Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2024

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

1. Həftə
Kamran ŞahsuvarlıAzərbaycanı təmsil edən boksçu. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edir.

Kamran Şahsuvarlı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. 2017-ci ildə baş tutan Avropa Çempionatının gümüş, Dünya Çempionatının isə bürünc medallarına sahib olan Kamran Şahsuvarlı həmdə 2014 və 2017-ci illərdə Azərbaycan Çempionatlarının qalibi olub.

Kamran Şahsuvarlı Azərbaycan idmanında xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

Kamran Şahsuvarlı 1992-ci il dekabrın 2-də Qazaxıstanda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təhsilini Qazaxıstanda alıb. İdmanla da burada məşğul olmağa başlayıb. Şəxsi məqşçisi Natiq Aslanlıdır. Kamran Şahsuvarlı birinci ciddi uğuruna 2014-cü ilin yanvarında imza atdı. Kamran Şahsuvarlı Azərbaycan Çempionatının final görüşündə Xaybula Musalova qalib gəldi və turnirin qalibi oldu.

Şağan qəsəbəsində baş tutan beynəlxalq turnirin final görüşündə Kamran Şahsuvarlı Litva nümayəndəsi Tomas Pirovun üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu. Daha sonra Kamran Şahsuvarlı ABF Azerbaijan Cup beynəlxalq turnirində mübarizə apardı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Azərbaycan–monqol mədəni əlaqələrimonqolların XIII əsrdə hal-hazırda azərbaycanlıların yaşadığı əraziləri işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir.

Elxanilərin dövründə şamanizm adətlərinin güclənməsi baş vermiş, qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folkloroyunlarında, geniş xalq təbəqələrinin mərasiminanclarında yaşamağa davam etmişdir. Bu dövrdə inkişaf edən Azərbaycan türk sufizmi Konya Səlcuqlarının qəlbinə yol tapmış, Krım ətrafında zaviyələr yaradılmışdır. Dövrün digər xarakterik bir ünsürü İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesinin başlaması, daha sonra qurulacaq QaraqoyunlularSəfəvilər kimi türkmən-şiə dövlətlərin bazasının yaradılmasıdır.

Qazan xanOlcaytu xanın dövrünün qərarları ilə Çingiz xanın qanunları (Yasa) İslam şəriət qaydaları ilə birlikdə istifadə edilmiş, Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycan türkləri Yasanı öz milli qanunları sayıb ona sadiq qalmışdır. Elxanilər on iki heyvanlı təqvimin uyğur variantını tətbiq etmiş, təqvim Qacarların süqutuna qədər istifadə edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Special Force (videooyun, 2003)Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir.

"Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Azərbaycanın İrandakı səfirliyinə hücum — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum.

Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmış və nəticədə diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov aldığı güllə yarasından həlak olmuş, bir mühafizəçi yaralanmışdır. Bundan əlavə, səfirlik əməkdaşlarından biri basqınçını zərərsizləşdirməyə cəhd göstərərkən onun tapançadan açdığı atəşlə yaralanmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Muğam üçlüyüAzərbaycanın milli musiqi alətləri olan tar, kamançaqaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.

Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır.

İlk dövrlərdə sazəndə dəstəsində tar, kamançabalabandan, təsnifrəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçıxanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 190 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024