"Aclıq" haqqında atalar sözləri

"Aclıq" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Aclıq" haqqında atalar sözləri

  • • Ac aman bilməz.
  • • Ac ayı oynamaz.
  • • Ac bayıra qaçar, yalavac evə girər.
  • • Ac gəzməkdənsə, tox ölmək yaxşıdır.
  • • Ac nə yeməz, tox nə deməz.
  • • Ac oldun çobana qoşul, yoruldun karvana.
  • • Ac özünü oda vurar.
  • • Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.
  • • Ac qalmaq borclu olmaqdan yaxşıdır.
  • • Ac qarına söhbət tutmaz.
  • • Ac qarına yatmaq it əzabıdır.
  • • Ac qılınca çapar.
  • • Ac qurd aslanı basar.
  • • Ac toyuq yatar, yuxusunda darı görər.
  • • Ac yatım, salamat yatım.
  • • Ac yediyin bilməz, tox dediyin bilməz.
  • • Aca nə halal, nə haram?
  • • Acdan ummaq olmaz.
  • • Acın gözü çörək tikəsində olar.
  • • Acın qarnı doyar, gözü doymaz.
  • • Acın qulağı kar olar.
  • • Acından günorta durur, bığını yağla burur.
  • • Açıq ağız ac qalmaz.
  • • Aclıq ilə toxluğun arası bir parça çörəkdir.
  • • Aclıq nə etdirməz, toxluq nə dedirtməz.
    (Varlıq nə dedirtməz, aclıq nə yedirtməz.)
  • • Aclıq susuzluğla qardaşdır.
  • • Aclıq zarafat deyil.
  • • Aclıq, adama oyun öyrədər.
  • • Aclıqda darı çörəyi halvadan şirin olur.
  • • Acmış eşşək atdan yeyin gedər.
  • • Acmış qudurmuşdan betərdir.
  • • Adam ac olanda pendir-çörək də ləzizdir.
  • • Bir adamın payı iki adamı ac qoyar.
  • • Əyridə tox, doğruda ac görmədim.
  • • Gedər aclıq, gələr bolluq, bizə qalar kömbə yanığı.
  • • Halva Halva deməklə ağız şirin olmur.
  • • İlan vuran yatar, ac yatmaz.
  • • Toxun acdan xəbəri olmaz.
Dostlarınla Paylaş

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024