Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2019

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə
49. Həftə
Çeçenlərin və inquşların deportasiyasıII Dünya Müharibəsi zamanı — 23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlərinquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940-44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930-1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi.

Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


50. Həftə
Puşkinin ölümünə Şərq poemasıMirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema, qəsidə. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb

Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir. Poema müəllifin dərc edilmiş ilk işi idi və onun ilk mühüm əsəri sayılır. Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl MüşfiqMaarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzəliyev və s. tərcümə işlərini görmüşdülər.

1937-ci il 8 fevralda qəsidə İranƏfqanıstan üçün Moskvadan Puşkinə həsr olunmuş yubiley radiokonsert tədbirində oxunmuşdur. Cəfər Xəndanın tərtib etdiyi poemanın sözləri əsasında Süleyman Ələsgərov ballada-romans bəstələmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


51. Həftə
Laokoon və oğullarıVatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəl. 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilmişdir. Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir. Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir.

Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır. Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın əziyyətləri, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


52. Həftə
Cəlil Cavadov — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), AzərbaycanSSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı.

Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur. Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024