"Söz" haqqında atalar sözləri

"Söz" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Söz" haqqında atalar sözləri

  • • "Ho" var, dağa qaldırar,
    "ho" var, dağdan endirər.
  • • Acı dilin yarası qılınc yarasından pis olur.
  • • Acı sözü bir batman bal ilə yemək olmaz.
  • • Aşıq gördüyünü çağırar.
  • • Atalar sözü - söz yaraşığı.
  • • Az danış, düz danış.
  • • Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
  • • Dünyada ən acı və ən şirin şey dildir.
  • • Hərzə sualın mərzə cavabı olar.
  • • İnsan başqaları ilə az, özü ilə çox danışmalıdır. (Danimarka atalar sözləri)
  • • İstədiyini danışan, istəmədiyini eşidər.
  • • Kar könlündəkini anlayar.
  • • Qılınc yarası sağalar, söz yarası sağalmaz.
  • • Söhbət (söz) danışıqdan keçər.
  • • Söz gümüş olsa, sükut qızıldır.
  • • Söz məndə, pul ingilisdə.
  • • Söz sözə söykənir.
  • • Söz var kəsər savaşı,
    Söz var kəsdirər başı
  • • Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin.
  • • Söz vermə, verdin - üstündə dur.
  • • Söz vermək asandır, yerinə yetirmək çətin.
  • • Sözlə yox, işlə göstər.
  • • Sözləşmə puldan bahadır.
  • • Sözü bal təki şirin, könlü buz təki sərin.
  • • Sözün düzünü zarafata salıb deyərlər.
  • • Sözün düzünü zarafatda deyərlər.
  • • Sözün varsa söz danış, lakin mənə mane olma.
  • • Sözündə hörmət, qəlbində lənət.
  • • Sözünün ağası ol!
  • • Susmaq dinməmək deyil,
    çabalamaq ilərləmək deyil,
    oturmaq ölmək deyil.
  • • Susmaq razılıq əlamətidir.
  • • Susmaq, tanımaq deməkdir.
  • • Xəstəni buza, aşığı sözə yollama.
Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024