçirib, həm istifadəçi qrupunun, həm saytın, həm də bu mükafatın hazırlanması barədə fikir mübadiləsi aparmağı düşünürük. Hörmətlə --eldarado 08:41, 27 may 2019 (UTC)
Əla fikirdi.--Turkmen müzakirə 09:28, 27 may 2019 (UTC)
Pis təklifə oxşamır. Cəhd etmək olar. Nə itiririk ki.--127-ci yapon imperatoru 13:02, 27 may 2019 (UTC)
Normal, hətta deyərdim əla təklifdi. Vikinin inkişafı üçün edilən hər bir nəsə alqışlanmalıdır. --Araz Yaquboglu (müzakirə) 14:46, 27 may 2019 (UTC)
NMW03, zənnimcə yaratdığım bu variant Azərbaycanca Vikipediyaya daha uyğundur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 16:14, 27 may 2019 (UTC)
+  Lehinə: Elə bir nominasiya olsa, məncə yetərlidir ("İlin vikimediyaçısı"). Konkret bir gün müəyyənləşdirilsə və hər il eyni gündə mükafat təqdim olsunsa, daha yaxşı olar. Özü də həmin günü Azərbaycandakı bayram günlərindən birinə salmaq lazımdır. Deyək ki, 28 may, ya 31 dekabr. İş-güc olmasın, çox adam gələ bilsin. Yoxsa praktika onu göstərir ki, biri deyəcək həmin gün işləyirəm, biri deyəcək növbətçiyəm və s.--Sortilegus (müzakirə) 07:12, 28 may 2019 (UTC)
Məsələ ilə bağlı öz pozitiv fikirlərini bildirən yoldaşara təşəkkür edirəm. Mükafatla bağlı Bakı şəhərində fəaliyyət göstərən və lazer markalama-poliqrafiya sahəsində təcrübəsi olan bir şirkətlə danışıqlar aparıram və təqdim olunacaq mükafatın forması artıq bəllidir. Mükafatdan əlavə həmin şəxsə üzərində Vikimedia hərəkatı ilə bağlı olacaq müxtəlif hədiyyələr də (fincan, sticker, çanta) təqdim olunacaq. AMEA Mərkəzi Elmi Kitabxana da öz növbəsində bizə maraqlı və təzə nəşr olunmuş kitablarla dəstək göstərə bilər və bundan əlavə Wertuose fondla əlaqə saxlayıb, onlardan da hədiyyə ala biləcəyimizi bildirdi. Bütün bu məsələlərin əsas xərcini öz üzərimə götürməyə hazıram. Digər yoldaşlarda bir tort təşkil edər, oturub çay içərik və ya çay içərsiniz :) --Baskervill (müzakirə) 02:10, 29 may 2019 (UTC)

Elmi fəaliyyətdə Vikipediya və Vikimənbə

Azərbaycanlı fəlsəfə tarixçisi Aydın Əlizadə Vikipediyanın təbliği münasibəti ilə YouTube-da maarifləndirici video çarx hazırlayıb. Bu günə qədər mövzu ilə bağlı izlədiyim videolar arasında ən çox xoşuma gələn video oldu. Videonu izləyib, öz münsaibətinizi bildirə bilərsiniz. Hörmətlə:--Baskervill (müzakirə) 07:34, 27 may 2019 (UTC)

İkiəlifbalı Azərbaycanca Vikipediya

Yuxarıda yayımladığım təklifəmetada yayımladığım təklifə gələn reaksiyaya əsasən, fabrikatorda təklif irəli sürdüm. Konsensus almaq üçün buraya da müraciət edirəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 22:06, 27 may 2019 (UTC)

VikiGörüş - 1 iyun saat 17:00

  • Salam hörmətli Vikipediyanın azərbaycanca dil bölməsinin dəyərli istifadəçiləri. İyun ayının 1-də "Azərbaycan Vikimediyaçıları" istifadəçi qrupunun təşkilatçılığı ilə vikigörüş keçirməyi planlayırıq. Görüşdə bir sıra önəmli mövzular müzakirə olunacaq. Gələcəkdə həyata keçiriləcək bir sıra layihələr barədə məlumatlar veriləcək və bəzi məsələlər müzakirə olunacaq. İştirak etmək istəyən hər kəs aşağıda imzasını qeyd etsin lütfən (İştirak edəcək şəxslər üçün yerlərin ayırılması üçün bu çox önəmlidir).
Ünvan: Fabrika Coworking Center (Fabrika Kovorkinq Mərkəzi) Nizami küç. 92, Bakı, Azərbaycan, Landmarkın yanı.
İştirakçıların az olması səbəbi ilə görüş yeri dəyişdirildi, VikiGörüş Şeyx Şamil küçəsi 11, İçərişəhər metrosunun yaxınlığında yerləşən ofisdə baş tutacaq. Adlarını qeyd edənlərlə əlaqə saxlanılıb ünvan izah ediləcəkdir.
Əlaqələndirici şəxslər: WertuoseEldarado

İştirakçılar

  1. NMW03 (müzakirə) 11:35, 28 may 2019 (UTC)
  2. --sefer azeri 11:42, 28 may 2019 (UTC)
  3. --Toghrul Rahimli (müzakirə) 15:03, 28 may 2019 (UTC)
  4. Patriot Kor (müzakirə) 19:08, 28 may 2019 (UTC)
  5. --Həlimə (müzakirə) 06:43, 29 may 2019 (UTC)
  6. --Araz Yaquboglu (müzakirə) 14:04, 29 may 2019 (UTC)

Müzakirə

Yaxşı tarixə salınmayıb, xüsusilə də mənim üçün. Həm doğum günüm o vaxtdı, həm də ki səhərisi gün 2018/2019-cu tədris ili üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının II mərhələsidir. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 11:31, 28 may 2019 (UTC)

Uzaqda olduğum üçün görüşdə iştirak edə bilməyəcəm. Bakı şəhərində yaşayan və vaxtı ola biləcək şəxslərdən rica edirəm ki, həmin görüşdə aktiv iştirak edib, öz maraqlı təkliflərini səsləndirsinlər. Bu tip görüşlərin keçirilməsini sistemləşdirmək və daha çox şəxsin iştirakına nail olmaq mütləqdir. İmkan olsa video əlaqə yaradarıq. Qəlbim sizlərlədir ! --Baskervill (müzakirə) 02:05, 29 may 2019 (UTC)

Bloklama qaydalarına dəyişikliklər

Salam həmkarlar. Metada bizim qarşımıza qoyulmuş əsas şərtlərdən biri də bloklama qaydalarına dəyişiklik idi. Mən qaralama səhifəmdə əlavə edilməsi gərəkən yeni qaydalar hazırlamışam. İlk öncə müzakirə edib təkmilləşdirək, sonra səsverməyə çıxaraq.--Turkmen müzakirə 13:12, 30 may 2019 (UTC)

Məncə yaxşı əlavələrdir. Beləliklə bloklamalarla bağlı mübahisələrə də son qoyulmuş olar. Hərkəs öz fikrini bildirib ortaq məxrəcə gəlsək yaxşı olar. Sonra da səsverməyə qoyarıq. -- Sofy msj13:26, 30 may 2019 (UTC)
  • Düşünürəm ki, yaxşı hazırlanıb. Amma bir məqam var. VP:TYV qaydasına əsasən həmin qaydanı pozan şəxs istifadəçi ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər. Amma yeni qaydada 3 ay yazılıb. Bu zaman iki qayda bir-birinə ziddiyət təşkil etmir?--NMW03 (müzakirə) 13:32, 30 may 2019 (UTC)
Bəzi təkliflərim olub, bunları da əlavə etmək olar amma hörmətli Turkmen birinci təklifiniz çox gərəksiz oldu. Buna bənzər qaydanın olduğu başqa Vikipediya varmı? Xahiş edirəm nümunə göstərin. --Drabdullayev17 (müzakirə) 13:46, 30 may 2019 (UTC)
Təkliflərim :
  • Bir istifadəçi uzun müddətli (3 aydan artıq) və ya müddətsiz bloklanmırsa onun müzakirə səhifəsi bağlana bilməz.
  • İstifadəçinin blokunu bloklayan idarəçi deyil başqa idarəçi aça bilər. (İngilis dilli vikipediyada belədir)
  • Bloklanma qaydalarını pozan idarəçinin idarəçiliyi əlindən alınır. (Qeyd: Çünki idarəçi qayda pozduqda ona qarşı cəza tətbiq edilmir hal hazırda. Ona görə də özbaşnalıq baş alıb gedir.)
Bu siyahını artırmaq olar. Hətta konkret hər maddəyə görə blok müddəti təyin edilməlidir. --Drabdullayev17 (müzakirə) 13:51, 30 may 2019 (UTC)
NMW03 oradakı qaydaları əsas gətirib uzunmüddətli bloklamaq olar. Ancaq əvvəlcə 3 ay bloklama təyin edilir və sonra istifadəçilərin ortaq fikri ilə bloklama uzunmüddətli yaxud müddətsiz ola bilər. Həmçinin göstərdiyiniz qaydada blooklanmalıdır yazılmayıb axı, bloklana bilər yazılıb. Dediyiniz məsələ barədə isə ayrıca olaraq bir qıraqda not qoymaq olar. Diqqətiniz üçün minnətdaram.
Cənab Drabdullayev17 biz başqa icmaların fəaliyyətindən yararlanmalıyıq. Ancaq bu o demək deyil ki, onlar kimi hərəkət etməliyik. Vikipediya müzakirələri vikipediya daxilində həll edilməlidir. Vikipediyada istifadəçisindən narazı olan istifadəçi onu daxildə həll etməlidir. İstifadəçi vikipediyada bloklanıbsa digər Vikimedia layihəsində idarəçilərin və aktiv istifadəçilərin müzakirə səhifəsinə yazıb narazılığını bildirə bilər. Daha heçkəsin haqqı yoxdur ki, bloku əlində bayraq edib kimisə təhqir etsin. Təsəvvür edin bir istifadəçi başqasını təhqir edir və mübahisə böyüyüb real həyatda daha böyük problemlərə gətirib çıxarır. Bu Azviki üçün biyabırçılıq olar. Özbaşına idarəçilərin isə Azvikidə ömrü həmişə az olub. Bu hamıya məlumdur.--Turkmen müzakirə 14:06, 30 may 2019 (UTC)
Hörmətli Turkmen, düz deyirsiniz "Vikipediya müzakirələri vikipediya daxilində həll edilməlidir." Ona görə də sizin ilk təklifinizlə qətiyyən razı deyiləm. Bloku əlində bayraq edib kimisə təhqir etməyin düzgün olmadığını mən də bilirəm amma haqsız bloknmanın qarşısını da almaq lazımdır. Özbaşına idarəçilər haqqında isə sizinlə razı deyiləm. Məsələn, idarəçi müzakirəsi səhifəsində bürokratın işlətdiyi "ipini yığan""ağıllanarlar" ifadəsinin nəzakət qaydalarının 11-ci və 12-ci maddəsinə zidd olduğunu siz də bilirsiniz. Bu mövzuda nə kimi tədbirlər görülüb və ya görüləcək. Amma istifadəçi bunu etsə avtomatik bloklanır. Amma idarəçi qalır idarəçi kimi. --Drabdullayev17 (müzakirə) 14:28, 30 may 2019 (UTC)
Üçüncü maddə ilə razı deyiləm. Şərəf və ləyaqətin alçaldılması və vikipediyanın işini pozmaq (vikipediyada ardıcıl mövzuya aid olmayan ifadələr yazan, məqlələrin məzmununu silən; milli, dini, sosial, cinsi və irqi ayrıseçkilik ehtifa edən yazılar yazanlar, lüzumsuz müzakirələr açaraq istifadəçiləri iş görməkdən yayındıran) kimi müddüalara bu qayda tətbiq olunmamalıdır--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 14:51, 30 may 2019 (UTC)
Qaydaların birinci bəndi ilə təmamilə razıyam. Çünki bu əlbəttə az.viki cəmiyyətində də mübahisələrə gətirə bilər. İdarəçilər haqqında isə Drabdullayev17 ilə razıyam. Düzü mən belə halla rastlaşmamışam. Amma olmadığı olmayacağı demək deyil. Qaydaları təkmilləşdirmişkən bu maddəni də əlavə etmək lazımdır ki, gələcəkdə belə hallarla rastlaşdıqda əsaslı olaraq tədbirlər görülsün. Bir də təklif edirəm ki, bloklama müddəti haqqında standartlar qəbul edilsin. Yəni müddət elə-belə deyil qayda pozuntusuna uyğun standartlarla təyin edilsin. Beləliklə həm qərar ədalətli olar, həm də gələcəkdəki özbaşınaçılıq hallarının qarşısı alınmış olar. Söz sizindir, hörmətli idarəçilər.

---Sofy msj15:02, 30 may 2019 (UTC)

Drabdullayev17-nin təklifləri ilə tamamilə razıyam. Hal-hazırda bizim idarəçilər metanın müdaxiləsi olmasa "toxunulmaz varlıqlar" olaraq bilinir. Bu qayda baş verən qalmaqalların Azərbaycanca Vikipediya daxilində həll olunmasında böyük rol kəsb edir. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 17:41, 30 may 2019 (UTC)
Hörmətli Qolcomaq, Nə üçün razı deyilsiz? Son hadisələr zamanı iki stüard mənimlə əlaqəyaradaraq nə üçün sizin vikidə idarəçilər öz qərarları ilə uzun müddətli blok təyin edirlər sualını verdilər. Mən də qaydalarda olan boşluğu səbəb kimi gətirdim və yaxında müzakirə ilə qaydalarda dəyişikliklər edəcəyimizi bildirdim. Yəni qeyd etdiyiniz məsələlərdə heç kim sizə bloklamağa məhdudiyyət qoymur. Dediyiniz hallar baş verdikdə istifadəçiyə 3 aydan artıq olmayan müddətə blok təyin edib, uzun müddətli blok üçün müzakirə başlada bilərsiniz, haqlısınızsa müzakirənin sonunda istifadəçiyə uzun müddətli blok təyin olunar. Hörmətli Turkmen, 3-cü bənddə istifadəçilərin yox idarəçilərin müzakirəsi əsasında təyin olunmalıdır daha doğru olar. Bloklama hüququ idarəçilərə məxsus olduğu üçün, son qərarı da onlar verməlidir. Hörmətlə --eldarado 20:02, 30 may 2019 (UTC)
Hörmətli Drabdullayev17, sizin təkliflərinizdən 1-ci ilə tam razıyam, ikinci biraz qaranlıq qaldı. Yəni bloku təyin edən idarəçi də aça bilər başqa bir idarəçidə? Elə deyirsinizsə bu zatən belədir. Bloku təyin edən idarəçi mütləq özü açmalıdır deyə bir şərt yoxdur. 3-cü təklif ilə isə heç razı deyiləm. Hansısa səhvə görə idarəçinin statusu bir başa alınmamalıdır. Qaydaları pozan istənilən hüquqa malik şəxs müzakirəyə çıxarıla bilər və yalnız ümumi razılıq əsasında statusu alına bilər. Hörmətlə --eldarado 20:13, 30 may 2019 (UTC)
Təklif olunan dəyişikliklərlə tamamilə razıyam. Cekli829-nin statusunun əlindən alınmasına səbəb olan hadisələrə yuxarıda göstərilən bəndlərin bizim qaydalarda daha öncədən mövcud olmaması səbəb olmuşdu. Qaydaları pozan, istifadəçi və digər idarəçi həmkarlarla kobud danışan idarəçilərin statusları əllərindən alınmalıdır. 2 şəxs mübahisə edirsə və tərəflərdən biri idarəçidirsə, həmin şəxs gəlib istifadəçini bloklamamlıdır. Mütləqdir ki, məsələyə üçüncü bir şəxs (idarəçi olan) müdaxilə etsin. Azvikidə bir qrup yoldaşlar var ki, müzakirələrdə iştirak etmirlər və əsas fəaliyyətləri məqalə yaratmaqdan ibarətdir. Bu şəxslərin qaydaları kobud şəkildə pozmayacağı müddətdə bloklanmasına şiddətlə qarşıyam. Facebookda yazılan və sonradan silinən posta görə hansısa istifadəçini bir il müddətinə bloklamaq çox gülməlidir və idarəçi adına sadəcə olaraq ləkədir. Mənim mövzu ilə bağlı başqa bir təklifimdə var. Azərbaycan dilinin izahlı lüğətində İdarəçi sözü İdarə edən, rəhbərlik edən, müdir. formasında izah edilib. Sual olunmalıdır ki, mövcud idarəçilərdən burada müdir, rəis olan kimdir ? Əgər heç kimdirsə, o zaman Vikipediya:İdarəçilər bölməsi nə üçün mövcuddur ? Türkçə vikipediyada mövcud olan Hizmetli sözünün bizim dildəki ən uyğun qarşılığını, Xidmətçini işlətməliyik. --Baskervill (müzakirə) 00:33, 31 may 2019 (UTC)
Xidmətçi məsələsində tamamilə ciddiyəm. Vikipediya ilə əlaqəsi olmayan bir çox şəxslərdən hərdən eşidirəm ki, Azərbaycanca vikipediyada 15-16 idarəçi var, filan məqalədə olan filan şeyə görə onlar hara baxır ? İnsanların təsəvvüründə elə fikir formalaşıb ki, orada idarəçi varsa, deməli sayta görə həmin şəxslər məsuliyyət daşıyırlar və hər nə olsa idarəçilər cavab verməlidir. Son olaraq, özümdə daxil olmaqla bütün idarəçi yoldaşlara belə bir məsləhət (məsləhət kimlər üçünsə ağır oldusa xahiş olsun) vermək istərdim: İdarəçinin idarəçisi yox, istifadəçinin idarəçisi olun. Tanrı sizi qorusun. --Baskervill (müzakirə) 00:38, 31 may 2019 (UTC)
Hörmətli Eldarado nədi hər deyilən və ya təklif olunan qayda ilə razılaşmalıyam bəyəm. Mən burada konkret hansı maddələrə görə qeyri-müəyyən müddətə bloklamanın verilməli olduğunu bildirmişəm. Zatən qeyd etdiyim qaydaları pozanlar normal təfəkkürə malik olmamalıdırlar ki, bu addımları atsınlar. Ən azından Drabullayevin təklifi daha ağlabatandır. O baxımdan ki, hansı qayda pozuntusuna görə hansı müddətə bloklama tətbiq oluna bilər. Bu daha ədalətli olar.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 08:29, 31 may 2019 (UTC)
Təklif edilən birinci dəyişikliklə qətiyyən razı deyiləm və həmin təklifi ümumiyyətlə Vikipediyanın təməl qaydalarına zidd hesab edirəm. Sosial şəbəkələr və ya başqa platformalarda aparılan müzakirələrə görə istifadəçini bloklamaq olmaz.--sefer azeri 08:49, 31 may 2019 (UTC)

Təklif olunan birinci bənd, sosial şəbəkələrdə vikipediya istifadəçilərinin izlənməsi/təqib edilməsi deməkdir. Bu da Ensiklopediyanın azad ruhuna ziddir.

Bundan başqa, təklifdə aydın deyil ki, (1-ci bənddə) başqa sosial şəbəkədə "mənfi mənada" müzakirə aparmaq və bu bu müzakirədə kimisə "təhqir" etmək kimi 2 ayrı əməl birlikdə bloklanmağa səbəbdir, yoxsa ayrı ayrılıqda hər biri səbəbdir?

"Mənfi mənada" nə deməkdir? kimə görə təyin olunur bu "mənfi"/"müsbət"...bəs istinad nöqtəsi olan sıfır - "neytral" mövqe hansıdır?

Təhqir, təhdid və kobud ifadələrin altı doldurulmur. Bu ifadələr konkretləşdirilməlidir ki, hamı bilsin bu kateqoriyaya hansı ifadələr daxildir. Yoxsa, hamı özünə görə şərh verəcək. Hansı ifadələr təhqirdir, hansılar təhdid və hansılar kobud ifadələr kimi qəbul ediləcək, bunlar qəti şəkildə müəyyənləşdirilməldir. Bu barədə istifadəçilərin əksər çoxluğunun razılığı alınmalıdır ki, icmamızda sülh yaransın, yeni gələnlər də ona görə davransın, köhnələr də özünü icmanın əksəriyyətinə görə kökləsin öz üslubunda.

Mən təklif edirəm ki, "Mütəxəssislər Şurası" yaradılsın və Vikipediya qaydaları redakte etsin bu şura. Bu Şuraya real həyatda hüquqşunas, linqvist vs olan mütəxəssislər qoşulsun. Yoxsa, heç bir ali hüquq təhsili olmayan insanların çıxardığı qaydalar despotik olur. İlk cümləmdə də dediyim kimi, artıq vikipediya istifadəçilərinin internetdə izlənilməsi təklif edilir. Bu insanın söz azadlığına zidddir. Fərqi nədir sosial şəbəkədə ya hardasa dost məclisində, kafede..Təhqir məsələsini isə, kimsə kimisə təhqir edirsə, aid olduğu ölkədəki hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Yox o qədər çıxmağa ehtiyac yoxdursa düşünürsə, deməli ortada təhqir yoxdur. Misal üçün; Birinə "savadsızsan" demək təhqir yox (mənə görə) "kobud ifadə" hesab edilə bilər. Amma hal-hazırda bu məsələnin təməli olmadığından şərhə açıqdır və təcrübə göstərirdi ki, bunu idarəçi öz anlayış tərzinə uyğun şərh edərək müxtəlif istiqamətə çəkə bilir.

Bundan başqa bu "Mütəxəssislər Şurası" digər məsələlərdə də mövqe açıqlaya bilsinlər. Məsələn Transliterasiya məsələsində, yaxud elmi mənbələr məsələsində. Yoxsa indiki halda, kimsə hansısa kitab yazıb (senzura yox, bir şey yox) onu gətirib mənbə kimi qoymaq olur məqalələrə. Hansısa saytda, səriştəsi naməlum müəlliflərin yazıları, görürsən israrla qaynaq kimi ortaya atılır.

Deyə bilərsiniz ki, bu mütəxəssislər kimlər olacaq? Onun üçün müxtəlif şəxsləri cəlb etmək mümkündür. Şərt deyil ki, onlar gəlib vikipediyada otursunlar, aktiv istifadəçi olsunlar. İdarəçilər onlardan mövqe soruşa bilər. İdarəçilərin hansısa mövzuda elmi bilikləri yetməyə bilər, bu zaman həmin Şuradan fikir alış verişi edə bilər. Biraz əvvəl daha uzun yazmışdım, daha təflisatlı, elektrik kəsintisindən yükləyə bilmədim. Təkrar yazdım bunu, ümid edirəm fikrimi düzgün çatdıra bildim HulaguKaan (müzakirə) 12:04, 31 may 2019 (UTC)


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024