Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Uğurun 5%i bacarmağı bilməkdən, 95%i bacarmaqdan doğur. (Fransız atalar sözləri)
  • • Uzaqdakı su, təcili susuzluğu aradan qaldıra bilməz (Çin atalar sözləri)
  • • Uçan damın böyüklüyü, bünövrəsindən bilinər.
  • • Uşağa buyur, ardınca yüyür.
  • • Uşaq gördüyün götürər, eşitdiyini deyər.
  • • Uşağı buyur, dalınca yüyür.
  • • Uşaqla uşaqdır, böyüklə böyük.
  • • Uzaqlıq, bir həsrət öldürür, başqa bir sevgi doğurur.
  • • Uğur (yol) tapan var qılıncsız, qılınc vuran var uğursuz.
    (uğur: yol)
  • • Ulam-ulam gedən, istəyə çatdı, ulamsız gedən, uluya qaldı.
  • • Ulular sözünə baxmayan, uluya uluya qalar.
  • • Uzun alıb, ucuzluğa gedmə.
  • • Uşağı göndər suya, özündə ged dalınca.
  • • Uşaq görsə deyər, it görsə hürər.
  • • Uca dağların suyu, çaya axar.
  • • Umduğun bilməyən, yolsuz qalar.
  • • Umduğun güdməyən, bulduğun xoş görər.
  • • Ummadığın daş, baş yarar.
  • • Uşaq qulağı iti olur, yavaş desən eşidir.
  • • Uşaq su tökər, böyüyün qıçı sınar.
  • • Uzaq yerin arpasından yaxın yerin samanı yaxşıdır.
  • • Utanmasan, oynamağa nə var?!
  • • Uzağa qoyulan, tez tapılar.
  • • Uşaqlı evdə qeybət olmaz.
  • • Uzun yolun, bu başında yalan danışan, o başında özüdə inanar.
  • • Uzlu, düzlü, duzlu: çıxarlı, doğru, dadlı.
  • • Uzaq (ıraq) yerin xəbərin, kərvan gətirər.
  • • Utanmaz üz, tükənməz söz.
  • • Uşağı yolla iş dalınca, özündə düş dalınca.
  • • Ulular evdə qalıb, kor pişik çöldə.
  • • Uşağın gici gedər yol üstə oturar.
  • • Uşağın vurmamağına baxma, daşın böyüyəndən yapışar.
  • • Uşağı yemək böyütməz, sevinc böyüdər.
  • • Uşağa buyur, dalınca yüyür.
  • • Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz.
  • • Uşaqlıqda divara nərdivansız çıxardım.
  • • Uşaqlıq ömrün baharıdır.
  • • Uşaqlı evdə həvəng-dəstəni göydən asarlar.
  • • Uşaqlar həyatın çiçəkləridir.
  • • Uşaqlar atalarının cavabdehi deyil.
  • • Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz.
  • • Uşağa qundaq çağında məhək daşı deyərlər.
  • • Uşaq sözü şah sözündən hökmlüdür.
  • • Uşaq nədir, bıçaq nədir?
  • • Uşaq gördüyünü istər.
  • • Uşaq yıxıldığı yerə baxar.
  • • Uşaq yeməyini bilməz.
  • • Uşaqla yola çıxma, eşşəyi yıxılsa ağlar, eşşəkdən yıxılsan gülər.
  • • Uşaq evdə böyüyər, balıq – göldə.
  • • Uşaq vardır-yoxdur bilməz.
  • • Uşaq böyük olunca, böyüyü yumaq olar.
  • • Uşaq böyüklərindən öyrənər.
  • • Uşaq aşığı oynamaq üçün yığar.
  • • Uşaq atasından güclüsünü bilməz.
  • • Uşaq arasına girməzlər.
  • • Uşaq adamı qanlı qapısına aparar.
  • • Uşaq ağlaya-ağlaya böyüyər.
  • • Ucuzluqda alıcının üzünü görmə, bahalıqda yadıma düşmür.
  • • Ucuzluqda alanın, bahalıqda satanın üzünü görmə.
  • • Ucuzdur – var illəti, bahadır – var hikməti.
  • • Ucuz satan tez satar.
  • • Ucuz aldın – quyruğunu düyünlə.
  • • Ucuz alan, baha alır, baha alan aldanır.
  • • Ucuz alan aldanar.
  • • Uca ol, ucalara qarış.
  • • Uçuq ev xarabasından məlum olar.
  • • Uçan quşa da borcu var.
  • • Utancaqın eşşəyini qurd yeyər.
  • • Utanırsan, üzünə rübənd sal.
  • • Utan utanmazdan, qorx – qorxmazdan.
  • • Ustakarın oğurluğun tutmaq olar.
  • • Ustakarın qapısı qırıq olar.
  • • Ustadına kəm baxan, ruzusunu az görər.
  • • Ustadına gəc baxanın, gözlərindən qan damar.
  • • Usta oğlundan şagird olmaz.
  • • Usta meymun qamçısız oynar.
  • • Usta görməyən şagird ondan-bundan qarmalar.
  • • Usta görən şagird, hər məqamda yorğalar.
  • • Usta əli dəyməyən iş haramdır.
  • • Unumu ələdim, ələyimi asdım.
  • • Umac – burdan ye, ordan – acı.
  • • Uma-uma döndüm muma.
  • • Ulu sözünə baxmayan, ulaya-ulaya qalar.
  • • Ulduzu barışmayan gəlinin salamı da savaşdır.
  • • Ulduz çoxsa, ay birdir.
  • • Ulduz hesabı ilə gəmiçi yol aparır.
  • • Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.
  • • Ulaya-ulaya it öz başına qal gətirər.
  • • Ulağa gücü çatmır, acığını palanına tökür.
  • • Uyuşar – qatıq yeyərik, uyuşmaz – süd içərik.
  • • Uzundraz, binamaz – xeyrə, şərə yaramaz.
  • • Uzunsaqqal axmaq olar.
  • • Uzun kösöv əl yandırmaz.
  • • Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.
  • • Uzun danışanın ömrü az olar.
  • • Uzun adamın ağlı dabanında olar.
  • • Uzan, gözünə dərman töküm!
  • • Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir.
  • • Uzaqdan baxana dava asan görünər.
  • • Uzaq yerin halvasını hola ilə yeyərlər.
  • • Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə ssözü.
  • • Uşağı oxudan - atanın kisəsi, ananın kasası.
  • • Uçan damın böyüklüyü binövrəsindən bilinər.
  • • Uşaq sözün düzünü deyər.
  • • Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
  • • Uşaq gördüyün götürər, eşitdiyin deyər.
  • • Uşaq evin yaraşığıdır.
  • • Uşağa uşaq deyiblər, böyüyə böyük.
  • • Uşaq atadan yox, anadan yetim qalar, Uşaq, atasını hamıdan güclü bilər.
  • • Ucuz ətin şorbası olmaz.
  • • Uman yerdən küsərlər.
  • • Uşağa iş buyur, ardınca yuyur.
  • • Usta görməyən şagirdin gözü əllərdə qalar.
  • • Ustadına gəc baxanın gözlərinə qan damar.
  • • Uzaqdan zurna səsi xoş gələr.
  • • Uzaqdan baxana döyüş asan gələr.
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024