Vikipediya:Həftənin seçilmiş siyahısı/aprel 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/aprel 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/aprel 2024

Keşi təmizlə

14. Həftə
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısıFiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir.

Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.

Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı — Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi.Onlardan 49 nəfərinə sağlığında, 34 nəfərinə isə ölümündən sonra.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
Dueyn Consonun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Dueyn Consonun yer alıdığı ekran işlərinin siyahısı.

"The Rock" ləqəbi ilə də tanınan amerikalı aktyor Dueyn Consonun filmlərdə, teleseriallarda və video oyunlarda, bir sözlə mediada uzun müddətli karyerası var. Onun filmləri Şimali Amerikada 3,5 milyard dollardan çox, dünya üzrə isə 12,5 milyard dollardan çox gəlir əldə edərək Consonu bütün zamanların ən uğurlu və ən çox gəlir gətirən ulduzlarından birinə çevirib.

Conson aktyorluq debütünü "Mumiya qayıdır" (2001) filmi ilə, baş rol debütünü isə "Əqrəb kral" (2002) filmi ilə etmişdir. Dueyn o vaxtdan bəri "Amazon xəzinəsi" (2003), "Hündür yerimək" (2004), "Doom" (2005), "Cənub nağılları" (2007), "Oyun planı" (2007), "Ağıllı ol" (2008), "İfritə dağına yürüş" (2009), "Diş pərisi" (2010), "Səyahət 2: Sirli ada" (2012), "C.İ. Co: Qisas" (2013), "Qan-tər içində" (2013), "Herakl" (2014), "San-Andreas" (2015), "Mərkəzi kəşfiyyat" (2016), "Moana" (2016), "Rempeyc" (2018), "Göydələn" (2018) və "Cəngəllik kruizi" (2021) kimi bir çox uğurlu filmlərdə rol almışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısıUEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı.

1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024