"Xeyir-şər" haqqında atalar sözləri

"Xeyir-şər" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Xeyir-şər" haqqında atalar sözləri

  • • Atın yaman - sat,
    Qardaşın yaman - qaç,
    arvadın yaman - at.
  • • Dadlını çox çeynəsən, ardı acı olar. yaxşını döydükcə yaman olar.
  • • El yaxşı, biz yaman, el buğda, biz saman.
  • • Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
  • • Ha uzaq ola - yol yaxşı, ha yaman ola - el yaxşı.
  • • Hər zərərdə bir xeyir var.
  • • Köhnə tap təzəsində, yaman tap yaxşısında.
  • • Nə qədər uzaq olsa, yol yaxşıdır,
    Nə qədər yaman olsa, el yaxşıdır.
  • • Oğlun yaman olsa - vurub tanrı. yaxşı olsa – verib tanrı.
  • • Pisi görməsən, yaxşının qədrini bilməzsən.
  • • Şər deməsən, xeyir gəlməz.
  • • Şər həmişə xeyrin dalınca gəzər.
  • • Şər kəsən barmaq ağrımaz.
  • • Şər zahirə hökm eylər.
  • • Xeyir bir qopar, şər onu min qovar.
  • • Xeyir dilə qonşuna, xeyir gəlsin başına.
  • • Xeyir gəldi şər gedər.
  • • Yaman adamın başına daş salsan, çiyninə düşər.
  • • Yaman arvad, tez kişini qocaldar, əsil arvad dərdlərini azaldar.
  • • Yaman dirilikdən ölüm yaxşıdır.
  • • Yaman günə səbr edən, yaxşı günə tez çatar.
  • • Yaman külahduzdan yaxşı palanduz yaxşıdır.
  • • Yaman olmasa, yaxşılığın qiyməti bilinməz.
  • • Yaman qonşu adamı rüsvay eylər.
  • • Yaman yeyənin olsun, yaman deyənin olmasın.
  • • Yaxşı - yaxşılığın deyilir, yaman - sənin nəyin deyilir?
  • • Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı xörək də üzər.
  • • Yaxşı adamın yaxşılığı dəyər dar gündə,
    Yaman adamın yamanlığı, dəyər hər gündə!
  • • Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay.
  • • Yaxşı at yemini artırar, yaman at qamçısını.
  • • Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.
  • • Yaxşı dost yaman gündə məlum olar.
  • • Yaxşı gəlin gülümdür, yaman olsa ölümdür.
  • • Yaxşı gəlməyincə, yaman gedməsin.
  • • Yaxşı gün cənnətdir, yaman gün cəhənnəm.
  • • Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər.
  • • Yaxşı günə dözməyən yaman günə heç dözməz.
  • • Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı?
  • • Yaxşı günün yoldaşı, yaman günə düşdüm, gəl!
  • • Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər.
  • • Yaxşı işə gələr. yaman - aşa.
  • • Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.
  • • Yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.
  • • Yaxşı yaman, keçdi karvan.
  • • Yaxşı yoldaş yaman gündə tanınar.
  • • Yaxşıya gün yox, yamana ölüm.
  • • Yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən öyünər.
  • • Yaxşıya yaxşı deyərlər, yamana – yaman.
  • • Yaxşıyla yaxşı - yarışqan at, yamanla yaman - qudurğan it.
  • • Yetim malı oddan yaman yandırar.
Dostlarınla Paylaş

Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024