"İnsan qüsurları" haqqında atalar sözləri

"İnsan qüsurları" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"İnsan qüsurları" haqqında atalar sözləri

  • • Abdalın qarnı doyunca, gözü qapıda qalar
  • • Abırsızdan abrını gözlə.
  • • Adam olmayan yerdə adamdır.
  • • Adam var gözdən qızar,
    Adam var sözdən qızar.
  • • Adam var ki, adamların naxşıdır,
    Adam var ki, heyvan ondan yaxşıdır,
    Adam var ki, dindirərsən "can" deyər,
    Adam var ki, dindirməsən yaxşıdır.
  • • Adam var ki, rəhmət aparar,
    Adam var ki, lənət aparar.
  • • Adamın başına nə bəla gəlsə, dilindən gələr.
  • • Adı it dəftərində də yoxdur.
  • • Ağa gətirər navala, xanım tökər çuvala.
  • • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
  • • Ağacı qurt yeyər, insanı dərd.
  • • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • • Ağıllı olan bir dəfə aldanar.
  • • Ağır otur, batman gəl.
  • • Ağzına çullu dovşan sığışmır.
  • • Al - ver deyiblər, al vermə deməyiblər.
  • • Ala itdən məşhurdur.
  • • Aldığını verməz, bildiyini deməz.
  • • Alim olmaq asandır, adam olmaq çətin...
  • • Arı yeyib, namusu atıb dalına.
  • • Artıq tamah baş yarar.
  • • At verməyin nə, "yavaş get" deməyin nə?
  • • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • • Ayı qandı, abid qanmadı.
  • • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
  • • Aza qane olmayan, çoxa çatmaz.
  • • Bağa qınından çıxdı, qının bəyənmədi.
  • • Bağda ərik var idi, salam-əleyk var idi,
    bağdan ərik qurtardı, salam-əleyk qurtardı.
  • • Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
  • • Başı daşa dəyməyincə ağlı başına gəlməz.
  • • Başından böyük danışma.
  • • Başını yarıb, ətəyinə qoz tökür.
  • • Bazarın bazar, qadam sənə mərdumazar!
  • • Bədəsil əsil olmaz, boyunca qızıl qala.
  • • Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
  • • Belə otlayan idin, niyə arıq düşdün?
  • • Beşdə alacağın yox, üçdə verəcəyin.
  • • Bığdan götürüb, saqqala qoyur.
  • • Bildiyini babasına da verməz...
  • • Bir ac qudurar, bir yalavac.
  • • Bir dadanandan qorx, bir qudurandan.
  • • Bir gözü alça dərir, bir gözü gavalı.
  • • Bir napakdan qorun, bir də köpəkdən.
  • • Bir qəpiklik qutab kimi özünü ortaya soxma.
  • • Bir tikəni bilməyən, min tikəni də bilməz.
  • • Bir versən bir də istər, Yatmağa yer də istər.
  • • Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
  • • Birə bir deyiblər, birə iki deməyiblər.
  • • Boşdan bir çıxar, bərkdən iki.
  • • Boyaqxana küpünü azdırma.
  • • Bu uşaqlıq deyil, şıltaqlıqdır.
  • • Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
  • • Buğda göstərir, arpa satır.
  • • Burda mənəm, Bağdadda kor xəlifə.
  • • Burnun girməyən yerə başını soxma.
  • • Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
  • • Canavardan qorxan meşəyə girməz.
  • • Canavarın nə qocası, nə cavanı.
  • • Çanax öz başında sınar.
  • • Çatana çatır, çatmayana bir daş atır.
  • • Çörək itirən çörək tapmaz.
  • • Çörəyini özü öz ayağı ilə tapdaladı.
  • • Cücəni payızda sayarlar.
  • • Dadanan qudurandan pis olar.
  • • Dağarçığını çuval yanına qoyur.
  • • Dedi - qodu ev yıxar.
  • • Dəli dəlini görəndə çomağını yan tutar.
  • • Dəli qazandı, ağıllı yedi.
  • • Dəli qırmızı sevər, gic - sarı.
  • • Demək olmur gözün üstə qaşın var.
  • • Dərə xəlvət, tülkü bəy...
  • • Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
  • • Dəymişin qoyub, kalın dərir.
  • • Dığ-dığ adamı azara salar.
  • • Dili dost, qəlbi qara.
  • • Dilim səni görüm dilim-dilim olasan.
  • • Dilinin bəlasını çəkir.
  • • Dini yeyib, imanını dalına atıb.
  • • Diriyə hay verməz, ölüyə pay.
  • • Dolunu yeyib, boşa təpik atır.
  • • Duzu yeyib, duzqabını sındırır.
  • • Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
  • • Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
  • • Əl qatma harama.
  • • Elə bilir yuxa arasında halva var.
  • • Elə elə ki, nə şiş yansın, nə kəbab.
  • • Elə yerdə otur, altına su çıxmasın.
  • • Əlindən bir iş gəlməyən on danışar.
  • • Əsli, nəcabəti olmayana qamçı neylər?
  • • Eşşək palçığa bir dəfə batar.
  • • Əvvəl arxı tullan, sonra bərəkallah de.
  • • Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
  • • Eyibli öz eybini bilsə, başına kilim örtər.
  • • Əzizim əziz, tərbiyəsi ondan əziz.
  • • Gah nala döyür, gah mıxa.
  • • Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
  • • Gedər bağlar qorası, qalar üzlər qarası.
  • • Gedər bu dövran sənə də qalmaz.
  • • Gəlin bəzənincə toy əldən gedər.
  • • Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
  • • Gəmidə oturub gəmiçi ilə vuruşur.
  • • Goru var ki, kəfəni də ola.
  • • Gözlərindən qan damır.
  • • Gözünü qırpdın, sənin deyil
  • • Gündüz gəzər obanı, Gecə sancar dabanı.
  • • Günü günə satmazlar.
  • • Gününü düyünləyib göy əsgiyə.
  • • Hamam suyu ilə özünə dost tutur.
  • • Hayasızdan hayanı saxla.
  • • Hazırın naziri.
  • • Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver.
  • • Hələ quyruğu qapı arasında qalmayıb.
  • • Hər işi tutdun, insafı əldən qoyma.
  • • Hər kəs nə eləsə, özünə elər.
  • • İçdin üzüm suyunu, Tökdün üzün suyunu.
  • • İki canbaz bir ipdə oynamaz.
  • • İlqarı olmayanın imanı da olmaz.
  • • indi qoy heyvanı ged insanə gəl, ol xayaldan, keç bu gerçək canə gəl.
  • • İnsan olmayan insan qədrin nə bilər!
  • • İnsan zülmə tabedir.
  • • İşini möhkəm tut, qonşunu oğru tutma.
  • • İsti aşa soyuq su qatma.
  • • İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.
  • • Kasıblıq eyib deyil, oğurluq eyibdir.
  • • Keçi can hayında, qəssab piy hayında.
  • • Kəl ölür, sırma saçlı olur,
    Kor ölür, badam gözlü olur.
  • • Kifirə sabun, dəliyə öyüd neyləyər.
  • • Kiminin əvvəli, kiminin axırı.
  • • Kişi sözü üzə deyər.
  • • Kişi tüpürdüyünü yalamaz.
  • • Kişinin özünə baxma, sözünə bax.
  • • Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
  • • Köhnə kəndə təzə nırx qoyur.
  • • Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
  • • Kor kor, gör gör.
  • • Kor tutduğun buraxmaz.
  • • Külək kimi hərdən bir tərəfə əsmə.
  • • Meşə çaqqalsız olmaz.
  • • Milçək bir şey deyil, könül bulandırır.
  • • Miyançının kisəsi gen olar.
  • • Nadiri taxtda görüb, Süleymanı qundaqda.
  • • Nə qanır, nə qandırır.
  • • Nəğdi qoyub, nisyə dalınca düşmə.
  • • Niyyətin hara, mənzilin ora.
  • • Od düşdüyü yeri yandırar.
  • • Od ilə oynamaq olmaz.
  • • Od olub aləmi yandırır...
  • • Oddan kül törər, küldən nə törər?
  • • Ölüdən də pay istəyir.
  • • Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
  • • Ölünün dalınca danışmazlar.
  • • Onun üzü - dəvənin dizi.
  • • Ortada tetir, qıraqda gəzir.
  • • Ot kökü üstə bitər.
  • • Oxun atıb, yayın gizlətmə.
  • • Oynamaq bilmir, deyir: yerim dardır.
  • • Öz ağlını özgəyə vermə.
  • • Özgə evində koxalıq eləməzlər.
  • • Paxıl artmaz.
  • • Pay verdi, dalınca xəbər göndərdi.
  • • Pişiyi bağlayıb süfrə açır.
  • • Pul verməz, can verər.
  • • Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
  • • Qamış ola, gomuş ola, görməmiş ola...
  • • Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
  • • Qanı qan ilə yumazlar.
  • • Qanmaza hörmət edərsən, deyər: - "Məndən qorxur".
  • • Qanmaza qoşulanı qanmaz çağırarlar.
  • • Qapıdan qovursan, bacadan gəlir.
  • • Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
  • • Qarğa özün quş bilir, xaşıl özünü aş.
  • • Qarğanı qırğı bilir.
  • • Qarın başa bəladır.
  • • Qarın qardaşdan irəlidir.
  • • Qarın səndən aşağıdır.
  • • Qarnı tox olan, qayğısız olar.
  • • Qaydanı pozan peşman olar.
  • • Qayınananın gücü qızına çatar.
  • • Qazan qarası gedər, üz qarası getməz.
  • • Qazancını it yeyər, yaxasını bit.
  • • Qəlb odur ki, qəlbindəkin deməyə...
  • • Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
  • • Qonağa get deməzlər, altından palazı çəkərlər.
  • • Qonaq bu il burdadır, gələn il də sərasər.
  • • Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
  • • Qorğaya öyrənən çərəzsiz qalmaz.
  • • Qurddur, qoyun dərisinə girib.
  • • Quyu var, suyu yox.
  • • Şadlığına şitlik eləmə.
  • • Şaftalı tabağı kimi ortada durma.
  • • Saman sənin deyil, samanlıq ki, sənindir.
  • • Səhər gedər naxıra, axşam gələr axıra.
  • • Sən ağa, mən ağa, inəkləri kim sağa.
  • • Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
  • • Sənə vur dedilər, öldür ki, demədilər.
  • • Sənin ipinlə quyuya girmək olmaz.
  • • Siçandan törəyən kəsəyən olar.
  • • Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
  • • Soğan yeməmisən, için niyə göynəyir?
  • • Su bir yerdə qalanda iylənər.
  • • Tazıya deyir tut, dovşana deyir qaç.
  • • Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
  • • Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
  • • Tutub ucundan, gedir ucuzluğuna.
  • • Uman yerdən küsərlər.
  • • Üstü bəzək - altı təzək.
  • • Varlılığa tələsən, yoxsulluğa tez düşər.
  • • Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
  • • Yanan da mən - yaman da mən.
  • • Yemə namərd çörəyini, axırda başına vurar.
  • • Yıxılanı vurmazlar.
  • • Yiyəsinə baxıb atın nallayırlar.
  • • Yükünü yığdı təpəyə, elə arxa çevirdi.
  • • Yuxarı evə baxıb, aşağı evi yıxma.
  • • Zər ilə olan, zor ilə olmaz.
  • • Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024