Vikipediya:Həftənin seçilmiş siyahısı Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı

Həftənin seçilmiş siyahısı

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş siyahı statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş siyahı statusunu bildirir

Ana Səhifə, seçilmiş siyahı bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara seçilmiş siyahı qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Siyahının ana səhifəyə çıxarılması üçün o ya seçilmiş siyahı statusunda ya da ayın aktual mövzusuna aid olmalıdır.

Həftənin seçilmiş siyahısı bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.


Qısa keçid-yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Bu həftənin seçilmiş siyahısı

Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır.

Gələn həftənin seçilmiş siyahısı

Vikipediya:Həftənin seçilmiş siyahısı/19. Həftə 2024

Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024