Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Müştəri hər zaman haqlıdır. (İngilis atalar sözləri)
  • • Min kilometrlik bir səyahət ilk addımla başlar. (Çin atalar sözləri)
  • • Malını qiymətindən ucuz satana pul gərəkdi,
    Malı qiymətindən baha alana, mal gərəkdi.
    Malını qiymətindən baha satana da pul gərəkdi.
  • • Mən gəldim gəlin görməyə, gəlin getdi təzək yığmağa.
  • • Məscid şamını yeyən pişik kor olar.
  • • Meydansız at sürülməz, sınaqsız ər bilinməz.
  • • Mərdəkan – mərd məkan deməkdir.
  • • Mərd mərdi kəsər Murtuza-Əli hər ikisini.
  • • Mərd ilə ülfət edən, axırda bir gün mərd olar,
    namərdlə ülfət edən, axır biyaban-gərd olar.
  • • Mərd ilə gəzən mərd olar, namərd ilə gəzən biyaban-gərd!
  • • Mərd başa baxar, namərd – ayağa.
  • • Mərd igidə arxa dur.
  • • Mərd dostluq qanar, bərkdə dayanar.
  • • Mərd igid tək qalmaqdan qorxmaz.
  • • Malı yox oğru apara,
    imanı yox şeytanı apara.
  • • Malını yaxşı saxla, qonşunu oğru tutma.
  • • Məndən olub mənə oxşamır.
  • • Məscidin qapısı açılmamış kor əsasını dirədi.
  • • Mən gətirirəm qısa-qısa, arvad dağıdır kisə kisə.
  • • Mənzili yaxın, pulu çox?
  • • Müştərinin gözü satıcının əlində olar.
  • • Müştərinin biri gedər, biri gələr.
  • • Müştərinin ağlı gözündə olar.
  • • Müftəxor sahibi – səliqəli olar.
  • • Müsəlmanın sonrakı ağlı.
  • • Mülk aldın abad al, bağ aldın bərbad.
  • • Mülk alan qırx gün ac olar, mülk satan qırx gün tox.
  • • Müəllim ikiqat atadır.
  • • Müəllim ən böyük bağbandır.
  • • Müqəssirin dili qısadır.
  • • Muşqulatçun saqqız çeynə.
  • • Mustafa xandan kağızı var.
  • • Musiqi ruha qidadır.
  • • Musiqi könül həmdəmidir.
  • • Musa-musa, tumanı qısa, anası uzun, atası qısa!
  • • Mus-mus deyincə birdəfəlik – Mustafa de.
  • • Murdar əsgiyə od düşməz.
  • • Motala dadanan köpək bir də gələr.
  • • Mollanın cibi dərin olar.
  • • Mollanın ovcu həmişə gicişər.
  • • Mollanın nə pisi, nə yaxşısı; molla elə molladır.
  • • Mollanın qarnı beşdir, daima biri boşdur.
  • • Mollanın bağrı onda çatlar ki, iki yerə ehsana çağıralar.
  • • Mollanı məcsiddə, sərxoşu meyxanada taparsan.
  • • Molladan adam olmaz, palıddan badam.
  • • Molla çörəyi, ilan ayağı görünməz.
  • • Molla Turab banladı, kim bildi, kim anladı?
  • • Molla tuluq zurnasına bənzər, qarnı dolduqca səsi çıxmaz.
  • • Molla sadağa verməz.
  • • Molla Nəsrəddin o qədər ölü oldu ki, bir qazan halvanı yeyə bilmədi?
  • • Molla kişidir saqqalı uzun, ağlı qısa.
  • • Molla ilə durub oturan, axırda mürdəşir olar.
  • • Molla evindən aş, kor gözündən yaş çıxmaz.
  • • Molla duru sudan qaymaq yığar.
  • • Molla qarınqulu olar.
  • • Molla buzovdur, qırılsa hamıdan bərk qaçar.
  • • Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.
  • • Molla aşı gördü, yasin yaddan çıxdı.
  • • Molla alacağını unutmaz.
  • • Molla, azar olmasın?
  • • Molla acgöz olar.
  • • Mıxı çıxarıb qaçanı döyə bilmir, mıxdakını döyür.
  • • Mıxı mismar edən var.
  • • Mıx da əyiləndə onu düzəldirlər.
  • • Mıx iki haçalı olsa, yerə keçməz.
  • • Mırığa dedilər: Çırağı pilə!
  • • Mişka piyandır, şapkəsi yandır.
  • • Mis mis ilə toqquşdu, arada güvəc parçalandı.
  • • Mis gəldi, saxsı qaç!
  • • Mis ya sındı, ya cingildədi.
  • • Minnətli plovdan, minnətsiz pendir-çörək yaxşıdır.
  • • Minnət deyil, dərvişlikdir.
  • • Minnət qədər ağır yük olmaz.
  • • Minnət ilə behiştə getməkdənsə, minnətsiz cəhənnəmə getmək yaxşıdır.
  • • Minmə qoduq, vermə cərimə.
  • • Minə dözən min birə dözər.
  • • Mindin atın sağrısına, qatlaş yanın ağrısına.
  • • Minarə görməyən elə bilər yerdən göbələk çıxıb.
  • • Minarə başında qoz dayanmaz.
  • • Min xala yığılsa, bir ananın yerini verməz.
  • • Min ulduz var, bircə ay.
  • • Min nəsihət, bir sərəncam.
  • • Min gün yaraq – bir gün gərək.
  • • Min ilin ölüsündən bir ilin dirisi yaxşıdır.
  • • Min ilin azarlısıdır.
  • • Min il keçsə qohum sənə yad olmaz.
  • • Min il qanqal otlasan, ağzın dəvə ağzına oxşamaz.
  • • Min eşit, bir söylə.
  • • Min evli Kəsəmənə bir ay oruc, yeddi evli kəndə də bir ay oruc?
  • • Min dost azdır, bir düşmən – çox.
  • • Min dərədən su gətirər.
  • • Min dərd var, min bir dərman.
  • • Min qoyunlunun bir qoyunluya işi düşər.
  • • Min qarğaya bir sapand daşı?
  • • Min qapıda duz dadan, bir qapıda bənd olmaz.
  • • Min bir dərdin min bir dərmanı var.
  • • Min bilən olsan, bir biləndən soruş.
  • • Min batman varın olunca, bir batman ağlın olsun.
  • • Min acını yeyərlər, bir şirinin xətrinə.
  • • Min atlının öhdəsindən gələndir.
  • • Milçəkdən fil qayırır.
  • • Milçək şirəyə yığılar.
  • • Milçək özü bir şey deyil, ancaq könül bulandırır.
  • • Milçək mindim Kür keçdim, yaba ilə dovğa içdim, heç belə yalan görməmişdim.
  • • Milçək kimi qırılır.
  • • Milçək qarasından minarə tikir.
  • • Millət necə tarac olur-olsun nə işim var?
  • • Məşğuliyyət üçün saqqız çeynə!
  • • Məcnun kimi dərs oxuyan "Vəlleyli" də qalar.
  • • Məclisdə yerini tanı, deməsinlər: - dur burdan!
  • • Məhəbbət şərikli olmaz.
  • • Məhəbbət ürəkdən silinməz.
  • • Məhəbbət gözdə olmaz, könüldə olar.
  • • Məhəbbət iki başdan olar.
  • • Məhəbbət dostluqdan başlanır.
  • • Məhəbbəti qorusan, onunla ucalarsan, məhəbbətli qocalsan, qoca deyil – cavansan.
  • • Məhəbbət və doğruluq məğlub edilməz.
  • • Mətləbi uzatmazlar.
  • • Mətləbi darı üstə qoyur.
  • • Mətahın atma bazara xiridar olmayan yerdə.
  • • Məscidin hörməti: bir orucluqda, bir məhərrəmlikdə.
  • • Məscid qapısıdır, nə sındırmaq olur, nə yandırmaq.
  • • Məsləhətsiz görülən işdən xeyir olmaz.
  • • Məsləhətli aş dadlı olar.
  • • Məsləhətlərin xeyirlisi – ortası.
  • • Məsləhətlə tikilən don gen olar.
  • • Məsləhətlə atılan daş uzaq gedər.
  • • Məsləhətə xəyanət olmaz.
  • • Məsəldə münaqişə olmaz.
  • • Məsəl güldür – söz çiçək.
  • • Mərmər üstə gül-bitməz.
  • • Mərmər – yaxşı daşdan, yaxşılıq iki başdan.
  • • Mərifətsiz millət yaşamaz.
  • • Mərifət manqura dəyməz, simu-zər dövranıdır.
  • • Mərdimazardan özünü qoru.
  • • Mərdimazarı axtarmaqla deyil, rast gəlməkdədir.
  • • Mərdin töyləsi namərdin otağından yaxşıdır.
  • • Mərdin süfrəsi açıq olar.
  • • Mərdin paxılı deyilsən ki?
  • • Mərdin gözü tox olar, namərdin gözü yox.
  • • Mərdi qova-qova namərd eləməzlər.
  • • Mərdə şirin ol, namərdə – acı.
  • • Mərdə güllə dəyməz heç kürəyindən.
  • • Mərdə gələn qadanı, namərdin sərinə yaz.
  • • Mərddən bir çıxar, namərddən iki.
  • • Mərd kişi çörəyini daşdan çıxardar.
  • • Mərd arxadan vurmaz.
  • • Mənlik olan yerdə sənlik şamı yanmaz.
  • • Mənimlə qoz-qoz oynama.
  • • Mənimki belə keçdi çərxi dönmüş fələkdən.
  • • Mənim xoruzum – özgələrin damı.
  • • Mənim üçün xan da bir, gülxan da bir.
  • • Mənim üçün bağ da bir, dağ da bir.
  • • Mənim gözüm var sənin dolu ilxında, sənin nəyin var mənim boş axurumda?
  • • Mənim yaram ağrayır, sənin haran ağrayır?
  • • Mənim ayağım biləni sənin başın bilməz.
  • • Məni satan satıb, alan da alıb.
  • • Məni sayanın quluyam, saymayanın – ağası.
  • • Məni yeməyən qurda köpək demərəm.
  • • Məni yeyirsə – qoy aslan yesin, pişik yeməsin.
  • • Məni qəbirdə görəsən!
  • • Məni aparan suya "Araz" deyərəm.
  • • Məni anam damda doğub.
  • • Mənə usta deyərlər, arvadıma ustazən.
  • • Məndən sənə yar olmaz!
  • • Mənə nə veribsən ala bilmirsən?
  • • Mənə yaramaz iş tapşırır, adımı qoyur yarıtmaz.
  • • Mənə bax nə haldayam, yara bax nə sallanır.
  • • Mənə bax, mənim kimi olma.
  • • Mənzili uzaq, eşşəyi çolaq.
  • • Mənzilin yaxın, kiryəsi çox, bunda nə sirr var?
  • • Mənzil kəsər bədöy at.
  • • Məndən uzaq olsun, istər cəhənnəmə dirək olsun.
  • • Məndən sənə öyüd, dənini özün üyüd.
  • • Məndən böyüyü tabaq altındadır.
  • • Mən şahla çilov yemirəm ki, bığım yağa batar.
  • • Mən sözü dedim daza, daz özün qoydu naza.
  • • Mən söz sərrafıyam.
  • • Mən səni bəyənmədiyim bulama, sən mənim bığımı bulama!
  • • Mən ölürəm çiçəkdən, ört üzümü milçəkdən, yad gələr yalan ağlar, anam ağlar gerçəkdən.
  • • Mən ölü, sən diri.
  • • Mən ölməyim, mən öləndən sonra, istərsə qiyamət olsun.
  • • Mən ölərəm – kiçik qiyamət, arvadım ölsə – böyük qiyamət.
  • • Mən öz adımı özgədən soruşuram.
  • • Mən mənəm, aləmləri dindirmərəm!
  • • Mən gətirrəm yığın-yığın, arvad paylar torba- torba.
  • • Mən gəlmişəm qənddana qənd qoymağa gəlməmişəm ürəyimə qan qoymağa.
  • • Mən elə keçəl deyirəm qartmağı yerə tökülə.
  • • Mən dəliliklə verdim, sən ağıllı ol, qaytar.
  • • Mən dəli, anam dəli, bir də dəli atam var.
  • • Mən demirəm, sən deyirsən.
  • • Mən demədim, sən eşitmədin.
  • • Mən deyirəm xədiməm, o soruşur, oğul-uşaqdan nəyi var?
  • • Mən dedim: "Zənbil", sən bil.
  • • Mən dedim eşidəsən, demədim öyrənəsən.
  • • Mən qurdam – alaram, mən çobanam – vermərəm.
  • • Mən qaçıram bəladan, bəla çıxır qabaqdan.
  • • Mən qaçıram molladan, molla çıxır qarşıdan.
  • • Mən bu evin öküzüyəm, istər kotana qoşsunlar, istər cütə.
  • • Mən baş vurum, sən ayaq, gəl onu ortalayaq.
  • • Mən balamı istərəm, balam da öz balasını.
  • • Mən aşığam bu daşa, bu torpağa, bu daşa, düşməni elə vur ki, kəlləsindən bud aşa.
  • • Mən almıram, yan cibimə qoy.
  • • Mələsə əti halaldır.
  • • Məkruh yeyənə haram söz yaraşar.
  • • Məkkə evin içidir.
  • • Mədrəsənin qızları, çopur-çopur üzləri, nə molla var, nə keşiş, kəbin kəsər özləri.
  • • Mədinə ilə Məsmə düşübdür bəhsə-bəhsə.
  • • Məqsədsiz iş tutma.
  • • Meşəyə girən ayıdan qorxmaz.
  • • Meşədə ağacın düzünü seçərlər.
  • • Meşə ayısız olmaz.
  • • Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.
  • • Meyxanada yazılan məktub cəhənnəmdə oxunar.
  • • Meymunun xarratlıqda nə işi var?
  • • Meymunun boğazına su çıxanda, çıxar oturar balasının başında.
  • • Meymunun balası əvvəlcə yeriyər, sonra iməklər.
  • • Meymun olub düşüb ortaya.
  • • Meyl vermə evliyə, evə gedər – unudar.
  • • Meydana girən köpək kötəkdən qorxmaz.
  • • Meydana girən kişi nər gərək.
  • • Meydan bizim, söz sizin.
  • • Meyvəsini yedin, bağbanına rəhmət oxu.
  • • Meyvəsi yox, barı yox, xaraba qalsın belə bağ.
  • • Meyvəli ağaca quş qonar.
  • • Meyvə kimi saralıb, gül kimi solub.
  • • Maşa var ikən əlini yandırma.
  • • Martın özünə lənət, aprelin on beşinəcən.
  • • Martın gözünə barmağım, yaza çıxdı oğlağım.
  • • Mart çıxdı – dərd çıxdı, keçilər yaza çıxdı.
  • • Manatı manat qazanır.
  • • Mamaça çox olanda uşaq tərsə gələr.
  • • Malını yeməyənin malını yeyərlər, ölüsünü də döyərlər.
  • • Malını dişin var ikən ye.
  • • Malını bəylər apardı, camalına nə oldu?
  • • Malına düşdü talan, sən də bir yandan tala.
  • • Malın ortaqlı olmasın.
  • • Malın mal olunca bazarın bazar olsun.
  • • Malın getməsinə yiyəsi səbəb olar.
  • • Malın yiyəsi – uşağın atası.
  • • Malın yiyəsi gərək, oğlu yox, atası gərək.
  • • Malımız budur, yarısı sudur, alsan da budur, almasan da budur.
  • • Malım getdi, pulum getdi, qonağım razı getmədi.
  • • Malım zay olunca, qoy canım zay olsun.
  • • Malı satandan al.
  • • Malı malla ölçərlər, canı – canla.
  • • Malı mal yanında tanıyarlar.
  • • Malı qırov öldürər qışın adı bədnamdır.
  • • Malı maldan, canı candan ayırmaq olmaz.
  • • Mal canı qazanmaz, can malı qazanar.
  • • Mal sahibi ölməyib ki.
  • • Mal sahibindən qiymət götürər.
  • • Mal mənimdir, məsləhət mənim.
  • • Mal mənimdir, belə yeyirəm, əritmirəm, kərə yeyirəm.
  • • Mal malı qazanar.
  • • Mal yığınca ağıl yığ.
  • • Mal yiyəsinə oxşamasa haramdır.
  • • Mal itdi – iman itdi.
  • • Mal insana, insan mala əmanətdir.
  • • Mal gedər bir yerə, güman gedər min yerə.
  • • Mal dediyin can yanğısıdır.
  • • Mal qatlaşar, yiyəsi qatlaşmaz.
  • • Mal bacından qorxmaz.
  • • Mal başa bəladır.
  • • Mal acıdı – can acısı.
  • • Mal adamın düşmənidir.
  • • Mayasız fətir olar.
  • • Mayanı uduzub çuruna güvənir.
  • • Mayabaş oldular.
  • • Maya səndən, can məndən.
  • • Maya doğar, nər doğmaz.
  • • Mağarada qurd az idi, biri də gəmi ilə gəldi.
  • • Mərd çörəyini daşdan çıxardar.
  • • Mərd özündən bilər, namərd yoldaşından.
  • • Mərd mərdi qanar, Bərkdə oduna yanar.
  • • Mərd gördüyün deməz.
  • • Mərdin gözü tox olar, namərdin gözü ac.
  • • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
  • • Mərd igidlər süfrə açar, ad alar.
  • • Mərdi qova-qova namərd eləmə.
  • • Mərd əli kasad olmaz.
  • • Mərddən bir xəta, namərddən min.
  • • Milçək bir şey deyil, könül bulandırır.
  • • Miyançının kisəsi gen olar.
  • • Meşə çaqqalsız olmaz.
  • • Məkkəyə gedən dəvə hacı olmaz.
  • • Mahnı saz ilə, qız nazilə.
  • • Malın varlğı: könül saylığı, ağız yağlığı.
  • • Məclisə görə da'vamız, quyuya görə dolçamız.
  • • Məhəbbəti qorusan, onla ucalarsan, məhəbbətli qocalsan, qoca deyil –cavansan.
  • • Minarənin başı göyə çatsada, dibi yerdədir.
  • • Muğan muğan olar, bir qoyun bir quzu, muğan muğan olar, nə qoyun nə quzu.
  • • Mollanın çörəyi ilə ilanın ayağı görünməz.
  • • Meyvəsin yedə, ağacın sorma.
  • • Min illik yollar belə, ilkin addımla başlamış.
  • • Min işçiyə bir başçı.
  • • Min qapıdan duz dadan, bir qapıda bənd olmaz.
  • • Min ulduz var, bir ay.
  • • Mərd mərdi qanar,
    Bərkdə oduna yanar.
  • • Məscid tikilməmiş kor əsasın dayadı.
  • • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar.
  • • Məsləhətli don gen olar.
  • • Min yeyənin olsun, bir deyənin olmasın.
  • • Müharibədə hirs də cəsarət qədər yaxşıdır. (Uels atalar sözləri)
  • • Müharibəni bilməyən sülhü də bilməz. (Yapon atalar sözləri)
  • • Musiqi dəyişəndə rəqs də dəyişər. (Yapon atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024