İstifadəçi müzakirəsi:Rəşid Nurməmmədov Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Rəşid Nurməmmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Rəşid Nurməmmədov!
Tez-tez soruşulan suallar Salam, Rəşid Nurməmmədov. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

-- ■ Sultan mesaj 16:27, 23 iyun 2014 (UTC)Cavabla

Həmçinin bax redaktə

Salam Həmkar. Əlavə etdiyiniz cümlələri Azərbaycan əlifbası və dilinin qaydalarına riayət etməklə əlavə edin. ə-ni e, ü-nü u kimi yazmayın. --Araz Yaquboglu (talk) 04:58, 30 iyun 2014 (UTC)Cavabla

Alqışlayıram redaktə

Salam, Rəşid Nurməmmədov. Bir daha Azərbaycan dilində olan Vikipediyaya xoş gəlmisiniz. Fəaliyyətinizi maraqla izləyirəm. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Siz qaydalara əməl etməklə fəaliyyətinizi davam etdirməklə ümumi işimizə xeyli kömək etmiş olursunuz. Bir sözlə sizin fəaliyyətinizi alqışlayıram. "Vikibağlılıq" nişanı"nız mübarək! İşlərinizdə uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 16:30, 30 iyun 2014 (UTC)Cavabla

Salam! Hörmətli Sultan. Göstərdiyiniz diqqət və səmimiyyətə, verdiyiniz yüksək qiymətə görə Sizə öz minnətdarlığımı bildirirəm. İnaniram ki, Vikipediyaçıların birgə səyi Vikipediyaya müraciət edən insanların dünyagörüşünün daha da zənginləşməsinə xidmət edəcəkdir. Bir daha Sizə minnətdarlığımı bildirirəm. Hörmətlə: Rəşid Nurməmmədov.

Tarix-aforizm redaktə

Salam. Sizin yaratdığınız Tarix-aforizm məqaləsi silinəcək. Çünki bu tipli məlumatlar Vikistata uyğun gəlir. Ona görə də ora köçürülməsi məsləhətdir. --Araz Yaquboglu (talk) 06:27, 5 iyul 2014 (UTC)Cavabla

Salam. Təşəkkür edirəm. Məsləhət gördüyünüz kimi həmin materialı Vikisitata köçürdüm.

DƏVƏT redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Olimpiya məşəli məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/Olimpiya məşəli səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

--Zaur Turan(1994) (Söhbət) 16:19, 7 iyul 2014 (UTC)Cavabla

Salam, fəaliyyətiniz üçün təşəkkürlər. Sizin bu səhifədə səsvermədə iştirak etməyinizdə problem var idi [1]. İmzanızı səhifədə aşağıda "Dəstək", "Qarşı" və ya "Bitərəf" bölmələrindən birinə qoymaqla səsvermədə iştirak edə bilərsiniz. Amma onu da nəzərinizə çatdırım ki, Vikipediya:Səsvermə prinsipinə əsasən, sizin hələ səsvermə hüququnuz yoxdur, səsiniz etibarlı sayılmayacaq. Uğurlar!--Emin ismarış 17:35, 7 iyul 2014 (UTC)Cavabla

İmzalamaq redaktə

Salam Rəşid bəy. Müzakirə səhifələrində, ümumiyyətcə imza qoyulması lazım olan yerlərdə yazdığınız fikrin sonunda 4 ədəd ~ bu işarədən qoysaz adınızı yazmağa ehtiyac qalmır. proqram özü avtomatik olaraq adınızı və tarixi qeyd edəcək. --Araz Yaquboglu (talk) 04:54, 9 iyul 2014 (UTC)Cavabla

Təşəkkür redaktə

Salam Araz Yaquboğlu. Səmimi münasibətə və göstərdiyiniz köməkliklərə gorə təşəkkür edirəm. Rəşid Nurməmmədov (talk) 08:14, 9 iyul 2014 (UTC) 13:15 8 iyul 2014 (UTC)Cavabla

Salam həmkar. Xaiş edirəm yeni məqalələr yaradarkən oxşar mövcud məqalələrin tərtibatına baxıb yaratdığınız məqalələri ona uyğunlaşdırın. Məsələn mən sizin E.ə. 146 adlı məqalənizi düzəltdim. --Araz Yaquboglu (talk) 04:49, 22 iyul 2014 (UTC)Cavabla

Salam Araz Yaquboğlu. Yardımınıza görə təşəkkür edirəm, bu mənim vikipediyadakı fəaliyyətim üçün daha bir dəstək oldu. Rəşid Nurməmmədov (talk) 05:46, 22 iyul 2014 (UTC) 10:45 22.07.2014.Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam Aleykum
Dağlaləsi həyəcanı məqaləsinin Yaxşı məqaləyə namizəd təqdim olunmaq üçün Vikipediya:Məqalə laboratoriyası/Dağlaləsi həyəcanı səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm.

--samral müzakirə 04:49, 2 avqust 2014 (UTC)Cavabla

Pisarev redaktə

Bunları Vikisitata köçürün. Buradan silinəcək. --Araz Yaquboglu (talk) 15:02, 5 avqust 2014 (UTC)Cavabla

Salam. Təşəkkür edirəm. Rəşid Nurməmmədov (talk) 15:12, 5 avqust 2014 (UTC) 20:14 05.08.2014Cavabla

Dünya dövlətlərinin bayraqlarının tarixi. redaktə

Salam.Mən bilmək istəyirdim ki, siz niyə məqalənizdə Cənubi Koreya Respublikası yazmısız ? Məncə bu dövlətinin adı Koreya Respublikasıdır .Şimali Koreyanın adı da KXDR-dir .--Kim Yushin (talk) 16:27, 16 avqust 2014 (UTC)Cavabla

Haqlısınız. Diqqətinizə gğrə təşəkkür edirəm. İrad tutduğunuz nöqsanı aradan qaldırdım. Rəşid Nurməmmədov (talk) 12:07, 16 avqust 2014 (UTC) 17:05. 16.08.2014Cavabla

Salam redaktə

Salam hörmətli həmkar. Tərəfinzdən yaradılan (İntibah (Renessans) mədəniyyəti və ya Avropada maarifçilik dövrü mədəniyyəti) kimi məqalələr özünüzdə qeyd etdiyiniz kimi ali məktəb dərsliklərindən götürülüb. Azvikinin kitab cümlələrindən təşkil edilmə dövrü bitmişdir. Lütfən həmin məqalələri ensiklopedik hala gətirin və bir məqaləni tam bitirmədən digərini yaratmayın. Əgər bu hal belə olmaqdıqda sizin məqlaələrnizin silinmə təhlükəsi yarana bilər. Vikiləşdirmək şabonu isə həmin məqalələr üçün kiçik bir xəbərdarlıqdır. Hörmətlə:--Baskervill (talk) 15:48, 14 sentyabr 2014 (UTC)Cavabla

adam.az redaktə

Salam. adam.az saytında şəxslər haqqında xeyli məqalənin olmasını biz də bilirik. Lakin onları olduğu kimi bura köçürmürük. Çünki müəlliflik hüququ pozuntusuna səbəb olduğu üçün belə fəaliyyət Vikipediya qaydalarına ziddir. Xahiş edirəm ki, bunu nəzərə alın və bir daha belə hallara yol verməyin. Hörmətlə, --►Cekli829 17:09, 2 oktyabr 2014 (UTC)Cavabla

E.ə. redaktə

Salam. E.ə. illəri haqqında kütləvi məqalə yaratmayın. Yaratdıqlarınızı isə heç olmasa nümunələrdə olduğu kimi edin (E.ə. 254). Çox qaralama halında məqalə yaradırsız. --Araz Yaquboglu (talk) 08:45, 1 noyabr 2014 (UTC)Cavabla

İllərlə bağlı təşəkkür! redaktə

Salam. İllərlə bağlı məqalələri təkmilləşdirdiyiniz üçün Sizə xüsusi təşəkkür edirəm! Hörmətlə, --►Cekli829 12:31, 22 noyabr 2014 (UTC)Cavabla

Salam həmkar. Fəaliyyətinizi maraqla izləyirəm. Azvikidə illər və günlərlə bağlı səhifələrə etdiyiniz dəyərli əlavələrə görə sizə öz təşəkkürümü bildirmək istədim. Gördüm ki, Cekli məni qabaqlayıb və müzakirə səhifənizdə artıq belə bir təşəkkür ismarıcı var. Sadəcə bu təşəkkürün altından mən də öz imzamı atıram. Hörmətlə:--Sortilegus (talk) 21:29, 3 yanvar 2015 (UTC)Cavabla


Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam
Sizi SSRİ hökumət başçıları siyahısının "Seçilmiş siyahı" statusu alması üçün Vikipediya:Laboratoriya/SSRİ hökumət başçıları səhifəsində keçirilən səsverməyə dəvət edirəm.

--Kim Yushin (talk) 11:51, 6 yanvar 2015 (UTC)Cavabla

Bərdə rayonu redaktə

Salam. Bərdə rayonu məqaləsində etdiyiniz bu (Görkəmli şəxsləri bölməsindən Rasim ƏliquliyevHəsən Kərimovun adlarının silinməsi) dəyişikliyin səbəbini bilmək istərdim. İşlərinizdə uğurlar! Hörmətlə: --Elməddin Hacıyev (talk) 11:45, 15 yanvar 2015 (UTC)Cavabla


Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Böyük Tamara məqaləsinin Seçilmiş məqalə və ya Yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Böyük Tamara səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Hörmətlə,--Yuşin (münazirə) 06:58, 25 yanvar 2015 (UTC)Cavabla

Oğuznamə redaktə

Salam. Məncə Oğuznamələr barədə bu qədər məqalələr yaratmağa gərək yoxdur. Çünki digər vikilərdə heç bir məqaləyə rast gəlmədim. Olmazmı ki, mövzuları alt başlıq kimi bir məqalənin daxilində göstərəsiniz? --Baskervill müzakirə 11:13, 26 mart 2015 (UTC)Cavabla

Salam. Diqqətinizə görə təşəkkür edirəm. Misilsiz sənət nümunələri olan Oğuznamələr dünyanın əksər kitabxanalrında saxlanılsa da, təəssüf ki, bu günədək geniş təhlil olunmamışdır. Diqqətinizi təkcə bir rəyə cəlb etmək istərdim: Professor K.Vəliyev türk alimlərinin tədqiqatlarını ümumiləşdirərək belə qənaətə gəlir ki, “Oğuznamə - türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır. Oğuznamə - oğuz eposudur. Oğuznamə oğuz tarixidir. Oğuznamə - oğuz mədəniyyətinin nəsildən-nəslə keçə-keçə yaşayan həyat kitabıdır”. Məhz bu nöqteyi-nəzərdən mən, Oğuznamələr haqqında məlumat xarakterli ilk məqalələri yerləşdirməklə vikipediya iştirakşılarının diqqətini bu əvəzsiz xəzinəyə cəlb etmək istərdim. Arzu edərdim ki, Siz, Vikipediyanın inkişafında inkaredilməz xidmətləri olan bir şəxs kimi gələcəkdə Oğuznamələrin tədqiqi ilə bağlı müsabiqənin təşkilinə də köməklik göstərəsiniz. Hörmətlə. Rəşid Nurməmmədov (müzakirə) 11:36, 26 mart 2015 (UTC) 15:35 26:03:2015Cavabla
Xoş sözlərə görə sizə təşəkkür edirəm. Bu sahədə sizə bir kömək lazım olsa deyərsiniz əlimdən gələni etməyə çalışacam. Hörmətlə:--Baskervill müzakirə 16:31, 26 mart 2015 (UTC)Cavabla

Translating the interface in your language, we need your help redaktə

Hello Rəşid Nurməmmədov, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
 
Tərcümə etmək üçün, MediaWiki tərcümə layihəsi olan translatewiki.net saytını istifadə edin.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:07, 26 aprel 2015 (UTC)Cavabla

Kəndlər redaktə

Salam həmkar. Sizin fəaliyyətiniz toponimlər üçün çox maraqlıdır. Lakin diqqətli olmağınız və yaratdığınız məqalələri mümkün qədər vikiləşdirməyiniz lazımdır. Topuqlu haqqında məqalədə elə qeyd olunub ki bəzən Totuqlu kimi də qeyd olunur. O zaman siz birinci ora baxmalıydız. O varsa deməli ikinci bir məqaləyə ehtiyac yox idi. Əlavələrinizi ora etməliydiz. --Araz Yaquboglu (müzakirə) 05:45, 20 iyul 2015 (UTC)Cavabla

Dil keçidlərinin əlavə edilməsi redaktə

Salam Rəşid müəllim. Zəhmət olmasa, məqalələri yaratdıqdan sonra onlara uyğun dil keçidlərini də verəsiniz. Bunun üçün məqaləni yaratdıqdan sonra sol tərəfdə keçid əlavə et bölməsinə daxil olmaq lazımdır. Bundan sonra isə həmin məqalə rus, ingilis və s. dillərdə artıq yaradılıbsa keçid əlavə etmək olar. Məsələn Kusko krallığı məqaləsinə keçid vermək üçün qeyd etdiyim hissəyə daxil olmaq, bundan sonra açılan pəncərədə language bölməsinə ru (ruwiki), page bölməsinə isə həmin dildə məqalənin adını əlavə etmək lazımdır (Королевство Куско). Sonda isə link with page ardıcıllığını yerinə yetirmək lazımdır. Hörmətlə:--Zaur Turan (1994) (Müzakirə) 06:02, 1 oktyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

Salam həmkar. Burada keçirilən səsvermədə iştirak etməyinizi istərdim. --Araz Yaquboglu (müzakirə) 11:37, 22 oktyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Sizi Adana ili məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/Adana ili səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--Samir Rutulec (müzakirə) 06:32, 28 oktyabr 2015 (UTC)Cavabla

Məlumat redaktə

Salam. Zəhmətiniz hədər getməsin deyə məqalə hazırlamamışdan əvvəl müvafiq mövzularla bağlı AzVikidə məqalənin mövcud olub-olmadığını dəqiqləşdirin. Əks halda hazırladığınız məqalələr Azərbaycanın ali və orta ixtisas məktəblərinin siyahısı məqaləsi kimi silinəcək. Çünki o mövzu ilə bağlı AzVikidə 2 məqalə mövcuddur:

Nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, --►Cekli829 13:57, 31 oktyabr 2015 (UTC)Cavabla

Haqlısınız. Təşəkkür edirəm. Rəşid Nurməmmədov (müzakirə) 15:58, 31 oktyabr 2015 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim idarəçi seçilməyim ilə bağlı İdarəçilər səhifəsində keçirilən səsverməyə dəvət edirəm.--Serk@nl@nd 11:30, 12 noyabr 2015 (UTC)Cavabla

Vikipediya Asiya Ayının son həftəsi redaktə

Salam Rəşid Nurməmmədov!

Ümumilikdə layihədə iştirak 1000-ə yaxın vikipediyaçıdan biri kimi layihəyə qoşulduğunuza görə təşəkkür edirəm! Layihə iştirakçılarının çoxu indiyə qədər böyük işlər görüblər. Sizə layihə ilə bağlı bir neçə yeniliyi bildirmək istəyirəm:

  1. Əgər siz "Asiya Ayı Səfiri" fəxri adını qazanmaq istəyirsinizsə, məsləhət görürəm ki, layihənin Ana Səhifəsində digər istifadəçilərin də töhfələrinə baxasız. Biz həmçinin hər Vikipediya üçün əlavə "Vikipediya Asiya Səfiri" adını təsis etmək qərarına gəldik. Ən çox məqalə yaradıb "Vikipediya Asiya Səfiri" adını qazanan istifadəçidən əlavə, təsdiq edilmiş məqalə sayı 30-dan çox olmaq şərti ilə, ikinci ən çox məqalə yaradacaq istifadəçi də "Vikipediya Asiya Səfiri" adına layiq görülə bilər.
  2. Artıq layihənin başa çatmasına 1 həftə vaxt qalıb. Layihə çərçivəsindəki töhfələrinizi qeyd etmək üçün son gün 3 dekabrdır. Ancaq noyabr ayında verilən töhfələr qeydə alınacaqdır.
  3. Əgər siz 5 məqalə yazmısınızsa, amma kiçik səbəblərə görə (məsələn, ola bilər ki, məqalələrdən birində 250 sözə çatmaq üçün sadəcə 4-5 söz kifayət etmir və s.) bir və ya bir neçəsi təsdiq olunmayıbsa, narahat olmayın, sizə də açıqca göndəriləcəkdir.
  4. Əgər siz hədəfinizə çatmasaz belə, layihə iştirakçısı olduğunuza və Asiya mövzusundakı töhfələrinizə görə təşəkkürümüzü bildiririk.

Əgər hər hansı sualınız varsa mənimlə əlaqə saxlayın: --Serk@nl@nd 18:32, 25 noyabr 2015 (UTC)Cavabla

BƏƏ tarixi redaktə

Salam həmkar. Xaiş edirəm bu mövzuda yaratdığınız (Birləşmiş Ərəb Əmirliklərinin tarixi) oxşar məqaləni BƏƏ tarixi adlı məqaləyə birləşdirəsiz. Çünki o daha əvvəl yaranıb. --Araz Yaquboglu (müzakirə) 14:14, 30 noyabr 2015 (UTC)Cavabla

Salam Araz Yaquboğlu. İlk növbədə Raleontologiya aylığı çərçivəsində əməyimə yüksək qiymət verdiyiniə görə Sizə minnətdarlığımı bildirirəm. Vikipediyada fəaliyyətə başladığım ilk gündən Siz bir idarəçi kimi bütün mərhələlərdə mənə yüksək etik davranışlar daxilində köməklik göstərmisiniz. Qeyd etdiyiniz məqalədə də haqlısınız, Əgər mümkünsə, oxşar mövzulu məqaləyə keçid verməyinizi xahiş edirəm.

İnterviki redaktə

Salam. Zəhmət olmasa yaratdığınız məqalələrə interviki əlavə edərdiz. Bunun üçün sol sütunda yerləşən "Keçid əlavə et"ə basmanız, daha sonra orada yazılan təlimatlara uyğun hərəkət etməyiniz kifayətdir.--Serk@nl@nd 17:31, 30 noyabr 2015 (UTC)Cavabla

Vikipediya Asiya Ayında 3-cü yer! redaktə

  Asiya ayı üçüncüsü!

Hörmətli Rəşid Nurməmmədov! Bu mükafata 1 noyabr - 30 noyabr 2015-ci il tarixləri arasında keçirilmiş Asiya ayı layihəsinə görə layiq görülürsüz. Layihə çərçivəsində təqdim etdiyiniz məqalələrin 107-si təsdiq olunmuş və sonda 3-cü yeri tutmuşsunuz! Sizi təbrik edir və uğurlar arzulayıram.
Hörmətlə, layihə təşkilatçısı--Serk@nl@nd 10:48, 4 dekabr 2015 (UTC)Cavabla

P.S. Mükafatı istifadəçi səhifənizə yerləşdirə bilərsiz.--Serk@nl@nd 10:48, 4 dekabr 2015 (UTC)Cavabla

Məqalələr redaktə

Salam, hörmətli Rəşid Nurməmmədov. Mövzulu ay layihəsində iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm sizə. Lakin, bir məsələni diqqətinizə çatdırmağı özümə borc bilirəm. Layihənin yekunlaşdırılması zamanı, iştirakçılara xalların verilməsi mərhələsində məqalələrin sayı yox, məzmunu, tərtibatı və keyfiyyəti nəzərə alınır. Məsələn, nə qədər geniş olsa da, istinadları olmayan məqalələrə heç bir xal verilmir. Şablonlar, kateqoriyalar, şəkillərlə təmin edilmiş, düzgün vikiləşdirilmiş və mövzunu dolğun əks etdirən məqalələr isə yüksək qiymətləndirilir. Çox xahiş edirəm, məqalələri yaradarkən kəmiyyətə yox, keyfiyyətə diqqət yetirəsiniz. İşlərinizdə uğurlar diləyiylə --sefer azeri 09:41, 5 dekabr 2015 (UTC)Cavabla

Bir daha redaktə

Salam. Sizdən bir daha artıq dərəcədə xahiş edirəm ki, yaratdığınız kateqoriyalara və məqalələrə interviki əlavə edəsiz. Bir də ki, muzeylər üçün bu şablondan istifadə edin: {{Muzey}}--Serk@nl@nd 18:36, 8 dekabr 2015 (UTC)Cavabla

Salam, hörmətli Serkanland. Diqqətinizə görə minnətdaram. Məqaləyə interviki əlavə etməkdə ciddi çətinlik çəkirəm. Dili seçdikdən sonra gələn səhifəyə nə yazmalıyam? Məqalənin adını yazıram, heç bir nəticə ala bilmirəm. Xahiş edirəm köməklik göstərin. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 19:54, 8 dekabr 2015 (UTC)Cavabla

Məsələn, tutalım ki, Azərbaycan səhifəsi üçün İngilis dilindəki "Azerbaijan" səhifəsi üçün interviki vermək istəyirsiz. Əvvəlcə "Dili" sətrinə "English" yazırsız, daha sonra "Səhifə" sətrinə "Azerbaijan" yazırsız və təsdiqləyə basırsız.--Serk@nl@nd 20:10, 8 dekabr 2015 (UTC)Cavabla

Təşəkkür edirəm! Rəşid Nurməmmədov (müzakirə) 20:15, 8 dekabr 2015 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikilüğətdə idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə Aabdullayev851 (müzakirə)

Salam Araz Yaquboğlu. Yeni iiniz mübarək!. Bir məsələdə köməklik etməyinizi xahiş edirəm. Müasir incəsənət aylığı çərçivəsində yaratdığım məqalələrdən yalnız biri istisna olmaqla qalanlarının 4 və daha aşağı balla qiymətləndirilməsinin səbəblərini, bir sıra məqalələrə 0 bal verilməsinin səbəblərini necə öyrənə bilərəm. qiymətləndirməyə yenidən baxılmasını necə xahiş edə bilərəm? Rəşid Nurməmmədov (müzakirə) 17:00, 3 yanvar 2016 (UTC)Cavabla

Dediklərinizi qiymətləndirən şəxsə desən ən doğru cavabı ala bilərsiz. Hər halda bu cür qiymətləndirmə tək sizin üçün yox hamı üçün etalon götürülüb. Bir də ki siz onsuz da layihədə yer tutmusuz. Məncə narahatçılığa bir ciddi səbəb yoxdur. --Araz Yaquboglu (müzakirə) 06:33, 4 yanvar 2016 (UTC)Cavabla

Bəzi məsləhətlər redaktə

Salam, sizə bir neçə məsləhət vermək istəyirəm.

  1. Yapon yaşayış məskənlərinin adlandırılması zamanı rus versiyasına heç vaxt baxmayın. Çünki onlar polivanov sistemindən istifadə edirlər, biz isə hepbörn. Ruslar "Hirosima" yazılar, biz "Hiroşima". Ruslar Tiba yazırlar, biz Çiba. İngilis versiyasına fikir verin. Əgər sh → s yox, ş; əgər ch → t yox, ç; əgər j → dz yox, c. Məsələn, Tyubu yazmısız, amma Çubu olmalıdır. Bundan əlavə H ilə başlayan yapon sözləri azərbaycanca ruslarda kimi X ilə yazılmır.
  2. Yaratdığınız kateqoriyalara da interviki əlavə edin. Kateqoriya yaradarkən bənzər kateqoriyaya baxıb nümunə götürün. Məsələn, Kateqoriya:Şizuoka prefekturasının şəhərləri yaradarkən, Kateqoriya:Naqasaki prefekturasının şəhərlərinə baxın.
  3. {{Şəhər}} əvəzinə {{YM}} şablonundan istifadə edin, Şəhər şablonu istifadədən çıxıb.

Hörmətlə, --Serk@nl@nd 19:22, 8 yanvar 2016 (UTC)Cavabla


Təşəkkür edirəm. Məsləhətlərinizi nəzərə almağa çalışacağam. Hörmətlə:Rəşid Nurməmmədov (müzakirə) 19:26, 8 yanvar 2016 (UTC)Cavabla

Asiya ayı açıqcası redaktə

 

Salam, hörmətli Rəşid Nurməmmədov! Vikipediya Asiya ayının təşkilatçısı kimi sizə bir məlumatı bildirmək istəyirəm: Nəzərinizə çatdıraram ki, 1 noyabr - 30 noyabr 2015-ci il tarixləri arasında keçirilmiş Asiya ayı layihəsi çərçivəsində 5 və ya daha çox məqalə yaratdığınıza görə bir Asiya ölkəsindən göndəriləcək açıqca qazandınız. Açıqcanı əldə etmək üçün yaradılmış bu anketi mütləq doldurmalısız. Anket ingiliscə olduğuna görə burada tərcüməsinə baxa bilərsiz. Anketi doldurarkən və ünvanı qeyd edərkən diqqətli olun, əks halda açıqca ünvanınıza çatdırılmaya bilər. Hörmətlə, layihə təşkilatçısı --Serka@nl@nd 17:45, 13 yanvar 2016 (UTC)Cavabla

Dəvət redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Dəniz inəyi məqaləsinin "Seçilmiş məqalə" statusunu əldə etməsi ilə əlaqədar, Sizi Vikipediya:Laboratoriya/Dəniz inəyi səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--Qolçomaq (müzakirə) 15:37, 6 fevral 2016 (UTC)Cavabla

Yeni məqalənizi XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi adlı məqalənin daxilində ayrıca başlıq açıb orada yazın. --Araz Yaquboglu (müzakirə) 07:09, 16 aprel 2016 (UTC)Cavabla

Salam Araz müəllim. Diqqətinizə görə minnətdaram. Fikrinizlə həmrəyəm. Bir məqam barədə rəyinizi bilmək istərdim. Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından deportasiyası barədə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli Fərmanı ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilməsi nəzərə alınaraq qeyd etdiyiniz XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi adlı məqalədə müvafiq istiqamətləndirmə verilməklə Vikipediyada müstəqil məqalə yerləşdirilməsi daha məqsədəuyğun olmazmı? Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 07:30, 16 aprel 2016 (UTC)Cavabla
Onda işləyin sonra baxarıq. Olmaz sonra da birləşdirmək olar. --Araz Yaquboglu (müzakirə) 07:34, 16 aprel 2016 (UTC)Cavabla
Təşəkkür edirəm. Rəşid Nurməmmədov (müzakirə) 07:42, 16 aprel 2016 (UTC)Cavabla

Səsvermə redaktə

Salam. Sizi Vikimənbədə səsvermə prinsipinin indiki versiyasının təklif olunan versiya ilə əvəz olunması üçün keçirilən səsvermədə iştiraka dəvət edirəm.--Emin ismarış 17:13, 29 aprel 2016 (UTC)Cavabla

Salam redaktə

Salam, Rəşid bəy. "Fotoqrafiya ayı" məqalə müsabiqəsinin mükafatlandırılması ilə bağlı sizin e-mail ünvanınıza e-məktub göndərmişəm. Zəhmət olmasa, yoxlayıb cavablandırardınız.-- — Bu imzasız yazı Wertuose (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam, e-məktubunuzu aldım, dəvətə görə öz minnətdarlığımı bildirirəm. Hazırda rayondayam və ən qısa müdddətdə Sizinlə görüşməyi arzulayardım, Sabahkı tədbirdə məni təmsil edən şəxs iştirak edə bilərmi? Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 15:44, 27 avqust 2016 (UTC)Cavabla

Vikipediya Asiya Ayı 2016: Dəvət redaktə

Keçən il Vikipediya Asiya Ayında iştirak etdiyinizə görə təşəkkür edirəm və ümid edirəm ki, müsabiqədən zövq almısınız. Keçən il bu layihə çərçivəsində Vikipediyanın 43 dil bölməsində 7000-dən çox məqalə yaradılmışdır və nəticədə, Asiya ayı Vikipediyadakı ən böyük tədbirlərdən biri olmuşdur. Biz noyabr ayında bu müsabiqəni yenidən təşkil edirik və sizi yenə iştirak etməyə dəvət edirik.

Bu il açıqca (yeni dizaynda) əldə etmək üçün minimum 5 yox, 4 məqalə yaratmaq lazımdır. Məqalənin ölçüsü azı 3000 baytdan və 250 sözdən ibarət olmalıdır. Həmçinin açıqca göndərmək prosesində yeniliklər var: açıqcalar indidən hazırlanır və digər dillər gözlənilmədən ünvanlar toplanılır.

Vikipediyanın hər bir dil bölməsində layihə çərçivəsində ən çox məqalə yaratmış istifadəçi "Vikipediya Asiya Səfiri" adına layiq görüləcək. Layihə qalibinə səfir sertifikatı göndəriləcək.

Diqqətinizə aldığınıza görə təşəkkürlər!--White DemΩn (el psy congroo) 14:44, 31 oktyabr 2016 (UTC)Cavabla

İdarəçi namizədliyim redaktə

Salam. İdarəçiliyə namizədliyimi vermişəm. Dəstək olsanız sevinərəm.--samral müzakirə 06:20, 4 fevral 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü redaktə

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. Ünvan: Elmlər Akademiyası metrosunun BDU tərəfdən olan çıxışı.--samral müzakirə 08:53, 9 mart 2017 (UTC)Cavabla

Mail ünvanı redaktə

Salam, zəhmət olmasa mənə öz mail ünvanızı deyin. Sizə bir sənəd göndərəcəm.--BaskervillDe gəlsin ! 08:40, 10 mart 2017 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Anar kerimxanov (müzakirə) 11:35, 22 iyun 2017 (UTC)Cavabla

Vikidata redaktə

Salam həmkar. Yaratdığınız məqalələr təqdirə layiqdi. Çalışın ki yaradarkən en və ru vikidə uyğun məqalələri tapəb vikidatalarını da birləşdirəsiz. Məsələn: Behiştiyan məqaləsi envikidə en:Beheshtiandır. Bunun üçün burada azvikidə yaratdığınız məqaləni də əalvə etməlisiz. --Araz Yaquboglu (müzakirə) 04:58, 30 sentyabr 2017 (UTC)Cavabla

Azərbaycan Milli Ensiklopediyasından gətirdiyiniz istinadları isə Behiştiyan məqaləsində mən etdiyim kimi nümunədən istifadə edin. --Araz Yaquboglu (müzakirə) 05:05, 30 sentyabr 2017 (UTC)Cavabla
Rəşid bəy dediyimi edə bilmədiz, ya hələ baxmamısız? --Araz Yaquboglu (müzakirə) 10:40, 1 oktyabr 2017 (UTC)Cavabla

Salam!. Diqqətinizə görə təşəkkür edirəm, qeydləriniz mütləq nəzərə alınacaqdır. Rəşid Nurməmmədov (müzakirə) 12:34, 1 oktyabr 2017 (UTC)Cavabla


İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:06, 1 oktyabr 2017 (UTC) Cavabla

Dəvət redaktə

Coğrafiya ayında qalib olduğunuz üçün Sizi təbrik edirəm. Coğrafiya ayının təşəbbüsü ilə keçirilən bu ayın yekun nəticələrinə və mükafatlandırmasına Sizi dəvət edirik. Tədbir 14 noyabr saat 11-00-da Mərkəzi Elmi Kitabxanada keçiriləcək. İştirakınız mütləqdir.--A.Aida88 (müzakirə) 09:38, 12 noyabr 2017 (UTC)Cavabla

Təşəkkür edirəm! Çalışaram ki, iştirak edim.Rəşid Nurməmmədov (müzakirə) 16:15, 12 noyabr 2017 (UTC)Cavabla

Asiya ayı redaktə

Salam. Asiya ayı ilə əlaqəli yazdığınız məqalələri burada bir-bir təqdim etməsəz hesaba alınmayacaq. --Araz Yaquboglu (müzakirə) 16:59, 26 noyabr 2017 (UTC)Cavabla

Axşamınız xeyir! Məlumatlandırdığınız üçün təşəkkür edirəm. Yeni yaradılan məqalələri əlavə etdim. Bəs təkmilləşdirilən (genişləndirilən) məqaləni necə əlavə etmək olar? Rəşid Nurməmmədov (müzakirə) 17:49, 26 noyabr 2017 (UTC)Cavabla

Sual redaktə

Salam. Asiya ayı çərçivəsində yaratdığım məqalələri burada köməyi ilə sistemə daxil etdim. Lakin burada redaktə vasitəsilə təkmilləşdirilən (genişləndirilən) məqalələri daxil etməkdə çətinlik çəkirəm. Sistem yalnız yeni yaradılan məqalələri qəbul edir. Köməklik göstərməyinizi xahiş edirəm. Rəşid Nurməmmədov (müzakirə) 17:00, 27 noyabr 2017 (UTC)Cavabla

Salam. Təəssüf ki, bu ilki müsabiqədə təkmiləşdirilən məqalələr nə qəbul edilir, nə də sistem onları qəbul edir. Sistem ancaq 1 noyabr 2017-ci ildən sonra yaradılan məqalələri qəbul edir.--White DemΩn (el psy congroo) 17:23, 27 noyabr 2017 (UTC)Cavabla
Təşəkkür edirəm. Rəşid Nurməmmədov (müzakirə) 17:24, 27 noyabr 2017 (UTC)Cavabla

Asiya ayı 2017 üçüncüsü! redaktə

  Asiya ayı 2017 üçüncüsü!

Hörmətli Rəşid Nurməmmədov! Bu mükafata 1 noyabr - 30 noyabr 2017-ci il tarixləri arasında keçirilmiş Asiya ayı 2017 layihəsinə görə layiq görülürsüz. Layihə çərçivəsində təqdim etdiyiniz məqalələrin 45-i təsdiq olunmuş və sonda 3-cü yeri tutmuşsunuz! Sizi təbrik edir və uğurlar arzulayıram.--White DemΩn (el psy congroo) 19:18, 1 dekabr 2017 (UTC)Cavabla

1934 un basketball redaktə

Salam həmkar. Kateqoriyalardakı Commons linkində 1934 un basketball yox, 1934 in basketball yazın. --Araz Yaquboglu (müzakirə) 17:36, 16 dekabr 2017 (UTC)Cavabla

Təşəkkür edirəm. Rəşid Nurməmmədov (müzakirə) 17:47, 16 dekabr 2017 (UTC)Cavabla

WAM Address Collection redaktə

Congratulations! You have more than 4 accepted articles in Wikipedia Asian Month! Please submit your postal mailing address via Google form or email me about that on erick@asianmonth.wiki before the end of Janauary, 2018. The Wikimedia Asian Month team only has access to this form, and we will only share your address with local affiliates to send postcards. All personal data will be destroyed immediately after postcards are sent. Please contact your local organizers if you have any question. We apologize for the delay in sending this form to you, this year we will make sure that you will receive your postcard from WAM. If you've not received a postcard from last year's WAM, Please let us know. All ambassadors will receive an electronic certificate from the team. Be sure to fill out your email if you are enlisted Ambassadors list.

Best, Erick Guan (talk)

Koreya Milli Qurtuluş Günü redaktə

Salam! Zəhmət olmasa Koreya Milli Qurtuluş Günü məqaləsindəki kateqoriyaları yığışdırın. O məqalə mənim yaratdığım Koreya milli azadlıq günü məqaləsinin təkrarıdır, başqası tərəfindən səhv yaradılmış bir məqalədir. --► Hörmətlə: Oy℧ᵰcu A¥khăn(hail sithis!) 15:19, 6 yanvar 2018 (UTC)Cavabla

Salam, diqqətinizə görə minnətdaram, Sizin iradınızı səmimi qəbul edirəm, yerinə yetirildi.Rəşid Nurməmmədov (müzakirə) 15:27, 6 yanvar 2018 (UTC)Cavabla

WAM Address Collection - 1st reminder redaktə

Hi there. This is a reminder to fill the address collection. Sorry for the inconvenience if you did submit the form before. If you still wish to receive the postcard from Wikipedia Asian Month, please submit your postal mailing address via this Google form. This form is only accessed by WAM international team. All personal data will be destroyed immediately after postcards are sent. If you have problems in accessing the google form, you can use Email This User to send your address to my Email.

If you do not wish to share your personal information and do not want to receive the postcard, please let us know at WAM talk page so I will not keep sending reminders to you. Best, Sailesh Patnaik

Confusion in the previous message- WAM redaktə

Hello again, I believe the earlier message has created some confusion. If you have already submitted the details in the Google form, it has been accepted, you don't need to submit it again. The earlier reminder is for those who haven't yet submitted their Google form or if they any alternate way to provide their address. I apologize for creating the confusion. Thanks-Sailesh Patnaik

BLOKLANMA redaktə

Salam Aleykum. Həmkar mən sizin kimi bir aktiv və Azərbaycan dilli vikipediyanın hər tərəfli inkişafında böyük əməyi olan bir istifadəçini bloklaya bilmərəm. Bu IP ünvanların bloklanması ilə əlaqadar ola bilər. Amma bu il ərzində mən heç IP ünvanlı bir isifadəçiləri belə bloplamamışam. Böyük ehtimalla bir texniki problemdir. Düşünürəm səhifənizi yenidən sondurüb yandırsaz bu problem aradan qalxar. Üstəlik sizdə bloklama görmürəm. Mənimdə başıma bir iki dəfə belə şeylər gəmişdir. Su sadəcə IP ünvanın eynilindən doğan texniki problemdir. Hörmətlə___Q🅾⚓Ç🅾Ⓜ🅰Q 08:15, 10 yanvar 2018 (UTC)

Məqalə redaktəsi redaktə

Salam, cənab, xaiş edirəm üzərində işlədiyim Zakir Naik məqaləsi üzərindən istinadları qaldırmayın. Sitat səhvi olan istinadlar sonradan düzələcək.

--Şöhrət 18:30, 27 yanvar 2018 (UTC)Cavabla

Əlaqə redaktə

Salam bəy. Sizinlə əlaqə yaratmaq istəyirəm. Facebook hesabınız varsa yazardız. -- Anar Məmmədov müzakirə 19:11, 8 fevral 2018 (UTC)Cavabla

Məlumat redaktə

Salam həmkar. Fəaliyyətinizdə uğurlar. Yemək və içki haqqında olan məqalələrdə {{Kulinariya yeməyi}}{{İçki}} şablonlarından istifadə edə bilərsiniz.--Neriman2003 sözün var? 09:50, 10 fevral 2018 (UTC)Cavabla

Salam Nəriman, Sizə də fəaliyyətinizdə uğurlar! Təşəkkür edirəm, nəzərə alaram. Hörmətlə, Rəşid müəllim. Rəşid Nurməmmədov (müzakirə) 09:53, 10 fevral 2018 (UTC)Cavabla

Kulinariya ayı redaktə

Salam, Fəaliyyətinizdə uğurlar arzulayıram. Bir məsələyə münasibətinizi bilmək istərdim. Ayrı-ayrı xalqların mətbəxi haqqında məqalə yaradarkən adətən "Ölkələrinə görə mətbəxlər" kateqoriyasından istifadə edirik. lakin bir çox xalqlar vardır ki, onların müstəqil dövlətləri yoxdur. Rus dilli, ingilis dilli vikipediyalarda belə hallarda daha çox "Milli mətbəxlər" kateqoriyası qeyd olunur. "Maktam" məqaləsi üzərində işləyərkən "Milli mətbəxlər" kateqoriyasınin silindiyini gördüm. Zənnimcə, Sizin tərəfinizdən silinmiş "Milli mətbəxlər" kateqoriyasının bərpa olunması daha məqsədəuyğundur, çünki hər bir xalqın mətbəxi eyni zamanda həmin xalqın mədəniyyətinin və tarixinin mühüm tərkib hissəsidir. Rəyinizə görə əvvəlcədən minnətdaram. Hörmətlə, Rəşid müəllim Rəşid Nurməmmədov (müzakirə) 12:23, 10 fevral 2018 (UTC)Cavabla

Salam. Əslində mən Milli mətbəxlər kateqoriyasını silməmişəm, sadəcə adını dəyişib "Ölkələrinə görə mətbəxlər" etmişəm. Anladığım qədəri ilə siz "Eskimos mətbəxi" kateqoriyasını yaratmaq istəyirsiz, amma eskimosların bir dövləti olmadığına görə aşağıda "Ölkələrinə görə mətbəxlər" kateqoriyasını əlavə edə bilmirsiz. Məncə bu kateqoriyanı yaradarkən aşağıda "Ölkələrinə görə mətbəxlər" və ya "Milli mətbəxlər" yox, "Kanada mətbəxi" kateqoriyasını əlavə etmək lazımdır. Çünki eskimosların mətbəxi həm də Kanada mətbəxini formalaşdırır, yəni ona daxildir. Həm millətlərin, həm ölkələrin mətbəxlərini eyni kateqoriyada vermək qarışıqlığa səbəb ola bilər.--White DemΩn (el psy congroo) 12:34, 10 fevral 2018 (UTC)Cavabla
Təşəkkür edirəm, əslində mən bu rəyə "Avqolemono" ‎məqaləsini işləyərkən gəlmişdim, burada həmin yeməyin ilk dəfə "Səfərad yəhudiləri" (rekongistika hərəkatı zamanı ərəblərlə yanaşı İspaniyadan qovulan yəhudilər nəzərdə tutulur) tərəfindən yaradıldığı qeyd olunur və mən burada "İsrail mətbəxi" kateqoriyasını qeyd edə bilməzdim, çünki İsrail dövləti, çox-çox sonralar (14 may 1948-ci ildə) daha fərqli bir regionda yaranmışdır. Digər bir baxımdan xalqların tarixi onların yaratdıqları dövlətlərin tarixindən daha qədimdir. Qeydlərimdən asılı olmayaraq Sizin bir idarəçi kimi rəyinizi nəzərə alacağam, minnətdaram. Rəşid Nurməmmədov (müzakirə) 12:52, 10 fevral 2018 (UTC)Cavabla

Kulinariya ayı. redaktə

Salam Hörmətli Rəşid Nurməmmədov, Zəhmət olmasa Kulinariya ayındakı fəaliyyətinizi hələlik dayandırın. Yaratdığınız məqalələrin böyük bir qismi qeyri-ensiklopedik məqalələrdir və yalnız reseptlərdən ibarətdir. Zəhmət olmasa bu mövzu çərçivəsində yaratdığınız məqalələri bir daha gözdən keçirin. --eldarado 15:05, 15 fevral 2018 (UTC)Cavabla

Misal üçün Mürəbbə məqaləsi yaradıb bütün növ mürəbbələr haqqında məlumatlar qeyd etməyiniz daha doğru olar. Ama siz Alma mürəbbəsi, Heyva mürəbbəsi və s. tipli onlarla məqalə yaratmısız. Eyni zamanda Alma komputu, albalı kompotu və s. məqalələr də qeyri-ensiklopedikdir. Nəzərinizə çatdırım ki, bu məqalələrin hamısı silinəcək. --eldarado 15:08, 15 fevral 2018 (UTC)Cavabla
Salam, Eldarado, fəaliyyətimə göstərdiyiniz diqqətə görə minnətdaram, Aylığın əvvəllərində yaratdığım ilk məqalələrdə reseptlərə də yer verildiyinə görə iradlarınız əsasında (qiymətləndirmə komissiyasının üzvləri nəzərdə tutulur) onlardan imtina etdim. (Baxmayaraq ki, bu gün Azərbaycan vikipediyasında onlarla belə məqaləyə rast gəlmək mümkündür və onların heç biri ixtisar olunmayıb). Rus və ingilis dilli vikipediyalarda Kulinariyaya aid bir sıra məqalələrdə əsas bölmələrdən biri kimi "hazırlanma qaydaları"na rast gəldiyimə görə məqalələrdə bu hala da yer verdim, bu gün aylıq çərçivəsində təqdim olunan bəzi məqalələrdə də oxşar vəziyyətə rast gəlmək mümkündür. Eyni mövzuya aid məqalələrə geniş yer verməyim, qeyd etdiyiniz kimi, bəlkə də məqsədəuyğun deyil, zənn etmişdim ki, Kulinariya aylığı həm də Azərbaycan kulinariyasının zənginliyini ifadə etmək və onu geniş ictimaiyyətə təqdim etmək üçün bir fürsətdir. Yaradılan məqalələr üzərində hələ işləmək niyyətində olduğuma görə onların böyük əksəriyyətini aylığa təqdim etməmişdim. Heyf, xeyli əziyyət çəkmişdim, Əgər mümkünsə, yalnız eyni mövzuya aid yaradılan 5-10 məqaləni ixtisar etsəniz də, digər məqalələri nəzərə alaraq bərpa edəsiniz. İradlarınızı səmimiyyətlə qəbul edirəm, düşünürəm ki, qarşılığlı səmərəli fəaliyyət yalnız Azərbaycan dilli vikipediyanın uğuru olardı.Hörmətlə,Rəşid Nurməmmədov (müzakirə) 16:21, 15 fevral 2018 (UTC)Cavabla
Hörmətli Eldarado. Bir daha Kulinariyaya aid məqalələrə nəzər saldım; Vikipediyada Kulinariyaya aid eyni movzuda yüzlərlə məqalə var. Elə təkcə aylıq çərçivəsində iştirak edənlərin (Salatlar, tortlar, kremlər və sair haqqında məqalələrinə nəzər salmaq kifayətdir. Eyni zamanda digər vikipediyalarda (məsələn, suplar, plovlar, borşlar, qida qatqıları, souslar, şirniyyatlar, kabablar və sair mövzularda yüzlərlə məqalə var). Eyni mövzu irad tutulsa da də, demək olar ki, bütün məqalələrimin (eyni mövzuda olmayanlar da daxil olmaqla) eyni zamanda ixtisar edilməsini də ruh düşkünlüyü kimi qəbul edirəm. Əgər Aylıq çərçivəsində iştirakım məqbul hesab edilmirsə, mən bunu anlayışla qarşılaya bilərəm. Hörmətlə, Rəşid müəllim Rəşid Nurməmmədov (müzakirə) 18:05, 15 fevral 2018 (UTC)Cavabla
Hörmətli Rəşid Nurməmmədov, fəaliyyətiniz ilə bağlı narazıçılığım yoxdur, əksinə fəaliyyətinizi yüksək qiymətləndirirəm. Sadəcə iradım bu ayla bağlı yaratdığınız məqalələrə görədir. Qeyd etdiyiniz kimi məqalələr qarşımıza çıxdıqca lazımi düzəlişlər edirik, sizin qarşınıza da çıxdıqda qeyri-ensiklopedik hissələri çıxara bilərsiniz özünüzdə. Bir özünüz düşünün bu tərz cümlələr necə ensiklopedik xarakter daşıya bilər: İri əriyin çəyirdəyi çıxarılır, xırdalar isə bütöv bişirilir. Ən yaxşı mürəbbə iri yumurtavari əriklərdən alınır. Əriyin səthi 8-10 yerdən deşdəklənir və 1 dəqiqə qaynar suda pörtlədilir. Ümumiyyətlə yaratdığınız məqalələrin əksəriyyəti qeyri-ensiklopedikdir. Misal üçün: Ərik mürəbbəsi, Naringi kompotu, Nar kompotu, Qabaq sukatı, Heyva povidlosu və s. bunun kimi xeyli məqalə yaradılıb. Bu məqalələr vikipediyanın başqa hansısa dil bölməsində var? Mən tapa bilmədim. bu məqalələr haqqında bir cümlədən çox nə yazmaq olar ki ? bir iki cümləlik məqalələrində kütləvi şəkildı yaradılması azviki dərinliyinin aşağı düşməsinə gətirib çıxarır. Demək istədiyim bunları bir məqalədə cəmləşdirmək lazımdır. Misal üçün bütün meyvələrin kompotları haqqında tək-tək məqalə yaratmaqdansa Kompot məqaləsini yaxşı işləyib hamısı haqqında orda məlumat qeyd etmək olar. Eyni şeyi mürəbbə, povidlo və s. haqqında da etmək olar. --eldarado 14:12, 17 fevral 2018 (UTC)Cavabla
Müzakirəyə qarışdığım üçün bağışlayın. Amma kulinariyayla bağlı məqalələrdə reseptlər məncə vikikitaba yazılmalıdır. Ora ən uyğunudur.--►Neriman2003 yaz! 14:15, 17 fevral 2018 (UTC)Cavabla
Hörmətli Eldarodo. Hörmətli Nəriman. İradlarınızı nəzərə alaraq yazdığım məqalələr üzərində təkliflərinizə uyğun yenidən işləməyi qərara aldım, hər ikinizə təəkkür edirəm. Rəşid Nurməmmədov (müzakirə) 15:00, 17 fevral 2018 (UTC)Cavabla

Səsvermə redaktə

Salam sizi dəvət edirəm.--Anar 09:54, 25 fevral 2018 (UTC)Cavabla

Bürokrat statusu redaktə

Salam hörmətli Rəşid Nurməmmədov. Sizi mənim bürokrat statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə --eldarado 11:32, 2 avqust 2018 (UTC)Cavabla

Vikimənbədə idarəçi seçkim redaktə

Salam hörmətli Rəşid bəy. Zəhmət olmasa Vikimənbədə idarəçi səsverməmdə iştirak edərdiz. Qeyd edim ki, Vikimənbədə səsvermə qaydalarına görə səsi məqbul sayılan 6 istifadəçidən birisiz. Təşəkkür edirəm. Hörmətlə.--Turkmen müzakirə 19:30, 4 yanvar 2019 (UTC)Cavabla

Viki anbar redaktə

Axşamınız xeyir! Bir məsələdə köməyinizə ehtiyacım var. Vikipediyada hər hansı bir məqaləni vikianbara necə yükləmək lazımdır. Mən, məsələn Bərdə rayonunun Alpout kəndini vikianbara yükləmək üçün - commonscat|Alpout, Barda - kateqoriyasından istifadə etmişəm. Yəni, kateqoriyaya qeyd etmək istədiyim yaşayış məntəqəsinin adının və yerləşdiyi rayonun ingilis dilində yazılmış variantına istinad etməklə daxil edirəm. Bunun nə dərəcədə doğru olduğunu bilmək istərdim. Harada səhv edirəmsə, qeyd etməyinizi xahiş edirəm. Doğru variantın təsdiqi üçün nə tələb olunur? Qeydiniz mənim üçün çox önəmlidir, əvvəlcədən təşəkkür edirəm.Rəşid Nurməmmədov (müzakirə) 18:17, 6 yanvar 2019 (UTC)Cavabla
Salam Aleykum. Hər vaxtınız xeyr Rəşid bəy. Düşürəm ki, hər şeyi düz etmisiniz. Amma Viki anbar şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihə olduğundan ora yazılı məlumatlar yüklənmir. Yəni əgər Commonsda şəkil, video və s. multimedia faylları yoxdursa orada məlumat təbii ki olmayacaqdır. Yəni hər məqaləyə commonscat əlavə etməyə ehtiyac yoxdur. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 18:33, 6 yanvar 2019 (UTC)Cavabla


Təşəkkür edirəm! Bu tələbdən məlumatsız idim, minnətdaram. Təkmilləşdirmə aylığı çərçivəsində verilmiş Planda yazılı məlumatlar olan məqalələr də verildiyindən mürəkkəb bir vəziyyətə düşdüm. Səhv etmirəmsə, bu məqalələri vikianbara yükləmək üçün əvvəlcə onlara müvafiq şəkil, video və s. multimedia faylları yükləmək lazımdır.Rəşid Nurməmmədov (müzakirə) 18:46, 6 yanvar 2019 (UTC)Cavabla

Vikidata redaktə

Salam, axşamınız xeyir! Necəsiniz? Bulamac (Xoy) məqaləsinin YM şablonu üzrə əhalinin sayı ilə əlaqədar etdiyim əlavə qeyd tərəfinizdən geri alınmışdır. Mənim tərəfimdən redaktə zamanı bir daha bu cür halların təkrarlanmaması üçün bilmədən hansı zidd hərəkətə yol verdiyimi xatırlatmağınızı xahiş edirəm. Sizdən daha bir xahişim var. Bir sıra məqalələrdə -

Rəşid Nurməmmədov
şablonu ilə verilmiş məqalələrdə həmin şablona birbaşa qeydiyyat apara bilmədim. Vikidata vasitəsilə də dəyişiklik aparmaqda çətinliyim var. Müvafiq məqalələrdən birində əhalinin sayı ilə bağlı hər hansı bir dəyişiklik nümunəsi ilə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. Hər hansı köməkliyə görə əvvəlcədən Sizə minnətdarlığımı bildirir, Azərbaycandilli vikipediyanın inkişafında təmənnasız, səmərəli və uğurlu fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 15:44, 19 yanvar 2019 (UTC)Cavabla
Salam Aleykum. Rəşid bəy həmin məqalədə artıq bu istinad vardı. İnter vikini əlavə etmək üçün səhifənin sol aşağı küncündə “Keçid əlavə et” bir link var. Onun üzərinə basın, bundan sonra sizə dil və əlavə edəcəyinin məqalənin yerli dildəki yazısını əlavə edin. Təstiqlədindən sonra məqalənin xarici dil keçidi təmin edilir__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 16:00, 19 yanvar 2019 (UTC)Cavabla
Sonsuz təşəkkürlər! Rəşid Nurməmmədov (müzakirə) 16:05, 19 yanvar 2019 (UTC)Cavabla

Vikidata keçidləri redaktə

Salam həmkar. Yaratdığınız səhifələrin əgər digər dillərdə eynisi varsa onları birləşdirməyi unutmayın. Çünki dil keçidi olmayam səhifələr sonra şablonlarda problem yaradır. Məsələn: Anatoli məqaləsinə dil keçidi əlavəni mən etdim. Şablonda xeyli məlumat avtomatik göründü. --Araz Yaquboglu (müzakirə) 15:52, 21 yanvar 2019 (UTC)Cavabla

İndi baxıram ki,Adolf məqaləsinə də dil keçidi verməmisiz. --Araz Yaquboglu (müzakirə) 15:54, 21 yanvar 2019 (UTC)Cavabla
Təşəkkür edirəm, dərhal icra edərəm. Rəşid Nurməmmədov (müzakirə) 15:58, 21 yanvar 2019 (UTC)Cavabla
Rəşid mm salam. Ad dəqiqləşdirmələrini məqalələrə əlavə edərkən digər məna yox, adaş şablonundan istifadə edin. Məsələn belə: Rauf. Digər məna şablonu əsasən kənd adlarında istifadə edilir. --Araz Yaquboglu (müzakirə) 14:06, 22 yanvar 2019 (UTC)Cavabla
Çox sağ olun, Araz müəllim! Siz Vikipediyada, sözün əsl mənasında, müəllim vəzifəsini icra edirsiniz. Təşəkkürlər! Rəşid Nurməmmədov (müzakirə) 14:40, 22 yanvar 2019 (UTC)Cavabla
Siz də sağ olun Rəşid mm. --Araz Yaquboglu (müzakirə) 14:41, 22 yanvar 2019 (UTC)Cavabla

Adaş şablonu redaktə

Rəşid Nurməmmədov salam, necəsiz? {{Adaş}} şablonunu səhv yerləşdirirsiniz. Nümunə. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 18:08, 22 yanvar 2019 (UTC)Cavabla

Çox sağ olun. İndi aradan qaldıraram. Təşəkkürlər! Rəşid Nurməmmədov (müzakirə) 18:11, 22 yanvar 2019 (UTC)Cavabla

White Demon ulduzu redaktə

  White Demon ulduzu
Salam, bəy! Son vaxtlar Vikipediyanın Son dəyişikliklər bölməsində adınızın əksik olmamasına və verdiyiniz töhfələrə görə bu mükafatı sizə təqdim edirəm! Uğurlar!--White Demツnyo! 19:22, 23 yanvar 2019 (UTC)Cavabla

Təşəkkür redaktə

Hörmətli White Demon! Göstərdiyiniz etimada və fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Szə minnətdarlığımı bildirir, Vikipediyanın inkişafında məqsədyönlü və səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 19:42, 23 yanvar 2019 (UTC)Cavabla

Təkrar istinadlar redaktə

Salam Aleykum. Rəşid bəy siz artıq məqalədə olan istinadı məqaləyə əlavə edirsiniz. Zəhmət olmasa bunu etməyin. Hörmətlə--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 08:36, 28 yanvar 2019 (UTC)Cavabla

Axşamınız xeyir!.Necəsiniz? Mən Təkmilləşdirmə aylığı çərçivəsində Əhalisiz yaşayış məntəqələri haqqında Planda qeyd olunan siyahını nəzərdən keçirərkən bu siyahının müvafiq məqalədə YM şablonu üzrə əhalinin sayı haqqında məlumatın daxil edilməməsinə görə tərtib olunduğunu gördüm. Rus dilli vikipediyada əhalinin sayı ilə bağlı məqalələrdə məlumatlar işlənilərkən əksər hallarda şablona istinad əlavə olunur və bu məqalədə öz əksini tapan istinad mənbəyidir. İngilis dilli vikipediyada isə əksər hallarda istinad göstərilmədən yalnız əhalinin sayı haqqında məlumat əlavə olunur. Azərbaycan dilli vikipediyada bu sahədə qəbul olunmuş hansı qayda olduğunu dəqiq bilmirəm. Hansı məqsədəmüvafiqdirsə, yerinə yetirməyə hazıram. Köməyiniz üçün əvvəlcədən minnətdaram. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 18:47, 28 yanvar 2019 (UTC)Cavabla
İstinad göstərmədən yalnız əhalinin sayı haqqında məlumat əlavə olunmalıdırsa, Xahiş edirəm, fikrinizi bildirin, səhvləri özüm aradan qaldırım, Hörmətlə Rəşid Nurməmmədov (müzakirə) 18:47, 28 yanvar 2019 (UTC)Cavabla
Nəzərə aldığınıza görə təşəkkür edirəm. İndi hər şey normaldlır. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 05:45, 29 yanvar 2019 (UTC)Cavabla


Köməyiniz üçün minnətdarlığımı bildirirəm. Çox sağ olun. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 05:47, 29 yanvar 2019 (UTC)Cavabla

Dəvət redaktə

 
Buru
Salam Hörmətli həmкar. Sizi laboratoriya
səhifəsində Buru məqaləsinə
səs verməyə dəvət edirəm.

Hörmətlə--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 12:20, 18 fevral 2019 (UTC)Cavabla

Dəvət redaktə

 
Laptevlər dənizi
Salam Hörmətli həmкar. Sizi laboratoriya
səhifəsində Laptevlər dənizi məqaləsinə
səs verməyə dəvət edirəm.

Hörmətlə--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 18:43, 24 fevral 2019 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Rəşid Nurməmmədov.
Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 09:38, 2 mart 2019 (UTC) Cavabla

Dəvətnamə redaktə

 
Kirpi Sonik
Salam hörmətli həmkar! Mən sizi Kirpi Sonik məqaləsinin laboratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə çağırıram.

--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 22:47, 9 mart 2019 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam, hörmətli həmkar. Mən sizi Uran (planet) məqaləsinin Seçilmiş məqalə statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Uran (planet) səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.

-- Şöhrət 20:34, 21 mart 2019 (UTC)Cavabla

Community Insights Survey redaktə

RMaung (WMF) 00:49, 7 sentyabr 2019 (UTC)Cavabla

Community Insights Survey redaktə

RMaung (WMF) 00:50, 7 sentyabr 2019 (UTC)Cavabla

Community Insights Survey redaktə

RMaung (WMF) 00:56, 7 sentyabr 2019 (UTC)Cavabla

Reminder: Community Insights Survey redaktə

RMaung (WMF) 18:57, 20 sentyabr 2019 (UTC)Cavabla

Reminder: Community Insights Survey redaktə

RMaung (WMF) 15:28, 4 oktyabr 2019 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 17:57, 31 yanvar 2020 (UTC) Cavabla

Dəvət redaktə

Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 14:29, 8 yanvar 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Rəşid Nurməmmədov.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 17:27, 4 iyul 2022 (UTC) Cavabla

Rauf Bağırov səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Rauf Bağırov səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Rauf Bağırov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Atakhanli (müzakirə) 06:15, 30 sentyabr 2022 (UTC)Cavabla

Bakıda şərq xalqlarının I qurultayı səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Bakıda şərq xalqlarının I qurultayı səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Bakıda şərq xalqlarının I qurultayı səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

--► Hörmətlə: SolaVirum 18:42, 23 iyul 2023 (UTC)Cavabla

Monqolların Azərbaycana ilk yürüşü səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Monqolların Azərbaycana ilk yürüşü səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Monqolların Azərbaycana yürüşləri səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

samral müzakirə 13:30, 4 sentyabr 2023 (UTC)Cavabla


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024