İstifadəçi:Solavirum/Qaralama2 Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Solavirum/Qaralama2 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:Solavirum/Qaralama2

https://www.amerikaninsesi.org/a/7279565.html https://www.amerikaninsesi.org/a/7279472.html

Məhəmməd Süleyman oğlu[1] (az-əbcəd. محمد فضولی‎) ({{DVTY}} şablonu boşdur), daha çox Füzuli (فضولی) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, farscaərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi AsiyayaHindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir.

1483-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, SəfəviOsmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir. 1556-cı ildə Füzuli taun xəstəliyindən vəfat etmiş və Kərbəlada dəfn olunmuşdur.

Adı redaktə

Füzulinin əsl adı Məhəmməd,[a] atasının adı isə Süleymandır.[3][4][5] O, "Füzuli" təxəllüsünü öz üzərinə götürdü, bu təxəllüsü həm "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur. O, başqa heç kimin belə təxəllüs seçməyəcəyini bildiyindən fərqlənmək üçün bu adı seçdiyini bildirmişdir.[6][3]

Həyatı redaktə

Füzulinin həyatı haqqında çox az məlumat var.[3] O, 1483-cü ildə anadan olmuşdur və tədqiqatçıların fikrinə görə, ailəsi bayat tayfasına mənsub olmuş, özü də Azərbaycan türklərindən olan şiə müsəlman[b] idi.[8][9][10] Bəzi tədqiqatçıların verdiyi təklifə görə, Füzulinin əcdadları feodal çəkişmələr səbəbindən Azərbaycandan İraqa köçmüşdü,[1] lakin başqa mənbələrdə onların Ərəş mahalından köçdüyünü qeyd edilmişdir.[11] Dövrün bəzi mənbələrində ondan "Füzuli-yi Bağdadi" (hərfi mənada – "Bağdadlı Füzuli") kimi bəhs edilmişdir, bu da onun Bağdadda və ya ətraf məntəqədə anadan olduğunu təklif edir. Buna baxmayaraq, digər mənbələr onun doğulduğu yer kimi yaxınlıqdakı Nəcəf, Hillə və ya Kərbəla şəhərlərini göstərirlər.[2][3] Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir.[6][12] O, doğma Azərbaycan dili ilə yanaşı, kiçik yaşlarından farsərəb dillərini də öyrənmişdir.[13][14] Füzuli hələ uşaqlıqdan poeziyaya maraq göstərmiş, ilk poetik ilhamını XV əsrin sonlarında yaşamış şair Həbibidən almışdır.[2][3]

Füzuli yetkinlik yaşına çatana qədər İraqda Ağqoyunlular sülaləsinin (1470–1508) hakimiyyəti altında yaşamış, bundan sonra 1508-ci ildə İrandan Səfəvilər dövlətinin banisi şah I İsmayıl hakimiyyətə gəlmişdir. Səfəvilərin hakimiyyəti ələ keçirən zaman Füzuli artıq məşhur bir gənc şair idi və ilk farsca qəsidəsini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdi.[2][6][3] 1514-cü ildən sonra Füzuli Bağdadın Səfəvi valisi İbrahim xan Mosulludan himayə almışdır. O, Mosullu ilə onun Nəcəf və Kərbəlaya səfəri zamanı tanış olmuşdur.[3] Füzuli Azərbaycan dilində olan ilk şeirini "Bəngü Badə"ni ("Tiryək və Şərab") adlı məsnəvisini I İsmayıla, iki qəsidəsini və bir tərcibədini Mosulluya həsr etmişdir.[2][6][14] Buna baxmayaraq, 1527-ci ildə Mosullu öz qardaşıoğlu tərəfindən öldürülmüşdür və bundan sonra Füzuli himayədarını itirmiş, Hillə və ya Nəcəfə köçmüşdür. Tədqiqatçıların fikrinə görə, o, çox güman ki, bunu Səfəvi əyanları arasında başqa etibarlı himayədar tapa bilmədiyi üçün etmişdi.[3] Füzuli irada İmam Əlinin məscidinin qəyyumu olmuşdur.[2][6] Bu vəzifəyə baxmayaraq, o, böyük sərvətə sahib deyildi və dəstək üçün müxtəlif himayədarlara arxalanmalı olurdu.[6] Onun 1527–1534-cü illərdəki həyatı haqqında çox şey məlum deyil.[3]

Osmanlı imperiyasının sultanı I Süleyman 1534-cü ildə Bağdadı fəth edəndə Füzuli artıq əlli yaşlarında idi. O, sultana uzun bir qəsidə həsr etmiş, həm də ətrafdakı Osmanlı məmurlarının rəğbətini qazanmaq üçün onlara qəsidələr yazmışdır. Bu məmurlardan biri olan Cəlalzadə Mustafa Çələbi Bağdadda olduğu müddətdə nişançı təyin edilmişdi. O, şiə ziyarətgahlarına edilən ianələrdən artıq qalan məbləğin hesabına Füzulinin gündə doqquz akça təqaüd almasını təşkil etmişdir. Buna baxmayaraq, səlahiyyətlilər bir müddət sonra ianələrdən heç bir artıq məbləğ qalmadığını iddia edərək təqaüddən əl çəkmiş, Füzuli isə Azərbaycan dilində yazdığı və Çələbiyə ünvanladığı "Şikayətnamə" adlı poetik məktubunda öz məyusluğunu bildirmişdir.[6] Məktubda Füzuli öz dövrünün siyasi və teoloji səbatsızlığının ona çox təsir etdiyini izah edərək bütün ümidləri tərk etdiyini bəyan etmişdir.[2] O illərdə Füzuli Kərbəlada İmam Hüseyn türbəsinin tərkibindəki bəktaşi xanəgahında şam yandıran kimi çalışırdı.[15][16] Füzuli yazırdı ki, heç vaxt onun ehtiyaclarını ödəyən bir himayədar tapa bilməmiş və padşah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdi.[2][6] Füzuli Təbriz, AnadoluHindistan kimi yerləri görmək arzusunda olmasına baxmayaraq, İraqdan kənara səyahət edə bilməmişdi. O, ömrünün çox hissəsi Kərbəla, Hillə, Nəcəf və Bağdad şəhərlərində keçirmişdi.[3] Füzuli 1556-cı ildə taun xəstəliyindən vəfat etmişdir. Onun vəfat yerinin Kərbəla olduğu təxmin edilir və Kərbəlada yerləşən bəktaşi xanəgahının ərazisində dəfn olunmuşdur.[2][6][16]

Poeziyası redaktə

Əsərləri redaktə

İrsi və qiymətləndirilməsi redaktə

Qeydlər redaktə

  1. Bəzi mənbələrdə həmçinin, Mehmed kimi yazılır.[2][3]
  2. Füzulinin şiə müsəlman olması ehtimalı olsa da, onun sünni və ya şiə müsəlman olması elmi müzakirə mövzusudur.[6][7]

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1 2 ASE, 1987. səh. 14
  2. 1 2 3 4 5 6 7 8 9 Macit, 2014
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Karahan, 1996
  4. Macit, 2013
  5. Green, 2019. səh. 30
  6. 1 2 3 4 5 6 7 8 9 10 Encyclopædia Iranica, 2000
  7. Terzioğlu, 2022. səh. 584
  8. Birnbaum, 1976. səh. 82
  9. Laguna, 2022. səh. 156
  10. Abbas, 2021. səh. 9–10
  11. Bayram, Gülparə. "Türk ədəbiyyatında ondan böyük bir isim yoxdur". TRT Azərbaycan. 11 avqust 2017.
  12. Abbas, 2021. səh. 10
  13. Mendel, Nicola və Qutbuddin, 2010. səh. 293
  14. 1 2 Gutsche, Weber və Rollberg, 1987. səh. 79
  15. Taner, 2019. səh. 99
  16. 1 2 Karakaya-Stump, 2019. səh. 195

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024