"Hörmət" haqqında atalar sözləri

"Hörmət" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Hörmət" haqqında atalar sözləri

  • • Atana hörmət elə, oğlun sənə hörmət edər.
  • • Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
  • • Böyüyə hörmət vacibdir.
  • • Eşşək başı ağırlıq (hörmət) götürməz.
  • • Hamıya hörmət elə, hörmətin olar.
  • • İstəyirsən qocalıqda hörmətin olsun cavanlıqda qocalara hörmət elə.
  • • İtə hörmət edərlər – yiyəsi xatirinə.
  • • Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.
  • • Kişiyə hörmət, artırar minnət.
  • • Loğma qarın doyurmaz, hörmət artırar.
  • • Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
  • • Qanmaza hörmət edərsən, deyər: - "Məndən qorxur".
  • • Qocaya hörmət elə, sən də qocalacaqsan.
  • • Tanrım, böyüklərdən ululuğu, qocalardan hörməti, cocuqlardan utancı qoparma.
  • • Yaxşı hörmət dövlətdən yaxşıdır.
Dostlarınla Paylaş

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024