Vikipediya:Həftənin yaxşı məqaləsi/oktyabr 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/oktyabr 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/oktyabr 2018

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

40. Həftə
İnanılmaz HalkMarvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. “İnanılmaz Halk” Marvel Kinematoqrafiya Kainatının (MKK) ikinci filmidir. Film, Zak Pennin ssenarisi əsasında Lui Leteryenin rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Edvard Norton Brüs Benner rolunu canlandırmış, eyni zamanda Liv Tayler, Tim Rot, Tim Bleyk Nelson, Ti Byurrel və Uilyam Hört də rol almışlar. “İnanılmaz Halk”da superədgər hazırlamaq istəyən ordu rəhbərliyinin gizli təcrübəsinə əsasən qamma radiasiyasına məruz qalan Brüs Benner Halka çevrilir. Halkı hərbi məqsədlər üçün tədqiq və istifadə etmək istəyən General Sanderbolt Ross, ondan gizlənən Benneri tapmaq üçün təcrübəni başqa bir əsgərin – Emil Blonski üzərində davam etdirir və nəticədə Blonski, İyrənc adlı varlığa çevrilir.

2003-cü ildə Universal Pictures tərəfindən çıxarılmış Halk filminin müxtəlif cür qəbul edilməsindən sonra Marvel Studios personajın ekranlaşdırılması hüququnu yenidən qaytarır. Əvvəl Dəmir adam filmini ekranlaşdırmaqla maraqlanmış rejissor Leteryeyə filmin rejissor kürsüsü etibar edilir, Penn isə komikslərə və eyni adlı teleseriala daha yaxın olan ssenari yazılması ilə məşğul olur. 2007-ci ilin aprelində Norton film üzərində işə başlayır; o əsas rolu canlandırmaqla yanaşı Pennin ssenarisini də təkmilləşdirir. Çəkilişlər əsasən 2007-ci ilin iyul-noyabr aylarında Toronto, Ontarioda aparılmışdır. Post-prodakşn prosesində hərəkət-tutma və CGI texnologiyalarının tətbiqi ilə 700-dən çox vizual effekt yaradılmışdır.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


41. Həftə
Rusiya-Gürcüstan müharibəsi (2008) — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi OsetiyaAbxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.

Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


42. Həftə
Ox (I mövsüm)ABŞ döyüş-dram teleserialı olan "Ox"un birinci mövsümünün premyerası 10 oktyabr 2012-ci ildə The CW telekanalında baş tutmuş, birinci mövsüm 23 seriyadan ibarət olmuşdur. Serial Mort Vayzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics personajı Yaşıl Oxdan bəhs edir. Birinci mövsümün şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreyzberqdir.

Birinci mövsümdə, Starlinq-sitidən olan milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) gəmi qəzasına düşdükdən sonra beş il sirrli adada yaşayır. Şəhərə qayıtdıqdan sonra isə anası Moyra Kuin (Süzanna Tompson), bacısı Teya Kuin (Villa Holland) və dostu Tommi Merlinlə (Kolin Donnell) görüşür. O, gecələr kapüşonlu maska geyərək cinayətkar və vigilantlara qarşı mübarizə aparmaqla yanaşı həm də şəxsi münasibətlərini qaydaya salmağa çalışır. O, Malkolm Merlinin planının üstünü açaraq şəhərin Qleyds rayonunun dağıdılmasına mane olmağa çalışır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


43. Həftə
Şeyx Səfi kompleksiİranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir.

I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


44. Həftə
Uran əməliyyatıİkinci dünya müharibəsi ərzində 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi.

Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024