Vikipediya:Kənd meydanı/Arxiv/Yanvar/2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Yanvar/2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Yanvar/2022

Lazımsız dəqiqləşdirmələr

Hər kəsə salam. Bu başlığı açma vacibliyi bildim. Xüsusəndə film, veriliş və seriallarda olan (film, 2022), (serial, 2022), (veriliş 2022) və bununla yanaşı albom, mahnı, əsər, kitab, roman, çay, göl, kənd, rayon, şəhər, dağ, dəniz və s. ləğv edilməsini təklif edirəm. Film, veriliş və seriallardakı format və il dəqiqləşdirməsi nəyə lazımdır axı? Hansısa vikipediyada belə bir şey rastıma çıxmayıb, varsa buyurun qeyd edin. Şəxsən mənə mənasız gəlir. Bu formatdakı dəqiqləşdirmələri ləğv edək. Sadəcə lazımı hallarda edək. Bu mövzü barədə bir dəfə də müzakirə açılmış, lakin qərar alınamamışdır. Lavici (müzakirə) 18:57, 27 dekabr 2021 (UTC)

@Toghrul R bu barədə nə düşünürsünüz? Lavici mesaj?
@Lavici məncə, hazırkı versiya qalmalıdır. Film sözləri çıxarılsa, qarışacaq. Bu barədə keçmişdə də müzakirələr olub və indiki versiya qəbul edilib Toghrul R (m) 07:26, 30 dekabr 2021 (UTC)
Bir neçə dəfə müzakirə olunub və azviki üçün belə qəbul edilib. — Araz Yaquboglu (müzakirə) 13:56, 31 dekabr 2021 (UTC)
@Toghrul R, Araz Yaquboglu, niyə qarışır ki? Qoy köhnələr köhnədə qalsın, yeniliklər lazımdır bizə fikrimcə. Lavici mesaj? 11:08, 1 yanvar 2022 (UTC)
@Sura Shukurlu, siz bu barədə nə düşünürsünüz? Lavici mesaj? 21:30, 7 yanvar 2022 (UTC)
@İstifadəçi:Lavici düzdür, digər vikilərdə belə bir təcrübə yoxdur. Amma bu versiya fikrimcə daha aydındır. Çünki film və serial adları tez-tez təkrarlanır. Surə 🗯 21:33, 7 yanvar 2022 (UTC)
@Sura Shukurlu, söhbət sadəcə film və serialdan getmir. Həm dəqiqləşdirmə gərəkdirdiyi halda qeyd edilsin yazmışam. Lavici mesaj? 21:36, 7 yanvar 2022 (UTC)
@İstifadəçi:Lavici anladım. Səhv başa düşmüşəm. Əslində mən bir müddət əvvəl səhifə adları ilə bağlı qayda üzərində işləyirdim. Vikiyə daha çox vaxt ayırmağım mümkün olduqdan sonra həmin qaydanı hazırlamağı düşünürəm. Bu təklifinizi həmin qayda daxilində verib müzakirəyə təqdim etmək olar. Surə 🗯 21:40, 7 yanvar 2022 (UTC)

SNS

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Bu mövzu ilə bağlı daha əvvəl də müzakirə açımışdım. Amma heç bir nəticəyə gəlinməmişdi. Həmin müzakirənin üstündən demək olar ki, bir il keçib və SNS yenə eyni vəziyyətdədir. Təklifim SNS-in dizaynı ilə bağlıdır. İndiki halı ilə SNS olduqca baxımsızdır və istənilən istifadəçi sadəcə səhifənin adını yazıb altına "qeyri-ensiklopedikdir" və ya bir-başa olaraq "silinsin" yazaraq müzakirə başladır. Gün ərzində 3-dən artıq məqalə namizəd göstərilə bilməsə də, səhifə çox yüklənib. İndiki halda isə bu müzakirəni açmaqda əsas məqsədim yeni dizayn və yeni sistem ilə bağlıdır. Bildiyiniz kimi keçən il NMW03 tərəfindən hazırlanmış dizayn üzərində işləyərək bu versiyanı təklif etmişdim. Bu sistemdəki tək fərq hər məqalə üçün ayrı müzakirə səhifəsinin açılmasıdır. Dizaynın istifadə üçün nə qədər əlverişli və rahat olduğunu yoxlamaq üçün hazırladığım versiyaya daxil olaraq yeni səhifə namizəd verə və ya müzakirədə iştirak edə bilərsiniz. Surə 🗯 20:34, 28 dekabr 2021 (UTC)

Dəstəkləyirəm belə bir dəyişikliyin olmasını. Bundan başqa keçən il Türkiyə vikipediyasındakı kimi 15 gün geri sayım qoymaq lazımdır ki, müzakirə vaxtında yekunlaşsın, İdarəçilər də SNS-ya xüsusi diqqət ayırmalıdır belə olduğu halda. Yada idarəçilərin sayını artırmaq lazımdı, mən idarəçiliyə namizədlik verəndə günlərlə aylarla vikipediya girməyən idarəçilər tez olduğunu qeyd etdilər. İdarəçilərin hamısı üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə borcludurlar. — Xeyal (müzakirə) 15:02, 29 dekabr 2021 (UTC)
@Sura Shukurlu Yaxşı təklifdir. Bu barədə məndə müzakirə açmağı düşünürdüm. Dediklərinizlə tam razıyam. @Xeyal sizinlədə razıyam. Həmçinin bu yenilik BNS üçün də tətbiq edilməlidir. Lavici mesaj? 15:56, 29 dekabr 2021 (UTC)
Əslində, bu versiya yaxşıdır, amma "göstər-gizlə" yaxşı görünmür. Onun əvəzinə Vikipediya:Qiymətləndirmə/Yaxşı_məqalələr səhifəsindəki kimi olsa, vizual cəhətdən daha yaxşı olar. Alt səhifələrə bölməni mən də dəstəkləyirəm. Əgər elə olsa, Twinkle qadcetini də bu istiqamət üzrə hazırlaya bilərəm Toghrul R (m) 07:36, 30 dekabr 2021 (UTC)
Sura Shukurlu, SNS üzrə gedən işinizi əvvəlcədən dəstəkləmişəm. Təəssüf ki, bu platformaya bloq kimi yanaşan bir qrup istifadəçi tərəfindən "qeyri-ensiklopedik" qəlibi altında hansısa subyektiv fikirlər əsasında müzakirə başlatma "ənənəsi" formalaşdırılıb. Əsaslandırma olmadığı üçün çox hallarda doğru-dürüst müzakirə belə getmir. Qeyd etdiyiniz kimi indiki vəziyyətdə SNS faktiki olaraq baxımsızdır və xüsusi diqqətə ehtiyacı var. — Burocan (müzakirə) 12:56, 30 dekabr 2021 (UTC)
@İstifadəçi:Toghrul R qeyd etdiyiniz dəyişikliyi etdim. Surə 🗯 19:12, 30 dekabr 2021 (UTC)
Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Qolcomaq, Nicat49, Solavirum, Sortilegus, Turkmen, Wertuose, White Demon, Azerifactory, Samral, Sefer azeri, Burocan fikirləriniz önəmlidir. — Surə 🗯 11:35, 2 yanvar 2022 (UTC)
Mən yeni sistemə keçilməsini dəstəkləyirəm, yəni hər namizədlik üçün bir səhifənin açılması daha yaxşıdır. Bunla bağlı vikigörüşlərdə də müzakirə gedib. Amma hətta yeni sistemə keçsək belə şərhlərdə "qeyri-ensiklopedik" tipli şərhlərin gələcəyi qənaətindəyəm. White Demツnyaz 11:56, 2 yanvar 2022 (UTC)
Mən də yeni sistemə keçidin tərəfdarıyam. — Burocan (müzakirə) 13:28, 2 yanvar 2022 (UTC)
Həmişəki kimi bu mövzu yenə də diqqətdən kənar qaldı və deyəsən hələ uzun müddət həll edilməyəcək. :( — Surə 🗯 20:13, 4 yanvar 2022 (UTC)
Dəstəkləyirəm. Dr.Wiki54 (müzakirə) 23:06, 4 yanvar 2022 (UTC)
Bu yeni sistem deyil. Sadəcə fərqli dizayndı və hazırki versiyadan yaxşıdır. Bunu dəyişiriksə gərək sistemdə də dəyişikliklər olsun. Bunun üçün isə geniş bir müzakirə olmalıdır. İlk öncə təkliflər irəli sürülməlidir. Daha sonra təkliflər müzakirə olunmalıdır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:10, 7 yanvar 2022 (UTC)
@Sura Shukurlu, bir sualım olacaq sizə. Bu təklfiniz sadəcə SNS üçünmü keçərlidir? Başlığı belə açdığınız üçün maraqlı gəldi və soruşdum. Lavici mesaj? 19:23, 7 yanvar 2022 (UTC)
@İstifadəçi:Lavici xeyr əlbəttə. Sadəcə olaraq SNS azvikidə daha ön planda olduğu üçün və bu qərara gəlməyimin səbəbi SNS olduğu üçün başlığı belə qeyd etmişəm. Surə 🗯 19:39, 7 yanvar 2022 (UTC)
@İstifadəçi:Eldarado mən yeni sistem olaraq hər namizəd üçün ayrı səhifənin açılmasını və namizəd verən istifadəçidən səbeb və arqument göstərməsinin tələb edilməsinin nəzərdə tuturam. Başqa təklifi olan istifadəçilər varsa irəli sürə bilər. Geniş müzakirəyə gəldikdə isə açdığım bu müzakirə zatən bunun üçündür, amma iştirak edən yoxdur. Belə getsə SNS illərlə eyni vəziyyətdə qalacaq. Surə 🗯 19:42, 7 yanvar 2022 (UTC)
@Eldarado Bəy, @Sura Shukurlu xanım və başqaları bir neçə dəfə oxşar müzakirə başlatmış, bir iki nəfər şərh vermiş bu müzakirə kimi arxivlənmişdir. Ona görə məncə bu dətişikliyə mane yoxdur. - Dr.Wiki54 (müzakirə) 19:43, 8 yanvar 2022 (UTC)
Sura Shukurlu, Dr.Wiki54, qeyd etdiyiniz təklifi icra etmək üçün səsvermə başlatmaq lazımdır. Mənim deməyim isə bunu icra etsək belə hazırki problemi həll etməyəcək. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 16:14, 9 yanvar 2022 (UTC)

Hə Y Səsvermə başladıldı. — Surə 🗯 13:15, 12 yanvar 2022 (UTC)

Saat qurşağı

Salam, qeydiyyatdan keçən və keçməyən hərkəsin saat qurşağı default olaraq "Susmaya görə serverdən istifadə" olaraq seçilir və buda qeyd edilən saatların düzgün göstərilməməsinə səbəb olur. Təklif edirəm ki, saat qurşağı avtomatik olaraq hər zaman "Asiya/Baku" olsun. Santorica 08:28, 1 yanvar 2022 (UTC)

@Santorica, əslində bu fikri mən dəstəkləyirəm, lakin hər vikidə eyni vaxt zonasından istifadə olunur. Bu barədə bir dəfə də müzakirə açılmışdı. Lavici mesaj? 11:15, 1 yanvar 2022 (UTC)
Hörmətli @Dr.Wiki54, Verman1, Solavirum, Sura Shukurlu, Xeyal, Burocan, Toghrul R, məsələ ilə bağlı sizlərdə dəyərli fikirlərinizi paylaşın zəhmət olmasa. Lavici mesaj? 19:20, 7 yanvar 2022 (UTC)
Bu mövzuda mənim də fikrim eynidir. Bir dəfə müzakirəyə çıxarılmışdı və onda da qeyd edilmişdi ki, bu qarışıqlıq yaradacaq. Surə 🗯 19:47, 7 yanvar 2022 (UTC)
Eyni müzakirədə fikrimi artıq demişəm. Bakı vaxtına keçidin tərəfdarıyam. Thunder Storm (müzakirə) 20:57, 7 yanvar 2022 (UTC)
Mən bilən bunu hamı özü tənzimləyə bilir axı. — Burocan (müzakirə) 22:47, 7 yanvar 2022 (UTC)
@Burocan Bəli olur ancaq "default" olaraq olunmasını təklif edirik Santorica 16:16, 8 yanvar 2022 (UTC)
Vacib olduğunu düşünmürəm. Mən şəxsəb öyrəşmişəm. Olsa da olar, olmasa da . - Dr.Wiki54 (müzakirə) 19:41, 8 yanvar 2022 (UTC)

Vikipediya təqviminin standartlaşması

Salam. Vikipediyada təqvimin bütün günlərini standartlaşdırmışam. Məsələn, 5 mart, 20 may, 30 iyun və s. Bunu etmək üçün 4 ay əziyyət çəkmişəm. Yəni hər yerdə artıq istinadlı məlumat, bütün şəxslərin doğum və vəfat tarixi dəqiqləşdirilərək yazılıb. Qrammatik normalar standartlaşıb. Əvvəl bir yerdə tire, digər yerlərdə nida işarəsi yoxdur. Məlumatlar bəzi yerlərdə az olsa da, vaxt getdikcə artırıram. Sadəcə artıq istinadlı məlumatlar artırılır. İdarəçilərdən ancaq böyük xahişim var - bəzi günlərdə trolların dədə-anasının doğum günlərinin yazılmasınını və vandalizmin qarşısını zəhmət olmasa alın.— Azerifactory (müzakirə) 17:51, 2 yanvar 2022 (UTC)

Azerifactory, mən müraciət edəcəkdim, siz qabaqladınız. Ən çox vandalizm qeyd elədiyiniz səhifələr üzrədir. Tədbir görmək lazımdır.— Burocan (müzakirə) 00:14, 3 yanvar 2022 (UTC)
@Azerifactory salam. Zəhmət olmasa, bütün səhifələrdəki sildiyiniz hissələri geri qaytarın. Mən başa düşmürəm ki, siz necə 5 mart tarixində doğulanlara erməni hərbçilərini salırsınız, amma Samir Kaçayevi silmisiniz. Düzdür, 6 mart tarixinə düşür, amma silinməsini birmənalı qarşılamıram. Eləcə də başqa ensiklopedik şəxsləri. 8 oktyabr səhifəsinə baxın görün nə qədər məlumat silmisiniz. Bu, vandalizm sayılır. Sizin bu səhifələrdəki fəaliyyətini izləmişəm. Yaxşı əlavələr də var, amma ümumi olaraq geri qaytarılmalıdır hamısı Toghrul R (m) 07:42, 3 yanvar 2022 (UTC)
Toghrul R onları mən yavaş-yavaş yerinə qaytarıram. Amma 365 günün əksəri vandalizm idi. Bundan əlavə istinadlı məlumatlar da yox idi.— Azerifactory (müzakirə) 08:52, 3 yanvar 2022 (UTC)
@Azerifactory təşəkkür edirəm. Hazırkı vəziyyəti çox boşdur. Silinənlərdən ensiklopedik olanlar qaytarıldıqda daha yaxşı olacaq Toghrul R (m) 08:56, 3 yanvar 2022 (UTC)
Toghrul R mən o məlumatları birdəfəlik silməmişəm. Format elədiyim üçün silmişəm çünki çox saxta və istinadsız məlumat var idi. Məsələn, çox insanların doğum tarixləri rus və ingilis vikipediya ilə heç düz gəlmirdi. Qısa belə deyək də, ağır yolun əsas hissəsini düzəltmişəm. Qalıb o boşluqları doldurmağa və onu da haı-hazırda edirəm.— Azerifactory (müzakirə) 09:00, 3 yanvar 2022 (UTC)
Toghrul R yeri gəlsə Samir Kaçayev martın 5-i yox, 6-sı doğulub və görürsüz mən də bunu deyirəm. Saxta məlumat kimi 5 marta əlavə edilib.— Azerifactory (müzakirə) 09:02, 3 yanvar 2022 (UTC)
@Azerifactory əvvəl də yaxşı vəziyyətdə deyildi, lakin indi vacib məlumatlar silinib. Məsələn, ən sadə şəkildə 20 may səhifəsindən Həqiqət Rzayevanın adı götürülüb. Əhəmiyyətli tarixi hadisələr də. Düzgün olanların qaytarılması olduqca vacibdir. Toghrul R (m) 09:08, 3 yanvar 2022 (UTC)
Toghrul R Mən artıq onları yoxlaya-yoxlaya qaytarıram. Sadəcə bir az vaxt tələb edir — Azerifactory (müzakirə) 09:19, 3 yanvar 2022 (UTC)
Azerifactory Əlinizə sağlıq, təşəkkür edirəm. Tam bitirdikdən sonra zəhmət olmasa yenidən başlıq açıb qeyd edin ki, hamımız yenidən nəzərdən keçirib boşluqarı aradan qaldıraq. Hörmətlə— eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:01, 7 yanvar 2022 (UTC)
Eldarado, oldu. Bütün təqvimdə artıq şablonlar hazırdı. Qalıb o boşluqları doldurmaq. Onu da yavaş-yavaş edirəm. Hazır günləri burada https://az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Azerifactory/Mars qeyd etmişəm. Məsələn, 3 yanvar.

Digər yerlərdə əhəmiyyətli günləri artıra bilərsiz. Sadəcə əsas istinadla olsun çünki bütün bu proses zamanı demək olar ki, 90% qeyri dəqiq məlumatlar var idi. Hansısa bir şəxs 15 avqustda doğulub, yazmışdılar 10 yanvara. Sonra lazımsız qədər reklam, tarixi olmayan faktlar.— Azerifactory (müzakirə) 06:56, 7 yanvar 2022 (UTC)

"Toplu mesaj göndərici" yeni istifadəçi qrupunun əlavə olunması üçün səsvermə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hamıya salam. Bu hüququn gəlməsi üçün səsvermə başladıram. Belə ki, bizə çox yardımı toxunacaq. Mövzulu ay layihələrində, məqalələrin status alması üçün səsvermələrdə, bayram təbrikləri mesajlarında və s. Bu hüquq idarəçilərdə zatən olur, digər istifadəçilərə isə müraciət nəticəsində verilir. Hüquq hələ ki, bir neçə vikidə mövcuddur sadəcə. Bu qrupa daxil olan istifadəçilər xüsusi bir səhifə vasitəsilə toplu mesaj göndərə bilirlər. İndi məsən bu hüquq olsa idi, istifadə edib, sizlərə toplu mesaj göndərərdim iştirakınız üçün. :) Ətraflı buradan oxuya bilərsiniz. Lavici mesaj? 11:00, 3 yanvar 2022 (UTC)

Səsvermə

Dəstək

  1. +  Lehinə: Yeniliklərin tərəfdarı olduğum üçün. Lavici mesaj? 11:00, 3 yanvar 2022 (UTC)
    +  Lehinə: Səsvermələr zamanı yaxşı vasitə olar. - Dr.Wiki54 (müzakirə) 11:13, 3 yanvar 2022 (UTC)
  2. +  Lehinə: Faydalıdır. — Thunder Storm (müzakirə) 12:25, 3 yanvar 2022 (UTC)
    +  Lehinə: Məncə də, bu funksiya faydalı ola bilər — Burocan (müzakirə) 17:26, 3 yanvar 2022 (UTC)
    +  Lehinə: Belə yeniliklərin davamı gəlsin, digər vikilərdə varsa niyədə bizdə olmasın. — Xeyal (müzakirə) 19:10, 3 yanvar 2022 (UTC)
  3. +  Lehinə:Araz Yaquboglu (müzakirə) 11:59, 4 yanvar 2022 (UTC)
    +  Lehinə: --► Hörmətlə: SolaVirum 16:14, 4 yanvar 2022 (UTC)
    +  Lehinə:Nərmin(müzakirə) 21:49, 4 yanvar 2022 (UTC)
  4. +  Lehinə: Fikrimcə önəmli və vacib səsvermələrdə və s. kimi yerlərdə böyük köməyi dəyəcək. - Santorica 15:42, 5 yanvar 2022 (UTC)
  5. +  Lehinə: Məncə də, belə bir hüququn yaradılması çox əlverişli olardı. Xüsusən də, Vikipediyaya yeni qoşulmuş istifadəçilərin müzakirə səhifələrində {{Xoşgəldiniz}} şablonlarını paylaşdığım üçün işimə çox yarayardı. Bu sayədə bir yox, bir neçə istifadəçiyə eyni anda şablonlu mesajı göndərmək olardı. Mənə elə gəlir ki, bu nəinki mənim, digər aktiv istifadəçilərin də işlərini yüngülləşdirəcəkdir. -- Rüfət Həsənli 19:00, 7 yanvar 2022 (UTC)
  6. +  Lehinə: Faydalı ola bilər— İrövşən (müzakirə) 15:03, 9 yanvar 2022 (UTC)

Qarşı

  1. −  Əleyhinə: Allaha and olsun bezmişəm bildirişlərdən. Xahiş edirəm mənim adımı dəxlili-dəxlisiz heç bir səsverməyə müzakirəyə işarələməyin. Bəsdirin. Vikipediya demokratiya deyil. Vikipediya MSK deyil. Qərarlar səsvermə ilə yox, müzakirə ilə, konsensusla, arqumentlərlə verilməlidir. 10 ildir özümü öldürürəm ki, yığışdırın bu səsvermə biabırçılığını. Etmirsinizsə, məni bu komediyalara qoşmayın. Gedin ilin 365 günü səhərdən axşamacan mənasız-mənasız səsvermələr keçirin.— samral müzakirə 11:55, 4 yanvar 2022 (UTC)
  2. −  Əleyhinə: Əvvəlcə ortada qayda filan olmalıdır ki, bu hüquq kimlərə verilə bilər, kimlərə yox, ya da bu hüquq nə zaman istifadə oluna bilər və ya yox. Ortada bunlarla bağlı qayda yoxdur deyə hüququn bu cür tez bazar yaradılmasına isti baxmıram. — White Demツnyaz 17:14, 4 yanvar 2022 (UTC)
  3. −  Əleyhinə: Konsensus olmalıdır— Azerifactory (müzakirə) 23:44, 4 yanvar 2022 (UTC)
  4. −  Əleyhinə: məncə, istifadəçiləri müzakirələrə dəvət etmək yaxşı səslənsə də, nəzərə almalıyıq ki, Vikipediya könüllü layihədir. Buna görə də onları belə məsələlərə dəvət etmək narahat etməkdir. Envikidə də dəvət gəlir, düzdür, yalnız Arbitraj Komitəsinə seçkilərlə bağlı Toghrul R (m) 06:03, 5 yanvar 2022 (UTC)
    −  Əleyhinə: Aşağıda da qeyd etdiyim kimi, bu hüquq azvikidə effektiv olmayacaq. — Surə 🗯 13:18, 5 yanvar 2022 (UTC)
  5. −  Əleyhinə: Mən qarşıyam buna hələki. Lakin White Demon-un dediyi kimi qaydalar olsa yenidən düşünmək olar bu mövzunu. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:57, 7 yanvar 2022 (UTC)
  6. −  Əleyhinə:Nicat49   müzakirə 01:48, 8 yanvar 2022 (UTC)
  7. −  Əleyhinə: səhv etmirəmsə bu icazə mövcuddur.— Turkmen müzakirə 11:50, 8 yanvar 2022 (UTC)

Bitərəf

  1.   Bitərəf: "Hüquqi" bazası, yəni qaydası yaradıldıqdan sonra yenidən gözdən keçirmək olar. - Dr.Wiki54 (müzakirə) 16:35, 5 yanvar 2022 (UTC)
  2.   Bitərəf: Dr.Wiki54 eyni fikirdəyəm. - İlkin Şükürov müzakirə 17:53, 5 yanvar 2022 (UTC)
  3.   Bitərəf: Dr.Wiki54-nin fikri əsasında. --► Hörmətlə: SolaVirum 21:28, 5 yanvar 2022 (UTC)
  4.   Bitərəf: Dr.Wiki54-nin arqumentinə əsasən. — Xeyal (müzakirə) 16:35, 6 yanvar 2022 (UTC)
  5.   Bitərəf: eynən. — Surə 🗯 20:33, 6 yanvar 2022 (UTC)
  6.   Bitərəf:Nərmin(müzakirə) 15:28, 8 yanvar 2022 (UTC)

Şərhlər

  • Hörmətli @Araz Yaquboglu, Azerifactory, Turkmen, Toghrul R, Samral, Nicat49, Drabdullayev17, Solavirum, Sura Shukurlu, Dr.Wiki54, Burocan, Xeyal, Wikipediya M, Verman1, Qolcomaq, Sortilegus, Eminn, Babək Akifoğlu, C Mirəli2001, zəhmət olmasa səsvermədə iştirak edin. Lavici mesaj? 11:00, 3 yanvar 2022 (UTC)
    Bu hüquqa malik istifadəçi bu hüquqdan nə zaman istifadə edə bilər və ya etməməlidir? Aydın olmadı. Məsələn, adi istifadəçiyəm, bu hüquqa malikəm, məqaləmi status üçün təqdim edirəm, bu zaman bu hüquqdan istifadə edib istifadəçiləri səsverməyə dəvət etməm düzgündür? Belə çıxır ki, bu hüquqa malik olmayan istifadəçilər bunu edə bilməyəcəklər? White Demツnyaz 12:33, 3 yanvar 2022 (UTC)
    Hörmətli @White Demon, bu hüquq əsasən Mövzulu ay layihələrində istifadə olunur. Bundan əlavə məqalələr üçün səvermələr zamanı 3-5 istifadəçidən başqa qatılan olmur. Zatən hazırda bəzi istifadəçilər dəvətnamə yolu ilə səsverməyə dəvət edirlər. Niyə düzgün deyil ki? Hansısa qaydada buna zidd bir bənd varmı? Düşünürəm ki, ehtiyacı olan bu hüquq üçün müraciət edən hər təcrübəli istifadəçiyə verilməlidir. Lavici mesaj? 13:40, 3 yanvar 2022 (UTC)
    @White Demon ilə razıyam. Çünki bu hüquqdan sui-istifadə edilməyəcəyinə necə inana bilərik? Həmçinin səsverməyə dəvət etmək üçün bütün istifadəçilərə bu hüququ vermək lazım olacaq, yoxsa haqsızlıq yarana bilər. Drabdullayev17 (müzakirə) 12:26, 4 yanvar 2022 (UTC)
    Hörmətli @Drabdullayev17, öncəlliklə şərhiniz üçün təşəkkürlər. Sui-istifadə dedikdə tam olaraq nəyi nəzərdə tutursunuz? Bu hüquq hazırda 5 wikidə işləkdir. Razı deyiləm, bu hüquq sadəcə ehtiyacı olan təcrübəli istifafəçilərə verilməlidir. Lavici mesaj? 12:35, 4 yanvar 2022 (UTC)
    @White Demon, düşünürəm ki, bu səhifəni yaratsam, fikriniz dəyişər. Hüquq üçün hansı adı təklif edirsiniz? "Kütləvi mesaj göndəricilər" yaxşıdır? Lavici mesaj? 17:27, 4 yanvar 2022 (UTC)
  • Şərh  Şərh: bu mövzu bir qədər qarışıqdır. Belə ki, fikrimcə bu hüquqdan daha çox Mövzulu aylarda istifadə edilə bilər. Amma...bizdə mövzulu ay keçirilmir :D Həm bu hüquq olsa belə viki üçün nəyisə dəyişdirəcəyinə inanmıram. Çünki vikidəki bütün istifadəçilərə mesaj göndərsən belə heç nə dəyişmir. Bir də tam olaraq anlamadım, Lavici mesaj müzakirə səhifəsinəmi göndərilir? — Surə 🗯 20:29, 4 yanvar 2022 (UTC)
    P.S. bu arada, buradakı müzakirə hələ də aktivdir :) Surə 🗯 20:30, 4 yanvar 2022 (UTC)
    @Sura Shukurlu, salam. Bəli, mesaj müzakirə səhifəsinə göndərilir. SNS ilə bağlı açdığınız müzakirə görünür gec nəticə verəcək, təklif edirəm ki, səsvermə başladın. Lavici mesaj? 20:42, 4 yanvar 2022 (UTC)
    Salam hörmətli @Toghrul R, Əslində bu hüquqla heç yerdə səsverməyə dəvət etmirlər, çünki, bir çox vikipediyada istifadəçilər aktiv şəkildə səsverməyə özləri qatılırlar. Bizdə bəs elədirmi? İkincisi burada məcburi heç nə yoxdur, sadəcə istifadəçinində səsvermələrdən heç xəbəri olmur çox vaxt. Bu vaxt ona dəvət göndərmək etikdir, lakin qatılıb qatılmaması artıq ona bağlı bir şey. Ən önəmlisi bu hüququn istifadə edildiyi layihələr əfsuslar olsun ki, bizdə səhifələri hələ ki, mövcud deyil. Vikilayihələr və Vikimarafon səhifələri. Mövzulu ay layihəsidə neçə aydır keçirilmir passivlik səbəbilə. Məqalənin status alması və qaydaların qəbulu üçün 5-6 nəfərdən başqa səs verən var? Bu səslərlə səsvermələrin yekunlaşdırılması, məqalələrə statusun verilməsi və qaydaların qəbulu nə dərəcədə doğrudur? Yəni bu hüquq gələrsə məqsədəuyğun olar. Məhsuldar statuslu məqalə yaradıcıları o qədər əmək verirlər nəticədə. Eləcə də, qaydaların hazırlanmasında. Niyə də hər istifadəçi bu status səsvermələrinə və qaydaların qəbulu üçün keçirilən səsvermələrdə iştirak etməməlidir? Onsuz da, indiki halda da, mesaj vasitəsi ilə səsvermələrə dəvət edilir istifadəçilər. Bu status gəldiyi halda onların işlərini asanlaşdırmış edərik. (ümid edirəm ki, bu durum müvəqqəti olar və gələcəkdə bu hüquqdan layihələri və komitə üçün keçirilən səsvermələrdə istifadə edilər). Arbitraj komitəsi təəssüflər olsun ki, bizdə işləmir. Hüquq en wiki başda olmaqla bir neçə vikidə var, bəs bizdə niyə olmasın? Bizə yeniliklər lazımdır axı. Məlumatlandırma səhifəsini yaratmışam, buyurun buradan göz ata bilərsiniz. Hörmətlə: Lavici mesaj? 12:24, 5 yanvar 2022 (UTC)
    Şərhlərdə bir çox həmkarımın bu mövzu üçün ilk növbədə konsesusun qəbul edilməsinin lazım olduğunu qeyd etdiyini gördüm. Lavici məncə də ilk növbədə müzakirə edilməli idi. Fikrimcə, səsverməni açmaqda xeyli tələsmisiniz. Odur ki, səsvermədə də iştirak etmədim, çünki bu hüquq ilə bağlı çox sualım var. İlk növbədə, bu hüquqla göndərilən mesaj qeydiyyatdan keçmiş bütün istifadəçilərə göndəriləcək? Belə olan halda bir neçə gün əvvəl qeydiyyatdan keçmiş bir istifadəçini hər-hansı səsverməyə və ya layihəəyə dəvət etmək nə qədər doğrudur? Hüquq ilə bağlı tam fikrim odur ki, bu hüquq hal-hazırda azvikidə istifadə edilə bilməyəcək. Gələcək illərdə vikidə yeni layihələr təşkil edilərsə, o zaman bu hüquq bir neçə istifadəçi və ya idarəçiyə verilə bilər. Belə olan halda, bu hüquqdan istifadə edilərək istifadəçiləri vikidə keçirilən vahid layihə ilə bağlı məlumatlandırmaq olar. Bunun yeni istifadəçilər üzərində daha böyük effekti olacağını və onların fəaliyyətilərini vahid bir nöqtəyə toplayaraq nəzarət edə biləcəyimizi düşünürəm. İndiki halda isə bu hüquqla bağlı heç bir fikrim yoxdur.
Konsensus məsələsinə gəlsək, vikidə səsvermə keçirilməzdən əvvəl viki cəmiyyət tərəfindən müzakirə aparılır. Amma, indiki halda bəzi mövzuları müzakirənin ümidinə qoysaq irəliləməyəciyik. Konsensus qəbul edək, buna razıyam. Amma konsensus qəbul etmək üçün neçə nəfər iştirak edir müzakirədə? Ümumiyyətlə iştirak edən varmı? Mən buradakı müzakirəni əsas götürüb səsvermə başlatsam, istifadəçilərin çoxu deyəcək ki, konsensus qəbul edilməyib. Qəbul edilməsi üçün iştirak edilməlidir axı. Bir neçə dəfə şahidi olmuşam deyə əminliklə deyə bilərəm ki, həmin müzakirə bir neçə həftə sonra arxivləşdiriləcək. — Surə 🗯 13:15, 5 yanvar 2022 (UTC)
Salam hörmətli @Sura Shukurlu,. @Toghrul R, ilə bu barədə danışmışıq və səsvermə başladıb vikicəmiyyətin fikrini öyrənməyin doğru və vacib olduğunu söyləyib. Dediyiniz kimi "Amma, indiki halda bəzi mövzuları müzakirənin ümidinə qoysaq irəliləməyəciyik. Konsensus qəbul edək, buna razıyam. Amma konsensus qəbul etmək üçün neçə nəfər iştirak edir müzakirədə? Ümumiyyətlə iştirak edən varmı?" bu fikrinizlə tamamilə razıyam və bunun başlıca səbəbi isə aktivliyin çox aşağı düşməsidir. @White Demon,-nunda tələbi ilə bu barədə səhifə hazırladım. Suallarınıza gəlincə xeyr, kütləvi mesaj sadəcə təcrübəli istifadəçilərə "Toplu mesajlar yalnız mesajın diqqətini cəlb etməsini istəyən istifadəçi qruplarına göndərilməlidir." Suallarınıza ətraflı buradan cavab tapa bilərsiniz. Konsensus əlbətdə ki, çox önəmlidir. Bu hüquqla iştirakçıları konsensus üçün müzakirələrə belə dəvət etməliyik fikrimcə. Hal-hazıda Vikinin vəziyyətinə baxarsaq, bu statusu bu fəaliyyətlər üçün istifadə etmək olar, ən azından bir müddətlik. Səsvermədə konsensus olmalıdır deyənlər heç özləri müzakirələrdə işirak belə etmirlər. Niyə də, effektiv olmasın? Hal-hazırda istifadəçiləri tək tək mesaj ataraq dəvət edirik, bu yenilik gələrsə iş asanlaşar. @Dr.Wiki54, Solavirum, və digər istifadəçilərin tərtib etdikləri yaxşı məqalələrin və qaydaların səsvermələrinə niyə həmişə eyni 5-6 istifadəçi səs verməlidir təkcə? Bu istifadəçilərin əməklərinə hörmətsizlik kimi çıxır. Qısacası bu hüququn olduqca çox faydalı olacağını və Az Vikipediya üçün uğurlu və xeyrinə olacağına inanıram. SNS ilə bağlı açdığınız məsələdə isə fikrimi açıq şəkildə qeyd etmişəm. Dəstəkləyirəm Hörmətlə: Lavici mesaj? 16:01, 5 yanvar 2022 (UTC)
@Dr.Wiki54, IlkinShukurov, buyurun. Lavici mesaj? 17:38, 5 yanvar 2022 (UTC)
Hörmətli @Solavirum, qayda dedikdə nəyi nəzərdə tutursunuz? Bu qayda sayılmır? VP:KMG Lavici mesaj? 21:34, 5 yanvar 2022 (UTC)
@Lavici əvvəlcə qaydanın müzakirəsi başladılmalı, təkmilləşdirilməli və qəbul edilməlidir. - Dr.Wiki54 (müzakirə) 10:38, 6 yanvar 2022 (UTC)
@Dr.Wiki54, qayda və müzakirə deyəndəki bu səhifə ancaq elə bu qədərdir və qayda yox, məlumatlandırma səhifəsidir. Lavici mesaj? 16:21, 6 yanvar 2022 (UTC)
@Lavici, demək istədiyim budur, əgər bir səlahiyyət veririksə və burada məhdudiyyətlər tətbiq edib şərtlər qoyuruqsa bunun üçün vikicmanın qərarı vacibdi. Bu müzakirə sadəcə yaradaq mı yaratmayaq mı üzərinə açılıb. Yaxşı olar ki, qayda/təlimat/məlumatlandırma hissəsi müzakirəyə çıxarılsın. Vacib deyil ki eyni ilə digər vikilərdəkinin tərcüməsi olsun. Əlavələr və azaltmalar etmə mümkündür. Bir də zəhmət olmasa paralel olaraq bir neçə müzakirə başlatmayın. Bizim üçün biraz çətin olur. Sıra ilə olsa daha cəlbedici olar. -Dr.Wiki54 (müzakirə) 19:16, 6 yanvar 2022 (UTC)
@Rüfət Həsənli, o dediyiniz üçün bot yaradılması daha əlverilişlidir ancaq yenə də, Twinkle qadceti vasitəsilə mümkün olacaq. Lavici mesaj? 19:50, 7 yanvar 2022 (UTC)
Salam, @İstifadəçi:Lavici. Zəhmət olmasa, bu qadcetin necə istifadə edilməsi ilə bağlı məlumat verə bilərsinizmi? -- Rüfət Həsənli 18:40, 8 yanvar 2022 (UTC)
@Rüfət Həsənli, salam. Qadcet hələ tam hazır deyil, @Toghrul R üzərində işləyir. Lavici mesaj? 18:52, 8 yanvar 2022 (UTC)
Məlumat üçün çox sağ olun. Onda həminqadcet tam hazır olana qədər və ya yeni bir bot yaradılana qədər əllə yazmağa davam :) -- Rüfət Həsənli 18:54, 8 yanvar 2022 (UTC)
@Rüfət Həsənli, Twinkle bu ayın sonlarına doğru bitməsi gözlənilir. {{xg}} şablonu üçün isə bot yaradılmasından yanayam, eynilə də tr wikidəki kimi. Lavici mesaj? 18:58, 8 yanvar 2022 (UTC)
@İstifadəçi:Lavici, zəhmət olmasa, bu barədə yeni önəmli hadisələr baş verdikdə məni də xəbərdar edə bilərsinizmi? Təşəkkürlər öncədən. -- Rüfət Həsənli 19:09, 8 yanvar 2022 (UTC)
Tamamdır. Lavici mesaj? 19:16, 8 yanvar 2022 (UTC)
Çox sağ olun bir daha :) -- Rüfət Həsənli 21:37, 8 yanvar 2022 (UTC)

Yox  Qəbul edilmədiTurkmen müzakirə 12:45, 18 yanvar 2022 (UTC)

Mühafizə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam, fikrimcə vandalizmə qarşı Azərbaycanın böyük şəxsiyyətlərinin məqalələrini Təcürbəli istifadəçilər qrupuna daxil olanlar redaktə edə bilsin. Məsələn (Qara Qarayev, Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə və s. kimi). Fikirləriniz önəmlidir. Santorica 18:23, 7 yanvar 2022 (UTC)

Səsvermə

Dəstək

  1. +  Lehinə: Vandalizmin qarşısını almaq üçün önəmlidir Santorica 18:48, 7 yanvar 2022 (UTC)

Qarşı

  1. −  Əleyhinə: Doğru deyil. Hər səhifədə vandalizm ola bilir, bu o demək deyil ki, onda hər səhifəni mühafizəyə alaq. Vandalizm olan səhifələri mühafizəyə almaq olar, oda müddətli. Lavici mesaj? 18:52, 7 yanvar 2022 (UTC)
  2. −  Əleyhinə: Vikipediya bir qrup şəxsin redaktə edə biləcəyi platforma deyil. Seçilmiş/yaxşı məqalələr belə olsalar sadəcə Ana səhifəyə çıxarıldıqları həftə və ya aralıqsız vandalizm tətbiq olunduqları gün mühafizə tətbiq olunabilər. Bunun üçün hətta {{Mühafizə}} şablonu belə yaradılıb. - Dr.Wiki54 (müzakirə) 18:54, 7 yanvar 2022 (UTC)
  3. −  Əleyhinə: toplu vandalizm halı olanda müraciət edilə bilər. --► Hörmətlə: SolaVirum 00:55, 9 yanvar 2022 (UTC)
  4. −  Əleyhinə:Nərmin(müzakirə) 20:47, 7 yanvar 2022 (UTC)
  5. −  Əleyhinə: Toghrul R (m) 07:16, 8 yanvar 2022 (UTC)
  6. −  Əleyhinə: qaydalara ziddir. — Araz Yaquboglu (müzakirə) 09:08, 8 yanvar 2022 (UTC)
  7. −  Əleyhinə: @Santorica, Bu mövzu ilə Məhəmməd Əmin Rəsulzadə məqaləsinin müzakirə səhifəsində də öz fikrimi bildirmişəm. Əgər mühafizə edilərsə yeni qeydiyyatdan keçmiş və yaxud İP ilə redaktə edən istifadəçi bəlkə orada olmayan yeni bir məlumat yerləşdirə bilər, mühafizə zamanı bunların heç birini edə bilməyəcək. Hər kəsin də redaktə etmək hüququ var. Monopoliya yaratmaq lazım deyil, əgər dediyiniz kimi bəzi məqalələr ancaq təcrübəli istifadəçilər tərəfindən redaktə olunacaqsa bəs patrullar nəyə lazımdır? — Xeyal (müzakirə) 17:17, 8 yanvar 2022 (UTC)
  8. −  Əleyhinə: Məndən əvvəl rəy bildirmiş istifadəçilərlə eyni düşüncədəyəm. Ona görə əlavə bir fikir yazmayacağam -- Rüfət Həsənli 18:20, 8 yanvar 2022 (UTC)
  9. −  Əleyhinə: yuxarıda yazılanları təkrarlamaq istəmirəm. — Drabdullayev17 (müzakirə) 05:59, 10 yanvar 2022 (UTC)
  10. −  Əleyhinə: Bu təklif vikipediya fəlsəfəsinə ziddir. Ümumiyyətlə, səhifələrə yönəlik uzunmüddətli və ya daimi mühafizə tətbiq olunmamalıdır. — Sortilegus (müzakirə) 15:55, 10 yanvar 2022 (UTC)

Bitərəf

Şərhlər

Daimi mühafizə doğru deyil. Bəzən elə olur ki, yeni istifadəçilər, hətta IP adresslər olduqca dəyərli töhfələr verə bilir. — Burocan (müzakirə) 22:50, 7 yanvar 2022 (UTC)
Böyük şəxsləri bilmirəm amma statuslu məqalələrin uzun qorunmasının tərəfdarıyam çünkü üstündə əziyyət çəkilib.— Azerifactory (müzakirə) 06:45, 8 yanvar 2022 (UTC)
Azerifactory, statuslu məqalələrin qorunmasına dair şərhinizlə razıyam. — Burocan (müzakirə) 18:58, 8 yanvar 2022 (UTC)
@İstifadəçi:Azerifactory, hörmətli @İstifadəçi:Burocan kimi, mən də fikrinizə tam qatılıram. Məncə də, statuslu məqalələrin qorunmasına ehtiyac var. Bu tətbiqi enwiki-də də bir çox statuslu məqalədə görə bilərik. -- Rüfət Həsənli 19:13, 8 yanvar 2022 (UTC)
Bu barədə məsələ qaldırılmasına necə baxırsınız? -- Rüfət Həsənli 19:14, 8 yanvar 2022 (UTC)
Qeyd elədiyim kimi müsbət yanaşıram. Ancaq burada bir məsələ var ki, keçmişdə status almış bir çox məqalədə kifayət qədər ciddi problemlər mövcuddur. Şəxsi müşahidələrim zamanı bəzi məqalələrdə tərtibat cəhətdən yanlışların, uyğunsuzluqların fonunda hətta "Seçilmiş məqalə" status alması məndə təəccüb doğurmuşdu. Ona görə də, fikrimcə, sözügedən qəbildən olan məqalələrə qorunma tətbiqi məsələsinin geniş müzakirəsinə ehtiyac var. — Burocan (müzakirə) 19:21, 8 yanvar 2022 (UTC)
@Azerifactory, sizə qismən qatılıram. Statuslu məqalələrdə IP redaktəsindən qorunma tətbiq oluna bilər. - Dr.Wiki54 (müzakirə) 19:39, 8 yanvar 2022 (UTC)
Ümumiyyətlə, bu səsvermə özü etibarlıdırmı? Hansı prinsipə əsasən nəticələr hesablanacaq? Vikipediya demokratiya deyil.Eminn (müzakirə) 16:22, 11 yanvar 2022 (UTC)

Опрос о пожеланиях сообщества — 2022

 

Опрос о пожеланиях сообщества — 2022 открыт!

Это процесс, в котором сообщества решают, над чем команда Community Tech должна работать в течение следующего года. Мы рекомендуем всем подавать предложения до истечения крайнего срока 23 января, или комментировать другие предложения, чтобы помочь сделать их лучше.

The communities will vote on the proposals between 28 января and 11 февраля.

Команда технической помощи сообществам сосредоточена на инструментах для опытных редакторов проектов Викимедиа. Вы можете писать предложения на любом языке, и мы переведем их для вас. Мы ждём ваших предложений с благодарностью и нетерпением! SGrabarczuk (WMF) (talk) 18:39, 10 yanvar 2022 (UTC)

AzVikidə "qaralama (draft)" ad fəzasının yaradılması

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam təklif edirəm, "qaralama" adlı yeni ad fəzası yaradaq. Qeyd edim ki, bu ad fəzası bir çox böyük vikilərin praktikasında istifadə edilir. VP:Stil kitabçası qaydalarının kobud şəkildə pozulduğu səhifələr avtomatik həmin ad fəzasına dəyişdirilsin, üstəgəl VP:BNS kimi səhifələrdə istifadəçilər namizəd etdikləri məqalələrin mətnini görmürlər (bu hüquq təkcə idarəçilərdədi). Təklif edirəm VP:BNS-ə təklif edilən məqalələrin də mətni həmin qaralama fəzasına salınsın. Ən azından istifadəçi nəyə mövqe bildirdiyini görsün. Əlbəttə bu bir neçə misaldı, bu ad fəzası bir çox məsələdə köməyimizə çata bilər.— Turkmen müzakirə 11:40, 12 yanvar 2022 (UTC)


Şərh  Şərh: mən tam olaraq başa düşmədim. İndi biz stil kitabçasına uyğun olmayan bütün səhifələri bu adlar fazasına daxil edəciyik? Silməkdən fərqi yoxdur axı fikrimcə bunun. Mən onu yerinə təklif edərdim ki, yeni istifadəçilər və IP-lər vasitəsilə yaradılmış yeni məqalələr ilk növbədə bu fəzada olsun, daha sonra isə patrullanıb normal versiyaya dəyişdirilsin. — Surə 🗯 06:06, 15 yanvar 2022 (UTC)
Fərq var əslində. EnVikidə səhv etmirəmsə, altı aylıq vaxt verilir işləyib qurtarmağa. Bu altı aylıq müddətin istədiyin vaxtında müraciəti göndərmək mümkündür, onda da hansısa istifadəçi (deyəsən idarəçi olmalıdır) gəlib yoxlayır. Əsasən, ensiklopediklik yoxlanılır, sürətli silmə kriteriyalarına əsaslandırmaq olar bunu. Sonradan başqa teqlər də əlavə olunur (qaralama şablonu, tərəflilik, vikiləşdirmə və s.) --► Hörmətlə: SolaVirum 11:47, 15 yanvar 2022 (UTC)
@İstifadəçi:Solavirum mənim anlamadığım hissə odur ki, bu sadəcə yeni yaradılan məqalələrəmi aiddir, yoxsa daha əvvəldən mövcud olan məqalələrə də mi? Surə 🗯 14:55, 15 yanvar 2022 (UTC)
patrullanmamış məqalələrə aiddir sadəcə. --► Hörmətlə: SolaVirum 15:02, 15 yanvar 2022 (UTC)

Hə Y Həll edildi. Qısaltma söz kimi "Qa:"-dan istifadə edə bilərsiniz. Həmçinin bu fəzadakı səhifələr "Google" axtarışlarında nəticə kimi çıxmayacaq və səhifədə işləyərkən Vizual redaktorun köməyindən istifadə edə biləcəksiniz.— Turkmen müzakirə 13:15, 18 yanvar 2022 (UTC)

Page protection

necə hər hansı bir səhifəyə page protection request etmək olar Omarwithaschwa (müzakirə) 06:47, 14 yanvar 2022 (UTC)

Səhifəyə {{Mühafizə|səbəb}} şablonu yerləşdirməklə. — Xeyal (müzakirə) 09:15, 14 yanvar 2022 (UTC)
ok təşəkkürlər Omarwithaschwa (müzakirə) 14:21, 14 yanvar 2022 (UTC)

Call for Feedback about the Board of Trustees elections is now open

You can find this message translated into additional languages on Meta-wiki.

The Call for Feedback: Board of Trustees elections is now open and will close on 7 February 2022.

With this Call for Feedback, the Movement Strategy and Governance team is taking a different approach. This approach incorporates community feedback from 2021. Instead of leading with proposals, the Call is framed around key questions from the Board of Trustees. The key questions came from the feedback about the 2021 Board of Trustees election. The intention is to inspire collective conversation and collaborative proposal development about these key questions.

Join the conversation.

Best,

Movement Strategy and Governance

Xeno (WMF) 01:04, 15 yanvar 2022 (UTC)

Kömək üçün müraciət

Xoş gördük Wayback Machinearchive.today saytlarından istifadə edə bilərsiz. — Rəcəb Həsənbəyov (müzakirə) 08:58, 9 yanvar 2022 (UTC)

Təşəkkür edirəm hörmətli Rəcəb Həsənbəyov, Rövşən İşık zəhmət olmasa ətraflı ya burada, ya da müzakirə səhifəmdə yaza bilərsiniz? Məsələn, bu linki necə arxivləşdirə bilərəm?--Wikipediya M (müzakirə) 10:05, 10 yanvar 2022 (UTC)
@Wikipediya M Buyurun sizin istədiyiniz linkin arxiviXeyal (müzakirə) 10:37, 10 yanvar 2022 (UTC)
Çox sağolun Xeyal bəy. Zəhmət olmasa, mümkünsə bunun mexanizmini müzakirə səhifəmdə mənə izahlı şəkildə yazasınız.--Wikipediya M (müzakirə) 11:33, 10 yanvar 2022 (UTC)
@Wikipediya M Müzakirə səhifənizdə ətraflı izahını yazdım. Hər hansı sualınız olarsa buyurun. — Xeyal (müzakirə) 12:15, 10 yanvar 2022 (UTC)

Feminism and Folklore 2022

Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Greetings! You are invited to participate in Feminism and Folklore 2022 writing competion. This year Feminism and Folklore will focus on feminism, women biographies and gender-focused topics for the project in league with Wiki Loves Folklore gender gap focus with folk culture theme on Wikipedia.

You can help us in enriching the folklore documentation on Wikipedia from your region by creating or improving articles focused on folklore around the world, including, but not limited to folk festivals, folk dances, folk music, women and queer personalities in folklore, folk culture (folk artists, folk dancers, folk singers, folk musicians, folk game athletes, women in mythology, women warriors in folklore, witches and witch hunting, fairy tales and more. You can contribute to new articles or translate from the list of suggested articles here.

You can also support us in organizing the contest on your local Wikipedia by signing up your community to participate in this project and also translating the project page and help us spread the word in your native language.

Learn more about the contest and prizes from our project page. Feel free to contact us on our talk page or via Email if you need any assistance...

Thank you.

Feminism and Folklore Team,

Tiven2240 --05:49, 11 yanvar 2022 (UTC)

Qaralama şablonları

Salam. Mənim az Vikidə ən çox gördüyüm işlərdən biri məqalələrə qaralama və vikiləşdirmək şablonlarının əlavə edilməsidir. Lakin çox zaman mövzuya uyğun qaralama şablonlarını tapmaqda çətinlik çəkirəm. Çünki bu tipli şablonlar olduqca azdır və yeni tematik qaralama şablonlarının yaradılmasına ehtiyac var. Bundan əlavə, hal-hazırda mövcud olan qaralama şablonlarının toplandığı kateqoriyada da çatışmazlıqlar var. Çünki məsələn, musiqi və ya bunun janrlarına dair qaralama şablonlarına bəzi məqalələrin daxilində rast gəlsəm də, bu kateqoriyada onları tapa bilmədim. Həmçinin axtarışa versəm də, qarşıma çıxmadı. Əgər kimdəsə qaralama şablonlarının daha geniş siyahısı varsa, zəhmət olmasa, buranın şərhlər bölümündə və ya mənim istifadəçi müzakirə səhifəmdə paylaşa bilər? Həmçinin yaradılmalı olan qaralama şablonları barədə öz məsləhətlərinizi və ya təkliflərinizi bölüşmənizi xahiş edərdim. -- Rüfət Həsənli 22:01, 8 yanvar 2022 (UTC)

@Rüfət Həsənli, Musiqi ilə bağlı qaralama dedikdə bunu nəzərdə tutursuz? Santorica 22:16, 8 yanvar 2022 (UTC)
@İstifadəçi:Santorica, bəli, bunu nəzərdə tutmuşdum. Nəyə görəsə axtarışa verəndə çıxmamışdı mənim kompüterdə. -- Rüfət Həsənli 16:25, 9 yanvar 2022 (UTC)
Bəli, istədiyiniz Qaralama kateqoriyalara əlavə edilmədiyi üçün görsənmirdi onuda həll etdim Santorica 19:24, 9 yanvar 2022 (UTC)
@İstifadəçi:Santorica, çox sağ olun. -- Rüfət Həsənli 16:37, 11 yanvar 2022 (UTC)
Mənim fikrimcə qeyd etdiyiniz kateqoriyada hamısı var. Siz hansıları görməmisinizsə və yaxud axtardığınız şablon hansıdırsa qeyd edə bilərsiniz? — Xeyal (müzakirə) 11:06, 9 yanvar 2022 (UTC)
@İstifadəçi:Xeyal, ümumən götürəndə bəzi çoxişlənən şablonlar var. Amma bəzi məqalələrdə, həqiqətən də, problem yaşanır. Xüsusən də, müxtəlif ölkələrin şəhərləri barədə və həmin şəhərlərlə bağlı olan məqalələrin nəzərə çarpacaq bir qismində məlumat azlığı olduğu üçün bu şəhərlərə uyğun qaralama şablonları əlavə etmək olar. Məsələn, Bakı şəhəri ilə bağlı hər hansı bir məqalə qaralama halındadırsa, Şablon:Bakı-qaralama şablonunu işlədirik. Bu, sadəcə bir misal idi. Şəhərlər bir qırağa, situasiyaya uyğun belə şeylər tapmaq mümkündür. Məsələn, dünən axşam bu məsələ ilə bağlı təcrübə toplamaq və ya ağlımda müəyyən fikir formalaşa bilməsi üçün envikidə axtarış verdim, təkcə zülallara aid xeyli sayda qaralama şablonu tapdım. Təbii ki, hazırki şəraitdə ingilis Vikipediyasındakı qədər şablona ehtiyac yoxdur, amma yenə də bu məsələyə baxılması yaxşı olardı. -- Rüfət Həsənli 16:34, 9 yanvar 2022 (UTC)
@Rüfət Həsənli qaralama şablonu axtarmaqdansa həmin məqaləni qaralama vəziyyətindən çıxartmaq üçün də çalışa bilərsiz. — Xeyal (müzakirə) 16:56, 9 yanvar 2022 (UTC)
@İstifadəçi:Xeyal, məsləhət üçün çox sağ olun. Amma şagird olduğum üçün və bu il qəbul imtahanlarım olduğu üçün Vikipediyaya ayıracaq yetərli vaxtı tapa bilmirəm. Ona görə mümkün olduğu qədər genişləndirməyə çalışıram. Yerdə qalanlara da bu şablonu yerləşdirirəm ki, həm başqa vikipediyaçılar da bu məqalənin kasad olduğundan agah olub öz köməklərini toxundursunlar, həm də mən vaxt tapdıqca bu məqalələri genişləndirim. İzləmə siyahıma daxil etdikcə məqalələr qarışa bilir. Ona görə belə bir şey bir çox istifadəşi üçün əlverişli olardı. -- Rüfət Həsənli 17:03, 9 yanvar 2022 (UTC)
@Rüfət Həsənli həmin ehtiyac duyduğunuz şablonları elə siz özünüzdə yarada bilərsiniz. Haqlısınız, qaralama şablonlarında və digər şabloblarda çox əksiklik var digər vikilərə nisbətən. Sizə konktret hansı şablon/şablonlar lazımdır? @Xeyal təbii ki, daha yaxşı səslənsə də fikriniz, hər belə məqalələrdə müvafiq şablonlar olsa və həmin məqalələr də müvafiq kateqoriyalarda yığılsa, digər istifadəçilərdə maraq dairəsini əhatə edən məqalələri genişləndirə bilərlər. Lavici mesaj? 17:05, 9 yanvar 2022 (UTC)
@İstifadəçi:Lavici, hal-hazırda dəqiq deyə bilmirəm, çünki məqalələrdə bu problem qarşıma çıxdıqca xatırlayıram. Amma rastıma çıxanda yaratmağa çalışar və ya Sizə bildirərəm. Təşəkkürlər bir daha. -- Rüfət Həsənli 16:27, 11 yanvar 2022 (UTC)

Поговорите с Техническим Сообществом

 

Salam

Как было недавно объявлено, мы, команда, работающая над Опросом о пожеланиях сообщества, хотели бы пригласить вас на онлайн-встречу с нами. It will take place on 19 yanvar (Çərşənbə), 18:00 UTC on Zoom, and will last an hour. This external system is not subject to the WMF Privacy Policy. Нажмите, чтобы присоединиться.

Повестка

  • Bring drafts of your proposals and talk to to a member of the Community Tech Team about your questions on how to improve the proposal

Формат

Встреча не будет записываться или транслироваться. Будет вестись краткий протокол без указания авторства реплик; он будет опубликован на Meta-Wiki.

Мы можем ответить на вопросы на английском, французском, польском, испанском, немецком и итальянском языках. Если вы хотите задать вопросы заранее, добавьте их на странице обсуждения опроса о пожеланиях сообщества или отправьте на sgrabarczuk@wikimedia.org.

Эту встречу будет проводить Наталья Родригес (менеджер Технического Сообщества).

Ссылка-приглашение

Будем рады увидеться с вами! SGrabarczuk (WMF) (talk) 17:27, 18 yanvar 2022 (UTC)

Yeni şablon

Kənd meydanında müzakirə aparılarkən və ya sadəcə sual və təklif verilərkən müvafiq olaraq bu şablonların: {{KM-müzakirə}} {{KM-sual}} {{KM-təklif}} istifadə edilməsi haqqında nə düşünürsünüz? — Surə 🗯 09:34, 10 yanvar 2022 (UTC)

@Sura Shukurlu Dəstəkləyirəm. — Xeyal (müzakirə) 11:34, 10 yanvar 2022 (UTC)
Müsbət yanaşıram. White Demツnyaz 20:48, 13 yanvar 2022 (UTC)
+  Lehinə: gözəl təklifdir. KM sadələşər, vizual gözəlləşər, işimiz rahatlaşar. - Dr.Wiki54 (müzakirə) 20:56, 13 yanvar 2022 (UTC)

Vikipediya:Səsvermə səhifəsinin mühafizə səviyyəsinə düzəliş

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam idarəçilər arasında ortaq qərarımız varki, Vikiqaydalara ən yüksək mühafizə rejimi tətbiq edək. Düşünürəm ki, Səsvermə qaydasında bir istisna yaratsaq yaxşı olar. Belə ki, AzVikidəki təcrübəli istifadəçilər tərəfindən də hazırlanan və qəbul edilən kifayət qədər qayda var. Təklif edirəm Səsvermə qaydasının mühafizə səviyyəsini "genişləndirilmiş mühafizəyə" salaq. Bu yolla təcrübəli istifadəçilər işlədikləri qaydaları həm rahatlıqla səhifəyə əlavə edə bilsin, həm də düşünürəm ki, qaydaların hazırlanmasında və işlərin sürətlənməsində müəyyən təkan verər. — Turkmen müzakirə 18:20, 19 yanvar 2022 (UTC)


Səsvermə

Bir neçə məqalənin statusunun alınması üçün başlıqlar açmışam. İştirak etsəniz, əla olardı. Elnur Hüseynov, Lionel Messi, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Rəşad Sadıqov, Berti Foqts, Zinəddin Zidan, Zlatan İbrahimoviç. --► Hörmətlə: SolaVirum 20:35, 17 yanvar 2022 (UTC)

Məqalələrdəki məlumatlar yenilənsə onlara yenidən avtomatik status veriləcək, yoxsa yeni səsvermə keçirilməlidir? — Thunder Storm (müzakirə) 12:14, 18 yanvar 2022 (UTC)
səsvermə keçirilməlidir. --► Hörmətlə: SolaVirum 20:53, 19 yanvar 2022 (UTC)
Solavirum sadəcə məlumat köhnəlməsi problemdirsə, məncə müəlliflərə müraciət edib vaxt tanımaq daha düzgün olardı. Nəticədə yaşayan insanlar haqqında məqalələr hər saniyə köhnələ bilər. - Dr.Wiki54 (müzakirə) 12:23, 18 yanvar 2022 (UTC)
Yaxşı fikirdir. Məqalələri namizəd göstərənləri teq edirəm: Eminn, Samral. --► Hörmətlə: SolaVirum 20:58, 19 yanvar 2022 (UTC)

Yeni mühafizə növü və IP blokundan azad olma statusunun əlavə edilməsi

Salam hörmətli həmkarlar. Belə bir təklif irəli sürürəm ki, avtopatrul və patrullara IP blokundan azad olma funksiyası əlavə edilsin və ayrı-ayrılıqda sadəcə avtopatrulların və patrulların redaktə edə biləcəkləri mühafizə seçimi əlavə olunsun. Fikirləriniz maraqlıdır. Lavici mesaj? 17:48, 21 yanvar 2022 (UTC)

Şərh  Şərh:funksiyanın əlavə edilməsinin tərəfdarıyam. Amma mühafizə mövzusunu tam anlamadım. Zatən belə bir şey yoxdur ki? — Surə 🗯 20:50, 22 yanvar 2022 (UTC)
@Sura Shukurlu, salam. Deyəsən yoxdur. Yəni qarşıma çıxmayıb heç. Məsələn "Genişləndirilmiş mühafizə" tətbiq edilən səhifələri necə ki, ən aşağısı "təcrübəli istifadəçilər" qrupuna daxil olan istifadəçilər redaktə edə bilirsə, bunun eynisinin avtopatrul və patrullara da tanınmasının tərəfdarıyam. Lavici mesaj? 21:31, 22 yanvar 2022 (UTC)
@Lavici IP blokundan azad olma hüququ elə bir hüquqdur ki, ayrı bir funksiyası yoxdur. Sadəcə IP-si bloka düşən istifadəçilərə əsasən müvəqqəti verilir ki, rahat işləyə bilsin. Amma bu o demək deyil ki, hamıya verilməlidir. Bəlkə kimsə redaktə sayı çoxalsın deyə özü vandalizm aktı törədir, sonra isə onu geri alır (dediyim problem Commonsda baş verib)? Və IP-si bloklansa belə əziyyət çəkməmək üçün istəyir. Yəni kiməsə və durduq yerə niyə belə bir rahatlıq verilməlidir? İkinci məsələ isə budur ki, mən sizdən xahiş etmişdim ki, araşdırma apardıqdan sonra müzakirə açın. Məsələn, IP blokundan azad olma statusu hansısa vikidə avtopatrul və patrulların hüquqlarına daxil edilibmi? Belə bir praktika varmı? Bu sual həmçinin mühafizə səviyyəsi barədə də dediklərinizə də aiddir. Turkmen müzakirə 11:49, 23 yanvar 2022 (UTC)
@Turkmen, salam. Bildiyimə görə IP hüququ idarəçilərdə mövcuddur. Sui-istifadəyə gəldikdə haqlısınız amma ən azından patrullara belə bir hüquq tanımaq olar fikrimcə. Bildiyim qədəriylə də mühafizə və IP hüququ heç bir vikidə yoxdur amma bu bizdə də olmaması üçün keçərli bir səbəbdir mi? Ümumiyyətlə heç yerdə belə bir praktika olmaması bizdə bir ilkin olması üçün əngəldir mi? Məsələn "teknisyen" deyə bir hüquq var. Hansı ki, həmin hüquqa sahib olan istifadəçilərin tam mühafizə olunan səhifələri redaktə etmək hüquqları vardır. Lavici mesaj? 12:36, 23 yanvar 2022 (UTC)
@Lavici:
1. İdarəçi hüququ bütün vikilərdə ən çox icazəyə çıxışı olan və ən kritik hüquqdur. Bu hüquq seçki nəticəsində ən etibarlı istifadəçilərə verilir.
2. Bəli, praktikada istifadə olunmaması səbəblərdən biridir. Birincisi ona görə ki, standart olduğu üçün vikiyə yüklənməsi asandır. İkincisi ona görə ki, AzViki kiçikdir və bizim bu məsələdə çalışan operatorlarımız yoxdur. Üçüncüsü dediyim kimi araşdırma aparmaq lazımdır. Bu araşdırmanı FabrikatorMediaViki üzərindən etməlisiz ki, dediyiniz məsələlər ilə bağlı standart hazırlanmış yazılımlar varmı (məs., Extension:NewUserMessage). Yaxud olsa belə onu tətbiq edəcək operator varmı ? Bəlkə hazırlayıb və sonra fəaliyyətini dayandırıb?
3. "Teknisyen" hüququ kifayət qədər önəmli texniki hüquqlardan biridir. Ümumiyyətlə onun İPAO ilə əlaqəsi yoxdur.
Hörmətlə, Turkmen müzakirə 19:09, 23 yanvar 2022 (UTC)
@Turkmen, Patrullar etibarlı istifadəçilər deyil? "Teknisyen" hüququ barədə məlumatlıyam və İPAO ilə əlaqəsi olduğunu qeyd etməmişəm axı. Mən sadəcə bildirmişəm ki, həmin istifadəçilər tam mühafizə olunan səhifələri redaktə etmək hüququna sahibdirlər. Mühafizə səviyyəsi barədə mövqeyiniz nədir? Lavici mesaj? 17:43, 24 yanvar 2022 (UTC)
@Lavici mühafizə səviyyəsi barədə fikrim bundan ibarətdir ki, hazırda AzVikidə 3 mühafizə növü var və yeni mühafizə rejiminin tətbiq edilməsinə ehtiyac yoxdur. Turkmen müzakirə 20:43, 24 yanvar 2022 (UTC)

Statuslu məqalələrin qorunması

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. Təklif edirəm, SM, YM və SS statuslu məqalələrin qorunmasını. Bu məqalələr üzərində çox əzab çəkilib və statistikaya görə, əksər istifadəçi olmayanlar şəxslər vandalizm və söyüşlərdən başqa heç nə etmirlər. Heç uzağı getməyək, Xocalı soyqırımıQara Yanvar məqaləsində demək olar ki, hər həftə söyüş və ya hansısa axmaq yazı olur.

Bu isə idarəçilərin hər dəfə redaktələrin qaytarması ilə nəticələnir və bir növ vaxt itkisidir. Əlbəttə, məqaləni qoruyanda bəzi qruplara redaktə hüquqları vermək lazımdır. Məsələn, patrullar və s.

  • +  Lehinə:Azerifactory (müzakirə) 01:42, 22 yanvar 2022 (UTC)
  • −  Əleyhinə: statuslu məqalələrin mühafizəyə alınması produktiv qərar deyil. Hansısa müəyyən məqalədə davamlı vandalizm varsa, onu mühafizə altına almaq olar, bunun üçün məqalənin statuslu olmasına ehtiyac yoxdur. Mən şəxsən neçə dəfə görmüşəm ki, IP redaktələri statuslu məqalələrdə qrammatik və cümlə xətalarını düzəldib. --► Hörmətlə: SolaVirum 02:05, 22 yanvar 2022 (UTC)
  • −  Əleyhinə: Solavirum-un haqqı var. Məndə IP adreslərinin statuslu məqalərdə etdiyi yararlı redaktələrə rast gəlmişəm. Vandalizm gedən səhifələri müvəqqəti qorumaya almaq olar amma müddətsiz bir qoruma söz mövzusu belə olmamalıdır fikrimcə. Bu səbəbdən bu qərarın heç də faydalı olacağını düşünmürəm. Lavici mesaj? 03:40, 22 yanvar 2022 (UTC)
  • −  Əleyhinə: statuslu məqalələrin yenilənməyə ehtiyacı var. Elə məlumatlar var ki, dinamikdir, daim dəyişir. Bir çox hallarda bu məlumatları yeniləyənlər elə məhz IP ilə redaktə edənlərdir. Dürüst olaq, yazdığı məqalə stutus aldıqdan sonra neçə nəfər həmin məqaləyə qayıdıb məlumatları yeniləyib ki? — Surə 🗯 20:43, 22 yanvar 2022 (UTC)
    −  Əleyhinə: @Sura Shukurlu xanıma qatılıram. Mən ona görə şəxslərlə bağlı məqalələri işləyərkən vəfat edənləri işləyirəm. Yenilənmə ehtimalı sıfıra yaxındır :) - Dr.Wiki54 (müzakirə) 21:17, 22 yanvar 2022 (UTC)
  •   Bitərəf: Statuslu məqalələrin İP adresslərdən qorunması təklifi məntiqli gəlir. Epizodik olaraq İP adresslərin olduqca konstruktiv redaktələri ilə qarşılaşsam da Azerifactory ilə statistika məsələsində patrul funskiyasını icra edən istifadəçi kimi razılaşıram ki, destruktiv xarakter daşıyan redaktələr əksəriyyət təşkil edir. Yəni burada bir seçim etmək lazımdır. Hörmətli həmkarlar, Sura ShukurluDr.Wiki54 haqlı olaraq yenilənmə məsələsini qaldırıblar. Məncə bu hamıya şamil edilə bilməz. Mən şəxsən, tərtib etidiym İstanbul Universiteti məqaləsi status alandan sonra nə qədər əlavələr və yeniliklər etmişəm. Lakin yenə də çoxluğun bu istiqamətdə iş aparıb-aparmaması müzakirəyə açıqdır. Ancaq İP adresslərin statuslu məqalələrdə qrammatik və sair xətaları düzəltməsi fikri ilə razı deyiləm. Əvvəla, xəta ehtiva edən məqalə necə status alır? Belə hal varsa (bir neçə dəfə qarşılaşmışam), o zaman statusun alınması üçün səsvermə başladıla bilər. Məncə, əgər sözügedən mövzuda konkret müzakirə gedəcəksə, bəlli bir tarixdən sonra status almış məqalələrin mühafizəsi variantı üzərində diskussiya aparılması bir alternativ kimi daha məqsədəuyğundur. Çünki keçmişdə, azərbaycandilli Vikipediyada bir sıra məqalələrə status verilib, fəqət onlar məzmun və tərtibat nöqteyi-nəzərindən status almaq üçün yetərli sayıla bilməzlər. Yenə də, fikrimcə, müzakirədə daha geniş istifadəçi qrupu iştirak edərək fikir bildirməlidir. — Burocan (müzakirə) 13:48, 23 yanvar 2022 (UTC)
  • −  Əleyhinə: Bu barədə bir neçə dəfə də fikir bildirmişəm. Əgər filan YM və ya SM məqaləsi daim vandalizmə uğrayırsa, onda həmin məqalələrə mühafizə tətbiq etmək olar. Bir sıra məqalələrə görə bütün statuslu məqalələri mühafizə etmək düzgün deyil axı. Mənim yazdığım bəzi YM məqalələr heç vaxt vandalizmə uğramayıb, onlar niyə mühafizəyə alınsın ki?— White Demツnyaz 19:10, 23 yanvar 2022 (UTC)
  • +  Lehinə: IP-lərdən redaktədən mühafizəyə alınmasını dəstəkləyirəm. — sefer azeri 19:27, 23 yanvar 2022 (UTC)
  •   Bitərəf: əslində statuslu məqalələrdəki redaktə icazəsini "ən azı 4 gün əvvəl qeydiyyatdan keçmiş və heç olmasa 10 redaktə etmiş istifadəçilərə (bax: Vikipediya:Avtotəsdiqlənmiş istifadəçilər)" verməyimiz məntiqli olardı. Amma məsələ burasındadır ki, IP-lərin müntəzəm yenilədikləri və töhfə verdikləri statuslu məqalələr də mövcuddur. Məncə bununla bağlı araşdırma olsa və konkret təkliflər edilsə daha yaxşı olardı.— Turkmen müzakirə 19:35, 23 yanvar 2022 (UTC)
    @Turkmen, Bu təklifinizlə qətiyyən razı deyiləm, faydasından çox ziyanı toxunar. Çünki, elə istifadəçilər var ki, mütamadiyən IP adresi ilə töhfə verirlər. Bütün bunları göz önünə almaq lazımdır. Belə qalsa yaxşıdır. Lavici mesaj? 17:33, 24 yanvar 2022 (UTC)

BNS

  • Salam həmkarlar son zamanlarda BNS-də aylarla qalan məqalələr var. SNS-də aktivlik var ancaq BNS-də o aktivlik yoxdur. Bu barədə kim nə təklif edə bilər? Ola bilər əksəriyyəti ensiklopedik olmayan məqalədir ancaq yekunlaşdırmaq vəya müzakirədə iştirakımız mütləqdir. - Onyeddi (onyeddi) 10:57, 23 yanvar 2022 (UTC)

+  Lehinə: Bəli hörmətli həmkar çox düzgün vurğuladın.BNS-də rəy gözləyən məqalələr günü-gündən artır Mənsimov İbrahim (müzakirə) 05:54, 27 yanvar 2022 (UTC)

Movement Strategy and Governance News – Issue 5

Movement Strategy and Governance News
Issue 5, January 2022Read the full newsletter


Welcome to the fifth issue of Movement Strategy and Governance News (formerly known as Universal Code of Conduct News)! This revamped newsletter distributes relevant news and events about the Movement Charter, Universal Code of Conduct, Movement Strategy Implementation grants, Board elections and other relevant MSG topics.

This Newsletter will be distributed quarterly, while more frequent Updates will also be delivered weekly or bi-weekly to subscribers. Please remember to subscribe here if you would like to receive these updates.

  • Call for Feedback about the Board elections - We invite you to give your feedback on the upcoming WMF Board of Trustees election. This call for feedback went live on 10th January 2022 and will be concluded on 16th February 2022. (continue reading)
  • Universal Code of Conduct Ratification - In 2021, the WMF asked communities about how to enforce the Universal Code of Conduct policy text. The revised draft of the enforcement guidelines should be ready for community vote in March. (continue reading)
  • Movement Strategy Implementation Grants - As we continue to review several interesting proposals, we encourage and welcome more proposals and ideas that target a specific initiative from the Movement Strategy recommendations. (continue reading)
  • The New Direction for the Newsletter - As the UCoC Newsletter transitions into MSG Newsletter, join the facilitation team in envisioning and deciding on the new directions for this newsletter. (continue reading)
  • Diff Blogs - Check out the most recent publications about MSG on Wikimedia Diff. (continue reading)

Xeno (WMF) 03:27, 29 yanvar 2022 (UTC)

Rollbaker

İdarəçilərdən xahiş edirəm ki, məni Vikipediya:Rolbakerlər qrupuna daxil edib, mənə bu səlahiyyəti versin. Vandallara qarşı yaxşı funksiyadır.— Azerifactory (müzakirə) 05:22, 31 yanvar 2022 (UTC)

@Azerifactory Vikipediya:İstifadəçi hüquqları üçün müraciətlər#Rolbaker Toghrul R (m) 07:55, 31 yanvar 2022 (UTC)
Toghrul R yazdım ora— Azerifactory (müzakirə) 08:02, 31 yanvar 2022 (UTC)

Şikayət

Son zamanlar, daha dəqiq 2022-ci ildən idarəçi Eminn çox populyar olan səhifələri silir. Məsələn, Maykl Cekson, Madonna, Martin Skorzeze, Yaşar Vahabzadə və s. Mən bilirəm məqalələr yaxşı gündə deyil amma bu məqalələri müzakirəsiz silmək nə qədər düzdür?

Hörmətli idarəçilər, Solavirum, Araz Yaquboglu, Toghrul R,Turkmen, Eldarado, Sura Shukurlu, Qolcomaq, Sortilegus, White Demon, Baskervill, Nicat49 xahiş edirəm fikirlərinizi bildirin.— Azerifactory (müzakirə) 15:16, 31 yanvar 2022 (UTC)

Mən azdan çoxdan görürəm silmələri, məni də narahat edir. --► Hörmətlə: SolaVirum 15:18, 31 yanvar 2022 (UTC)
Mən demirəm heç nə silinməsin amma belə də olmaz. Əgər belə keyfiyyətdən götürsək, 90 faiz vikinin məqalərini silmək lazımdır. Xahiş edirəm ona görə idarəçilər tədbir görsünlər.— Azerifactory (müzakirə) 15:20, 31 yanvar 2022 (UTC)
Bunların hamısı viki qaydalar çərçivəsində (VP:M1, VP:M3) edilir. Sonadək də dəstəkləyirəm. Əgər biz minlərlə tanınmış üçün qaralama məqalə yaratsaq bu ancaq azvikinin keyfiyyətini aşağıya çəkər. Vaxtında bütün tanınmış şəxslərin məqaləsini yaradıb "{{Şəxs}} Filankəs Filankəsov- Amerikalı aktyor." dolduranda, məqalə sayısını artıranda əl çalıb "vikirəğbət" veriləndə bunu düşünmək lazım idi. VP:SSK qaydaları konkretdir. Məncə narahat olan şəxslər belə məqalələrin redaktəsinə başlaya bilər. - Dr.Wiki54 (müzakirə) 15:43, 31 yanvar 2022 (UTC)
Silmələrə mən də haqq qazandırıram. Azvikidə bu cür aşağı keyfiyyətli və maşın tərcüməli məqalələrin olması heç də yaxşı hal deyil, çünki bu məqalələr azvikinin güzgüsüdür. Ondansa, heç olmasa, daha yaxşıdır. Dr.Wiki54 dediyi kimi, VP:SSK çərçivəsində hər şey qayda ilədir. Envikidəki bu qayda (eləcə də bu) bizdə də olsa, yaxşı olar. Toghrul R (m) 16:00, 31 yanvar 2022 (UTC)
Onlar qayda deyil, esselərdir. Bu esseləri məsləhət kimi qələmə vermək olar. Orada da qeyd olunub, "bəzi esselər geniş yayılmış normaları, digərləri isə sadəcə azlıqların fikirlərini təmsil edir" (Some essays represent widespread norms; others only represent minority viewpoints). --► Hörmətlə: SolaVirum 16:06, 31 yanvar 2022 (UTC)
@Solavirum, əlbəttə, mən onsuz da onları esselər siyahısından tapıb çıxarmışam. Rəsmi prinsiplər kimi qeyd etmədim təbii ki. Bu praktika başqa vikilərdə varsa, bizdə niyə olmasın? Toghrul R (m) 16:20, 31 yanvar 2022 (UTC)
Dr.Wiki54Toghrul R ilə tamamilə razıyam. Köhnə dövrün "bloq praktikası" tərtib olunmuş əksər məqalələrdə mətnlə məzmun arasında fərq qoymağa ehtiyac var. Bu cürə məqalələrdə mətn ümumən ensiklopedikdir, ancaq məzmun rabitəsiz, maşın tərcüməsi olan söz yığınlarından ibarətdir. Hətta bu qəbildən olan bir sıra məqalələrin statusa malik olmasına təəccüblənmişdim. Yəni, mənə belə gəlir ki, bunlar qeyd elədiyim köhnə dövrün praktikasıdır və tədricən aradan qaldırımalıdır. Konkret olaraq, sözügedən məqalələr isə elə mövzuları əhatə edir ki, onsuz da onlar yenidən yaradılacaq. Sadəcə bu dəfə müvafiq normaların tələblərini tətbiq etmək mümkün olacaq. Əgər biz bu epizodları proses halına çevirə bilsək, o zaman müəyyən bir müddətdə "bloq praktikası" ilə yaradılmış məqalələri daha keyfiyyətliləri ilə əvəz edə bilərik. — Burocan (müzakirə) 16:55, 31 yanvar 2022 (UTC)
Maykl Cekson məqaləsi nəyə əsasən silinib ki? Səbəb o göstərilib ki, guya məqalə Azərbaycan dilində deyil. Amma silinmiş redaktələrə baxanda görürəm ki, məqalənin ən azından giriş bölməsi Azərbaycan dilindədir. Okey, tərcümə ideal olmaya bilər, amma heç bir halda Vikipediya məqalələrindən ideal tərcümə gözləmək olmaz. Çünki bu könüllü layihədir, guya burda neçə istifadəçi peşəkar tərcüməçidir? Çox az. Belə çıxır ki, məqalələri ancaq həmin peşəkar tərcüməçilər tərcümə edə bilərlər? Vikipediyada tərcümə səviyyəsi 100% olan məqalə yoxdur.— White Demツnyaz 17:00, 31 yanvar 2022 (UTC)
Seçilmiş məqalələrin çoxusu qrammatik xətalarla doludur. Nə edək, indi silək hamısını? Son dövrlər elə ən aktiv fəaliyyət növü silmək olub Azərbaycanca Vikipediyada. --► Hörmətlə: SolaVirum 08:57, 1 fevral 2022 (UTC)

Mənə görə bu tip məqalələrin silinməsi düzgün deyil. Əgər azərbaycan dilində olmayan məzmun varsa onu çıxara və ya düzəldə bilərsiniz. Həmçinin, həmin məqalələrə müvafiq şablonlar əlavə edilməlidir. Amma belə məqalələri bir dəfəlik silmək nə dərəcədə doğrudur? Kütləvi silmək çıxış yolu deyil. Düşünürəm ki, belə məqalələr VP:M2-dən sürətli silinməməlidir. VP:M1VP:M3 şərtlərinin tələblərinə cavab verməyən məqalələrin silinməsini isə dəstəkləyirəm. Lavici mesaj? 17:24, 31 yanvar 2022 (UTC)

Salam. Sildiyim məqalələrin böyük əksəriyyəti Azərbaycan dilində olmadığına görədir. Maykl Cekson məqaləsi 3 ildir ki, eyni vəziyyətdədir. Məqalənin geniş və səhvlərlə dolu olması onun düzəldilməsi imkanlarını məhdudlaşdırır. Ensiklopedikliyi müzakirə mövzusu olmayan məqalədir. Mənə elə gəlir ki, 3 il əvvəl məqalə o vəziyyətə düşəndə həmin məzmunu silsəydik, indiyə kimi məqalə daha yaxşı vəziyyətdə yenidən yazılardı. @Azerifactory, Martin Skorzeze məqaləsinin adını səhv qeyd eləmisiniz, çox güman ki. Yaşar Vahabzadə məqaləsi SSK görə silinib. Boş məqalə idi. @White Demon, həmin məqalənin hətta giriş hissəsində də xeyli orfoqrafiya pozuntuları var. İdeal tərcümə yoxdur, razıyam. Amma əgər yerlik hal şəkilçisi apostrof işarəsi ilə artırılırsa, bu artıq tərcümə problemi yox Azərbaycan dili biliyinin olmamasını göstərir ya da həmin məqalələrin tərcümə proqramları ilə tərcümə olunmasını. Mənə görə məqalənin Azərbaycan dilində olması birinci şərtdir. Müəlliflik hüququ və tərəfli olmasından da önəmli sayıram bunu. Eminn (müzakirə) 17:31, 31 yanvar 2022 (UTC)
Lavici, həmin məqalələrin böyük hissəsində məzmunu dəyişdirməyə çalışmışam. Amma məqalədə səhv olmayan 1 cümlə tapmaq da çətindirsə, silmək ən optimal həll yoludur. Silmək yenidən yaradılmasının qarşısını almır. Həmçinin indiyə qədər elə məqalələrdə dəyişikliklər edilməsinə rast gəlməmişəm, kifayət qədər çətin və yorucu prosesdir. Bir məzmun ya Azərbaycan dilindədir, ya da deyil. "Qaralama-az" şablonu 15 il əvvəl Azərbaycan dilli vikipediyanın yeni yaranan zamanlarda yaradılıb (Şablonu yaratmış istifadəçi Uannis 2008-ci ildə blok edilib). Həmin dövrdə türkdilli istifadəçilər tərcümə proqramları ilə tərcümələr əlavə ediblər, ona görə ehtiyac yaranıb. Digər vikilərdə oxşar şablonlara rast gəlməmişəm. Sizcə, rus dilli vikipediyada Azərbaycan sözləri ilə qarışıq məqalə yaratmaq olarmı və ya digər vikipediyalarda? Bu gün Azərbaycan dilli Vikipediyada "İstanbul'da" sözünü görən bir məktəbli sabah eyni səhvi imla yazanda etməyəcəkmi? Bizim məzmun yaratmaqdan başqa Azərbaycan dilini qorumaq məsuliyyətimiz də var.— Eminn (müzakirə) 17:38, 31 yanvar 2022 (UTC)
Maykl Cekson məqaləsinin giriş bölməsindən bir cümlə: "Maykl Cekson yalnız studiya albomları olaraq 125 milyon albom satışı ilə studiya albomları dünyada bütün zamanların ən çox satmış musiqiçisidir." Ola bilər, musiqi sənayesinə çox bələd deyiləm, məncə, kifayət qədər qəliz tərcümə olunmuş cümlədir. Bu cümlə DİM imtahanlarına salınsa, abituriyentlər necə sintaktik təhlil edə bilər, görəsən? Və daha bir Azərbaycan dilində olmayan cümlə: "Üç uşaq atası olan Maykl Cekson 25 iyun 2009 günü Los-Anceles'dəki evində keçirdiyi rahatsızlıq nəticəsində koma halında xəstəxanaya qaldırılmış, lakin xilas edilə bilməmişdir."— Eminn (müzakirə) 17:45, 31 yanvar 2022 (UTC)
Məncə, ensiklopedik mövzularda məqalələri silməsək yaxşıdır. Şəxsdirsə, bərbad dillə yazılmış mətni silib, içinə 1-2 cümlə yazıb uyğun "Musiqiçi", "Futbolçu", "Yazıçı" şablonunu artırsaq, o şablon da səhifədə kifayət qədər məlumat çıxaracaq. Yox əgər silinəcəksə, məqalələrin bərpa olunması kriteriyalarına yenidən baxmalıyıq. Yoxsa, Maykl Ceksonun məqaləsini bərpa olunması üçün müzakirəyə çıxarıb gərək 5 ay da orada müzakirə aparaq. Bərpa olundu, yenə idarəçilərdən kimsə içindəki mətni bəyənmədisə, yenə siləcək və s. Hətta bu silmə-bərpa etmə işlərinə çox da bələd olamayan hansısa istifadəçi silinmiş məqaləni müzakirəsiz bərpa etdiyinə görə bloklana da bilər. Yəni məncə, ensiklopedik mövzuda məqalələrin silinməməsi silinməsindən daha məqsədəuyğundur. Envikidə də 2-3 cümləlik milyonlarla məqalə var. Mən son vaxtlar "ASE"-ni incələyirəm, orada da minlərlə məqalə 3-4 cümlədən ibarətdir. Biz gözləməməliyik ki, azvikidəki hər məqalə ən azı 100 cümlədən ibarət olacaq, bu cümlələrin də hamısı Azərbaycan dilinin qrammatika qaydalarına tam uyğun şəkildə yazılacaq. Yuxarıda da qeyd edildiyi kimi, azvikidə çox az sayda peşəkar tərcüməçi var. Azərbaycan dilinin qrammatikasını isə Azərbaycanda, içi texniki elmlərin alimləri də daxil, çox az sayda adam doğru-dürüst bilir.— Sortilegus (müzakirə) 18:39, 31 yanvar 2022 (UTC)
Sortilegus, türk dilindən tərcümə problemi bizim viki yaranandan mövcuddur. Siz bu problemlərə məndən də yaxşı bələdsiniz. Qısa məzmunlu məqalələrin qalmasının mən də tərəfdarıyam, amma VP:SSK prinsipinə görə boş və məzmunsuz məqalələr silinməlidir. Maykl Cekson məqaləsi 2016-2018-ci illərdə bu vəziyyətə düşüb. Ondan sonra həmin səhifədə bir neçə idarəçi redaktə edib, amma problemlərin aradan qaldırılmasına təşəbbüs göstərməyib. Şübhə eləmirəm ki, nə qədər istifadəçi məqaləni açıb oxuyub. Burada heç kimdən peşəkar tərcümə etmək tələb olunmur. Amma məqalənin silinməsindən narahatlıqlarını ifadə edən istifadəçiləri Azərbaycan dilində olmayan yüzlərlə məqalə niyə narahat etməyib? Bu məqalələr bu günlərdə mənim tərəfimdən silinməsə idi, bu mövzu aktuallaşmayacaqdı. Belə görünür ki, elə həll yolu silməkdir. Düz on il idi, Madonna məqaləsində bu ifadə var idi:"2012 yanvar ayinda Madonna 'best original song' nominasiyasinda qalib gələrək (masterpiece), sayca 2-ci Golden Globes'i qazandı, həmin ilin əvvəlində Madonna, 'Super Bowl Halftime Show' performansı gerçəkləşdirdi və şounu rekord sayda tamaşaçı (114 milyon) izlədi." Bu cümləni başa düşməkdənsə, ingilis dilində olan vikipediyada yazılmış "Madonna contributed the ballad "Masterpiece" for the film's soundtrack, which won her a Golden Globe Award for Best Original Song. In February 2012, Madonna headlined the Super Bowl XLVI halftime show at the Lucas Oil Stadium in Indianapolis, Indiana." fikrini Google Translate-lə tərcümə edəndə verən nəticəni başa düşmək daha asandır (orfoqrafiya səhvləri də daha azdır):"Madonna filmin saundtreki üçün "Masterpiece" balladasına töhfə verdi və bu, ona Ən Yaxşı Orijinal Mahnı üçün Qızıl Qlobus Mükafatını qazandırdı. 2012-ci ilin fevralında Madonna İndiana ştatının İndianapolis şəhərindəki Lukas Oil Stadionunda Super Bowl XLVI fasiləsi şousuna başçılıq etdi."— Eminn (müzakirə) 20:01, 31 yanvar 2022 (UTC)
Eminn xarici dildə sözlər və ya anlaşılmaz cümlələr olanda, onları məqalədən silmək olar. Amma bu cümlələri əsas gətirib bütünlüklə məqaləni silməyi mən düzgün hesab etmirəm. Məsələn, deyək ki, Kral danışır! (film, 2010) filmi haqqında bizim vikidə məqalə var. Məqalənin içində cəmi 1 cümlə var. Amma son vaxtlar vikidata o qədər inkişaf edib ki, cəmi 1"film" şablonunun sadəcə adını məqalənin içinə əlavə edirsən, bəzən şablonu olmayan, amma 100 cümlə yazılmış məqalədən daha çox informativ olur. Sadəcə 1 şablon gör bu film haqqında nə qədər məlumat verir — rejissorundan, aktyorundan tut büdcəsinə qədər. İndi azvikidə 1 cümləlik, amma şablonu hesabına kifayət qədər informativ olan bu məqalənin olması yaxşıdır, yoxsa onun yerli-dibli silinməsi? Film haqqında Azərbaycan dilində məlumat axtaran adam girib bu film haqqında məqalədən az da olsa məlumat əldə edə bilmirmi? Məncə, əldə edə bilir. Madonnanı misal gətirirsən, anlaşılmaz olan bütün cümlələri çıxar, amma məqalənin içinə sadəcə 1 "musiqiçi" şablonunun sadəcə adını əlavə elə, gör orda Madonna haqqında nə qədər məlumat olacaq. Anadan olduğu tarixdən, yerdən tut hansı musiqi janrında oxuduğuna qədər. Məncə, ensiklopedik mövzulu məqalələri silməməliyik. — Sortilegus (müzakirə) 21:14, 31 yanvar 2022 (UTC)
Sortilegus, kimi düşünürəm. Silməyin yerinə, tam mətni silib, şablon artırmaq olar və 2-3 normal cümlə yazmaq olar.— Azerifactory (müzakirə) 21:20, 31 yanvar 2022 (UTC)
Sortilegus, Azerifactory, mən qısa məzmunlu məqalələr formasında saxlanılmasının tərəfdarıyam. Amma VP:SSK prinsipi boş və məzmunsuz məqalələrin silinməsini tələb edir. "Ad soyad - peşə" formasında məqalələr də az da olsa məlumat verir.—Eminn (müzakirə) 08:41, 1 fevral 2022 (UTC)
Eminn, apostorof məsələsi maşın tərcüməsinin dəlili deyil. İllərdir fərqli-fərqli saytlarda, araşdırma mərkəzlərində redaktorluq fəalliyətinə malikəm, neçə universitet bitirmiş ekspert belə gedib "Robinson'un" kimi yazır. Məncə bu ciddi bir problem deyil, bir redaktəyə düzəldiləsi şeydir. Ona qalsa, yüzlərlə məqalədə "ABŞ-ın" kimi yazılıb, lakin "ABŞ-nin" yazılmalıdır. Onların da hamısını silək? --► Hörmətlə: SolaVirum 09:00, 1 fevral 2022 (UTC)
@Sortilegus bəy ASE-ni nümunə gətirdi. ASE-də AXC xadimləri yoxdur məsələn. Onda vikidə də olmamalıdır? Vikipediya:Vikipediya kağız ensiklopediyası deyilVP:Vikipediya nə deyil? prinsipimiz var. Bundan başqa VP:SSK qaydasının Vikipediya:M1Vikipediya:M3 qaydaları bütün təkmil vikilərdə istifadə olunur. (İstisnalar inzibati vahid məqalələrinə şamil edilir) İndi, Məhəmməd Əmin Rəsulzadənin məqaləsi Şablon, Ad Soyad- AXC Milli Şurasının sədri. olsa belə bu vikipediya qaydalarına uyğun olaraq silinməlidir. Sual olunur əgər bu qədər ensiklopedik şəxsin məqaləsi illərlə belə qalıbsa günah biz vikipediyaçılarda deyil kimdədir? Mən şəxsən bir istifadəçinin onlarla kino və aktyor məqaləsini yaratdığını gördüm hamısı boş şablondan ibarət. Yaradılma tarixi 2012-2013. İllərlə bu belə qalıb. Aralarında həddən artıq ensiklopediklər də var. Azviki həmişə nəyə görə tənqid olunur? Ona görə tənqid olunur ki, Azərbaycanca məlumat tapmaq çətindir. İstifadəçilər ən yaxşı halda türkcə və rusca vikidən məlumat tapa bilir. Hal-hazırda yaşanan xaos da 2010-cu illərdə məqalə sayını artırmaq üçün göz yumulan yanlışların nəticəsidir. Çeçencə vikidən yəqin ki xəbəriniz var, hörmətli vikipediyaçı həmkarlar. Onlar sırf məqalə sayısını keçmək üçün boş məqalələr yaratdı on minlərlə. Hal-hazırda onların dərinlik sayısı 7 məqalə sayısı isə 888 mindir. Biz 1 il ərzində boş məqalələri silməklə VP:Dərinlik sayımızı 32-dən 38-ə yüksəltdik. Hansı ki yarışdığımız ermənicə viki 47 dərinliyə və 900 min məqalə sayısına sahibdir. Hələ digər vikiləri demirəm. Vikipediya dəyişir, inkişaf edir. Artıq təkmil vikipediyalar dərinlik sayısına görə seçilir. Biz də buna ayaq uydurmalıyıq. Tərcümə məsələsinə gəlincə apastrofdan da, mətn rabitəsizliyindən də göründüyü kimi məqalələr maşın tərcüməsidir. Mən şəxsən belə məqalələrin illərlə düzəlmədiyi hallarda silinməsindən yanayam. Ona görə də @Eminn bəyi dəstəkləyirəm. - Dr.Wiki54 (müzakirə) Dr.Wiki54 (müzakirə) 09:04, 1 fevral 2022 (UTC)
Eminn, mən bu mövzunu sizə qərəz olsun deyə açmadım sadəcə konsensus olsun deyə, Vikicəmiyyətin rəyi vacib idi.— Azerifactory (müzakirə) 09:25, 1 fevral 2022 (UTC)
Solavirum, problem o vaxt ciddi olur ki, o həll olunmasın. Bir redaktəyə düzəldilməsi texniki olaraq mümkündür, amma hələ heç kimin digərinin səhv yazdığı məzmunu düzəltdiyini görməmişəm. Universitet bitirmiş eksper "Robinson'un" yazırsa, səhv edir. "ABŞ" məsələsini də həll etmək lazımdır. Bir sözü düzəltmək daha asan olmalıdır. Azerifactory, qətiyyən qərəz hiss etmirəm. Məqalələri silməklə bağlı iradları haqlı hesab edirəm, məzmunu qısa da olsa, saxlamaq məqsədəuyğundur. On il əvvəllə müqayisədə, şəkillər, şablonlar, kateqoriyalar baxımından Vikipediya çox inkişaf edib. Təəssüf ki, məzmun baxımından əvvəllər qəbul etmədiyimiz səhvlərə göz yummağa başlamışıq. Dil problemini indi həll etməsək, 5-10 il sonra daha çətin vəziyyət yaranacaq. Ona görə indi ən yaxşı vaxtdır. Kateqoriya:Vikipediya:Azərbaycan dilinə uyğunlaşdırılmalı məqalələr kateqoriyasında hazırda 44 məqalə qalıb. Əslində real göstərici daha çoxdur, o şablonun əlavə olunmadığı yüzlərlə məqalə var. Burda məqalələrin silinməsinə etiraz edən vikipediyaçıların həmin məqalələri qaydaya salması ilə rastlaşmıram. Digər dillərdə çox resurslar var, amma Azərbaycan dilində Vikipediyadan əhatəli resurs görməmişəm, xüsusən təhsildə çox istifadə olunur, ona görə düzgün yazmağın zəruri olduğunu hesab edirəm. — Eminn (müzakirə) 18:17, 1 fevral 2022 (UTC)
Dr.Wiki54, mən demirəm ki, ASE-də olmayan mövzu azvikidə də olmasın. Deyirəm ki, çox qısa məqalə də ensiklopedik olar bilər. Ona qalsa ASE-də çox şey yoxdu. Mən ensiklopedik olan mövzu və şəxslər haqqında mövcud məqalələrin, məzmunun az olması, dilinin anlaşılmaması əsas gətirilərək silinməsinə qarşıyam. — Sortilegus (müzakirə) 13:30, 3 fevral 2022 (UTC)
@İstifadəçi:Sortilegus, mən sizin nə demək istədiyinizi anlamışam, lakin kağız ensiklopediyası ilə virtualı eyniləşdirməməli olduğumuzu qeyd etmişəm. Məqalə yaratmaq vikidatadan məlumat gətirməklə bir cümlə yazmaq deyil. Biz o məqalələrin ensiklopedik olmadığını iddia etmirik, vikipediya qaydalarına uyğun olmadığını iddia edirik. - Dr.Wiki54 (müzakirə) 13:33, 3 fevral 2022 (UTC)
Dr.Wiki54, Vikipediya:Səhifə silmə kriteriyaları səhifəsində də (" Məqalənin silinməyə namizəd olan məqalələr siyahısından çıxarılması") yazır ki, "Məqalə ensiklopedik əhəmiyyət daşıyırsa və Vikipediya stilinə uyğundursa" silinməməlidir. Madonna, Maykl Cekson ensiklopedik əhəmiyyət daşımırmı?— Sortilegus (müzakirə) 13:46, 3 fevral 2022 (UTC)
@İstifadəçi:Sortilegus bəy, "dava yorğan davasıdır da". :D əslində səs vermə ilə Vikipediya:Səhifə silməVikipediya:Sürətli silmə kriteriyaları qəbul olunub. Sadəcə hal-hazırda prossesdən @İstifadəçi:Eldarado narazıdır. Ona görə orada qüvvədədir sözünü geri qaytarıb. Bu başqamüzakirədir. Amma qəbul etdiyimiz Vikipediya:M1 elə demir. Bu qaydalar tam olaraq digərvikilərdə də belə qəbul olunub. Tərcümə zamanı "icad etdiyimiz" bir şey deyil yəni. Mın 3-4 gün əvvəl məqalələr gördüm ki, bomboşməqalə sadəcə {{şəxs}} şablonu yazılıb. Nə dərəcədədüzgündür? Maykl Cekson tərcümə problemi səbəbi ilə silinib. Maşın tərcüməsi olunub. Müraciətlə bərpa edildi. Təmizləndi. Normalda da belə olmalıdı. Maşın tərcümələri, boşməqalələr minlərlədir azvikidə. Hələ mən görməmişəm ki, hansısa istifadəçi oturub onlarla maraqlansın. - Dr.Wiki54 (müzakirə) 13:52, 3 fevral 2022 (UTC)
Dr.Wiki54, dava-filan mən bilmirəm, amma mətni anlaşılmayan, bununla belə ensiklopedik məzmunlu məqalələrin bütünlüklə silinməsinin yox, anlaşılmayan mətnin məqalədən çıxarılmasının tərəfdarıyam. Belə məqalələrdə tək 1 cümlə və 1 şablon da qalsa yetərlidir. O şablon vikidataya bağlı olduğu üçün özündə kifayət qədər məlumat daşıyacaq. Demək istədiyim odur ki, Maykl Cekson məqaləsində 1 cümlə və 1 şablon olsa da, qalmalıdır, amma Məmmədqulu Əliquluyev məqaləsi yaradılarsa, ensiklopediklik kriteriyaları tələb olunmalıdır, cavab vermirsə silinməlidir. — Sortilegus (müzakirə) 14:03, 3 fevral 2022 (UTC)
@İstifadəçi:Sortilegus zarafatla dava yazmışam, müzakirələri nəzərdə tuturam. Mənsə sizinlə həmfikir deyiləm. Heç bir vikidə belə qayda yoxdur, sürətli silmə qaydalarına uyğun olmayan məqalələr silinməlidir.- Dr.Wiki54 (müzakirə) 14:08, 3 fevral 2022 (UTC)

Saytda 185 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024