İstifadəçi müzakirəsi:Konullu Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Konullu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Konullu!
Tez-tez soruşulan suallar Salam, Konullu. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

VagoMüzakirə 15:48, 14 iyul 2011 (UTC)Cavabla

Mənbəm redaktə

İohan Sebastyan Bax məqaləsində qoyduğum mənbə niyə silinib? Səbəbi bilmək istəyirəm ki, gələcəkdə eyni səhvlərə yol verməyimKonullu 22:56, 10 sentyabr 2011 (UTC)Cavabla

İlk öncə sizin fəaliyyətinizi qiymətləndirirəm. Mənbə ona görə slinib ki, Vikipediyada bloqlara istinad etmək olmaz. Etibarlı mənbələr olmalıdır. Sizin fəaliyyətinizdə kifayət qədər bloqlara istinad var. Xahiş edirəm onları daha etibarlı olanları ilə əvəz edin.
P.S. Ancaq rəsmi bloqları mənbə kimi göstərə bilərsiniz. Hörmətlə, -- Pərviz   05:47, 11 sentyabr 2011 (UTC)Cavabla

Bloqların etibarlı mənbə olmaması fikri ilə razıyam. Amma burda bir nüans var, mənim istinad qoyduğum məqalə kifayət qədər etibarlı mənbəyə əsasən yazılıb və məqalənin aşağısında onun əsl müəllifi və ilk dərc olunduğu yer yazılıb, bu baxımdan onu etibarlı mənbə saymaq olar? Mənim fəaliyyətimdə bloqlara istinadın 2 əsas səbəbi var: a) istinad qoyduğum həmin bloq postun kifayət qədər etibarlı mənbələrə əsasən Vikipediya standartlarına əsasən etibarlı sayıla bilməsi; b) Onsuz da AzNet-də Azərbaycandilli kontent qıtlığının nəticəsi olaraq Vikipediyada mənbəsiz yazılmış məqalələrə nisbətən bu istinadların xeyli etibarlı olması.Konullu 06:35, 11 sentyabr 2011 (UTC)Cavabla

Yox, bloqa istinad istənilən halda qəbul olunmur. Əgər siz hansısa məqaləni istinad kimi göstərirsinizsə, müəllifini, məqalənin adını və dərc olunduğu yeri qeyd etməlisiniz. Mümkünsə, rəsmi keçid də göstərə bilərsiz.
Amma müəllifə istinad üçün də özünün kriteriyaları var [1]. Yaxşı olar ki, siz bu məqalənin yazılmasında istifadə olunan o etibarlı mənbələrə istinad edin. VP:EM səhifəsini də oxuyun. Yenə suallarınız olsa, çəkinmədən müraciət edin. Hörmətlə,-- Pərviz   12:54, 12 sentyabr 2011 (UTC)Cavabla

Bir daha oxudum verdiyiniz keçidləri, daha əvvəl də onlara baxmışdım. Vikipediyanın etibarlı mənbə tələb etməsini alqışlayıram, lakin etiraf edək ki, Vikipediya tələblərinə cavab verəcək etibarlı mənbələrin sayı AzNet-də hətta 0-a yaxındı. Ümumiyyətlə Bax üçün bu kriteriyalara uyğun nəsə tələb etmək də düz çıxmır, çünki onun haqqında məlumatlar bu tipli mənbələrdən daha çox məlumat xarakterli saytlarda, kitablarda və jurnallarda olur. Kayzen.az saytı fərdi və kollektiv bloq yazma imkanı verən sayt olsa da, bildiyim və həmin məqalənin altında gördüyüm qədərilə bu tipli məqalələrdə mənbələrin qoyulması prinsipinə özü də əməl edir. Sizin tövsiyyənizə əsasən mən bu məqalənin yazılmasında istifadə olunmuş ilkin məqaləyə istinad qoyuram. Lakin digər hallarda bəzən ilkin mənbələr əlçatan olmadığı halda biz istifadəçilər məqalələrimizi istinadsız qoymaqdansa və ya kayzen.az-dan daha keyfiyyətsiz məzmunlara istinad qoymaqdansa (hazırda bu tip məqalələrə əfsuslar olsun ki, Vikipediyada rast gəlmək olur ki, bu da istifadəçilərin xəbərsizliyindən və milli məzmun çatışmazlığından irəli gəlir), kayzen.az-a istinad qoymaq nisbətən daha doğru olardı. Konullu 14:46, 12 sentyabr 2011 (UTC)Cavabla

İstifadə etdiyiniz istinadlar mütləq Azərbaycanca və ya AzNet-də olmağı vacib deyil. Əgər xarici mənbələr varsa, göstərməyə çəkinməyin. Bax haqqında kifayət qədər xarici mənbələr var. Elə EnViki-dən də istifadə edə bilərsiz.
P.S. Bizim məqsədimiz də elə Azərbaycanca məzmunu çoxaltmaqdır.-- Pərviz   14:15, 13 sentyabr 2011 (UTC)Cavabla

Təşəkkür edirəm! Məqsədlərimiz eynidir :) Konullu 14:22, 13 sentyabr 2011 (UTC)Cavabla

Bir daha aramıza xoş gəldiniz. :) İlk öncə istifadəçi səhifənizi yaratmaqla başlayın.-- Pərviz   09:08, 14 sentyabr 2011 (UTC)Cavabla

Minnətdaram! İstifadəçi səhifəmi yaratmaq üçün öyrədici keçidlər verə bilərsən, zəhmət olmasa? Konullu 17:29, 14 sentyabr 2011 (UTC)Cavabla

Saıam Hörmətli Konullu.Məncə bu (Vikipediya:Şablon istə) səhifənin sizə köməyi dəyə bilər.Əgər qaranlıq məqam olsa, lütfən soruşun Hörmətlə--Baskervill 17:48, 14 sentyabr 2011

Baskervill, hazırdı :) Konullu 21:41, 14 sentyabr 2011 (UTC)Cavabla

Miras redaktə

Salam, Miras səhifəsini silmisiniz, səbəb də onu göstərmisiniz ki, məqalənin ensiklopedik məzmunu yoxdur. Mənim Vikipediya təcrübəmə əsasən bu düzgün deyil:

  1. Məqaləm ingilis dilində olan Heritage məqaləsində olan cümlənin tərcüməsi idi və həmin ingilisdilli Vikipediyadan eyni əsasla (qeyri-ensiklopedik məzmun) pozulmur. Mən məqalənin digər versiyalarına da linklər qoymuşdum;
  2. Zənnimcə, istənilən məqalənin yaradıldığı andan bir neçə dəqiqə sonra pozulması ümumiyyətlə qəbul olunan deyil, çünki məqalə yaradılır və yaradıldığı anda ideal olmur. Əksər Vikipediyaçılar onu bir neçə saat ərzində ilkin formaya salırlar, daha sonra isə bir neçə gün onu vikiləşdirib digər işləri görürlər.

Bu iki məqam mənə əsas verir ki, Sizdən məqaləmin bərpasını xahiş edim. Hörmətlə, Konullu (talk) 16:16, 6 yanvar 2013 (UTC)Cavabla

Salam. Gün ərzində onlarla qeyri ensiklopedik məqalələr yaradılır və bunların silinməsi zamanı bəzən istəmədəndə olsa lazımlı məqalələr silinir. Mən məqaləni bərpa etdim. Məqalə üzərində digər dil keçidləri olsada, bir cümlədən ibarətdir və ümüd edirəm ki, qısa bir zamanda məqalə bir az daha genişlənər. Anlaşılmazlıq üçün üzürlü hesab edin. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm və sizi "Vikipediya:Seçilmiş şəkil namizədləri" səhifəsində keçirilən şəkillər üzrə olan səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə:--Baskervill (talk) 16:26, 6 yanvar 2013 (UTC)Cavabla
Mən təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 16:38, 6 yanvar 2013 (UTC)Cavabla

Miras: Bakının sirri redaktə

Salam, Miras: Bakının sirri məqaləsinin kifayət qədər böyük hissəsinin Sizin tərəfinizdən silinməsinə aydınlıq gətirə bilərsinizmi? Təşəkkürlər. Konullu (talk) 10:01, 26 mart 2013 (UTC)Cavabla

Salam. "Oxucu fikirləri" bölməsini çıxarmışam. O artıq ensiklopedik bölmə deyil. Qəzet və ya forum üslubudur. Məsələn, hər kitab haqqında məqalədə elə bir bölmə yaradıb ora saysız-hesabsız fikirlər yazmaq olar. Hətta filan bloqçu, filan mühəndis kimi fikir bildirən virtual şəxslər də uydurmaq mümkündür. Bu cür sırf ensiklopedik məqalələrdə isə kitab haqqında texniki (çap, tiraj və s.) məlumatlar və kitabın çox qısa məzmunu verilə bilər. Hörmətlə:--Sortilegus (talk) 10:39, 26 mart 2013 (UTC)Cavabla
İzahınız üçün təşəkkür edirəm. Bəs bloqqerlərin, rəy verənlərin fikirlərinin hərəsindən 1-2 cümlə ilə kitabın mahiyyətini izah etmək olarmı? Kitab yeni üslubda, fərqli məqsəd üçün yazıldığından Vikipediyadakı məqalənin kitab haqqında daha dolğun təəssürat yaratmasını istərdim. Hörmətlə, Konullu (talk) 11:16, 26 mart 2013 (UTC)Cavabla

Cəmil Həsənli redaktə

Salam Aleykum. Cəmil Həsənli məqaləsinin laboratoriyaya namizəd səhifəsindən laboratoriyaya daxil olmasında dəstək verə bilərsinizmi ?--samral müzakirə 19:13, 30 noyabr 2013 (UTC)Cavabla

Seçilmiş məqalə redaktə

 
İstanbul məqaləsi
Salam, Konullu.
Sizi İstanbul məqaləsinin seçilmiş məqalə statusu alması üçün labaratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm!

-- Ayxan İsmayılov (müzakirə) 13:37, 14 aprel 2020 (UTC)Cavabla

Milli Net səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Milli Net məqaləsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunana qədər məqalə Vikipediya:Silinməyə namizəd səhifələr#Milli Net səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bildirə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı məqaləni redaktə edə, o cümlədən müzakirədə qaldırılan problemləri həll etmək üçün məqaləni təkmilləşdirə bilər. Bununla belə, məqalənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Lavici mesaj? 09:47, 9 may 2022 (UTC)Cavabla

{{subst:db-csd-notice-custom|1=Keşləmə|2=nocontent}} Patriot (müzakirə) 21:45, 24 oktyabr 2023 (UTC)Cavabla

AZ-CERT səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
AZ-CERT səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/AZ-CERT səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Atakhanli (müzakirə) 15:38, 17 fevral 2024 (UTC)Cavabla


Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024