Vikipediya:Həftənin yaxşı məqaləsi/fevral 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/fevral 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/fevral 2024

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

6. Həftə
Səttar xanMəhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı

Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir.

1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfaları ilə birgə yaşayır.

1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanln əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdari-milli" ləqəbi verilir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


7. Həftə
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır), İkinci Dünya müharibəsi illərində Sakit okeandaŞərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi AsiyaÇin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).

Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7-8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honkonqa, eləcə də ABŞ-nin Havay adasında dislokasiya edilmiş Pörl-Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır.

Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər. Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla).

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


8. Həftə
Azərbaycan aysorlarıaysor diasporunun bir hissəsi, Azərbaycanda yaşayan etnik qrup.

Aysorların Cənubi Qafqaza ilk köçləri xristianlığın yayılması ilə əlaqədardır və VI əsrə aid Keşikçidağ məbədinin On üç aysor ataya aid edilir. Onların əsas köçü Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiya imperiyası tərəfindən kurasiya edilmişdir. Birinci Dünya müharibəsində Osmanlı imperiyası tərəfindən həyata keçirilən "səyfo" nəticəsində Azərbaycana daha çox aysor köçmüşdür.

Onlardan bəri XX əsrin ortalarında SSRİ hakimiyyəti tərəfindən sürgün edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı çox sayda aysor ksenofobiya səbəbilə Azərbaycanı tərk edərək Rusiyaya, həmçinin Ermənistana və tanınmamış Dağlıq Qarabağ Respublikası ərazisinə köç etmişdir.

Əksəriyyəti xristian olan Azərbaycan aysorları Azərbaycan adət-ənənələrini mənimsəmişislamdan təsirlənmişdir, həmçinin Azərbaycan dilini bilirlər. Onlar asoru şəxs adlarından istifadə edirlər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


9. Həftə
Mirəli türbəsiFüzuli rayonunun KürdlərAşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024